Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri.

Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir.

Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur.

Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa). Orta illik temperatur 0–14C, orta illik yağıntı 100–1400mm-dir.

Çayları Kürün sol qollarına (Türyançay, Əlicançay, Göyçay, Əyriçay və s.) və birbaşa Xəzər dənizinə tökülən çaylara (Samurçay, Qusarçay, Qudyalçay və s.) aiddir. Vilayətin dağ gölləri şirinsulu, düzənlik gölləri isə şorsuludur.

Böyük Qafqaz vilayətində Azərbaycanın bütün landşaftlarına rast gəlinir. Zaqatala, İlisu, İsmayıllı, Pirqulu, AltıağacQobustan qoruqları var.

Vilayətin daxilində aşağıdakı fiziki-coğrafi rayonlar ayrılır.

  1. Samur-Şabran fiziki-coğrafi rayonu
  2. Qonaqkənd rayonu
  3. Zaqatala-Lahıc rayonu
  4. Dağlıq Şirvan (Şamaxı) rayonu
  5. Qobustan-Abşeron rayonu

Böyük Qafqazin struktur-genetik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Landşaftların genetik xüsusiyyətləri dedikdə onun formalaşmasında və müasir dinamiki vəziyyətində iştirak edən amillərin qarşılıqlı əlaqəsi və məcmusu nəzərdə tutulur. Müasir landşaftın genezisinə ikili aspektdə baxmaq doğrudur: təbii və antropogen. İnsan cəmiyyətinin təbiətə fəal təsirinə qədər landşaftlar genetik cəhətdən əsasən aparıcı təbii faktorlarla tektonik və iqlim amilləri ilə sıx bağlı olmuşdur. Sonralar insanların təsərrüfat fəaliyyəti ilə landşaftəmələ gəlmədə antropogen amillərin rolu artmışdır.

Böyük Qafqazın təbii landşaftları genetik cəhətdən ilk növbədə ərazini təşkil edən iri morfostruktur vahidləri ilə troposferin aşağı qatının aerodinamiki vəziyyəti ilə sıx bağlıdır. Regionda mövcud olan morfostrukturlar landşaftın asimmetriyasını yaratmışlar. Böyük Qafqazın Cənub-Şərq hissəsində mövcud olan Təngi-Beşbarmaq, Qaytarqoca, Niyaldağ, Qovdağ dağ silsilələri asimmetriklik təşkil edir. Bu qeyd olunan morfostrukturların hamısıüçün dağ-meşə landşaft tipi xarakterikdir. Lakin Təngi-Beşbarmaq və Qaytarqoca morfostrukturlarının rütubətli hava axınlarına doğru çevrilmiş şimal yamacı meşə ilə örtülmüş, cənub yamac isə çöl landşaftından ibarətdir.

Niyaldağ morfostrukturunun cənub yamacında isə əksinə, meşə landşaftı üstünlük təşkil edir. Şimal yamacda isə dağ-çəmən və çəmən-çöl landşaftları formalaşmışdır. Bunun səbəbi ondan ibarətdir ki, Təngi-Beşbarmaq və Qaytarqoca morfostrukturları şimaldan, Niyaldağ morfostrukturu isə cənubdan rütubətli hava kütləsinə qarşı çevrilmişdir. Niyaldağ morfostrukturunun şimal ekspozisiyalı yamacında məhsuldar subalp landşaft tipi formalaşmışdır.

Qovdağ və Niyaldağ silsilələrinin landşaft xüsusiyyətləri bir-birindən kəskin fərqlənir. Qovdağ silsiləsi orta dağlığının yüksək hissələrini əhatə etməklə əsasən dağ-çəmən landşaftlarının üstünlüyü ilə fərqlənir. Silsilələrin nisbətən hamarlanmış suayrıcısı və şimal ekspozisiyalı yamaclarında yüksək məhsuldarlığa malik dağ çəmənlikləri inkişaf etmişdir.Qovdağ silsiləsi hər tərəfdən dağarası çökəkliklərləəhatə olunduğundan onun cənub, şərq və cənub-qərb istiqamətli dik yamacları intensiv parçalanmaya məruz qalmışdır. Buna müvafiq olaraq silsilənin qeyd olunan yamaclarında bozqır, çəmən-bozqır və meşə-kol landşaftları formalaşmışdır.

Böyük Qafqazın Cənub-Şərq hissəsi üçün xarakterik olan müxtəlif tip morfostrukturlarda landşaft komplekslərinin formalaşması ziddiyyət təşkil edir. Yuxarıda qeyd olunan dağ massivlərində, silsilələrdə yüksəklikdən asılı olaraq bütövlükdə landşaftların differensiasiyası ya güclənir ya da zəifləyir. Dağlıq yayla morfostrukturlarının landşaftları dağ silsilələri morfostrukturları ilə müqayisədə bir tip landşaftları ilə seçilir. Bu dağlıq yaylaların nisbətən hamar səthə malik olması ilə əlaqədar olub, onların hava kütlələrinə qarşı sədd yaratmamasının nəticəsidir. Dağarası çökəkliklər isə hər tərəfdən fərqli genezisli morfostrukturlarla əhatələndiyindən, müxtəlif mütləq hündürlüyə malik olduqlarından xüsusi landşaft tipi və yarımtipləri yaradırlar.

Ərazinin orotektonik xüsusiyyətlərinin təhlili burada bir sıra uzununa və köndələn morfotektonik pillələrin və onlara uyğun landşaft tiplərinin ayrılmasına imkan verir. Ərazidə mövcud olan eninə və uzununa morfotektonik pillələr əsas landşaft əmələgətirən amil olub, mütləq yüksəkliyi müəyyən edir və məlum ərazinin iqlim şəraitinin formalaşmasına şərait yaradır.

Böyük Qafqazın Cənub-Şərq hissəsində mövcud olan Şamaxı-Qobustan uzununa morfotektonik pilləsi ərazinin alçaq dağlıq-öndağlıq qurşağını əhatə edir . Şamaxı-Qobustan uzununa morfotektonik çöl landşaft pilləsi şimaldan Tufan qayalıq çəmən-meşə pilləsi ilə, cənubdan isə Şirvan pilləsi ilə sərhədlənir. Bu tektonik pozulma boyunca relyef nisbi hündürlüyü 400–600m olan sıldırım yamaclarla xarakterizə olunur. Bu pillə üçün bir-birini qərbdən-şərqə doğru əvəz edən alçaq dağlıq arid-meşə-kol, çöl, quru çöl landşaftları xarakterikdir.

Şamaxı-Qobustan pilləsinin landşaftları şimaldan-cənuba doğru da dəyişir. Şamaxı-Mərəzə xəttindən şimalda yayılmış çöl landşaftları cənub istiqamətində 400–500m mütləq yüksəkliklərdə yarımsəhra landşaftları ilə əvəz olunur.

Şamaxı-Qobustan pilləsində mövcud olan hipsometrik səviyyə və geoloji strukturun xarakteri ərazi üçün dominant landşaft tipi olan dağ çölləri landşaft tipinin formalaşmasına şərait yaratmışdır. Qobustanın nisbətən hündür sahələrində (Yurfandağ, Şifandağ, Gicəki, Şıxzəyirli antiklinal silsilələr) quruçöl landşaftları, nisbətən gömülmə ərazilərdə (Ceyrankeçməz, Şixan, Qərbi-Kəndi çökəkliklərində) yarımsəhra landşaftları formalşmışdır.

Şamaxı-Qobustan pilləsinnümumqafqaz istiqamətində gömülmə meyli və köndələn pillənin ümumi qalxma xəttindən şimala və cənuba doğru alçalması landşaft tiplərinin bir-birini əvəz etməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunduğu kimi landşaftlar şimal-qərbdən cənub-şərqə doğru dağ-çölləri və quru çöllər yarımsəhra landşaft kompleksləri ilə əvəz olunur.

Böyük Qafqazın cənub-şərq hissəsində relyef xüsusiyyətlərinin təhlili və yeni tektonik hərəkətlərin differensiasiyası ərazidə iki köndələn landşaf-morfotektonik pilləsi -Dibrar və Qobustan ayırmağa imkan verir. Onlar bir-birindən basdırılmışfleksura ilə ayrılır ki, bu da müasir relyefdə aydın seçilir . Bu qeyd olunan köndələnpillələrinin hüdudlarında çöl və yarımsəhra landşaft kompleksləri ayrılır. Landşaft komplekslərinin sərhədləri bütünlüklə morfotektonikpillələrin sərhəddi ilə üst-üstə düşür. Qeyd etmək lazımdır ki, Dibrar və Qobustan köndələn landşaft-morfotektonik strukturunu ayıran basdırılmışfleksuradan şərqdə Qobustanın əsasən bütün ərazini əhatə edən yarımsəhra landşaft kompleksləri formalaşmışdır. Bundan əlavə qeyd olunan ərazi üçün əsasən yarğan,qobu,dərə və çökəkliklər, çıxıntılı yamaclar, geniş və dar suayrıcılar, nsevdakarstçalalr və s. kimimorfoskluptur relyef formaları xarakterikdir. Relyefin kəskin dəyişməsi mürəkkəbləşmə yaradır və landşaftların differensiaiyasına səbəb olur. Buna uyğun olaraq qeyd etmək olar ki, ərazi üçün əsasən xarakterik olan quruçöl landşaftı təkcə alçaq dağlığın yuxarı hissəsində deyil, eyni zamanda ortadağlıqda mövcud olan bir sıra çökəkliklərin dibində də rast gəlinir.

İstənilən dağlıq ərazidə landşaftların formalaşmasında relyefin morfometrik elementlərinin rolu tədqiqatçılar tərəfindən geniş tədqiq edilmişdir. Lakin dağların planetar və regional mövqeyindən asılı olaraq morfometrik elementlərin landşaftəmələgəlmədəki rolu özünəməxsus dərəcədə dəyişə bilir. Məsələn: Böyük Qafqazın Azərbaycan hissəsində onun cənub yamac regionu əsasən rütubətli qərb hava axınlarına doğru çevrildiyi üçün daha çox yağıntı olur və burada dağ meşə landşaftları geniş genişyayılmışdır. Böyük Qafqazın cənub-şərq yamacında isə relyefin ümumi meyilliyin az olması və ümubaxarlılığın cənuba istiqamətlənməsi ərazinin daha quru cənub səmtli hava axınlarının təsirinə məruz qoymuşdur. Bu səbəbdən Böyük Qafqazın cənub-şərq yamacında yarımsəhra və quru bozqır və arid seyrək meşə və kolluqlar landşaftları təbii olaraq orta dağlığa doğru xeyli dartılmışdır.

