Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pişiklər
Pişiklər (lat. Felidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Bütün müasir və nəsli kəsilmiş pişikkimilərin başı kiçik, gövdəsi yaraşıqlı və əzələli, ayaqları gödək, lakin güclüdür. Caynaqları tamamilə, yaxud qismən içəri çəkilə bilir. Əksəriyyətinin quyruğu uzundur. Bir qismi balaca (ev pişiyi), digəri iridir (şir, pələng). Tükləri qısadır; şimali və yüksək dağlarda yaşayan növlərin tükü tropik qurşaqlarda yaşayanlara nisbətən daha xovludur. Tropik meşə növlərinin rəngi çox vaxt əlvan (boz, narıncı, yaxud bozumtul fonda qara ləkələr, yaxud zolaqlar) olur. Şimal çöl və səhra növləri sarı, yaxud qum rənglidir; qarnı ağdır. Vəhşi pişikkimilər bütün materiklərdə və iri adalarda (Yeni Qvineya, Madaqaskardan başqa) yayılmışdır.
Biliklər bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.
Böyük pişiklər
Böyük pişiklər (lat. Pantherinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu fəsilənin nisbətən böyük nümayəndələrini əhatə edir.
Gəzən Pişiklər
Gəzən Pişiklər — doqquz kiçik adadan ibarət adalar qrupu. İnzinati cəhətdən Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Adalar Barens dənizinin cənub-şərqində, Ruskiy Zavarot burnundan şərqdə qərarlaşır. Peçora estuarisi daxilində qərarlaşan adaların yaxınlığında Çornaya, Peçira çayları axır. Ad Pomor şivəsindən götürülmüşdür. == İstinadlar == == Mənbə == "Arktika ilə tanışlıq —Gəzən Pişiklər" (rus). yachta-kotoyarvi.narod.ru. 2013-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26. "Adalar - «Pişklər»" (rus).
Kiçik pişiklər
Kiçik pişiklər (lat. Felinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Pişiklər (müzikl)
Pişiklər (ing. Cats) Endryu Lloyd Vebber tərəfindən revyu üslubunda yazılmış müzikl. Tamaşa öz məzmununu Tomas Sternz Eliotun "Qoca Possum tərəfindən yazılmış pişiklər haqqında elm" (ing. "Old Possum's Book of Practical Cats") adlı uşaq şerləri məcmuəsindən götürmüşdür. Tamaşa ilk dəfə 11 may 1981 ci ildə yeni London teatrında 7 oktyabr 1982 ci ildə isə Brodveydə oynanılmışdır. Müziklın əsas məğzini Qrizabella adlı personaj tərəfindən ifa edilən ing. "Memory" "Yaddaş" nəğməsi təşkil edir. Yaddaş nostalgik bir nəğmədir. Bu nəğməsi ilə Qrizabella keçmiş üçün kədərlənir. Bu parçanı bəzən "Qrizabella ariyası" adlandırırlar.
Yaponiyada pişiklər
Yaponiyada pişiklər ən populyar ev heyvanlarından biridir. Yapon pişiyi vaneko (和猫) adlanır. Yaponiyada pişiklərə həsr olunmuş məbədlər mövcuddur və pişiklər Yaponiya folklorunda vacib yer tuturlar. Pişiklərin ilk dəfə Yaponiyaya necə gəldiyi dəqiq məlum deyil. Güman olunur ki, yapon ev pişiklərinin əcdadları Nara və ya erkən Heyan dövründə buddist sutraları gəmiricilərdən qorunmaq üçün və ya imperatora hədiyyə kimi verilmək üçün Çin və Koreyadan Yaponiyaya gətiriliblər. 2011-ci ildə Naqasaki prefekturasının İkki adasında yerləşən və Yayoy dövrünə aid edilən Karakami xarabalıqlarında Yaponiyada ən qədim pişik qalıqları aşkar edilmişdir. Heyan dövründə (794–1185) pişiklər imperatorlar və zadəganlar tərəfindən ev heyvanı kimi saxlanılırdı. İmperator Uda gündəliklərində pişiklərdən bəhs etmiş, 17 yaşında olanda atası İmperator Kokonun ona qara pişik hədiyyə etdiyini qeyd etmişdir. İmperator İçico pişiklərə olan sevgisinə görə tanınmış, hətta pişiyi üçün xüsusi saray rütbəsi vermişdir. Pişiklər yapon zadəganlar üçün qiymətli ev heyvanları hesab olunduqları üçün Heyan dövründən Edo dövrünün əvvəlinə qədər pişiklərə xalta taxılırdı.
