SACL

System Access Control List Sistemə girişi idarəetmə siyahısı
SA
SAFE
OBASTAN VİKİ
SACLOS
SACLOS (ing. Semi-Automatic Command to Line of Sight azərb. Görmə Xəttinin Yarım Avtomatik Komandası‎) termini ikinci nəsil raket başlığı sistemidir. Bu sistemdə, raket atıldıqdan sonra operator hədəf vurulana qədər hədəfi işarələməyə davam edir. Bu iş üçün elektron işarələmə sistemləri istifadə olunur. SACLOS-da iki növ işləmə sistemi mövcuddur: Nişangah hədəfin yeri ilə və raketin marşrutunu hesablayır. Raket atıldıqdan sonra sistem hədəfdəki vəziyyəti və raketin dəqiq marşrutunu hesablamağa davam edir. Əgər raketin marşrutu hədəf yolundan çıxarsa, sistem raketə yeni bir uçuş marşrutu verir və onu düzəldir. Bu düzəlişi edərkən sistem radio siqnallarından və ya bir kabeldən (simdən) faydalanır. Radio siqnallarının istifadəsinin mənfi tərəfi budur ki, düşmən qarışdırma siqnalları yaradan jammer cihazları istifadə edərək raketi hədəfdən kənar bir nöqtəyə yönəldir.
Sacleuxia
Université Paris-Saclay
Paris-Saclay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi. İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir. Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci). Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.