Böyük Qafqazın cənub-şərq yamacı təbii landşaftların diferensiasiyası

[redaktə | mənbəni redaktə et]

Cənub-Şərqi Qafqazın təbii landşaftları mürəkkəb differnsiasiya xüsusiyyətlərinə malikdirlər.Ərazidə landşftların təbii differensiasiyasında relyefin mütləq hündürlüyünün, süxurların litoloji tərkibinin və filtrasiya qabiliyyətinin müxtəlifliyinin, yamacların ekspozisiyasının, ekzogen geomorfoloji prosseslərin, iqlimin təsiri çox böyükdür. Regionun əlverişli relyef və iqlim şəraiti ilə əlaqədar burdakı intensiv antropogen fəaliyyətində təbii landşaftların struktur ərazi differensiasiyasında rolu az olmamışdır.

Yuxarı Muosenə qədər olan dövrdə geoloji inkişaf tarixi Yura dövründən başlayır. Buna səbəb Yuraya qədər olan çöküntülərin səthə çıxmamasıdır.

Muopliosen (sarmat-meotis) dövründə qalxma gözə çarpacaq dərəcədə şiddətlənmiş, quru genişlənmişdir. Tufan-Dibrar və Şahdağ quru zonalarında relyef 500–600 m olmuş, abraziya və denudasiya nəticəsində parçalanmışdır.

Aşağı və orta Pliosendə (pont-məhsuldar qat) qurunun sərhəddi genişlənir. Məhsuldar qat dövründə dağlıq relyef sürətlə qalxır, denudasiya şiddətlənir, düzəlmə səthləri yaranır, qədim dərələrin sayı artır.

Yuxarı Pliosen dördüncü dövrdə Tufan-Dubrar qurusunun sahəsi şimal-qərb istiqamətində genişlənib, cənub-şərq istiqamətində tədricən daralır.

Dördüncü dövrün əvvəllərindən başlayaraq yaranmış relyef müasir relyefə yaxın olmuşdur. Xəzər dənizinin geri çəkilməsi ilə əlaqədar olan allüvial-dəniz düzənliklərinin sərhəddi genişlənmişdir. Beləliklə, endogen və ekzogen prosseslərin birgə əlaqəsi və inkişafı nəticəsində müasir relyef formalaşmışdır.

Cənub-Şərqi Qafqazın relyefinin uzun geoloji dövr ərzində formalaşması eyni zamanda ərazidə təbii landşaftların formalaşmasında da özünü göstərir. Bu Azərbaycanın paleocoğrafi tədqiqatlarına dair ədəbiyyatlarda öz əksini tapmışdır. Pliosendə orta və yüksək dağlıq zonalara yaranmış, alp çəmənlik landşaft zonası meydana gəlmiş müasir flora və fauna növləri formalaşmışdır.

Dördüncü dövrdə iqlimin soyuqlaşması və quraqlqşması nəticəsində savanna landşaftı çöl və quru yarımsəhra landşaftları ilə əvəz olunmuş, nival landşaft zonası formalaşmış, relyef, çay şəbəkəsimüasir şəklini almış və Xəzər dənizi hazırkisərhədlərində formalaşmışdır.

Cənub-Şərqi Qafqazın təbii landşaftlarının differensiasiyası eyni zamanda ərazidə geniş yayılmış palçıq vulkanları ətrafında da müşahidə olunur. Palçıq vulkanları Böyük Qafqazın cənub-şərq periklinal əyilmə zonası əhatə edib, şərq və cənub-şərqdən Xəzər dənizi, qərbdən Ağsu çayı, şimaldan isə Dübrar dağ sisteminin cənub yamacı ilə sərhədlənir. 

Cənub-Şərqi Qafqazda landşaftların differensiasiyasında relyefin mütləq hündürlüyü ilə yanaşı eroziyaqrovitasiya və erozian-akkumlyativ mənşəli relyef formalarının, ərazidəki düzəlmə səthlərinin, yamacların meylliyinin və səmtinin, dağdaxili çökəkliklərin təsiri böyükdür.

Cənub-Şərqi Qafqazda landşaftların eroziya-qravitasiya prosesləri nəticəsində differensiasiyası respublikanın digər regionlarından xüsusilə fərqlənir. Bu regionda dağların çox yüksək və dik olması, ərazidə gil və gilli çöküntülərin geniş yayılması, yağıntıların illik miqdarı və onların rejimi, dərinləşdirici eroziyanın intensivliyi, arasıra zəlzələlərin olması və insanların təsərrüfat fəaliyyəti qravitasion relyef formalarının, xüsusilə sürüşmə və uçqunların geniş yayılmasına əlverişli şərait yaratmışdır. Sürüşmələr ərazinin ən çox Girdimançay, Ağsuçay, Çilgilçay, Qozluçay, Kəndəçay, Ataçay, Gilgilçay, Vəlvələçay hövzələrində geniş yayılmışdır. Sahəvi sürüşmələr ən çox Girəlimançay, Pirsaatçay, Sumqayıtçay, Ataçay, Gilgilçay və s. çay hövzələrində yayılmaqla geniş torpaq sahələrini yararsız hala salır, yaşayış məntəqələrini və yolları dağıdır.

Cənub-Şərqi Qafqazın gömülmə sahəsində iqlimin regionun digər hissələri ilə müqayisədə çox quraq keçməsi ilə əlaqədararid-denudasiya relyef formaları etmişdir. Burada illik yağıntıların miqdarı 200–400 mm, buxarlanma qabiliyyəti 1000–1250 mm təşkil edir. Belə bir iqlim şəraitində ərazidə daimi axarlı çayları müvəqqəti axarı olan yarğan-qobu şəbəkəsi əvəz edir.

Arid-denudasiya relyefinin ən geniş yayılmış növlərindən biri bedlendlərdir. Bedlend, Cənub-Şərqi Qafqazın dağətəyi sahələrində xüsusilə Qobustanda geniş yayılmış relyef formalarından biri olub ərazi landşaftlarının differensiasiyasında xüsusi rolu vardır. Bu relyef formasına həmçinin Tuqçay, Ataçay, Gilgilçay hövzələrində, Sumqayıtçayın dərəsi boyunca cənub yamac sahələrdə geniş yayılmışdır. Bu ərazilərdə denudasiya prossesi güclü getdiyindən torpaq və bitki örtüyü inkişaf edə bilmir. Bundan əlavə dağ yamacları yarğanlarla hədsiz dərəcədə parçalandığından bu ərazilərdən istifadə olunması tamamilə əlverişsizdir.

Cənub-Şərqi Qafqazın müasir landşaftlarının differensiasiya xüsusiyyətlərindən biri də düzəlmə səthləridir. Bu relyef forması ərazinin əsasən cənub-şərq gömülmə sahəsində daha yaxşı saxlanmışdır. Qovdağ-Dübrar düzəlmə səthi 2100–2400m yüksəklikdə əsasən Göyçay, Girdimançay, Pirsaatçay, Çikilçay və Ataçayın suayrıclarında geniş sahədə müşahidə edilir. Düzəlmə səthinin ən yaxşı saxlanmış sahəsi dalğalı-təpəli relyefə malik olan Dübrar və Əyriyaylaq yaylalarıdır. Düzəlmə səthi Altıağac ətrafında Yarımca yaylasında, Çikilçayla Qozluçay arasında geniş bir sahəni əhatə edir.

Çuxuryurd düzəlmə səthi 1200–1300m mütləq yüksəkliklərdə Çikilçay, Qozluçay, Pirsaatçay və Ağsuçay çayları arasında yaylavarı səthə malik olan geniş suayrıclarda müşahidə edilir. Düzəlmə səthinin ən geniş sahəsi Astraxanka (Qızyurdu) yaylasıdır. Burada həm də palçıq vulkanı təpələrinə də (sopka) rast gəlinir.

Şamaxı düzəlmə səthi Cənub-Şərqi Qafqazda tutduğu sahəyə görə digər səthlərdən fərqlənir. Bu ən yaxşı saxlanmış geniş dağüstü düzənlik və yaylalardan ibarətdir. Düzəlmə səthinin mütləq hündürlüyü 600–800m olub Gürcüvan, Şamaxı və Mərəzə yaylalarını əhatə edir.

Qobustan düzəlmə səthi 300–500m yüksəkliklərdə yerləşən hamar suayrıcları və yaylaları əhatə edir.

Regionda mövcud olan morfostrukturlar landşaftın asimmetriyasını yaratmışlar. Belə ki, Böyük Qafqazın Cənub-Şərq hissəsində mövcud olan Təngi-Beşbarmaq, Qaytarqoca, Niyaldağ, Qovdağ dağ silsilələri asimmetriklik təşkil edir. Bu qeyd olunan morfostrukturların hamısıüçün dağ-meşə landşaft tipi xarakterikdir.Lakin Təngi-Beşbarmaq və Qaytarqoca morfostrukturlarının şimal yamacı meşə ilə örtülmüş, cənub yamac isə çöl landşaftından ibarətdir.

Niyaldağ morfostrukturunun cənub yamacında isə əksinə, meşə landşaftı üstünlük təşkil edir (Qeyd olunan landşaft tipi İvanovka yaylasından daha aydın görünür).Şimal yamacda isə dağ-çəmən landşaft tipi formalaşmışdır. Bunun səbəbi ondan ibarətdir ki, Təngi-Beşbarmaq və Qaytarqoca morfostrukturları şimaldan, Niyaldağ morfostrukturu isə cənubdan rütubətli hava kütləsinə qarşı çevrilmişdir. Niyaldağ morfostrukturunun şimal ekspozisiyalı yamacında məhsuldar subalp landşaft tipi formalaşmışdır.

Qovdağ morfostrukturunun landşaft xüsusiyyəti Niyaldağ morfostrukturundan kəskin fərqlənir. Qovdağ morfostrukturu Böyük Qafqazın cənub-şərq hissəsinin orta dağlığının yüksək hissəsində dağ-çəmən landşaft kompleksinin üstünlüyü ilə fərqlənir. Morfostrukturun hamarlanmış suayrıcı hissəsi, xüsusilə şimal ekspozisiyalı yamacı yüksək məhsuldarlıqlı subalp çəmənlikləri ilə örtülmüşdür. Lakin bu morfostruktur digərlərindən tamamilə təcrid olunmuş vəziyyətdə olduğundan o, hər tərəfdən dağarası çökəkliklərləəhatə olunduğundan onun dik yamacları intensiv parçalanmaya məruz qalmışdır. Bununla yanaşı olaraq qeyd olunan və digər səbəblərdən morfostrukturun cənub yamacında çöl və çəmən-kol, meşə-kol landşaft kompleksləri formalaşmışdır.

Böyük Qafqazın Cənub-Şərq hissəsi üçün xarakterik olan müxtəlif tip morfostrukturlarda landşaft komplekslərinin formalaşması ziddiyyət təşkil edir. Belə ki, yuxarıda qeyd olunan dağ massivlərində, silsilələrdə yüksəklikdən asılı olaraq bütövlükdə landşaftların differensiasiyası ya güclənir ya da zəifləyir. Dağlıq yayla morfostrukturlarının landşaftları dağ silsilələri morfostrukturları ilə müqayisədə bir tip landşaftları ilə seçilir. Bu dağlıq yaylaların nisbətən hamar səthə malik olması ilə əlaqədar olub, onların hava kütlələrinə qarşı sədd yaratmamasının nəticəsidir. Dağarası çökəkliklər isə hər tərəfdən fərqli genezisli morfostrukturlarla əhatələndiyindən, müxtəlif mütləq hündürlüyə malik olduqlarından xüsusi landşaft tipi və yarımtipləri yaradırlar.

Ərazinin orotektonik xüsusiyyətlərinin təhlili burada bir sıra uzununa və köndələn morfotektonik pillələrin və onlara uyğun landşaft tiplərinin ayrılmasına imkan verir. Böyük Qafqazın Cənub-Şərq hissəsində mövcud olan Şamaxı-Qobustan uzununa morfotektonik pilləsi ərazinin alçaq dağlıq-öndağlıq qurşağını əhatə edir. Şamaxı-Qobustan uzununa morfotektonik çöl landşaft pilləsi şimaldan Tufan qayalıq çəmən-meşə pilləsi ilə, cənubdan isə Şirvan pilləsi ilə sərhədlənir. Bu tektonik pozulma boyunca relyef nisbi hündürlüyü 400–600m olan sıldırım yamaclarla xarakterizə olunur. Bu pillə üçün bir-birini qərbdən-şərqə doğru əvəz edən alçaq dağlıq arid-meşə-kol, çöl, quru çöl landşaftları xarakterikdir.

Şamaxı-Qobustan pilləsinin landşaftları şimaldan-cənuba doğru da dəyişir. Şamaxı-Mərəzə xəttindən şimalda yayılmış çöl landşaftları cənub istiqamətində 400–500m mütləq yüksəkliklərdə yarımsəhra landşaftları ilə əvəz olunur.

Şamaxı-Qobustan pilləsində mövcud olan hipsometrik səviyyə və geoloji strukturun xarakteri ərazi üçün dominant landşaft tipi olan dağ çölləri landşaft tipinin formalaşmasına şərait yaratmışdır. Qobustanın nisbətən hündür sahələrində ( Yurfandağ, Şifandağ, Gicəki, Şıxzəyirli antiklinal silsilələr) quruçöl landşaftları, nisbətən gömülmə ərazilərdə (Ceyrankeçməz, Şixan, Qərbi-Kəndi çökəkliklərində) yarımsəhra landşaftları formalşmışdır.

Şamaxı-Qobustan pilləsinn ümumqafqaz istiqamətində gömülmə meyli və köndələn pillənin ümumi qalxma xəttindən şimala və cənuba doğru alçalması landşaft tiplərinin bir-birini əvəz etməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunduğu kimi landşaftlar şimal-qərbdən cənub-şərqə doğru dağ-çölləri və quru çöllər yarımsəhra landşaft kompleksləri ilə əvəz olunur.

Böyük Qafqazın cənub-şərq hissəsində relyef xüsusiyyətlərinin təhlili və yeni tektonik hərəkətlərin differensiasiyası ərazidə iki köndələn landşaf-morfotektonik pilləsi -Dibrar və Qobustan ayırmağa imkan verir. Onlar bir-birindən basdırılmış fleksura ilə ayrılır ki, bu da müasir relyefdə aydın seçilir. Bu qeyd olunan köndələn pillələrinin hüdudlarında çöl və yarımsəhra landşaft kompleksləri ayrılır. Landşaft komplekslərinin sərhədləri bütünlüklə morfotektonik pillələrin sərhəddi ilə üst-üstə düşür. Dibrar və Qobustan köndələn landşaft-morfotektonik strukturunu ayıran basdırılmış fleksuradan şərqdə Qobustanın əsasən bütün ərazini əhatə edən yarımsəhra landşaft kompleksləri formalaşmışdır. Bundan əlavə qeyd olunan ərazi üçün əsasən yarğan,qobu,dərə və çökəkliklər, çıxıntılı yamaclar, geniş və dar suayrıcılar, nsevdakarst çalalr və s. kimi morfoskluptur relyef formaları xarakterikdir. Relyefin kəskin dəyişməsi mürəkkəbləşmə yaradır və landşaftların differensiaiyasına səbəb olur. Buna uyğun olaraq qeyd etmək olar ki, ərazi üçün əsasən xarakterik olan quruçöl landşaftı təkcə alçaq dağlığın yuxarı hissəsində deyil, eyni zamanda ortadağlıqda mövcud olan bir sıra çökəkliklərin dibində də rast gəlinir.

İstənilən dağlıq ərazidə landşaftların formalaşmasında relyefin morfometrik elementlərinin rolu tədqiqatçılar tərəfindən geniş tədqiq edilmişdir. Lakin dağların planetar və regional mövqeyindən asılı olaraq morfometrik elementlərin landşaftəmələgəlmədəki rolu özünəməxsus dərəcədə dəyişə bilir. Məsələn: Böyük Qafqazın Azərbaycan hissəsində onun cənub yamac regionu əsasən rütubətli qərb hava axınlarına doğru çevrildiyi üçün daha çox yağıntı olur və burada dağ meşə landşaftları geniş geniş yayılmışdır.

Böyük Qafqazın cənub-şərq yamacında relyefin ümumi buxarlığı cənub-şərq istiqamətinədir. Lakin landşaftların struktur funksional xüsusiyyətlərinin formalaşmasında, eləcə də onun morfoloji quruluşunun təyinində nisbətən kiçik relyef formalarının yamaclarının baxarlığı mühüm rola malikdir. Eyni zamanda landşaftdaxili yamac prosesləri və onların morfoloji differensiasiyada rolunu qiymətləndirmədə baxarlılıq vacib amil kimi qəbul edilmişdir. Bunları nəzərə alaraq Böyük Qafqazın Cənub-Şərq hissəsində yamacların baxarlılıq irimiqyaslı (1:100 000) elektron xəritəsi tərtib edilmişdir. Ərazini böyük hissəsində (24,7%) relyefin baxarlılığı 225–2700-lik azimutlara, yəni cənub və cənub-qərb (180–2250 azimut), 17,7%(1551,8 km2) cənub-şərq və cənub (135–1800 azimut), 17,2%-i (1508,0 km2) qərb və şimal-qərb (270–3150 azimut), yalnız 6,9%-i (607,3 km2) şimal, şimal-qərb və şimal-şərq (0–450 və 315–3600 azimutlar) istiqamətlərinə yönəlmişdir. Müxtəlif hündürlüklərdə yamacların baxarlılığından asılı olaraq landşaftın strukturu və funksional xüsusiyyətləri də dəyişr.

Qobustanın təpəli relyefi hüdudlarında bir sıra hamardibli çökəkliklərdə şoranlıqlar yayılmışdır, lakin ona bitişik nisbətən hündür sərhədlərdə şoranotu və digər kol bitkilərinə rast gəlinir. Burada göründüyü kimi relyefin hətta az nəzərə çarpacaq dərəcədə hündürlüyünün dəyişməsi landşaftların differensiasiyasına səbəb olur.

Palçıq vulkanları landşaftların differensiasiyasında mühüm rol oynayır. Məlum olduğu kimi, palçıq vulkanları üzərində inkişaf etdikləri ana süxurların xarakterinə və morfoloji xüsusiyyətlərinə görə ətraf ərazilərdən kəskin fərqlənirlər. Məhz buna görə də bu sahədə tədqiqat aparmış alimlər palçıq vulkanlarını müstəqil landşaft tipi kimi ayırırlar.

Qobustan rayonu ərazisində mövcud olan iri palçıq vulkanları (Torağay, Kənizdağ, Qələndərtəpə, Otman-Bozdağ, Nardaran, İlanlı və s.) ətrafında xüsusi landşaft tipi formalaşmışdır. Belə ki, palçıq vulkanlarının yamaclarının səmtliliyi və brekçiya materiallarının yaşından asılı oalraq onların landşaftları bir-birindən fərqlənirlər. Bir qayda olaraq palçıq vulkanlarının nisbətən zəif rütubətlənən cənub yamacları kəskin parçalanır. Cənub yamaclarda sıx yarğan-qobu şəbəkəsi, gilli karst və bedlend inkişaf edir. Şimal yamaclar nisbətən daha çox rütubət aldıqlarından zəif parçalanırlar. Buna görə də palçıq vulkanlarının cənub yamaclarında güclü parçalanmış yarımsəhra landşaftları inkişaf etmişdir. Palçıq vulkanları özünəməxsus landşaftların formalaşması vulkanın püskürmə dövrü və brekçiya materiallarından asılıdır. Palçıq vulkanları üzərində formalaşmış landşaftları 4 tipə bölmüşlər; təzə, cavan, qədim və yuyulmuş brekçiyalar üzərində formalaşmış landşaftlar.

Təzə brekçiya materialları üzərində formalaşmış landşaftlar çox primitiv olub, 15–30 il bundan əvvəl püskürmüş vulkanların kraterləri və brekçiya axınları üzərində yaranırlar. Vulkan krateri və yamaclarını örtmüş təzə brekçiyalar üzərində bitki örtüyü çox seyrək olub, əsasən ətlişoran, çərənotu və qismən qarağandan ibarət zəif inkişaf etmiş yarımsəhra landşaftları formalaşmışdır. 

