QOVĞA

1. Gurultu, patıltı, çaxnaşma. 
2. Dava, dava-dalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. (“Koroğlu” dastanının lüğəti)

Çoxdur Koroğlunun yaşı,

qovğalar çəkib başı,

Əl ver, sənnən dağı-daşı

Yaraq, a qəssabın oğlu!..

                         (“Eyvazın Çənlibelə gətirilməyi”)

                   *

Çıxın qovğasına paşanın, bəyin,

Zalım müxənnətin qəddini əyin!

Mərd igid boynuna götürməz deyin,

Düşməni dünyadan silmək gərəkdir.

                            (“Koroğlunun Ərzurum səfəri”)

                       *

Hay- hay deyib qənim üstə varanda,

Kəllə gərək bu meydanda qalansın.

Mərd igidlər qovğa günü düşəndə,

Şərbət deyin öz qanına yalansın.

                               (“Koroğlu ilə Bolu bəy”)

QOV
QOVL ƏRƏB
OBASTAN VİKİ
Qovğalı kəndinin gecələri (film, 2008)
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Qovğalı kəndinin gecələri
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.

Значение слова в других словарях