Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Benth.
Corc Bentam (ing. George Bentham; 22 sentyabr 1800 – 10 sentyabr 1884) — ingilis botaniki. == Əsərləri == "Labiatarum genera et species" (London, 1832–1836) (lat.) "Handbook of the British Flora" (1858 и 1865) (ing.) "Flora Honkongensis" (1861) (lat.) "Flora Australiensis" (Ferdinand Müllüer ilə birlikdə, 1863–1870) (lat.) == Şərəfinə adlandırılmış taksonlar == === Cinslər === Benthamia A.Rich. Benthamiella Speg. === Növlər === Acanthocephalus benthamianus Regel Andropogon benthamianus Steud. Gardenia benthamianus F.Muell. Croton benthamianus Müll. Arg. Distemonanthus benthamianus Baill. Nicotiana benthamiana Domin Pinus ponderosa ssp.
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir. ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb. Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu.
Jon Benet Ramseyin ölümü
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına. Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib.
My Last Breath (Ceyms Nyuman mahnısı)
My Last Breath (tərcümə:Mənim son nəfəsim)-Ceyms Nyumenin mahnısı.Fevral ayında Nyumenin 2020 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı bu mahnı ilə təmsil edəcəyi açıqlandı.Mahnının sözləri Adam Erql və Ayein Ceymsə,musiqisi isə Nyumenə məxsusdur.Mahnı ilk gündən dinləyicilər tərəfindən maraqla qarşılansa da,tənqidçilər tərəfindən qarışıq cavablar alıb.Bəziləri mahnının 20-liyə belə çıxmayacağını deyərkən,bəziləri öz içlərində qaliblərini seçiblər. == Mahnının yaranması == Yanvar ayları Nyumen BBC Radiodakı müsahibəsində demişdi ki,Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək üçün namizədliyini irəli sürəcək.Fevralın ayında nəfəskəsən musiqi yarışması başladı və tez də bitdi.Nyumen birbaşa Avroviziya finalına vəsiqə qazandı.O,"Kiçik uşaq olduğumdan həmişə özüm sənətkar və ifaçı olmaq istədim.Təmsil etmək üçün doğru vaxtın olduğunu hiss edirəm" deyə qalib Nyumen qalib olandan sonra ilk müsahibəsini verdi. Nyumen müsahibəsində mahnının yanvar ayında,soyuq bir bağçada yarandığını qeyd edib.Adam Erql və Ayein Ceymslə birlikdə soyuğun nəfəs kəsdiyini biliblər və ilhamlanıb belə mahnı yazıblar.Mahnının klipi fevral ayında çəkilmişdir.Klip soyuq bir yerdə,dənizdə həyatda qalmağa çalışan bir adam barədə çəkilən sənədli filmdən götürülüb.Klipdə Buz adam kimi tanınan Vim Hof da var. Ayein Ceyms təkcə,bu mahnının sözlərinin yox,2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana birincilik gətirən Running Scared mahnısının da müəllifi olub.Bu da çox maraqlı məlumatdır. Bildiyiniz kimi,bu mahnı 16 may 2020-ci ildə Nyumen tərəfindən oxunulacaq.Görəsən,Azərbaycana birincilik gətirən Ayein Ceyms Böyük Britaniyaya uğur qazandıracaqmı?
Təll Bənat
Təll Bənat İraqın Neynəvə mühafəzəsinin Səncər qəzasında kənd. Təll Bənat kəndi Səncər dağlarının güneyində yerləşərək; mübahisəli bölgəyə aiddir. Əhalisi əsasən Yezidilərdən ibarət olaraq; burada eləcə 1,400 nəfər Şiə Türkman da yaşamaqdadır. 2014-cü ilin avqustunda İraq və Şam İslam Dövləti Təl Banatdan 200-dən çox qadın və uşağı qaçırmışdı.