 Cavan brekçiya materialları üzərində formalşmış landşaftlar vulkan püskürməsindən 100 ildən artıq keçmiş ərazilərdə formalaşır. Palçıq vulkanlarının cavan brekçiyalar yayıldığı ərazilərdə torpaq örtüyü ilkin formalaşma mərhələsindədir. Bitki örtüyü nisbətən müxtəlif tərkibli olub, əsasən qarağan, kəngiz və s. ibarətdir.

Qədim brekçiyaların landşaftları palçıq vulkanlarının sıldrım yamaclarında formalaşmışdır. Cavan brekçiyalarda torpaq örtüyü ilkin formalaşma mərhələsində olduğu halda, qədim brekçiyalarda torpağın formalaşma prossesi davam edir. Qədim brekçiyalar üzərində əsasən kəngiz, yovşan, dənli bitkilər və müxtəlif otlar inkişaf etmişdir.

Yuyulmuş brekçiyaların landşaftları özünəməxsus xüsusiyyətə malik olub, vulkan ətrafı düzənlik sahələrdə formalaşır. Palçıq vulkanı yamacları müntəzəm olaraq yağış sularının təsirinə məruz qaldığından brekçiya səthindən tədrici yuyulma nəticəsində su axını müəyyən miqdarda duzları saxlayır. Qeyd olunan duzlu su axını vulkanın ətəyində düzən sahələrdə toplanır və landşaftın halofitləşməsi baş verir. Yağışlı mövsümlərdə qeyd olunan düzən səthin üzəri yeni-yeni yuyulma materialları ilə örtülür və təzələnir. qeyd etmək lazımdır ki,yuyulmuş brekçiyaların landşaftı üçün kəngiz bitkisi xarakterik olub, bu xüsusiyyətinə görə cavan brekçiya örtüklü landşaft kompleksinə oxşayır.

Palçıq vulkanları onların vaxtaşırı yenidən püskürməsi ilə əlaqədar olaraq daima yeniləşir. Qədim brekçiyalar olan sahələrdə quru çöl bitki qrupları, cavan brekçiyalarda isə yarımsəhra halofit bitki formasiyaları inkişaf etmişdir. Ümumiyyətlə, palçıq vulkanları axınları və örtüyü olan ərazilərin bitki örtüyünün sıxlığı və növ tərkibi həmin ərazinin vulkan materiallarının qədimliyi ilə əlaqədardır. Bundan əlavə palçıq vulkanı landşaftları yamacların ekspozisiyasına görə də bir-birindən fərqlənirlər. İntensiv parçalanmış, sıldırımlı bedlend cənub yamaclarda kəngiz, efimerlər, zəif parçalnmış orta meyillikli şimal yamaclarda sıx yovşan-efimer bitkiləri inkişaf etmişdir. Palçıq vulkanlarının landşaftlarının müxtəlifliyi həm də vulkanın yerləşdiyi yüksəklik landşaft qurşağından və onun coğrafi yerləşməsindən asılıdır. Zəif meyilliyə malik prolüvial-delluvial brekçiya düzənliklərində, vulkanların ətəyində kəngiz,qarağan,efimerlər vulkanların orta və yuxarı hissələrində efimer bitkilərinin sıxlığının artması ilə xarakterizə olunur.

Böyük Qafqazın cənub-şərq qurtaracağı dərə, yarağan, kümbəzvari və yaylavarı relyef formalarının olması, palçıq vulkanları, gil karstları və bedlendin geniş yayılmasıilə səciyyələnir ki, bu da landşaftların differensiasiyasında mühüm rol oynayır. Qeyd olunan relyef formaları Gilgilçay, Taxtakörpü çaylarının suayrıcından başlayaraq Ləngəbiz silsiləsinədək 50–200m-dən 500m mütləq yüksəkliklərdə ərazini əhatə edir.

Öndağ sahəsinin geoloji qurluşu Cənub-Şərqi Qafqazın geoloji inkişaf tarixi ilə sıx əlaqədardır. Burada əsasən paleogen və neogen yaşlı çöküntülər (gillər, mergellər, əhəngdaşları) geniş yayılmışdır. Dağarası çökəkliklərdə isə dördüncü dövr çöküntüləri yayılmışdır.

Böyük Qafqazın cənub-şərq qurtaracağın öndağ sahəsində müasir relyef və landşaftın yaranmasında iqlim şəraitinin rolu olduqca böyükdür. Burada yayı isti və quraq keçən mülayim isti və yarımsəhra quru çöl iqlimi üstünlük təşkil edir. Orta illik temperatur 12–3.50 təşkil edir. Orta illik yağıntıların miqdarı 200–300 mm arasında dəyişir.

Ərazinin öndağ sahəsində iqlim şəraitindən asılı olaraq daimi axara malik çay sistemi yoxdur. Bütün bu qeyd olunanların nəticəsidir ki, öndağ ərazilərdə dağ yarımsəhra landşaftları formalaşmışdır. Ərazidə yarımsəhra landşaftları üçün xarakterik olan yovşan, kəngiz, yağlı şoran, yovşanlı şoranlıq bitkiləri, quraqlığa davamlı dağ kserofit və qaratikan kolluqları yayılmışdır.

Cənub-Şərqi Qafqazın relyef, iqlim şəraiti süxurların litoloji tərkibi, ekzogen geomorfoloji prosseslər və s. təbii landşaftların struktur ərazi differensiasiyasını yaratmış və aşağıdakı landşaft tiplərini formalaşmışdır: 1. Qayalıq subnival; 2. Dağ-çəmən; 3. Dağ-meşə; 4. Çöl; 5. Arid seyrək meşə-kol; 6. Dağ yarımsəhraları; 7. Düzənliklərin çəmən-meşə kolluqları.[1],[2].

Böyük Qafqazın cənub-şərq hissəsi müasir landşaftlarının öyrənilməsi

[redaktə | mənbəni redaktə et]

Ərazi ayrı-ayrı dövrlərdə müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif aspektlərdə öyrənilmiş və uğurlu elmi nəticələr əldə edilmişdir.Cənub-Şərqi Qafqazın təbii landşaftları mürəkkəb differnsiasiya xüsusiyyətləri burada aparılan tədqiqatların metod və yanaşmalarına da təsir göstərmişdir. Ərazi landşftlarının təbii differensiasiyasında relyefin mütləq hündürlüyünün, süxurların litoloji tərkibinin və filtrasiya qabiliyyətinin müxtəlifliyinin, yamacların ekspozisiyasının və meyilliyinin ekzogen geomorfoloji prosseslərin, iqlimin təsiri çox böyükdür. Regionun əlverişli relyef və iqlim şəraiti ilə əlaqədar burdakı intensiv antropogen fəaliyyətində təbii landşaftların struktur ərazi differensiasiyasında rolu az olmamışdır. Bu qeyd olunan xüsusiyyətlərlə əlaqədar Cənub-Şərqi Qafqazda mürəkkəb strukturlu müxtəlif landşaft tipləri formalaşmışdır. A.Q.İsaçenko (1965,1992) dağlıq ərazilərdə təbii landşaftların şaquli və üfüqi differensiasiyasını bütün təbii komponentlərin qarşılıqlı əlaqəsinin kompleks nəticəsi kimi nəzərdən keçirir. O, həmçinnindağlıq ərazilərdə landşaftların şaquli qurşaqlar üzrə paylanmasında geoloji şəraitin və relyefin geomorfoloji zonallığının əsas aparıcı rolunu qeyd edir.

Dağlıq ərazilərdə təbii landşaftların differensiasiyası və onu yaradan amillərin tədqiqinin nəzəri və metodoloji problemlərini A.Q.İsaçenko (1965, 1980, 1992), F.N.Milkov (1965,1986), A.A.Qriqoryev (1966), O.Y.Şukina (1960), P.S.Makeyev (1954), İ.M.Zabelin (1955), V.M.Çupaxin (1964), N.A.Qvozdetski (1976) və s. alimlər tədqiq etmişdir. Azərbaycan respublikasında dağlıq ərazilərin təbii landşaftlarının struktur ərazi differnsiasiyasına aid xeyli qiymətli elmi-tədqiqat işləri aparılmışdır.

N.K.Kərəmov (1963,1964,1966) Böyük Qafqazın Azərbaycan hissəsinin təbii landşaftlarının ilk dəfətəsnifatını vermişdir. O Böyük Qafqazın hündürlük qurşaqlarını tədqiq etmiş və onların differensiasiyasında geoloji-geomorfoloji şərait əsas olmaqla digər təbii komponentlərin də qarşılıqlı əlaqəsini nəzərə almışdır. O Qafqaz dağlarının Azərbaycan hissəsində dağların coğrafi mövqeyinin və hündürlüyünün təsirini nəzərə alaraq 5 hündürlük landşaft zonallığı tipi ayırmışdır.

N.K.Kərəmov (1961) Böyük Qafqazın Azərbaycan daxilindəki hissəsində şaquli zonaların strukturu və onların tiplərinin sərhədlərini ayırarkən landşaftın bütün fiziki-coğrafi elementləri,xüsusilə relyef və bitki örtüyünün , həmçinin bitki örtüyünün , xarakterini həmin ərazinin iqlim amillərilə, süxurların litiloji tərkibi və relyeflə sıx əlaqədə götürür.

D.A. Liliyenberq (1962) Cənub-Şərqi Qafqazın arid ön dağlıq landşaftlarını tədqiq etmiş və regionun landşaftlarını ayırarkən ən böyük taksonomik vahidlər sistemi-zonal sistemi irəli sürür. O, iki sistemi-dağlıq və düzənliyi əsas götürərək həmin sistemlər daxilində bioiqlim əlamətlərinə əsasən landşaft qurşaqları ayırmışdır.

X.İ.Ömərovanın (1969,1970,1976) Cənub-Şərqi Qafqazın təbii landşaftlarının tədqiqində xüsusi rolu olmuşdur. O, Cənub-Şərqi Qafqazın şimal-şərq və cənub-cənub-şərq hissələrinin təbii landşaftlarının müqayisəli təhlilini vermişdir. O, N.Kərəmovdan fərqli olaraq ərazinin landşaftlarının yüksəklik zonallığını tədqiq edərək Qəbələ-İsmayıllı, Şamaxı-Qobustan, Dübrar-Dəvəçi və Quba-Xaçmaz yüksəklik zonallığını müəyyən etmişdir.

