Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Binyamin Natenyahu
Benyamin Netanyahu (ivr. ‏בנימין נתניהו‏‎; 21 oktyabr 1949[…], Tel-Əviv) — 1996–1999-cu illərdə və 2009–2021-ci illərdə İsrailin doqquzuncu baş naziri vəzifəsində çalışmış israilli siyasətçi, tarix professoru. == Həyatı == Benyamin Netanyahu Zeev Jabotinskinin şəxsi katibi olan Benzion Netanyahu (Malikovskinin) və Tsiliya Netanyahu (Legal) Litva köçkünləri ailəsində doğulub. Benyamin ailənin ikinci oğludur. Onun boyük qardaşı Yonatan (Yoni) Netanyahu İsrailin Milli Qəhrəmanıdır. Entebbe əməliyyatı zamanı yəhudilərin girovdan azad edilməsi zamanı öldürülüb. Kiçik qardaşı olan İdo Netanyahu isə həkim-radioloq və yazıçıdır. 1950–1960-cı illərdə onun ailəsi alternativ olaraq həm İsraildə, həm də ABŞ-də yaşayıblar. 1967-ci ildə ABŞ-də orta məktəbi bitirdikdən sonra Benyamin həqiqi hərbi qulluğunu keçmək üçün İsrailə qayıdır. Xidmətini Qərargah nəznində yerləşən Sayeret Matkal diversiya-keşfiyyat elit hərbi birliyində keçir.
Beniamin Markaryan
Beniamin "Benik" Egişeviç Markaryan (erm. Բենիամին Եղիշեի Մարգարյան; 12 dekabr 1913, Şüləver, Borçalı qəzası – 30 sentyabr 1985, İrəvan) — erməni əsilli SSRİ astrofiziki. Markaryan zənciri qalaktikalar silsiləsinin ümumi bir hərəkətlə hərəkət etdiyini kəşf etdiyinə görə onun şərəfinə adlandırılmışdır. Həmçinin, Markaryan qalaktikaları kimi tanınan yığcam, optik cəhətdən parlaq qalaktikalar kataloqu onun adını almışdır. == Mükafatlar == Ermənistan SSR əməkdar elm xadimi (1961). 1949-cu il "Fizika-riyaziyyat elmləri sahəsində görkəmli elmi işə görə" 1-ci dərəcəli "Stalin" mükafatı laureatı (1950). "Şərəf nişanı" ordeni (4 yanvar 1955). "Xalqlar dostluğu" ordeni (28 noyabr 1983). "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı. "Əmək veteranı" medalı.
Beniamin Ovçiyan
Beniamin (Benik) Ohanesoviç Ovçiyan (28 noyabr 1918, Əxlətyan, Zəngəzur qəzası – 25 avqust 2005, Xankəndi) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1973). == Həyatı == 28 noyabr 1918-ci ildə anadan olmuşdur. 1939-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, həmin ildən Bakı erməni teatrında işləmişdir. 1947-ci ildən Xankəndi Dövlət Dram Teatrının aktyoru olmuşdur.Bır sıra filmlərdə rol almış, 2005-ci ildə vəfat etmişdir.
Benyamin Ağa
Benamin Ağa (kəraimcə:Беньямин Агъа)) – Krım kəraimlərinin liderlərindən biri. 1824-cü ildə vəfat etdiyi məlumdur. == Həyatı == O, Krım xanlığının sonuncu xanı Şahin Gərayın xəzinədarı olmuşdur və buna görə də, kəraim ədəbiyyatında “ha-Neeman” (“İnanılmış”) ləqəbi ilə anılmaqdadır. Onun atası olan Samuel Ağa da keçmiş Krım xanlarının xəzinədarı olmuşdur. Samuel 1770-ci ildə vəfat etmişdir. Şahin Gəray ona qarşı üsyan qaldıranlardan qaçarkən öz himayədarı olan II Yekaterinaya sığınmaq üçün Peterburqa gedərkən Benjamin də onunla olmuşdur. Benjamin buna qədər Şahin Gəray üçün xeyli pul xərclədiyi üçün bu pulların geri qaytarılmasını təmin etmək istəyirdi. 1795-ci ildə Polşanın sonuncu dəfə bölüşdürülməsi zamanı Krım artıq 10 ildən çox idi ki, Rusiya hakimiyyəti altında idi. Bu bölünmədən Rusiya Vilnüs, Lutsk və Trakayı ələ keçirdi. Bunu fürsət bilən Benjamin Ağa, Salamon ben Nahamu Baboviç, benjaminin böyük qardaşı Yakob Ağanın kürəkəni astranom Kalealı İsaak Peterburqa II Yekaterina ilə görüşmək üçün yola çıxdı.
