Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İkirəng könlücə
İkirəng çoğan
İkirəng çoğan (lat. Gypsophila bicolor) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
İkirəng hamarburun
İkirəng hamarburun (lat. Vespertilio murinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin hamarburun cinsinə aid heyvan növü. Bədənin uzunluğu 54–60 mm, bazu sümüyünün uzunluğu isə 41–48 mm-dir. Başı qısa və enlidir. Qulaqları (14–16,5 mm) qısa, enli və qalın dərilidir. Qulaq seyvanlarının arxa kənarı aşağı tərəfdən dairəvi şəkildə genişlənərək xaricə çevrilmişdir. Qulağın dəri çıxıntısı ortadan az nəzərə çarpacaq dərəcədə genişlənmişdir. Dişilərdə bir və ya iki cüt əmcək vardır. Bədənin üst tərəfi iki (qara və yaşılımtıl-kürən) rəngdədir. Tüklərin ucundakı açıq rəng ona azacıq gümüşü alabəzəklik verir.
İkirəng təqibçi
İkirəng təqibçi (lat. Porzana bicolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü. Qaraquyruq çivdimdik Butan, Çin, Hindistan, Laos, Myanma, Tailand və Vyetnamda rast gəlinir. Onlar rütubətli tropik və ya subtropik dağ meşələrində təbii şəkildə yaşayırlar.
Birrəng ağ şam
Birrəng ağ şam (lat. Abies concolor) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. ABŞ-nin cənub-qərbi və Şimali Meksika dağlarında, dəniz səviyyəsindən 2000–3000 m-ə qədər hündürlükdə kölgəli yamaclarda və çayların kənarında bitir. 350 ilə qədər yaşayır. Hündürlüyü 40 (60) m-ə çatan, gövdəsinin diametri 1,8 m-ə qədər, konusvarı, sıx çətirli ağacdır. Yaşlandıqda çətiri a.ağıya doğru əyilir. Gövdəsinin qabığı boz, qalın və hamardır. İynəyarpaqları hər tərəfdən göyümtül-yaşıl, üstü orta damarcığın ətrafında 6-8 ağızcıq xətli, alt tərəfi kilin hər tərəfindən 5-8 ağızcıq xətlidir. Tumurcuqların diametri 3–5 mm-dir. Toxum qabıqları əsasən pazşəkillidir.
İkirəng yaşıl balıqçıl
İkirəng yaşıl balıqçıl (lat. Chloroceryle inda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.