Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biocoğrafi sədd
Biocoğrafiya
Biocoğrafiya – Yer kürəsində müxətəlif biosenozların, həmçinin heyvan, bitki, göbələk və mikroorqanizmlərin (növ, cins və b. taksonomik kateqoriyaların) yayılması və paylanması qanunauyğunluqları haqqında elm. Biocoğrafiya biosfer haqqında elmlərdən biri olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxildir. Biocoğrafiyanın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi problemləri öyrənilir. Belə ki, aeroloji biocoğrafiya müxtəlif növlərin yayılmasını, areal daxilində onların paylanmasını öyrənərək əldə olunan nəticələrə əsasən xəritələr tərtib edilir. Regional biocoğrafiya floristik və faunistik rayonlaşdırma ilə məşğul olur. Ekoloji biocoğrafiya biokütləni, bioloji məhsuldarlığı tədqiq edir. Biocoğrafiya bitki örtüyü və heyvanat aləminin mühafizəsi və səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması, heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri əsası hesab olunur. Biocoğrafiya "Ümumi yerşünaslığın" tərkib hissəsi olub, yer qabığının müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, biologiya, tarixi geologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, hava və Yer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetdə biosenozun coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmazdı.
Meşələrin ekocoğrafi problemləri
Meşəsizləşdirmə — meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara, məsələn, tarlalar, əkin sahələri, otlaqlar, şəhərlər, çöllər və s. çevrilməsi prosesi. Ən çox meşə qırılması tropik tropik meşələrdə baş verir. İndiki dövrdə Yer kürəsinin təxminən 31%-i meşələrlə örtülüdür. Bu, kənd təsərrüfatının genişlənməsindən əvvəl mövcud olan meşə örtüyündən üçdə bir azdır. Bu itkilərin yarısı keçən XX əsrdə baş tutmuşdur. Meşəsizləşdirmənin əsas səbəbi meşələrin tutduğu ərazilərin başqa məqsədlər üçün köçürülməsi, xüsusən meşələrin qırılması və əkin sahələri üçün yandırılmasıdır. Meşəsizləşdirmənin digər əsas problemi meşəsalmanın olmamasıdır. Bundan əlavə, meşələr qasırğalar, meşə xəstəlikləri, iqlim dəyişikliyi kimi təbii səbəblərə görə məhv ola bilərlər. Buna baxmayaraq, meşəsizləşdirmənin əsas səbəbi də insan fəaliyyətidir.
Qütb zoocoğrafi vilayəti
Zoocoğrafi vilayət- Yer kürəsində heyvanların əsas coğrafi vilayətləridir. == Antarktida zoocoğrafi (faunistik) vilayəti == Antarktida zoocoğrafi vilayəti Antarktida materikinin sahil zonasını, 60° c.en. dairəsindən cənubda yerləşən adaları və arxipelaqları (Cən. Georgi, Cən. Şetland, Cən. Orkney, Cən. Sandviç, Buve, Kerqelen və s.), Dünya okeanında isə təxminən 40° c. en. dairəsinədək olan su akvatoriyasını əhatə edən zoocoğrafi və ya faunustik vilayətdir. Antarktidada quruda yaşayan məməlilər yoxdur, ancaq bəzi qurdlara, xərçənglərə, ilbizlərə və qanadsız həşəratlara təsadüf edilir.
Torpaqların ekocoğrafi problemləri
Azərbaycanın torpaq örtüyü çox müxtəlif və rəngarəngdir. Torpaq növlərinin müxtəlifliyinə görə bura dünyanın ən zəngin güşələrindən biridir. Bütün əsas torpaq tipləri coğrafi yayılmasına görə şaquli zonallığa tabedir. Respublikanın torpaq xəritəsində 90-a qədər torpaq tipi və yarımtipi göstərilmişdir. Yüksək dağlıqdan Kür-Araz ovalığına və Xəzər dənizinə kimi olan ərazidə aşağıdakı torpaqlar yayılmışdır: dağ-tundra, dağ-çəmən, qonur-dağ meşə, qəhvəyi-dağ meşə, dağ-qara torpaqlar, boz-qəhvəyi (şabalıdı), sarı, boz və boz-qonur çəmən torpaqları, şoranlar, şorakət və s. torpaqlar. Azərbaycanın ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Bunun 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln.
Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri.
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir. Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur. Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).
Kiçik Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri