Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Media Control Charts
Media Control Charts — Almaniyanın rəsmi hit paradı. Hit parad "Media Control GfK International" şirkəti tərəfindən təqdim edilir.
Self Control (mahnı)
"Self Control" (azərb. Özünü idarəetmə‎) – Lora Breniqanın ifa etdiyi populyar mahnılarından biridir. İlk dəfə İtaliya ifaçısı Raffaele Riefoli (qısa adı: RAF) tərəfindən ifa edilmişdir. Orijinal sinql uğur qazansa da, Lora Breniqan tərəfindən ifa edilən kaver versiya daha çox populyarlıq qazanmışdır. 7" single "Self Control" — 4:08 "Silent Partners" — 3:58 12" maxi "Self Control" (extended version) — 5:00 "Silent Partners" (extended version) — 4:10 Mahnının klipi Nyu Cersi və Nyu Yorkda çəkilmiş, ilk dəfə olaraq aprel ayında 1984-cü ildə istehsal edilmişdir. Bu mahnının remeyki "In The Night No Control" adı ilə Hind filmi olan Oyunçular kralı filmində səsləndirilmişdir.
Media Access Control
Media Access Control (MAC) — şəbəkə qurğularının ötürmə mühitinə irişmə metodunu təsvir etmək üçün ümumi termin. Çox zaman lokal şəbəkələrə (LAN) aid işlədilir. Yeddi səviyyəli ISO/OSI modelində kanal səviyyəsinin aşağı altsəviyyəsinə aid edilir. Mühitə erişmə metodlarının, kadrların formatının, ünvanlamanın spesifik xüsusiyyətlərini göstərir. Rabitə kanalına çoxlu erişmələri dəstəkləyir, informasiya və idarəedici kadrların qəbulunu və verilişini həyata keçirir, ötürülmə xətalarını aşkarlayır. IEEE 802.3 standartında təyin olunub.
MAC (Media Access Control)
Media Access Control (MAC) — şəbəkə qurğularının ötürmə mühitinə irişmə metodunu təsvir etmək üçün ümumi termin. Çox zaman lokal şəbəkələrə (LAN) aid işlədilir. Yeddi səviyyəli ISO/OSI modelində kanal səviyyəsinin aşağı altsəviyyəsinə aid edilir. Mühitə erişmə metodlarının, kadrların formatının, ünvanlamanın spesifik xüsusiyyətlərini göstərir. Rabitə kanalına çoxlu erişmələri dəstəkləyir, informasiya və idarəedici kadrların qəbulunu və verilişini həyata keçirir, ötürülmə xətalarını aşkarlayır. IEEE 802.3 standartında təyin olunub.
Self Control (Lora Breniqan mahnısı)
"Self Control" (azərb. Özünü idarəetmə‎) – Lora Breniqanın ifa etdiyi populyar mahnılarından biridir. İlk dəfə İtaliya ifaçısı Raffaele Riefoli (qısa adı: RAF) tərəfindən ifa edilmişdir. Orijinal sinql uğur qazansa da, Lora Breniqan tərəfindən ifa edilən kaver versiya daha çox populyarlıq qazanmışdır. 7" single "Self Control" — 4:08 "Silent Partners" — 3:58 12" maxi "Self Control" (extended version) — 5:00 "Silent Partners" (extended version) — 4:10 Mahnının klipi Nyu Cersi və Nyu Yorkda çəkilmiş, ilk dəfə olaraq aprel ayında 1984-cü ildə istehsal edilmişdir. Bu mahnının remeyki "In The Night No Control" adı ilə Hind filmi olan Oyunçular kralı filmində səsləndirilmişdir.
Kontrol sistemi
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. == Nümayişi == "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.
Café Central
Café Central — Avstriyanın Vyana şəhərində yerləşən kafe. == Tarixi == Kafe 1876-cı ildə Pax qardaşları tərəfindən açıldı və XIX əsrin sonlarında Vyana intellektual səhnəsinin əsas görüş yeri idi. Kafenin tanınmış müştərilərindən Piter Altenberq, Teodor Hertsl, Alfred Adler, Eqon Fridel, Huqo von Hofmanstal, Adolf Loz, Leo Perutz, Robert Musil, Stefan Sveyq, Alfred Polqar, İosip Broz Tito, Ziqmund Freyd, Adolf Hitler və Lev Trotskini qeyd etmək olar.