F.A.Hüseynova (1969) Böyük Qafqazın Cənub-Şərq batımında yerləşən Qobustan alçaq dağlığının təbii landşaftlarını mükəmməl tədqiq etmişdir. O, özündən əvvəlki tədqiqatçı alimlərin fikirlərindən fərqli olaraq arid-denudasion alçaq dağlıq əraziləri kompleks əlamətlərinə və formalaşmasına görə istər dağlıq və istərsə də düzənlik siniflərindən kəskin fərqləndiyini qeyd edir. Bu fikri əsas tutaraq müəllif Qobustan Böyük Qafqaz və Kür-Araz ovalığına bərabər ayrıca landşaft sinifi kimi qəbul etmişdir. Müəllif Qobustan arid-denudasion alçaq dağlıq sinifi daxilində geoloji qurluş, relyef və bioiqlim əlamətlərini nəzərə alaraq 5 landşaft tipi, 7 yarımtip və 64 növ ayırmaqla ərazinin təbii landşaft xəritəsinin tərtib etmişdir. M.A.Müseyibov (1959) Kiçik Qafqazın şimal-şərq yamacının Akstafa və Şəmkirçay arasındakı sahəsində landşaftın şaquli differensiasiyasına təsir göstərən amillər içərisində ərazinin inkişaf tarixinə, üfüqi və dərininə erozian parçalanmaya, dağların coğrafi mövqeyinə, yamacların ekspoziyasına, süxurların litoloji tərkibinə və insanın təsərrüfat fəaliyyətinə üstünlük vermişdir.

M.A.Müseyibov (2003) Azərbaycan landşaftlarının təkamülü vədifferensiasiyası istiqamətində fundamental tədqiqat işləri aparmışdır. O, xüsusilə Cənub-Şərqi Qafqazın təbii landşaftlarının əmələ gəlməsinə və ərazi üzrə differensiasiyasına yeni tektonik hərəkətlərin təsirinə dərindən tədqiq etmişdir.

B.Ə. Budaqovun (1976) Azərbaycanın Böyük Qafqaz hissəsi relyefinin inkişaf mərhələlərinin tədqiqinin çox böyük əhəmiyyəti vardır. Ərazinin yeni tektonik hərəkətlərin və eləcə də iqlimlə əlaqədar olan ekzogen amillərin inkişaf dərəcəsindən asılı olmuşdur. B.Ə.Budaqov Cənub-Şərqi Qafqazın relyefinin inkişafını əsasən beş mərhələyə bölmüşdür.

Yuxarı Muosenə qədər olan dövrdə geoloji inkişaf tarixi Yura dövründən başlayır. Buna səbəb Yuraya qədər olan çöküntülərin səthə çıxmamasıdır.

Muopliosen (sarmat-meotis) dövründə qalxma gözə çarpacaq dərəcədə şiddətlənmiş, quru genişlənmişdir. Tufan-Dibrar və Şahdağ quru zonalarında relyef 500–600 m olmuş, abraziya və denudasiya nəticəsində parçalanmışdır.

Aşağı və orta Pliosendə (pont-məhsuldar qat) qurunun sərhəddi genişlənir. Məhsuldar qat dövründə dağlıq relyef sürətlə qalxır, denudasiya şiddətlənir, düzəlmə səthləri yaranır, qədim dərələrin sayı artır.

Yuxarı Pliosen dördüncü dövrdə Tufan-Dubrar qurusunun sahəsi şimal-qərb istiqamətində genişlənib, cənub-şərq istiqamətində tədricən daralır.

Dördüncü dövrün əvvəllərindən başlayaraq yaranmış relyef müasir relyefə yaxın olmuşdur. Xəzər dənizinin geri çəkilməsi ilə əlaqədar olan allüvial-dəniz düzənliklərininsərhəddigenişlənmişdir. Beləliklə, endogen və ekzogen prosseslərin birgə əlaqəsi və inkişafı nəticəsində müasir relyef formalaşmışdır.

Cənub-Şərqi Qafqazın relyefinin uzun geoloji dövr ərzində formalaşması eyni zamanda ərazidə təbii landşaftların formalaşmasında da özünü göstərir. Bu Azərbaycanın paleocoğrafi tədqiqatlarına dair ədəbiyyatlarda öz əksini tapmışdır. Belə ki, Ə.V.Məmmədov, B.C.Ələsgərov (1996) azərbaycanın müasir landşaftlarının formalaşmasını üç əsas mərhələyə bölür: Oliqosen-Miosen, Pliosen və Dördüncü dövr. Oliqosendə ilk dağlıq relyef əmələ gəlmiş, şaquli landşaft zonallığının bünövrəsi qoyulmuş çay şəbəkəsinin əsası yaranmış və müasir floranın bir çox nümayəndələri meydana gəlmişdir. Miosen dövründə isə ilk çöl landşaftları əmələ gəlmişdir.

Pliosendə orta və yüksək dağlıq zonalar yaranmış, alp çəmənlik landşaft zonası meydana gəlmiş müasir flora və fauna növləri formalaşmışdır.

Dördüncü dövrdə iqlimin soyuqlaşması və quraqlqşması nəticəsində savanna landşaftı çöl və quru yarımsəhra landşaftları ilə əvəz olunmuş, nival landşaft zonası formalaşmış, relyef, çay şəbəkəsimüasir şəklini almış və Xəzər dənizi hazırkisərhədlərində formalaşmışdır.

Cənub-Şərqi Qafqazın təbii landşaftlarının differensiasiyası eyni zamanda ərazidə geniş yayılmış palçıq vulkanları ətrafında da müşahidə olunur. Palçıq vulkanları Böyük Qafqazın cənub-şərq periklinal əyilmə zonası əhatə edib, şərq və cənub-şərqdən Xəzər dənizi, qərbdən Ağsu çayı, şimaldan isə Dübrar dağ sisteminin cənub yamacı ilə sərhədlənir. Qeyd olunan ərazinin palçıq vulkanları ətrafının landşaftları B.Ə.Budaqov və A.A.Mikayılov tərəfindən mükəmməl tədqiq olunmuşdur (1976).

Geoloji struktur və relyefin landşaftların formalaşması və differensiasiyasına təsiri demək olar ki, bütün landşaftşünaslar tərəfindən qəbul olunmuşdur. Cənub-Şərqi Qafqazın müasir relyefi məhz yeni tektonik hərəkətlərin məhsuludur. Bununla əlaqədar B.Ə.Budaqov və A.A.Mikayılovun (1985) yeni tektonika ilə əlaqədar Cənub-Şərqi Qafqazın landşaftlarının inkişafı və formalaşmasına dair tədqiqatları xüsusi əhəmiyyəti kəsb edir. Yeni tektonik hərəkətlər müxtəlif dövrlərdə yaranmış morfostrukturlarda təkcə yüksəklik landşaft qurşaqları deyil həm də bu morfostrukturlarda mövcud olan ayrı-ayrı landşaft vahilərənin fərqli xüsusiyyələrininformalaşmasına təsir etmişdir.

Cənub-Şərqi Qafqazda landşaftların differensiasiyasında relyefin mütləq hündürlüyü ilə yanaşı eroziyaqrovitasiya və erozian-akkumlyativ mənşəli relyef formalarının, ərazidəki düzəlmə səthlərinin, yamacların meylliyinin və səmtinin, dağdaxili çökəkliklərin təsiri böyükdür.

Cənub-Şərqi Qafqazda landşaftların eroziya-qravitasiya prosesləri nəticəsində differensiasiyası respublikanın digər regionlarından xüsusilə fərqlənir. Belə ki, bu regionda dağların çox yüksək və dik olması, ərazidə gil və gilli çöküntülərin geniş yayılması, yağıntıların illik miqdarı və onların rejimi, dərinləşdirici eroziyanın intensivliyi, arasıra zəlzələlərin olması və insanların təsərrüfat fəaliyyəti qravitasion relyef formalarının, xüsusilə sürüşmə və uçqunların geniş yayılmasına əlverişli şərait yaratmışdır. Sürüşmələr ərazinin ən çox Girdimançay, Ağsuçay, Çilgilçay, Qozluçay, Kəndəçay, Ataçay, Vəlvələçay hövzələrində geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, burada sürüşmənin hər iki növü (sahəvi və xətti) geniş yayılmışdır (D.A.Lilienberq, 1962). Sahəvi sürüşmələr ən çox Girəlimançay, Pirsaatçay, Sumqayıtçay, Ataçay, Gilgilçay və s. çay hövzələrində yayılmaqla geniş torpaq sahələrini yararsız hala salır, yaşayış məntəqələrini və yolları dağıdır.

Cənub-Şərqi Qafqazın gömülmə sahəsində iqlimin regionun digər hissələri ilə müqayisədə çox quraq keçməsi ilə əlaqədararid-denudasiya relyef formaları inkişaf etmişdir. Burada illik yağıntıların miqdarı 200–400 mm, buxarlanma qabiliyyəti 1000–1250 mm təşkil edir. Belə bir iqlim şəraitində ərazidə daimi axarlı çayları müvəqqəti axarı olan yarğan-qobu şəbəkəsi əvəz edir (M.A.Müseyibov, R.Y.Quliyev, 1974).

Arid-denudasiya relyefinin ən geniş yayılmış növlərindən biri bedlendlərdir. Bedlend, Cənub-Şərqi Qafqazın dağətəyi sahələrində xüsusilə Qobustanda geniş yayılmış relyef formalarından biri olub ərazi landşaftlarının differensiasiyasında xüsusi rolu vardır. Bu relyef formasına həmçinin Tuqçay, Ataçay, Gilgilçay hövzələrində, Sumqayıtçayın dərəsi boyunca cənub yamac sahələrdə geniş yayılmışdır. Bu ərazilərdə denudasiya prossesi güclü getdiyindən torpaq və bitki örtüyü inkişaf edə bilmir. Bundan əlavə dağ yamacları yarğanlarla hədsiz dərəcədə parçalandığından bu ərazilərdən istifadə olunması tamamilə əlverişsizdir.

