Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bişelye
Bişelye (it. Bisceglie) — İtaliyanın Apuliya regionunda şəhər.
Betelle metodu
Betelle metodu-Bu metod su resurslarının inkişafı, suyun keyfiyyətinə nəzarət, avtomagistralların, atom elektrik stansiyalarının planları və s. layihələr tərəfindən ətraf mühitə göstərilən təsirlərin qiymətləndirilməsi üçün hazırlanmışdır. == Giriş == Hər kateqoriya (qrup) daxilində komponentlər mövcuddur, onların təsir göstəricilərinə ayrı-ayrı cərgələr aiddir. Məsələn, çirklənmə-bu kateqoriyadır, suyun çirklənməsi komponentdir, pH isə təsirin bir göstəricisidir. Bu metod dörd əsas faktordan istifadə edir: ekologiya, fiziki-kimyəvi, hiss edilən-mənimsənilən, insan fəaliyyəti (sosıum). Bu kateqoriyalar müəyyən sayda xüsusi seçilmiş komponentlərə malikdirlər.
Bezye (rayon)
Bezye (fr. Béziers) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ero. Suprefektura — Bezye. Rayonun əhalisi 2006-cı ildə 282 843 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 95 nəf. / km². Rayonun sahəsi — 2987 km².
Bezye əyrisi
Bezye əyrisi – kompüter qrafikasında: trayektoriyası riyazi üsullarla hesablanan, hamar əyrilərin və istənilən formalı səthlərin ayrı-ayrı nöqtələrini bir-biri ilə birləşdirən əyri; rəsm proqramlarında və avtomatlaşdırılmış layihələndirmə modellərində istifadə olunur. Bezye əyrisi az sayda nöqtələr vasitəsilə çeşidli formalı fiqurlar çoxluğunu müəyyənləşdirməyə imkan verir ki, bu da verilmiş əyrinin başqa riyazi metodlarla aproksimasiyası ilə müqayisədə onun əsas üstünlüyüdür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əzələ
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Bezilə (Sərdəşt)
Bezilə (fars. بزيله‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Deltayabənzər əzələ
Deltayabənzər əzələ (lat. musculus deltoideus) — insan çiyninin səthi əzələsi olub onun xarici hüdudlarını müəyyən edir. Bazunun açılıb bükülməsini təmin edir və qolun uzaqlaşdırır. Forması üçbucağa ya yunan əlifbasının "delta" hərfinə bənzədiyi üçün deltayabənzər adlandırılmışdır.
Kambalayabənzər əzələ
Kürəkaltı əzələ
Kürəkaltı əzələ (lat. musculus subscapularis) üçbucaq formalı böyük çiyin əzələsi olub, kürəküstü çuxurdan başlanır, bazu sümüyünün kiçik qabarına bağlanır. Rotator manjetinin 4 əzəsindən biri olan kürəkaltı əzələ həmin əzələlər içərisində ən böyüyü və ən güclüsüdür, belə ki, bu əzələ manjetin ümumi gücünün 50%-ni təşkil edir. Əsas funksiyası qolun daxilə rotasiyasını təmin etməkdir.
Tinialtı əzələ
Tinaltı əzələ (lat. musculus infraspinatus) — üçbucaq formalı yastı çiyin əzələsi olub, kürək sümüyünün eyni adlı çuxurunu tutmuşdur. Rotator manjetinin 4 əzələsindən biri olan tinaltı əzələ kürək sümüyünün tinialtı çuxurundan başlanğıc götürərək, bazu sümüyünün böyük qabarının orta səthinə bağlanır. Əsas funksiyası qolun xaricə rotasiyasını təmin etməkdir.
Tiniüstü əzələ
Tinüstü əzələ (lat. musculus supraspinatus)- çiyini əhatə edən rotator manjetinin 4 əzələsindən biridir. Bu əzələ öz başlanğıcını tinüstü çuxurdan götürür, bazu sümüyünün böyük qabarına bağlanır. Əsas funksiyası qolun qalxmasını təmin etməkdir.