İslamda pişiklər
İslamda pişiklər — təmizliyinə görə hörmətlə qarşılanır, onlar "əsas ev heyvanı" sayılırlar. Yaxın Şərqdə pişiklərə qədim zamanlardan bəri önəm verilir. İslamda belə bir ənənə də çox dəyişilmiş formada olsa da yaranmışdır. Bir çox hədislərə görə, İslam peyğəmbəri Məhəmməd pişiklərin təqib edilməsini və öldürülməsini qadağan etmişdir. Məhəmməd peyğəmbərin səhabələrindən biri olan Əbu Hüreyrə pişiklərə olan məhəbbətinə görə bu ləqəbi (ərəb. أبو هريرة, hərfi mənada "pişiklərin atası") almışdır. Onun sözlərinə görə, o, Məhəmməddən pişiyə qarşı amansızlığına görə cəhənnəmə gedən dindar qadın haqqında əhvalatı eşitmişdir: Qadın pişiyi kəndirlə bağlamış, pişik ölənə qədər ona yemək və su verməmişdir. Rəvayətə görə, Əbu Səid əl-Xudrinin pişiyi Məhəmmədi ilandan xilas etmişdir. Amerikalı şair və səyyah Bayard Taylor (1825–1878) pişiklərin sərbəst gəzdiyi Suriya xəstəxanasını görəndə heyrətə gəldi. Pişik sığınacağı kimi də fəaliyyət göstərən obyektə vəqf, baxıcıların maaşı, baytarlıq baxımı və pişik yemi yardımı edilib.
Qara Pişiklər
Qara Pişiklər (ing. Black Cats) və ya Vəhşi Pişik (ing. Wildcat) — Krallıq donanmasına məxsus helikopter nümayiş komandasıdır. Şou üçün 2 ədəd Westland Lynx helikopteri istifadə olunurdu. Daha sonra bu helikopterlər AgustaWestland Wildcat ilə əvəz olundu. Komanda 2001-ci ildə yaradılmışdır. İlk dövrlərdə komanda "Vaşaq cütlüyü" (ing. Lynx Pair) adı altında çıxış edirdi. 2004-cü ildən komandada ad dəyişikliyi baş verdi. Komanda 1992-ci ildə ləğv olunmuş, Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş "Köpəkbalığları" (ing.
Zadəgan pişiklər
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. Zadəgan pişiklər — Internet Movie Database saytında.
Pişiklər (Seylor Mun)
Seylor Mun pişikləri (美少女戦士セーラームーンの猫, Bishōjo senshi sērāmūn no neko) — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında yer alan pişik personajlar. Seriyada 3 pişik personaj vardır: Luna, Artemis və Diana Bu üç pişik personajının öz sahibləri var. Hər pişik danışmaq qabiliyyətinə malikdir və alınlarında aypara işarəsi var. Yetkin pişiklər — Luna və Artemis əsas süjet xətti başlamazdan qabaq Gümüş Minillikdə Kraliça Serenitiyə xidmət vermişlər. Üçüncü pişik Diana isə onların XXX əsrdəki uşağıdır, daha gəncdir və Yerdə doğulmuşdur. Ayla əlaqədər münasibətlərinə görə üçü də adlarını Roma və yunan mifologiyasındakı ilah və ilahələrdən almışdır. Pişiklər Seylor döyüşçülərinə müşavir və dost kimi xidmət verirlər. Həmçinin komandanı yeni əşyalarla, güclərlə və məlumatlarla təmin edirlər. Onların əlavə fiziki formaları da var. Animedə pişiklərdən ancaq Luna insana çevrilmişdi.
Zadəgan pişiklər (cizgi filmi, 1970)
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. Zadəgan pişiklər — Internet Movie Database saytında.