birləşdirilmək
birləşdirmə
OBASTAN VİKİ
Birləşdirilmiş Avropa Tokamakı
CET (JET; Birləşdirilmiş Avropa Tokamakı-ing. Joint Eurorean Torus) — tokamak tipli eksperimental qurğu. == Tarixi == Birlik ölkələri ilə Britaniyanın atom enerjisi üzrə idarəsinin laboratoriyasında (Kalem, Oksford yaxınlığında) qurulmuşdur. CET-də yüksəktemperaturlu plazma ilk dəfə 1983-cü ildə alınmışdır. == Təsviri == Qurğuda plazmanın həcmi 100 m³-ə qədərdir; cərəyan bir neçə meqaamperə çata bilir, plazmanın saxlanma müddəti bir neçə saniyədir. CET-də aparılmış sınaqlar deytron-tritron plazmasında termonüvə sintezinin həyata keçirilməsinin mümkünlüyünü (1991); maqnit sahəsinin gərginliyi 3,8 Tl, ionların temperaturu 30 keV, elektronların sıxlığı 5.1019 m³ olduqda termonüvə reaksiyasından maksimum enerji ayrılmasına (16 MVt; 1997) nail olmaq imkanını təsdiq etdi. Plazmanın CET-də alınmış parametrləri və onun saxlanma vaxtı (müddəti) idarəolunan termonüvə sintezinin praktiki həyata keçirilməsi üçün lazım olan qiymətə çatmışdır. 2006-cı ildə Kadaraş şəhərində (Fransa) ITER (Beynəlxalq termonüvə eksperimental reaktoru -ing. International Thermonuclear Experimental Reactor – ) tipli daha güclü termonüvə qurğusunun tikilməsi qərara alınmışdır.

Значение слова в других словарях