Zəlyə yaylası
Zəlyə yaylası (gürc. წალკის ქვაბული) — Gürcüstanın mərkəzində, Anaxatır çayının başında yerləşən vulkan platosu. Ərazisi təxminən Tsalka bələdiyyəsi və ona həmsərhəd olan Borjomi bələdiyyəsinin bir qismi ilə eynidir. Cavaxeti yaylasının tərkib hissəsidir.Zəlyə yaylası dəniz səviyyəsindən 1,500—1,700 metr hündürlükdə yerləşir və 398,3 kvadrat kilometr sahə əhatə edir. Yüksəklidə yerləşən ərazi əsasən otlaq çəmənlərdən, aşağı hissəsi isə kənd təsərrüfatı sahələrindən ibarətdir. İlboyu orta hərarət 5,9 dərəcədir (yanvarda 4,8 dərəcə, iyulda 16 dərəcə). İllik yağıntı səviyyəsi 740 millimetrdir. Yaylanın mərkəzində Zəlyə su anbarı yerləşir.Neolit dövründən tunc dövrünün ortalarına (təxminən e.ə. 1500-ci il) qədər burada meşələrin olması güman edilsə də, hal-hazırda yaylanın torpağı qədim dolomit lavadan ibarətdir və əsasən qeyri-münbitdir. Sovet İttifaqının yaranmasından əvvəl sərt hava şəraiti, dolu və çöl siçanı bolluğu burada əkinçiliklə məşğul olmağa mane olurdu.
Əzələ qərənfil
Əzələ qərənfil (lat. Dianthus armeria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-50 (70) sm, düz və ya əsasından azacıq qalxan, sadə və ya az budaqlanan, yuxarı hissədə sıx və qısa tüklü olan birillik və ya ikiillik ot bitkisidir . Yarpaqları oturaq, düzduran, qaidə hissəsində qısa qında qovuşan, xətli-neştərvari və ya xətvaridir, eni 1-3 mm-dir, sivri, alt tərəfdən aydın görünən damarı vardır, tüklüdür. Çiçəkləri oturaq və ya qısa saplaqdadır, gövdənin və budaqların uc hissəsində 3-10 ədəd çiçəklə sıx başcıqda toplanmışdır. Çiçəkaltlığı pulcuqları otşəkillidir, neştərvaribizşəkillidir, tüklüdür, kasacığa bərabər və ya ondan uzundur. Ləçəklərinin ayası tünd fırfırqırmızı rəngdə olub, yuxarı tərəfində daha tünd xalları vardır, uc hissəsi dişlidir. Qutucuq silindrikdir, kasacıqdan azacıq qısadır. Toxumlarının uzunluğu 1,5 mm-ə yaxındır, qara rəngli, yumurtaşəkilli, yastı, qabarıq nöqtəli, uc hissədə qısa buruncuqludur. İyun ayında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Əzələ sistemi
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Əzələ tonusu
== Əzələ tonusu == Sakitlik halında insanın əzələləri qismən yığılır. Əzələlərin belə qismən yığılma vəziyyəti-onlar gərgin olur, lakin hərəkətə xidmət etmirlər -əzələ tonusu adlanır. Əzələlərin belə gərginliyi daxili orqanların normal vəziyyətini və müəyyən pozanı saxlamaq üçün vacibdir. Yuxuda və ya narkozda olarkən əzələ gərginliyi bir qədər azalır, bədən boşalır. Əzələ tonusunun təmiz yox olması ancaq ölüm zamanı olur. əzələ tonusunun yüksəkliyi Mərkəzi Sinir Sisteminin (MSS) funksional vəziyyətindən asılıdır. Skelet əzələlərinin tonusu onlara onurğa beynin hərəki neyronlarından böyük intervalla ardıcıl gələn sinir impulsları ilə bağlıdır.Bu neyronların aktivliyi MSS-nin yuxarıda yerləşən şöbələrinin impulsları ilə, həmçinin əzələlərin özündə yerləşən reseptorlarla əlaqəlidir. Əzələ tonusu koordinativ hərəkətlərin yerinə yetirilməsində,bədənin sabitliyi və vəziyyətində mühüm rol oynayır. Əzələ tonusu reflektor təbiətə malikdir.Müəyyən olunmuşdur ki,skelet əzələlərinin tonuslaşmasında əsas rolu "tonik sakit" əzələ lifləri oynayır. Onlar yığılma və boşalmanın kiçik sürəti ilə fərqlənirlər, bunun üçün də oyanma ritmi belə kifayət edir ki,əzələ lifləri uzun müddət yığılma vəziyyətində qalsın.