Comedy Central
«Comedy Central» — ABŞ kabel telekanalı. Telekanal «Viacom» şirkətinin mülkü olan «Viacom Media Networks» şirkətinin mülkü olan «Viacom Global Entertainment Group» şirkətinə aiddir. Telekanal daha yetkin auditoriyaya malikdir və orijinal, lisenziyalanmış və sindikasiya edilmiş komediya verilişləri və stendap şouları, eləcə də bədii filmləri əhatə edir. 2000-ci illərin əvvəllərindən «Comedy Central» Cənub-şərqi Asiya, Avropa, Latın Amerikası, Yeni Zelandiya, Orta Şərq və Afrikada lokal telekanallar açmışdır. Beynəlxalq telekanallar «Viacom International Media Networks» idarəçiliyi altındadır. Telekanal 1989-cu ildə «The Comedy Channel» adı altında təsis edilmiş, 1990-cı ildə isə adını «Ha! The Comedy Network» olaraq adını dəyişmiş, 1991-ci ildə isə indiki adını almışdır. Telekanalın baş qərargahı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərinin 345 Hadson-strit küçəsində yerləşir. «Comedy Central» telekanalının bir çox orijinal verilişləri var. Onlardan ən uğurlusu 1997-ci ildə yayıma başlayan «South Park» satirik animasiya serialıdır.
Nontron (rayon)
Nontron (fr. Nontron) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dordon. Suprefektura — Nontron. Rayon əhalisi 2006-cı ildə 41 759 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon ərazisi — 1621 km².
PubMed Central
Central Cee
Central Cee (4 iyun 1998, Shepherd's Bush[d], London, İngiltərə, Birləşmiş Krallıq) — Birləşmiş Krallıq repçisi. "UK drill" janrındakı mahnılarına görə tanınır. 2020-ci ildə yayımladığı iki dənə sinqlı "Day in the Life" və "Loading" sayəsində diqqətləri öz üzərinə çəkib. 2021-ci ildə çıxardığı debüt miksteypi "Wild West" UK Albums Chart-da ikinci pillədə qərarlaşıb. Onun 2022-ci ildə təqdim etdiyi ikinci miksteypi "23" həmin hit-parada başçılıq edib. Central Cee-nin 2022-ci ilin iyul ayında yayımladığı sinqlı "Doja" UK Singles Chart-da ikinci sıraya çatıb. Bu mahnı Spotify-da ən çox dinlənilən Britaniya rep mahnısı olmuşdur. O, 2022-ci ilin oktyabrında "No More Leaks" adlı dördüncü mini-albomunu buraxıb. 2023-cü ilin iyununda repçi Dave ilə birgə ifa etdiyi sinqlı "Sprinter"-i yayımlayıb. Sözügedən mahnı onun Birləşmiş Krallıqda bir nömrəyə çatan ilk mahnısı olub.
Haute-contre
Benth.
Corc Bentam (ing. George Bentham; 22 sentyabr 1800 – 10 sentyabr 1884) — ingilis botaniki. == Əsərləri == "Labiatarum genera et species" (London, 1832–1836) (lat.) "Handbook of the British Flora" (1858 и 1865) (ing.) "Flora Honkongensis" (1861) (lat.) "Flora Australiensis" (Ferdinand Müllüer ilə birlikdə, 1863–1870) (lat.) == Şərəfinə adlandırılmış taksonlar == === Cinslər === Benthamia A.Rich. Benthamiella Speg. === Növlər === Acanthocephalus benthamianus Regel Andropogon benthamianus Steud. Gardenia benthamianus F.Muell. Croton benthamianus Müll. Arg. Distemonanthus benthamianus Baill. Nicotiana benthamiana Domin Pinus ponderosa ssp.
Bernh.
