Elm

1) təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarını və obyektiv aləmə təsiri üsullarını öyrənən (meydana çıxaran) biliklər sistemi və bu biliklərin ayrıca sahəsi. İnsan biliklərinin müəyyən bir sahəsi. Məsələn, elmlə məşğul olmaq, həyatını elmə sərf etmək, oxumaqla əldə edilən bilik, məlumat. Bəzən savad, məlumat mənasında.
Elementar
Elm istehsalat birlikləri
OBASTAN VİKİ
Elm
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi.
"Elm" nəşriyyatı
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Azərbaycanda elm
Azərbaycanda elm — Azərbaycanda 140 elmi orqan, eyni zamanda 96 elmi institut fəaliyyət göstərir. Əsas elmi qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır. XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov 1839–1840-cı ildə farsca yazdığı "Əsrarül-mələküt" əsəri kosmoqrafiyanın köhnə və yeni qanunlarını müqayisə edir, məntiqi dəlilləri şifahi əfsanələrlə sübut edir, Yer kürəsi və digər səmavi cisimlərin vəziyyətini və mövqeyini tədqiq edir. XX əsrin ortalarında Məmmədəli Haşımzadə, Həbibulla Məmmədbəyli və Rəhim Hüseynov tərəfindən astronomiyaya aid terminlər tədricən yaradıldı və qərarlaşdırıldı. Alim Mahmud Şirvani 1562-ci ildə ərəb dilindən "Möcüzələr mirvarisi və qəribəliklər incisi" əsərini tərcümə etmişdir. On yeddi fəsildən ibarət olan tərcümədə dünyanın müxtəlif ölkələrinin, ayrı-ayrı dəniz və okeanlarının flora və faunasından bəhs edilir. XVIII–XIX əsrlərdə yaşamış coğrafiyaşünas və səyyah Hacı Zeynalabdin Şirvani Yaxın və Orta Şərq ölkələrini, Hindistanı və Orta Asiyanı gəzərək farsca "Cənnət bağı səyahətləri", "Səyahət bağları", "Səyahət bağı" əsərlərini yazmışdır. Onun qardaşı səyyah Hacı Məhəmmədəli Şirvani "İnsan şərəfi haqqında dəlil", "Həyatın başlanğıcı" və "Həqiqətlərin həqiqəti" əsərlərində gəzdiyi ölkələrin ictimai-siyasi tarixi, mədəni həyatı, fəlsəfi fikir, ədəbiyyat, təlim-tərbiyə məsələləri haqqında qiymətli məlumatlar vermişdir. XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov Amerikanın tarixi, fiziki və siyasi vəziyyətini təsvir edən "Kəşf əl-Qəraib" və dünyanın fiziki, siyasi və iqtisadi xəritələrinin olduğu "Ümumi coğrafiya"nın müəllifidir. XIX əsr coğrafiya sahəsinə töhfə vermiş görkəmli Azərbaycan alimlərinə İsmayıl bəy Qutqaşınlı, İsa Sultan Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski misal göstərilə bilər.
Açıq elm
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur. Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir. Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır.
Bəyanül-elm
Bəyanül-elm – Seyid Yəhya Bakuvinin yazdığı əsər. Seyid Yəhya Bakuvinin Bəyanül-elm məsnəvisi 550 beytdən ibarətdir. Nət və ilk dörd xəlifəni mədh edən beytlərdən sonra dini və təsəvvüfi nəsihətlər verilir. Fərzin əsası Allahı bilmək və tanımaq olduğu, bunun üçün də Allah zikrini davam etdirmənin əhəmiyyəti bildirilir. Əsərdə zikrullahın xəstə qəlblərə və qafillərə şəfa verib, uyararaq inandırdığı fikri ifadəsini tapmışdır.
Elektron elm
Elektron elm — elmi məsələlərin həlli ilə məşğul olan və lazımi informasiya kommunikasiya infrastrukturuna malik, yüksək sürətli İnternet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi müəssisə və təşkilatların birgə fəaliyyətini nəzərdə tutan konsepsiyadır. Elmi fəaliyyət zamanı şəbəkə vasitəsilə çoxlu sayda məlumatları əldə etmək, yadda saxlamaq, emal etmək (yəni hesablamaq, məntiqi nəticə çıxarmaq, mülahizə irəli sürmək, analiz və sintez etmək, dinamikasını tədqiq etmək və s.), daha sonra isə onu lazımi formada təqdim etmək, başqa sözlə, çap etmək, vizuallaşdırmaq, ötürmək və s. tələb olunur. Bütün bunları yerinə yetirmək üçün İnternet əvvəllər mövcud olmayan unikal imkanlar yaradır. E-elmin əsasını telekommunikasiya, informasiya və hesablama resursları kimi üç əsas komponent təşkil edir. Əlaqələndirilmiş və tənzimlənən bu komponentlər birlikdə elə bir elektron infrastruktur formalaşdırır ki, nəticədə tədqiqat işinin xarakteri tamam dəyişir. Həmin infrastruktur, alimlərə onlayn rejimdə texniki resurslardan birlikdə və əlaqəli şəkildə istifadə etmək imkanı verir, hesablama resursları və verilənlər arxivi kimi əsas tədqiqat alətlərindən istifadəsini sadələşdirir. elmi fəaliyyət qloballaşır, əldə olunmuş məlumatlar bölüşdürülür; ənənəvi elmi nəşrlərin yerini e-nəşrlər, veb-saytlar tutmağa başlayır; elektron elmi kitabxanalar şəbəkəsi yaradılır; müxtəlif bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır.