Əzələ toxuması
Əzələ toxuması — Əzələ toxumaları əksər heyvanlarda müxtəlif növ əzələləri təşkil edən və əzələlərə yığılma qabiliyyəti verən yumşaq toxumalardır. Buna miyopropulsiv toxuma da deyilir. Əzələ toxuması miyogenez kimi tanınan bir prosesdə embrional inkişaf zamanı əmələ gəlir. Əzələ toxumasında aktin və miyozin adlı xüsusi kontraktil zülallar var ki, onlar daralır və hərəkətə səbəb olur. Bir çox digər əzələ zülalları arasında iki tənzimləyici zülal, troponin və tropomiyozin mövcuddur. == Yerləşməsi == Əzələ toxumaları funksiyasına və bədəndə yerləşməsinə görə fərqlənir. Məməlilərdə bunlar üç növdür: skelet və ya zolaqlı əzələ toxuması; hamar əzələ (zolaqsız) əzələlər; və ürək əzələsi. Skelet əzələ toxuması əzələ lifləri adlanan uzunsov əzələ hüceyrələrindən ibarətdir və bədənin hərəkətindən məsuldur. Digər skelet əzələ toxumalarına tendonlar və perimizium daxildir. Hamar və ürək əzələləri şüurlu müdaxilə olmadan qeyri-ixtiyari daralır.
Plantar əzələ
Plantar əzələ — arxa baldır əzələsi. İncə əzələli qarın və uzun nazik vətərdən ibarətdir. Axilles vətəri qədər qalın olmasa da, plantar vətər (uzunluğu 30-45 sm (12-18 düym) arasındadır) insan bədənindəki ən uzun vətərdir. Vətər istisna olmaqla, plantar əzələ təxminən 5-10 sm (2.0-3.9 düym) uzunluğundadır və əhalinin 8-12% -ində yoxdur. Baldırın ikibaşlı əzələsi və soleus əzələləri ilə birlikdə ayağın arxa hissəsindəki plantar bükmələrdən biridir. İnsan əcdadları ağaca dırmaşmaqdan dik yeriməyə keçdikdə plantar əzələnin əhəmiyyətsiz bir əzələyə çevrildiyi düşünülür və anatomik cəhətdən müasir insanlarda o, ilk növbədə baldırın ikibaşlı əzələsi vasitəsilə hərəkət edir. == Strukturu == Plantar əzələsi bud sümüyünün lateral suprakondilar silsiləsinin aşağı hissəsi, baldırın ikibaşlı əzələsinin yan hissəsinin mənşəyindən bir qədər yuxarı hissədə olur. O, diz oynağının arxasından inferomedial istiqamətdə keçir və distal olaraq Axilles vətərinə yapışaraq vətəri olur. Bəzən daban sümüyününün orta hissəsinə ayrıca bağlanır. === İnnervasiyası === Plantar əzələ oma kələfindəki oturaq sinirin bir qolu olan qamış siniri tərəfindən innervasiya olunur.
Dünyanı bəzəyən Abbasın tarixi
Tarix-i aləm aray-i Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. «Tarix-i aləmara-yi Abbasi» əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə «Tarix-i aləmara-yi Abbasi» ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Böyük girdə əzələ
== Həmçinin bax ==
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.
Kiçik girdə əzələ
== Həmçinin bax ==
Köndələn çalovabənzər əzələ
Köndələn çalovabənzər əzələ (lat. musculus arytenoideus transversus) — qırtlaq əzələsi.
Qalxan-çalovabənzər əzələ
Qalxan-çalovabənzər əzələ (lat. musculus thyreoarytenoideus, m. thyreoarytenoideus externus —BNA) — qırtlağın daxili qrup əzələlərindən biri.
Çəp çalovabənzər əzələ
Çəp çalovabənzər əzələ (lat. musculus arytenoideus obliquus) — qırtlaq əzələsi.