Benyamin Netanyahu
Benyamin Netanyahu (ivr. ‏בנימין נתניהו‏‎; 21 oktyabr 1949[…], Tel-Əviv) — 1996–1999-cu illərdə və 2009–2021-ci illərdə İsrailin doqquzuncu baş naziri vəzifəsində çalışmış israilli siyasətçi, tarix professoru. == Həyatı == Benyamin Netanyahu Zeev Jabotinskinin şəxsi katibi olan Benzion Netanyahu (Malikovskinin) və Tsiliya Netanyahu (Legal) Litva köçkünləri ailəsində doğulub. Benyamin ailənin ikinci oğludur. Onun boyük qardaşı Yonatan (Yoni) Netanyahu İsrailin Milli Qəhrəmanıdır. Entebbe əməliyyatı zamanı yəhudilərin girovdan azad edilməsi zamanı öldürülüb. Kiçik qardaşı olan İdo Netanyahu isə həkim-radioloq və yazıçıdır. 1950–1960-cı illərdə onun ailəsi alternativ olaraq həm İsraildə, həm də ABŞ-də yaşayıblar. 1967-ci ildə ABŞ-də orta məktəbi bitirdikdən sonra Benyamin həqiqi hərbi qulluğunu keçmək üçün İsrailə qayıdır. Xidmətini Qərargah nəznində yerləşən Sayeret Matkal diversiya-keşfiyyat elit hərbi birliyində keçir.
Benyamin İnqrosso
Benyamin Daniel Volqren İnqrosso (isv. Benjamin Daniele Wahlgren Ingrosso; d. 14 sentyabr 1997, Danderüd, İsveç) — İsveç müğənnisi və bəstəkarı. O, uşaq yaşlarında bir çox müzikllarda əsas rolları canlandırmışdır. 2006-cı ildə İsveçin uşaqlar üçün təşkil etdiyi Lilla Melodifestivalen mahnı yarışmasında "Hej Sofia" mahnısı ilə qələbə qazanmışdır. 2014-cü ildə İsveçin tanınmış simalarının iştirak etdiyi Let's Dance rəqs yarışmasında İnqrosso qalib gəlmişdir. 2017 və 2018-ci illərdə İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalendə iştirak etmişdir. 2018-ci ildə o, "Dance You Off" mahnısı ilə Melodifestivalendə qələbə qazanmışdır. Həmin mahnı ilə İnqrosso İsveçi 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və finalda 7-ci yeri tutmuşdur. == Həyatı == Benyamin İnqrosso 14 sentyabr 1997-ci ildə İsveçin Danderüd şəhərində anadan olmuşdur.
