Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaska Bicova-Qaydova
Vaska Bicova-Qaydova (mak. Васка Биџова-Гајдова; 26 iyun 1924, Pirlepe – 5 sentyabr 2004, Skopye) — Yuqoslaviya və Şimali Makedoniya opera müğənnisi (koloratura soprano). == Həyatı == Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur. Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu. 1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü. 5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.
Yelizaveta Bıkova
Yelizaveta Bıkova (rus. Елизаве́та Ива́новна Бы́кова; 4 noyabr 1913 – 8 mart 1989, Moskva) — SSRİ şahmatçısı qadınlar arasında üçüncü və beşinci dünya çempionu. == Həyatı və dünya çempionluğu == Yelizaveta Bıkova 1913-cü il noyabrın 4-də Vladimir vilayətində anadan olub. Dördüncü sinfi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya, qardaşının yanına gedir. Məktəbi bitirdikdən sonra əvvəlcə plan-iqtisadiyyat texnikumunu, sonra isə ali məktəbi qurtarmışdır. Şahmat oynamağı qardaşından öyrənmişdir. Lakin oxuduğu üçün turnirlərdə iştirak etməmişdir. İlk dəfə 1935-ci ildə Moskva çempionatında oynayan Bıkova sonuncu yeri tutmuşdur. Lakin tezliklə istəyinə nail olaraq, şahmat məktəbinə üzv yazıldı və nəzəriyyəni öyrənməyə, tez-tez turnirlərdə çıxış etməyə başladı. Çox keçmədi ki, Moskvanın, sonralar isə ölkənin ən güclü qadın şahmatçılarından biri oldu.