Cənub-Şərqi Qafqazın müasir landşaftlarının differensiasiyaxüsusiyyətlərindən biri də düzəlmə səthləridir. Bu relyef forması ərazinin əsasən cənub-şərq gömülmə sahəsində daha yaxşı saxlanmışdır. Bu tip ərazilərin öyrənilməsi əsasən geomorfoloji tədqiqatlara aiddir. N.V.Dumitraşkonun, D.A.Lilienberqin, B.Ə.Budaqovun (1967) bu sahədə xüsusi tədqiqatları olmuşdur.

N.V.Dumitraşko, D.A.Lilienberq, B.Ə.Budaqov(1961) Cənub-Şərqi Qafqazda 6, D.A.Lilienberq(1962) 7, B.Ə.Budaqov isə 8 düzəlmə səthini müəyyən etmişlər. Bu düzəlmə səthlərindənQovdağ-Dübrar (2100–2400m), Taxtayaylaq (1500–1600m), Çuxuryurd (1200–1300m), Şamaxı (600–800m)və Qobustan (300–500m) bilavasitə bizim tədqiq etdiyimiz əraziyə aid olub, landaşftlarındifferenssiasiyasında mühüm rol oynayır.

Qovdağ-Dübrar düzəlmə səthi 2100–2400m yüksəklikdə əsasən Göyçay, Girdimançay, Pirsaatçay, Çikilçay və Ataçayınsuayrıclarında geniş sahədə müşahidə edilir. Düzəlmə səthinin ən yaxşı saxlanmış sahəsi dalğalı-təpəli relyefə malik olan Dübrar və Əyriyaylaq yaylalarıdır. Taxtayaylaq düzəlmə səthi 1500–1600m yüksəkliklərdə yerləşir və ilk dəfə D.A.Lilienberq tərəfindən ayrılmışdır.

Düzəlmə səthi Altıağac ətrafında Yarımca yaylasında, ÇikilçaylaQozluçay arasında geniş bir sahəni əhatə edir.

Çuxuryurd düzəlmə səthi 1200–1300m mütləq yüksəkliklərdəÇikilçay, Qozluçay, Pirsaatçay və Ağsuçay çayları arasında yaylavarı səthə malik olan geniş suayrıclarda müşahidə edilir. Düzəlmə səthinin ən geniş sahəsi Astraxanka (Qızyurdu) yaylasıdır. Burada həm də palçıq vulkanı təpələrinə də (sopka) rast gəlinir.

Şamaxı düzəlmə səthi Cənub-Şərqi Qafqazda tutduğu sahəyə görə digər səthlərdən fərqlənir. Bu ən yaxşı saxlanmış geniş dağüstü düzənlik və yaylalardan ibarətdir. Düzəlmə səthinin mütləq hündürlüyü 600–800m olub Gürcüvan, Şamaxı və Mərəzə yaylalarını əhatə edir.

Qobustan düzəlmə səthi 300–500m yüksəkliklərdə yerləşən hamar suayrıcları və yaylaları əhatə edir.

Qeyd etmək lazımdır ki, tədqiq olunan ərazidə mövcud olan düzəlmə səthlərindənTaxtayaylaq və Qobustan ilk dəfə D.A.Lilienberq tərəfindən müəyyən olunmuşdur (1962). Tədqiqatçı alimlərin (X.Ömərova 1970, B.Budaqov, A.Mikayılov, 1985 və s) fikirlərinə əsaslanaraq müəyyən olunmuşdur ki, regionda mövcud olan iri morfostrukturlar landşaftların differensiasiyasında mühüm rol oynayır.[3]

Böyük Qafqazda heyvandarlıq

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə ilaraq Böyük Qafqaz regionunda heyvandarlığın ərazi təçkili iqtisadi-coğrafi baxımdan kompleks təhlil olunmuş və müəyyən edilmişdir ki, ərazinin təbii-iqtisadi potensialından tam istifadə olunmur. Respublikada istehsal olunan ümumi məhsul istehsalının 76,2%-i bu regionun payına düşdüyü halda, burada kənd təsərrüfatı payı cəmi 10,7 % təşkil edir.

Böyük Qafqaz regionunda heyvandarlığı inkişaf etdirmək üçün kifayət qədər torpaq ehtiyatları vardır. Burada yem bazasını möhkəmləndirmək və otlaq sahələrini genişləndirməklə kənldi -fermer təsərrüfatlarında mal-qaranın baş sayını artıqmaq, heyvandarlıq təsərrüfatlarını yerli xammal ehtiyatları ilə təmin etmək lazımdır.

Regionda əhalinin ərzaq məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmək üçün bütün bölgələrdə aqrar islahatlar aparılmış və müxtəlif mülkiyyət formalarına əsaslanan yeni heyvandarlıq kompleksləri yaradılmışdır. Ölkədə və regionda həyata keçirilən aqrar islahatlar nəticəsində 2000-ci ildən başlayaraq heyvandarlığın inkişafında böhran vəziyyəti dayandıırılmış və iqtisadi artıma nail olunmuşdur. Hazırda respublikada olan iri buynuzlu mal-qaranın 19,8 %-i, xırda buynuzlu mal-qaranın 20,9%-i, donuzların 47,2%-i, ev quşlarının 24,9 %-i Böyük Qafqaz regionunda cəmlənmişdir ki, bu da ətin 21,9%-i, südün 20,2%-i, kərə yağının 23,1 %-i , yumurtanın 25,1%-i deməkdir.

Böyük Qafqaz regionunda mal-qaranın cinsi tərkibini yaxşılaşdırmaq məqsədilə ölkəyə 6022 baş holştin-fliz, 1646 baş simmental, 380 baş şvis, 324 baş şarole və 25 baş Aberdin-anqus kimi yeni cins düyələr gətirilmiş, lakin ümimi tələbat tam ğdənilməmişdir. Problümi aradan qaldırmaq üçün ilk dəəfə olaraq Böyük Qafqaz regionunun iqtisadi və təbii-coğrafi şəraiti elmi baxımdan araşdırılmış, yeni yaradılmış aqrar sənaye müəssisələrinin imkanları və gələcək inkişaf istiqamətləri müəyyən edilmiş "Böyük Qafqaz regionunda heyvandarlıq məhsullarının (ət, süd, yun və yumurta) istehsalı" üzrə xəritə-sxem tərtib edilmişdir.

Böyük Qafqaz regionunda heyvandarlığın 4 rayonda inkişafı

[redaktə | mənbəni redaktə et]
  1. Heyvandarlığın çox yaxşı inkişaf etdiyi rayon- Xızı, Şabran, Siyəzən, Qobustan və Zaqatala
  2. Heybandarlığın yaxşı inkişaf etdiyi rayon- Oğuz, Qəbələ, Xaçmaz, İsmayıllı və Ağsu
  3. Heyvandarlığın orta dərəcədə inkişaf etdiyi rayon- Şamaxı, Balakən, Qax, Şəki, Quba və Qusar
  4. Heyvandarlığın zəif inkişaf etdiyi rayon — BakıSumqayıt şəhərləri, Abşeron inzibati rayon.

Arıçılıq bütün Azərbaycanda olduğu kimi Böyük Qafqazda da inkişaf etmiş ənənəvi sahələrdən biridir. Arıçılıq kənd təsərrüfatının ən gəlirli, qida və müəlicəvi əhəmiyyət baxımından xeyirli, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində isə ən faydalı təsərrüfat sahəsidir. Arıçılıq Böyük Qafqaz regionunda Abşeron-iqtisadi coğrafi rayonu istisna olmaqla, digər regionlarda yaxşı inkişaf etmişdir. Son dövrlərədə isə bu sahəyə Dövlət dəstəyinin artması arıçılığın ixtisaslaşdırılmasına və yardımçı sahə kimi inkişaf etdirilməsinə şərait yaradır.

Arəçılığın inkişafı üçün Böyük Qafqazın əlverişli təbii-iqlim şəraiti, zəngin bitki ehtiyatları ondan yüksək məhsul-bal almağa imkan verir. Hər arı ailəsindən orta hesabla ildə 10–11 kq. bal alınır. Hazırda arı popuıyasiyası və cinslərinin də yaxşılaşdırılmasına böyük ehtiyac duyulur. Azərbaycanda "Qaratəpə" arı cinsi dünyada məşhur idi və onu mühacirlər hətta Avropa ölkələrinə də aparmışlar.

Azərbaycanda hələ qədim zamanlardan inkişaf etmiş sahələrdən biri də atçılıqdır. Böyük Qafqaz Azərbaycanın bir hissəsi kimi atçılığın nisbətən inkişaf etdiyi regionlardan biridir. 2016-cı ildə respublikamızda bütün təsərrüfat kateqoriyaları üzrə qeydə alınan atların 34,2 %-i (24,5 min baş) Böyük Qafqaz regionunun payına düşür. Regionda mövcud olan 11,9 min baş atın 49,1 %-i Şəki-Zaqatala, 31,6%-i Quba-Xaçmaz, 17,4%-i Dağlıq Şirvan, 1,9 %-i isə Abşeron iqtisadi-coğrafi rayonlarının payına düşür. Respublika müstəqillik əldə etdikdən sonra Böyük Qafqazın bölgələrində digər təsərrüfatlarla yanaşı, atçılığın da inkişafına yeni imkanlar yaradır.[4]

Azərbaycanın Böyük Qafqaz hissəsində, xüsüsilə Xəzər dənizinin sahil zonası ilə həmsərhəd olan AbşeronQuba-Xaşmaz rayonları balıqçılıq təsərrüfatı hələ qədim zamanlardan inkişaf etmişdir. Respublikaya məxsus olan su hövzələri qızıl balıq, nərə, uzunburun, kütüm, çəki, ziyad, çapaq, sıf, xəşəm, şamayı, siyənək və digər növlərlə zəngindir. Azərbaycanın bir sıra şaylarında və Xəzər dənizində özü şoxalan balıqlarla yanaşı, respublikada Neftçala, Xıllı, Çaykənd,Çüxur, Şirvan, Kürağzı kimi xüsusi balıqçılıq təsərrüfatları da yaradılmışdır.

İlan təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

İlan təsərrüfatı (herpentoloji) Böyük Qafqazda heyvandarlığın qeyri adi, əvvəllər inkişaf etmiş ən gəlirli sahəsidir. Azərbaycanın Böyük Qafqaz hissəsinin təbii-iqlim şəraiti burada zəhərli ilanların yetişdirilməsinə əlverişli imkan yaradır. Ən qiymətli zəhərli ilan Qafqaz gürzəsidir.

