Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birləşdirilmiş Avropa Tokamakı
CET (JET; Birləşdirilmiş Avropa Tokamakı-ing. Joint Eurorean Torus) — tokamak tipli eksperimental qurğu. == Tarixi == Birlik ölkələri ilə Britaniyanın atom enerjisi üzrə idarəsinin laboratoriyasında (Kalem, Oksford yaxınlığında) qurulmuşdur. CET-də yüksəktemperaturlu plazma ilk dəfə 1983-cü ildə alınmışdır. == Təsviri == Qurğuda plazmanın həcmi 100 m³-ə qədərdir; cərəyan bir neçə meqaamperə çata bilir, plazmanın saxlanma müddəti bir neçə saniyədir. CET-də aparılmış sınaqlar deytron-tritron plazmasında termonüvə sintezinin həyata keçirilməsinin mümkünlüyünü (1991); maqnit sahəsinin gərginliyi 3,8 Tl, ionların temperaturu 30 keV, elektronların sıxlığı 5.1019 m³ olduqda termonüvə reaksiyasından maksimum enerji ayrılmasına (16 MVt; 1997) nail olmaq imkanını təsdiq etdi. Plazmanın CET-də alınmış parametrləri və onun saxlanma vaxtı (müddəti) idarəolunan termonüvə sintezinin praktiki həyata keçirilməsi üçün lazım olan qiymətə çatmışdır. 2006-cı ildə Kadaraş şəhərində (Fransa) ITER (Beynəlxalq termonüvə eksperimental reaktoru -ing. International Thermonuclear Experimental Reactor – ) tipli daha güclü termonüvə qurğusunun tikilməsi qərara alınmışdır.
Almaniyanın birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (1871)
Kondensatorların birləşdirilməsi
Kondensator müxtəlif elektron qurğularında lazım olan elektrik yüklərini və uyğun enerji tutumlarının əldə edilməsi üçün tətbiq olunan qurğudur. Kondensator passiv elektron qurğusudur. Adətən o lövhə şəklində olan iki elektroddan və onların arasında qalınlığı elektroda nisbətən kiçik olan dielektrikdən ibarətdir. Boş olan kondensatorun elektrik şəbəkəsinə qoşduqda elektrodun biri müsbət, digəri isə mənfi yüklənir. Kondensator şəbəkədən ayrıldıqda elektrik yükü qalır. Onu başqa cərəyansız naqilə birləşdirdikdə isə kondensator boşalır. Yaddaşda olan yükün miqdarı elektrodlar arasındakı gərginliklə mütənasibdir. Bu mütənasiblik sabiti kondensatorun tutumu adlanır. Güc artdıqca kondensator daha çox elektrik yükü saxlaya bilir. Q = C ⋅ U {\displaystyle Q=C\cdot U} düsturu ilə bu asılılıq təsvir olunur, burada Q {\displaystyle Q} elektrik yükü, C {\displaystyle C} kondensatorun tutumu, U {\displaystyle U} isə gərginlikdir.
Almaniyanın birləşdirilməsi (1871)
Almaniyanın birləşdirilməsi — 1871-ci ildə alman xalqlarının yaşadığı bir neçə onlarla müstəqil dövlətin Prussiya krallığı ətrafında birləşərək Almaniya imperiyası federal dövlətinin yaradılması. Almaniyanın siyasi və inzibati cəhətdən inteqrasiya olunmuş bir dövlət halına gəlməsi 1871-ci il 18 yanvar tarixində Fransanın Versal sarayındakı Güzgülü salonda elan edildi. Avstriya xaric olmaqla, bütün alman dövlətlərinin şahzadələri Fransa–Prussiya müharibəsinin nəticəsində Fransanın təslim olmasından sonra bir yerə gələrək Prussiya kralı I Vilhelmi alman imperatoru elan etdilər. Qeyri-rəsmi olaraq, alman dilli dövlətlərin de-fakto federativ sistemə keçməsi prosesi gedirdi. Bu proses alman dövlətlərindəki əsilzadələrin istəyindən asılı olaraq, bəzən sürətlənir, bəzənsə yavaşlayırdı. Bu proses müxtəlif partiyaların təxminən bir əsr davam edən avtokratik eksperimentlər üzərindəki öz maraqları, Müqəddəs Roma imperiyasının süqutunu sürətləndirən Napoleon müharibələri və alman millətçiliyinin yüksəlişi ilə müşahidə edilirdi. Birləşmə nəticəsində yeni millətin üzvləri arasında dini, dlinqivistik, sosial və mədəni fərqlərin olduğunu ortaya çıxardı. Bu zaman 1871-ci il birləşməsinin daha böyük birləşmə prosesinin bir anını təmsil etdiyi təklif edildi. Müqəddəs Roma imperiyası tez-tez "Bütün almanların imperiyası" adlandırılırdı. Müasir mənbələr isə onlara çox zaman "almanlar" deyə müraciət edirdi.
Almaniyanın birləşdirilməsi (1990)
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.
Rus torpaqlarının birləşdirilməsi
Rus torpaqlarının birləşdirilməsi — XIV əsrdən başlayan parçalanmış rus knyazlıqlarının yeni siyasi mərkəzlər ətrafında birləşməsi prosesi. Bəzi knyazlıqların digərləri tərəfindən mənimsənilməsi müxtəlif formalarda - miras yolu ilə, satın alma yolu ilə, Ordada alınan yarlıq əsasında və fəth yolu ilə həyata keçirilirdi. Birləşmə prosesləri XII-XIII əsrlərdə, müstəqil knyazlıqların yaranmasından az sonra başlamış, lakin monqol istilası (1237-1241) ilə dayanmışdır. Şimal-Şərqi Rusiyada bu prosesə Tver knyazlığı və digər qonşu knyazlıqlarla sərt rəqabətdə qalib gələn və mərkəzləşdirilmiş Rusiya dövlətinin əsasına çevrilən Böyük Moskva knyazlığı rəhbərlik edirdi. Qərbi Rusiyada rus torpaqlarının toplanması Böyük Litva knyazlığı tərəfindən həyata keçirilirdi. Daha kiçik miqyasda, digər böyük knyazlıqlar da qonşuları hesabına öz mülklərini genişləndirməklə məşğul idilər: Ryazan, Smolensk, Bryansk, Tver, lakin onların hamısı sonda müstəqilliklərini itirərək Moskva və ya Litva böyük knyazlıqlarının bir hissəsi oldular. Onların arasında XIV / XV əsrlərin sonlarında ümumi bir sərhəd yarandı. == Monqollaraqədərki dövr == XIII əsrin əvvəllərində Rus dövləti onlarla knyazlıqdan və ya salnamə terminologiyasına görə "torpaqlardan" ibarət idi ki, onların əksəriyyətində daha kiçik əlavə knyazlıqların intensiv formalaşması prosesi gedirdi. Eyni zamanda, torpaqların özləri hələ də ərazi sabitliyini qoruyurdular və onların arasında bir neçə potensial birləşmə mərkəzləri yetişməkdə idi. Kiyev şəhəri Rusun nominal paytaxtı olmağa davam etdi.
Almaniyanın yenidən birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.