İohann Yakob Bernhardi (ing. Johann Jakob Bernhardi; 1 sentyabr 1774; 13 may 1850) – Alman həkimi və botaniki. == Əsərləri == Catalogus plantarum horti Erfurtensis, 1799. Systematisches Verzeichnis der Pflanzen, welche in der Gegend um Erfurt gefunden werden, 1800. Anleitung zu Kenntnis der Pflanzen, 1804. Beobachtungen über Pflanzengefäße, 1805. Ueber den Begriff der Pflanzenart und seine Anwendung, 1835.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. == Mənbə == == Ədəbiyyat == О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Rebirth
Rebirth (/riːˈbɜːθ/, azərb. dirçəliş, yenidən canlanma) azərbaycanlı repçi A4-ün sayca 2-ci albomu. Albom giriş və çıxışla birlikdə ümumilikdə 15 mahnıdan ibarətdir.
Sibth.
Con Sibtorp (ing. John Sibthorp; 28 oktyabr 1758, Oksford – 8 fevral 1796, Bat, Somerset qraflığı) — ingilis botaniki. Sibthorp, J. (1794). Flora oxoniensis. 422 p. Sibthorp, J.; Smith, J.E. (1806—1813). Florae Grecae prodromus. 2 vols. Sibthorp, J.; Smith, J.E.; Lindley, J. (1806—1840). Flora graeca.
Bitch
Bic (ing. bitch; /bɪtʃ/) — insanlara, xüsusən də qadınlara qarşı istifadə olunan aşağıladıcı ifadə. Bir qadın və ya qız uşağı nəzərdə tutulduqda dalaşqan, pisniyyətli, nəzarətçi, aqressiv və ya dominant mənasına gəlir. Bir kişiyə yaxud oğlana tətbiq edildikdə isə mənasını dəyişir, tabe olan, zəif, qorxaq kimi alçaldıcı mənaları ifadə edir. Bu ifadə homoseksual münasibətdə yüksək dərəcədə iddialı və ya qadının alçaldıcı xarakteristikasına sahib olan kişiyə istinad edə bilər.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Birja
Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır.
Sirte
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Zireh
Zireh — insanlar, nəqliyyat vasitələri və ya gəmilərin qorunması üçün istifadə olunan qoruyucu geyimdir. Barıt aşkar edildikdən əvvəl, döyüşlərin əksəriyyətində əsgərlər sinə-sinəyə döyüşdürdülər. Bu dövrdə döyüşçüləri düşmən silahından müdafiə etmək üçün zireh, dəbilqə və qalxan kimi müxtəlif vasitələrdən istifadə edilmişdir. Bundan əlavə, Makedoniyalı İskəndərin 12 qatdan ibarət kətandan zirehi də var idi.
Çonqol
Çonqol (kor. 전골, Ichŏnkol, jeongol) - bişmiş ət və güvənçdən hazırlanır. O Koreyanın bişmiş ətdən hazırlanan cciqeyə (кор. 찌개) bənzəyir. Ancaq ondan fərqi çonqol bir neçə müxtəlif tərkibdən ibarətdir. Cciqeə isə əsasən cciqe və ya sunduq cciqedən ibarət olur. Digər fərqli cəhəti isə çonqol həmçinin kudçolpxan, Koreyanın elit təbəqəsinin kralların yeməyidi, ancaq cciqe isə adi insanların yeməyi sayılır. Coson Manquksamulqivonın (kor. 만국사물기원역사?, 萬國事物紀原歷史?; «Dünyanın müxtəlif əşyalarının tarixi») adlı əsərində çonqolun qədim dövrlədən hazırlandığı qeyd olunur. Belə ki, əsgərlər müharibə dövründə qab çatışmamazlığından və ya olmamasından onlar bu yeməyi bişirməyə başlamışlar.
Montröy (rayon)
Montröy (fr. Montreuil) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Pa-dе-Kale. Suprefektura — Montröy. Rayon əhalisi 2013-cı ildə 112 709 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 85 nəf / km². Rayon ərazisi — 1326,95 km².
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Mırtı
Mırtı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Mırtı Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Murtu olmuşdur. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnooykonimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1985 nəfər əhali yaşayır.