Zirə kəndindəki Herpetoloji Kombinatda bəslənib, saxlanılan ən qiymətli zəhərli ilan Qafqaz gürzəsi idi. Bu kombinatda 3 mindən çox ilan saxlanılırdı və onun zəhərindən "Viprosal" mazı hazırlanırdı. Zirə Herpetoloji Kombinatının laboratoriyasında əldə edilən ilan zəhəri 1970-ci illərdə hər qramına görə 150–200 ABŞ dolları,1987-ci ildə isə 200–250 ABŞ dollarına satılırdı.

Vilayət sahəsinə görə ən böyük fiz-coğrafi vilayətlərdən olmaqla bərabər, həm də özünün landşaft müxtəlifliyi ilə də seçilir. Burada yarımsəhra quru-çöl landşaftından başlamış yüksək dağlıq hissələrdəki nival landşaftına qədər-ölkə ərazisindəki mövcud bütün landşaft tiplərinin nümunələrinə rast gəlmək olar. Respublikamızda ən sıx meşə örtüyünə malik olan bu vilayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə burada havanın oksigenləşdirmə imkanı çox böyük-30 mln.t/ildir. Ərazidə sənaye müəssisələrinin az olması nəticəsində atmosferi çirkləndirən sənaye müəssisələri tullantılarının ümumi miqdarı Respublika üzrə göstəricilərinin 0,5 %-ni təşkil edir. Buradakı su ehtiyatı da ölkənin ən təmiz su ehtiyatı hesab olunur. Bütün bunlarla yanaşı ərazidə günbəgün artmaqda olan təbii və antropogen amillər üzündən xeyli ekoloji problemlər də artmaqdadır. Bura birinci növbədə torpaq örtüyünü qeyd etmək olar. Ərazinin müxtəlif landşaft tiplərində formalaşmış torpaq örtüyü nisbətən dağlıq hissədəki münbitliyi ilə seçildiyi kimi aşağı — düzənlik hissədəki şoranlaşma, bataqlıqlaşma və s. kimi problemlərlə seçilir.

Torpaq örtüyünün ekoloji problemləri

[redaktə | mənbəni redaktə et]

Təbii olraq bölgənin özünəməxsus təbii-coğrafi şəraiti onun torpaq örtüyünün formalaşmasına da həlledici təsir göstərmişdir. Yuxarıda qeyd etdiyimiz kimi bölgədə yarımsəhra quru-çöl landşaftının boz-qonur torpaqları, dağətəyi hissənin şabalıdı, boz-qəhvəyi torpaqları, kserofit meşə-kolluqların dağ boz-qəhvəyi, dağ-qəhvəyi torpaqları, mezofil meşələrin dağ-qonur torpaqları, yüksək dağ çəmənlərin isə dağ-çəmən torpaqlarının müxtəlif yarımtip və növləri yayılmışdır. Əgər ərazinin aran hissələrin suvarılan torpaqlarında buna müvafiq növ eroziya prosesi hakimdirsə, yüksək dağlıq hissələrdə isə meyillilik və yağıntıların çoxluğu ilə bərabər, insanların təsərrüfat fəaliyyəti nəticəsində torpaq eroziyası, sürüşmələr və s. bu kimi hallar üstünlük təşkil edir. Məs. bölgənin Abşeron hissəsi torpaqlarının 75,4%-i, DəvəçiSiyəzən inzibati rayonlarının torpaq ehtiyatının isə 79%-i eroziyaya uğramış torpaqlardır. Bu torpaqlar əsasən su və külək eroziyasına uğramış torpaqlardır. Şəki-Zaqatala fiz-coğrafi rayonunun ümumi torpaqlarının (883,5 min ha) 61,5%-i,və ya 543,3 min ha-ı, Dağlıq Şirvan fiz-coğrafi rayonunun isə ümumi torpaq ehtiyatlarının (386 min ha), 63%-i və ya 63 min ha-ı eroziyaya uğramışdır. Bununla bərabər bölgənin digər fiz-coğrafi rayonları olan Quba-Xaçmaz, Qonaqkənd ərazilərində də bu proses xeyli torpaq sahəsini əhatə edir[5].

Ərazinin böyük hissəsi dağlıq olduğundan burada torpaq sahələrinə sürüşmə və sel hadisələrinə tez-tez rast gəlinir. Aparılmış hesablamalar göstərir ki, bölgədə hər il orta hesabla 1 mlrd./m3 torpağın münbit qatı yuyulmaya məruz qalır. Sel nəticəsində dağılan torpaqların sahəsi 210 km2-dən, sürüşmənin əhatə etdiyi ərazilər isə 300 km2-dən artıqdır. Sürüşmə nəticəsində Quba, Qusar, Xızı, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında torpaq örtüyü ilə bərabər yaşayış məntəqəqlərinə də ciddi ziyanlar dəyir. Abşeron yarımadasında, xüsusilə də Bakı şəhərində antropogen təsirlər nəticəsində sürüşmələr son dövrdə artaraq təhlükəli həddə çatmışdır. Yaxın illərdəki Bayıl, Əhmədli, Günəşli, Zığ, Qaraçuxur, Badamdar və digər zonaların sürüşmələrini qeyd etmək olar. Bölgədə Şahdağ qış-yay olimpiya kompleksi kimi iri infrastruktur layihələrlə bərabər (məs:idman kompleksinin tikintisi, həmçinin yol-nəqliyyat infrastrukrunun genişlənməsi nəticəsində də xeyli dayanıqlığın itirmiş, sürüşmə meyilli sahələr əmələ gəlmişdir) Bakı-Qazax avtomobil yolunun Muğanlı və "Ağsu aşırımı" zonasını da bura aid etmək olar.

Sonuncuda avtomobillərin intensivləşməsi, ictimai –iaşə obyetlərinin kütləvi artımı nəticəsində sürüşmə halları da günbəgün artmaqdadır. Özünün unikal təbii-ekoloji şəraiti ilə seçilən burada meşələr qırılmış, torpaq qatı dağılmış və müxtəlif yönümlü ictimai-iaişə obyektləri altında verilmişdir. Bütün bu neqativ halları aradan qaldırmaq üçün təsirli tədbirlərdən biri də həmin yolu Ağsuçay dərəsinə keçirməklə bu əvəzsiz təbiət güşəsini "Milli parka" çevirərək gələcək dağıntılardan qorumaq olar. Buradakı on üç kilometrlik məsafədə yalnız canlı və xırda texnikadan ibarət nəqliyyatdan istifadə etməklə həm turistlərin, həm də yerli sakinlərin səmərəli istirahətini təşkil etmək mümkündür. Ona da qeyd edək ki, ərazinin canlı təbiəti ilə bərabər, bir neçə geoloji eranın məhsulu olan gözəl süxur çıxıntılarının da qorunması və nümayişi effektiv olardı. Vilayətdə antropogen təsirlərlə yanaşı təbii təsirlərləin də artımı hiss olunur. Bölgənin xeyli hissəsinin güclü seysmik zonada yerləşməsi (Şəki-Zaqatala, Dağlıq-Şirvan) bu təbii prosesin artmasına ciddi təsir göstərir.Son illərdə vilayətin İsmayıllı (1981), Ağdaş (1998), Bakı (2000), Zaqatala (2010) zəlzələləri zamanı insan tələfatı olmasa da dağıntılar ölkə iqtisadiyyatına xeyli zərər vurmuşdur. Xüsusilə Zaqatala zəlzələsi zamanı onlarla ictimai-inzibati binalar,yüzlərla fərdi evlər dağılmışdır. Regionun aktiv seysmik qurşaqda yerləşdiyini nəzərə alaraq, gələcəkdə burada tikilən binaların seysmoloji davamlılığına xüsusi fikir vermək lazımdır.

Meşə örtüyünün mühafizəsi

[redaktə | mənbəni redaktə et]

Vilayətin ən böyük sərvətlərindən biri onun meşələridir. Respublikamızın 1.213,7 min ha meşə örtüyünün 49%-i və ya 594,7 min ha məhz bu vilayətin payına düşür.

Hündürlük qurşaqları üzrə qanunauyğun şəkildə növbələşən bu meşələr özünün nadir və qiymətli ağac cinsləri ilə fərqlənir. Təəssüf ki, müstəqillik dövrünün ilk böhranlı illərində enerji çatışmamazlığı üzündən bu meşələr kütləvi qırılmaya məruz qalmış, nəticədə onlar seyrəkləşməklə aşağı və yuxarı sərhədləri də xeyli dərəcədə çəkilmişdir. Lakin sevindirici haldır ki, son dövrlərdə Respublikamızın bütün bölgələrində olduğu kimi bu vilayətdə də əhalinin təbii qazla təminatında ciddi irəliləyişlər olunduğundan burada meşə qırılmaları xeyli azalmışdır. Bundan başqa hazırda Respublikamızın başqa reionları kimi Böyük Qafqaz vilayətində yeni meşə sahələrinin salınmasında xeyli islər görülmüşdür. Ancaq təəssüflə qeyd etməliyik ki, tikinti və mebel sənayesi üçün daha çox istifadə də olan palıd, qoz, şabalıd və fıstıq kimi qiymətli və nadir ağacların qırılması bu gün də davam edir[6].

Qonşu Ermənistan tərəfindən işğal olunmuş rayonlardakı zəngin yay otlaqlarımızın itirilməsi nəticəsində burdakı yaylaqlarda mal-qara və qoyun otarılması meşələrlə bərabər, alp və subalp meşələrinin yüklənməsini xeyli artmışdır. Son dövrlər Respublikamızda mal-qara və qoyun-quzuların artması da bura öz mənfi təsirini göstərir.

Subalp və alp çəmənliklərində yamacların çılpaqlaşması və meşələrin qırılması nəticəsində gedən eroziya prosesləri Böyük Qafqazın cənub yamacı çayları üçün səciyyəvi olan sel hadisələrin daha da intensivləşməsinə səbəb olmuşdur. Iki- üç ildən bir təkrarlanan bu güclü sellər özü ilə bərabər, zəngin torpaq qatını gətirməklə bərabər həm də böyük ağacları da kökündən çıxararaq aparırlar. Narahatedici hal ondan ibarətdir ki, vilayətdə sel və sürüşmə hadisələrin əhatə etdiyi ərazilər günbəgün genişlənməkdədir.

