Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinkləmə
Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir. Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur.
Binələr
Binələr (Ağdaş)
Biqələm
Məhəmməd Soltanəhməd oğlu (Biqələm) — şair. == Həyatı == 1860-cı ildə Bakı şəhərinin Hökməli kəndində anadan olmuşdur.Atası Soltanəhməd Bakı kəndlərində məşhur pəhlivan idi.Qardaşı Soltanəhməd də atası kimi pəhlivan olmuşdur.Məhəmmədin isə kiçik yaşlardan marağı şeir,qəzələ idi. Təhsil ala bilməyən Məhəmməd şeirlərini kəndin savadlı mollası sayılan Fərruxa yazdırmışdır.Bu səbəbdən də şeirlərini ``Biqələm`` təxəllüsü ilə yazmışdır.Savad ala bilməməsinin əsas səbəbi maddi durumla bağlı olmuşdur.O Hökməli kənd sakini Qızbacı ilə ailə həyatı qurnuşdur.Onun üç övladı olmuşdur. Qızı Gəlinxanım hal-hazırda Siyəzən rayonunda yaşayır. Lakin,atası həyatdan köçərkən Gəlinxanım azyaşlı olduğundan atası ilə bağlı xatirələri elə də çox deyildir.Məhəmməd Soltanəhməd oğlu qış aylarında qazanc məqsədilə Hökməli kəndi ətrafında qazılmış neft quyularından neft çıxararaq şəhərdə və digər kəndlərdə satırmış.Biqələmin Sərdar adlı oğlu vəfat etmiş,Balacaxanım adlı qızı isə Hökməlidə yaşamır.Biqələm 1930-1935-ci illər arasında vəfat etmiş və Hökməli kənd məzarlığında dəfn edilmişdir. == Yaradıcılığı == Biqələm müxtəlif mövzulu qəzəllər, həcvlər yazmışdır.Tez-tez el şənliklərinə dəvət olunduğu üçün şeirləri də elə bu məclislər vasitəsilə xalq arasında yayılmışdır.O təkcə Bakıda deyil,ölkənin bir çox bölgələrində tanınırdı.Hətta Əliağa Vahid Biqələmin yanına tez-tez gələr və onu özünə ustad bilərmiş. Biqələm məşhur şair Dilqəmlə də dostluq etmişdir. Təhsil almasa belə,yazdığı əsərlərin filoloji təhlili zamanı ərəb-fars tərkiblərindən istifadə etdiyini görürük.Güclü hafizəsi olduğundan o bu sözləri şifahi öyrənmişdir.Lakin,o şeirlərini sadə dildə yazaraq təbii ifadələr işlətmişdir. == Şəxsi keyfiyyətləri == Son dərəcə məğrur insan olan Biqələm çətin günlər keçirməsinə baxmayaraq heç kimdən yardım istəməmişdir.O şeirlərini,qəzəllərini maddi ehtiyacını ödəmək üşün satmamışdır.O şeirlərinin məclislərdə təmənnasız oxunması üçün şərait yaratmışdır.Kiçik həcmli lirik qəzəllərlə yanaşı,dini mövzulara da toxunan Biqələmin şeirlərindən onun dindar şəxs olmasını görmək olur.Biqələm kənd əhalisinə yardım edən,hər kəslə ünsiyyət qurmağı bacaran kamil bir insan olmuşdur. == Elmi əsərlərdə ``Biqələm`` == Həyat və yaradıcılığı haqqda ətraflı tədqiqat aparılmamışdır.Şair haqqında ilk məlumat və bir neçə şeiri ``Deyilən söz yadigardır`` şeir toplusunda nəşr edilmişdir.2006-cı ildə isə Məmmədağa Ağarzaoğlu "Hökməlinin iftixarı Biqələm" adlı kitab çap etdirmişdir.
İtələmə
İtələmə — İsaak Nyutonun ikinci və üçüncü qanunları tərəfindən tanınan reaksiya qüvvədir. Bir sistem kütləni bir istiqamətdə hərəkət etdirdikdə ya da təcilləndirəndə, təcillənən qüvvəni bərabər böyüklükdə, ancaq əks istiqamətdə bir qüvvə formalaşdırır. Nümunə olaraq stabil qanadlı hava texnikaları, pərvanə və ya reaktiv mühərriklər havayı uçuş istiqamətinin əksi istiqamətində itələməsi sayəsində irəliyə doğru hərəkətlərini təmin edirlər.
Binələr (Ağdaş)
Binələr — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Binələr kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı keçmişdə yayı Şəki rayonunun Daşağıl və Gəldək kəndləri arasındakı Ağcaqala adlı yerdə, qışı isə Kür sahilində, Abad və Pirəzə Qaraoğlan kəndləri arasındakı ərazidə keçirmiş binələr adlı elatın adındandır. Sonralar həmin elat Muncuqlu, Qaraağac və Tava adlı yataqların ətrafında məskunlaşıb indiki kəndin əsasını qoymuşdur. Yeni salınmış yaşayış məntəqəsi də həmin elatın adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cu ildə oykonim Binəcər variantında qeydə alınmış, Kürdəmir rayonunun Padar inzibati ərazi vahidində isə Binəcik adlı kənd olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Binələr (Meşkinşəhr)
Binələr (fars. بنه لر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Binələr bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.