Bünyamin Qəmbərli
Bünyamin Qəmbərli (1964, Nehrəm, Naxçıvan rayonu) — azərbaycanlı siyasətçi == Həyatı == Bünyamin Qəmbərli 1964-cü ildə Naxçıvan rayonunun Nehrəm kəndində doğulub. 1971–1981-ci illərdə Nehrəm kənd orta məktəbində təhsil alıb. 1981–1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunda təhsil alıb.1985–2008-ci illərdə Nehrəm kənd 2 nömrəli orta məktəbində müəllim kimi fəaliyyətə göstərib. 2008-ci ildə Bakı şəhərinə köçmüşdür. 2008–2013-cü illərdə Yasamal rayonu 20 saylı məktəb-liseydə müəllim işləyib. 2009-cu ildən Azərbaycan Turizm və Menecment Universitetində müəllim işləyən Bünyamin Qəmbərli bu gün də ATMU-da Baş müəllim kimi fəaliyyətini davam etdirir. Evlidir, 2 övladı var. == Siyasi-ictimai fəaliyyəti == 1980-ci ildə Naxçıvanda "Azərbaycanın Bütövlüyü və Müstəqiilliyi Uğrunda" gizli təşkilata üzv qəbul olunan və 1988-ci ildə başlayan Xalq Hərəkatının Naxçıvandakı rəhbərlərindən biri olan Bünyamin Qəmbərli sonralar 1990–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü, 1990–1996-cı illərdə Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan MR Vilayət Şöbəsi İdarə Heyətinin üzvü, 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Babək rayon şöbəsinin sədri olub. 1989-cu ildə Azərbaycanın Güneyi ilə Qüzeyi arasında Bütövlük və Müstəqillik ideyalarının daha geniş yayılması üçün Naxçıvanda başlayan Sərhəd Hərəkatını başlayanlardan və hərəkata rəhbərlik edənlərdən biri olan Bünyamin Qəmbərli eyni zamanda Azərbaycan torpaqlarının işğalına qarşı döyüşlərdə də həm rəhbər, həm də döyüşçü kimi iştirak etmişdir. 1990-cı ildə keçiriliən Parlament seçkilərində Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.
Valter Benyamin
Valter Benyamin (alm. Walter Benjamin‎; 15 iyul 1892[…], Berlin – 26 sentyabr 1940[…]) — alman filosofu. Kulturoloq, estetik, ədəbi tənqidçi, esseist və tərcüməçi. == İstinadlar == == Ədəbiyyat == Tiedemann R., Studien zur Philosophie W. Benjamins, Fr./M., 1965. Momme Brodersen: Walter Benjamin. Leben, Werk, Wirkung. (= Suhrkamp BasisBiographie 4). Suhrkamp, Frankfurt am Main 2005, ISBN 3-518-18204-8. Werner Fuld: Walter Benjamin. Eine Biographie.
Niyamin Niftəlizadə
Niyamin Xaliq oğlu Niftəlizadə (15 yanvar 1997, Nursu, Naxçıvan Muxtar Respublikası – 7 oktyabr 2020, Cəbrayıl ) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyamin Niftəlizadə 1997-ci il yanvar ayının 15-də Şahbuz rayuonunun Nursu kəndində anadan olub. Bakı şəhəri Xətayi rayonunda yerləşən 191 saylı məktəbdə oxumuşdur. 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində təhsilini davam etdirib. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda xidmətdə olub. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 2-ci peşə təhsili alaraq aşpazlıq sənətinə yiyələnib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Niyamin Niftəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Niyamin Niftalizadə oktyabr ayının 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Niyamin Niftəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyamin Niftəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Benyamin (Xəzər xaqanı)
Benjamin və ya Benyamin — 9-cu əsrin sonlarında və 10-cu əsrin əvvəllərində hökmdarlıq edən Xəzər xaqanı (ehtimal ki, xaqan bəy). Haqqında məlumat "Schechter Letter" adlı bir sənədlə əldə edilmişdir. Peçeneq, burtas, onogur və bulqarların birliyinə qarşı mübarizə aparmışdı. Ondan sonra hakimiyyətə II Aaron keçdi. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Benyamin fon Kallai
Benyamin fon Kallai (alm. Benjamin von Kállay‎, mac. Kállay Benjámin; 22 dekabr 1839[…], Peşt[d], Peşt medyesi – 13 iyul 1903[…], Vyana) — Avstriya-Macarıstan dövlət xadimi. 1867-ci ildə Macarıstan parlamentinə seçildi. Belqradda baş konsul vəzifəsində çalışarkən Balkan yarımadası və Kiçik Asiya üzrə geniş səyahətlər etmişdir. Yojef Slavinin istefasından sonra Kallai maliyyə naziri təyin edildi və eyni zamanda vəzifəsinə uyğun olaraq ona Bosniya və Herseqovinanın rəhbərliyi həvalə edildi. "Serblərin tarixi" (1877-1878) və "Rusiyanın şərq siyasəti" (1878) əsərlərini yazmış və Con Stuart Millin "Azadlıq haqqında" traktatı Macar dilinə tərcümə etmişdir.