Suların mühafizəsi

[redaktə | mənbəni redaktə et]

Özünün füsunkar gözəlliyi ilə seçilən bu ərazilərin son dövrlər rekreasiya imkanlarından da geniş istifadə olunmaqdadır. Nəticədə təbiətin ayrı-ayrı komponentlərinə antropogen təsirlərin güclənməsi burada xeyli ekoloji problemlərin yaranmasına səbəb olur. Bu baxımdan region əhalinin sürətli artımı və ictimai-iaişə obyektlərinin günbəgün çoxalmasını xüsusi qeyq etmək lazımdır. Nəticədə burada atılan çirkab sularının yaratdığı problemlərlə bərabər yerli və istirahətə gələn əhalinin istifadəsində olan avtomobillərin təbiətə təsiri güclənməkdədir. İstər stasionar, istərsə də qeyri-stasionar mənbələrin, xüsusilə də atmosfrein əsas çikləndiricisi olan avtomobillərin ciddi artımı aydın görünür. Məişətdə istifadə olunan, çirkab və nəql olunan suların da miqdarı narahat doğurucudur. Məlumdur ki, məişət suları torpaq sürüşmələrinə səbəb olmaqla bərabər, həm də onların su-fiziki xüsusiyyətlərinə də mənfi təsiri göstərir. Ən narahatedici hal isə buradakı çayların aşağı hissələrində yerləşən yaşayış məntəqələrdəki əhalinin bu sulardan məişətdə və hətta icməli su kimi stifadə etməsidir. Bu sulara tərkibində insan səhhətinə zərərliyi ilə seçilən və çətin parçalanan kimyəvi birləşmələrin olduğu yuyucu maddələrin qarışması olduqca qorxuludur. Ona görə də bu su mənbələrinin təmiz saxlanılmasına və atılan tutllantıların utilizasiyasına xüsusi fikir vermək lazımdır.

Qeyd edildiyi kimi özünün unikal təbiəti ilə seçilən vilayət təbii olaraq böyük rekreasiya potensialına malikdir. Böyük Qafqaz dağlarının istər cənub, istərsə də şimal- sərq yamacları bu baxımdan xüsusilə seçilir. Ərazinin şimal-sərqində Xəzər dənizinin Yalama-Nabran sahillərinin rekreasiya potensialından istifadə edilməsi hələ Sobet dövründə nəzərdə idi. Bu məqsədlə Xəzər dənizinin sahilində Ümumittifaq kurort zonasının yaradılması barədə 1983-cü ilin mayında qərar da qəbul edilmişdir. Dənizin Yalama-Nabran ərazisinin bol günəş şüası, düzən meşələri, meyvə bağları, saf havası, mavi dənizi, qızmar qumlu çimərlikləri, səfalı çeşmələri və s. bu kimi təbii imkanları bu baxımdan əvəz olunmaz bir seçim idi. Lakin keçən əsrin 90-cı illərində ölkədə baş verən siyasi və iqtisadi qeyri-sabitlik bu planın həyata keçirilməsinə imkan vermədi. Bu məqsədlə buradakı müasir kurortların ətrafındakı 22 min hektar meşə sahəsi də kurortlarin istifadəsi üçün onların balansına keçirildi. Qisa müddət ərzində burada onlarla istirahət evləri, mehmanxana və əyləncə mərkəzləri tikilib istifadəyə verilməklə ərazi kütləvi istirahət mərkəzinə çevrildi.

Çox təəssüf ki, buranın rekreasiya imkanlarından istifadə sürətli inkişafla bərabər onun təbiətinə qeyri- peşəkar müdaxilə nəticəsində əvəzsiz təbiətə malik bu ərazinin ekoloyi gərginliyinin də xeyli artmasına səbəb oldu. Belə ki, sahibkarların 100 hektarlarla meşə və əkin sahələri hesabına inşa etdikləri onlarla irili-xırdalı istirahət mərkəzləri, çimərliyi əvəz edən böyük hovuzlar tikintisi zamanı adi normalara piayət edilməməsi üzündən ərazinin meşə örtüyünün yox edilməsi ilə bərabər, həmçinin yaradılmış bu hovuzlardan və kanalizasiya sistemi olmayan yaşayış və əyləncə mərkəzlərindən torpağa buraxılan çirkab suları buranın hidrogeoloji şəraitini ciddi şəkildə pozmağa başladı. Nəticədə bu sular bəzi yerlərdə səthə çıxaraq ərazini bataqlıqlaşdırır və ekoloji şəraiti daha da gərginləşdirməyə başladı. Ən yaxşı halda buradakı çirkab suları birbaşa Xəzər dənizinə axıdılırdı[7].

Vilayətdə yuxarıdakı göstəricilərlə bərabər əhalisinin dinamik artımı onların məişət şəraitinin daimi yüksəlişi və digər faktorlar burada müxtəlif mənbədən olan çirkab sularının artımına da xeyli təsir göstərmişdir.

Ərazinin hər yerində insan fəaliyyətinin təsiri nəticəsində ilkin meşəliklər böyük dəyişikliyə uğramışdır. Bunun nəticəsində təbii meşə örtüyü xeyli seyrəlmiş, mədəni landşaftlarla yanaşı törəmə tipli bitki örtüyü də geniş yayılmışdır. Yalama-Nabran zonasında qiymətli ağac və kol cinslərindən ibarət yeni meşə zolaqları salmaqla ərazinin əvvəlki tarixi bitki örtüyünü bərpa etmək olar. Bunun üçün təbii bərpa prosesləri müasir üsullarla aparılmalı, torpaqların deqredasiyaya uğramasının qarşısı alınmalıdır. Əslində isə istirahət-rekreasiya üçün nəzərdə tutulan kurort meşələri təmiz olmalı və estetik cəhətdən adamın zövqünü oxşamalıdır. Belə sahələrdə vaxtı vaxtında zərərvericilərə qarşı ekoloji mübarizə, sanitar – gigienik normalara uyğun müvafiq tədbirlər aparılmalıdır.

Tədqiqat ərazisində ekoloji cəhətdən güclü pozulmuş ərazilərin əsas hissəsinə Sitalçay, Yaşma ərazilərindəki yarımsəhra kompleksində yaranan şoranlıqlar, şoranlıq-bataqlıqlar və güclü eroziyaya məruz qalmış alçaq dağlığın ətəkləri daxildir. Burada istər antropogen, istərsə də təbii amillərin təsirilə baş verən güclü pozulmalar nəticəsində arid kompleklərdə quru və yarımsəhra landşaftlarında səhralaşma ocaqlarına belə rast gəlinir. Bu cür proseslərin qarşısını almaq üçün kompleks meliorativ, xüsusilə fitomeliorativ tədbirlərə ciddi fikir vermək lazımdır. Vaxtilə mərhum akademik Həsən Əliyevin gərgin əməyi nəticəsində burada salınmış iynəyarpaq terras meşələr buna çox yaxşı nümunədir və bu praktikadan istifadə edilməlidir. Dağətəyi düzən zonanın əsas ekoloji problərindən biri də cənuba doğru getdikcə torpaqların şoranlaşaraq əkin dövriyyəsindən çıxmasıdır. Buna başlıca səbəb insanların təsərrüfat fəaliyyəti nəticəsində — konkret olaraq Samur-Abşeron kanalının və digər suvarma sistemlərinin nasazlığı üzündən qrunt sularının səviyyəsinin günbəgün qalxmasıdır. Bunun üçün əkinaltı torpaqların azalması, onun münbitliyinin pozulması təbii və antropogen səbəblərdən yaranan eroziya, şoranlaşma, şorakətləşmə proseslərinə qarşı mübarizə tədbirləri ən müasir aqrotexniki, meliortaiv, fitomeliorativ tədbirlər əsasında aparılmalıdır.

Palçıq vulkanları

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz fiz-coğrafi vilayəti həm da dünyada nadir təbiət hadisələrindən olan palçıq vulkanları ilə də seçilir. Əsasən Qobustan-Abşeron fiziki-coğrafi rayonunda cəmlənmiş bu palçıq vulkanları dünyadakı fəaliyyətdə olan palçıq vulkanlarının 45%-ə qədərini təşkil edir. Nadir təbiət hadisələri olan bu vulkanların 25-i təbii abidə elan olunmaqla qorunur. Abşeron yarımadasında və Xəzərin Bakı arxipelaqında olan palçıq vulkanları intensiv püskürməsi nəticəsində müəyyən fəsadlar törənə bilər. Ona görə də onların kraterləri yaxınlığında tikinti işlərinin aparılması çox təhlükəli olduğu üçün yol verilməzdir. Təəssüf ki, bu qorxulu təbiət hadisəsinin istənilən vaxtı püskürmə ehtimalı olmasına baxmayaraq, onun yaxınlığındakı təhlükəli ərazilərdə günü bu gün də müəyyən yaşayiş evləri tikilir.

Mütəmadi olaraq seysmik hadisələrlə yanaşı, seldaşqınların baş verməsi nəticəsində vilayətin ərazisində bərpaolunmaz proseslər də baş verməkdədir. Nəticədə hər il onlarla hektar yararlı torpaq sahələri sürüşməyə məruz qalır, səth və sel suları onlarla hektar torpaq sahəsini yuyur və ya yararsız hala salır. Aparılmış hesablamalar göstərir ki, sel axınları vasitəsilə hər il orta hesabla 1 mlrd.m3 torpağın münbit qatı yuyulmaya məruz qalır. Sürüşmələrin əhatə etdiyi ərazilərin sahəsi isə 300 km2-dən artıqdır.

  1. Б.А.Будагов. Современные естественные ландшафты Азербайджанской ССР. Баку 1988.
  2. М.А.Мюсеибов. Ландшафты Азербайджанской Республики. Баку, 2013.
  3.  M.C.İsmayılov, S.M.Zeynalova və.b Azərbaycan Respublikasının Coğrafiyası I cild, Bakı 2014 
  4. F.M.Cəfərova Böyük Qafqazın Azərbaycan ərazisi daxilində heyvandarlığın ərazi təşkili
  5. Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi Bakı, "Elm", 1998
  6. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi Bakı, "Elm", 2005
  7. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri, Bakı, "Nafta-Press" nəşriyyatı, 2006.