Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bizlan
Bizlan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Bizlan kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim qədim İran dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, "divarla əhatə olunmuş ev, hasarlı ev" mənasındadır. Əslində Bizlan "dağla əhatə olunmuş" kimi izah edilməlidir. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin cənub-şərq ətəyində, Bakı-Muğanlı-İsmayıllı magistral yolu üstündə yerləşir. == Əhalisi == Bizlan kəndində 92 ev, 115 təsərrüfat var. Kənd əhalisinin ümumi sayı 466 nəfərdir. ki onunda 239 nəfəri kişi, 227 nəfəri qadındır. == Təhsil == Bizlan kənd orta məktəbinin açılışında H.Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iştirak etmişdir. Kənd məktəbində 70 şagird təhsil alır.
Birlan (Urmiya)
Birlan (fars. بيرلان‎‎) və ya Bilan — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhərindən 8,5 km. cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (35 ailə).
Bivane çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. == Şəlalə == Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. == Su anbarı == Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Bristol Airplane Company
Bristol Airplane Company Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1910-cu ildə yaradılmışdır və təyyarələrin gövdə hissələrinin və mühərriklərinin istehsalı ilə məşğul olmuşdur. Baş ofisi Filtonda yerləşirdi. 1959-cu ildə şirkət bir neçə digər aviasiya şirkətləri ilə birləşdirilərək British Aircraft Corporation şirkətini yaratmışdır.
Dima Bilan
Dima Bilan (rus. Дима Билан; 24 dekabr 1981, Cökətəy Ayağı, Stavropol diyarı) — Rusiyalı müğənni. == Həyatı == Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda isə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur. 2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi. == Albomları == 2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu.
Söyüdlü bilan məhəlləsi
Söyüdlü bilan məhəlləsi - Naxçıvan şəhərində qədim məhəllə adlarından biri. Məhəllə adı XIX əsrin sonlarına qə­dər əhali arasında işlədilmiş və tədricən unudularaq yaddaşlara köçmüşdür. Əhalinin dediyinə görə Bazarçaydan çəkilən arx məhəllədən keçdiyi və arx ətrafında söyüd ağacları əkildiyinə görə bura “Söyüdlü arx” da deyilmişdir. Mənbələrin məluma­tına görə 1899-cu ildə böyük rus şairi A.S.Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Söyüdlü bilan küçəsinə onun adı verilmişdir. Küçə 1990-cı il hadisələrinə qədər A.S.Puşkinin adını daşımış, sonra küçənin bir hissəsinə İdris Məmmədov, digər hissəsinə isə Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 1993-cü ildə küçənin M. Rəsulzadə adlanan hissəsi İstiqlal adı ilə əvəzlənmişdir. Tədqiqatçıların yazdığına görə toponimin bilan hissəsi ’’ruscadakı plan sözünün təhrif olunmuş forması olub, “düz küçə” mənasında işlənir. Naxçıvanda indiki Puşkin küçəsinə Bilan deyərdilər - “Gəlin gedək bilana gəzməyə”. Toponimin mənasını “küçədəki söyüd ağaclarının çoxluğu ilə əlaqələndirirlər". Məhəllə adının bilan komponenti qədim türk dillərində “məhəllə”, “dəhliz”, “küçə” mənasında işlənən balan//palan sözü ilə bağlıdır.
Believe (Dima Bilan mahnısı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Bilnə
Bilnə (Lerik) — Azərbaycan Respublikasıınn Lerik rayonunun inzibati ərazi vahidində kənd. Bilnə (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Bilnə
Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 329 nəfərdir. == Tarixi == Aşağı Bilnə Lerik rayonunun Noda inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin Aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "tunel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. Amma bu türk uydurmamıza rəğmən kəndi adı nə Bilin deyil, nə də Bilan deyil! Onu da qeyd etmək lazımdır ki, 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır.
Bilnə (Lerik)
Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 329 nəfərdir. == Tarixi == Aşağı Bilnə Lerik rayonunun Noda inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin Aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "tunel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. Amma bu türk uydurmamıza rəğmən kəndi adı nə Bilin deyil, nə də Bilan deyil! Onu da qeyd etmək lazımdır ki, 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır.
Bilnə (Yardımlı)
Bilnə — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Vərgədüz inzibati ərazi vahidində yerləşən qədim kəndlərdən biri də Bilnədir. Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. Bəzi tədqiqatçılar bilnə sözünü yanlış olaraq talış dilində bil (bataqlıq, sucaq yer) və nə komponenti ilə izah edirlər. Bu barədə yerli əhali arasında müxtəlif fikirlər vardır. Kəndin bəzi yaşlı sakinləri oykonimin adını (bil –bataqlıq, göl və ne/nə - inkar topoformantı) “su, göl olmayan yer” şəklində izah edir və bunu ərazidə su ehtiyatının çoz az olması ilə əlaqələndirir. Buradan aydın olur ki, toponimin “”bataqlıq, sucaq yer” mənasında olması inandırıcı deyil. Qeyd edək ki, yerli əhali arasında bilnə sözünün mənşəyini Azərbaycan türkcəsində “binə yeri” kimi izah edənlər daha çoxdur. Əhalisi gəlmədir, türksoyludur və vaxtilə Ərdəbildən köçmə Şahsevən tayfaları ilə qaynayıb-qarışmışdır. Yerli tədqiqatçı M.Həsənov da Yardımlı ərazisindəki Bilnə yaşayış məntəqəsinin Lerikdəki eyniadlı oykonimlə bağlı olduğunu güman edir.
Yuxarı Bilnə
Yuxarı Bilnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 142 nəfərdir. Kəndin keçmiş adı Bilnə olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Bilnə, həmin kənd isə Yuxarı Bilnə adlandırılmışdır.