Elm (dəqiqləşdirmə)
Elm Elm (qəzet) Elm (nəşriyyat) — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Elm (nəşriyyat, SSRİ) — SSRİ-də nəşriyyat.
Elm (nəşriyyat)
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Elm (qəzet)
"Elm" (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı. Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir. Elm qəzeti 1984-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb. Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb. Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır. Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Elm TV
Elm fəlsəfəsi
Elm günü
Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir.
Elm nəşriyyatı
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Elm sahəsi
Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir. Elm sahəsi – bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir.
Elm sosiologiyası
Elm sosiologiyası — elmi fəaliyyətin sosial şərtlərini müəyyənləşdirən sektoral sosioloji intizam. Elm sosiologiyası həm elmin bir ictimai institut kimi formalaşması proseslərini, həm də elmin sosial təşkilatı və sosial funksiyalarını nəzərdən keçirir. Tədqiqat qruplarının birgə fəaliyyətinin təşkili məsələlərinin öyrənilməsi mühüm rol oynayır. Elm sosiologiyasında ilk araşdırmalar 1930-cu illərdə başlamışdır. Bunların arasında Robert Mertonun (1910-2003) "XVII əsrdə İngiltərədə elm, texnika və cəmiyyət" (1938) və "Elm və ictimai prosedur" (1937) əsərləri vardır. Гилберт Дж. Н., Малкей М. Открывая ящик Пандоры. Социальный анализ высказываний ученых = Opening Pandora's box: a sociological analysis of scientists' discourse. / Пер. с англ.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.
Rusiyada elm
Rusiyada elm — Rusiyada elm adamları tərəfindən hazırlanmış elmi istiqamətlər. Müasir elm XVIII əsrdən etibarən fəal şəkildə inkişaf etməyə başladı, o vaxtdan bəri Rusiyadan olan bir çox alim bir sıra əhəmiyyətli kəşflər etdi və dünya elminə əhəmiyyətli töhfələr verdi. Pyotr hakimiyyətindən əvvəl Rusiya nəzəri elm sahəsində Avropadan geri qaldı. Bunun səbəbi zəif mədəni əlaqələr, Bizansın kifayət qədər böyük təsiri, tərcümə edilmiş elmi əsərlərin məhdud yayılması, mədəni və sosial xüsusiyyətlərdir. İlk qədim rus riyazi əsəri 1136-cı ildə Novqorod keşişi Kirik tərəfindən yaradılmışdır. Daha sonra kosmoqrafiya, məntiq, hesab mövzusunda kitablar tərcümə edilərək paylandı. XVII əsrdə Rusiyada ilk universitetlər və özəl məktəblər meydana çıxdı: boyar F.M.Rtişev məktəbi (1648), Polotsk Simeon məktəbi (1665) və Slavyan-Yunan-Latın Akademiyası (1687). Elmdən fərqli olaraq texnologiya sahəsində Avropadan heç bir ciddi geriləmə yox idi. Elm, sosial bir qurum olaraq, Rusiyada I Pyotrun dövründə, Sibir və Amerikaya bir neçə ekspedisiya göndərdiyi zaman ortaya çıxdı, o cümlədən Vitus Bering və ilk rus tarixçi Vasili Tatişev. 1724-cü ildə bir çox məşhur Avropa alimlərinin dəvət olunduğu Sankt-Peterburq Elmlər Akademiyası açıldı.
Siyasi elm
Politologiya və ya siyasi elm — politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir. Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət.
Yalançı elm
Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə. Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar.
Yaşıl Elm
Yaşıl Elm — Bakıda 12 mart 2014-cü ildə universitet tələbələri tərəfindən elmi bloq olaraq fəaliyyətə başlayan, hazırda elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır. Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi təşkilatdır. Baş redaktoru Taryel Abdullayevdir. Portalın elektron qəzeti hər kəsə açıq elmi-kütləvi qəzetdir. Burada hər kəs məqalə yaza bilər, məqalələr redaktorlar tərəfindən redaktə edilərək yayımlanır. Hazırlanan elmi materiallar dünyanın böyük universitetlərində tədris edilən kitablara istinad edilərək hazırlanır. Heç bir şəxsi, siyasi görüş, inanc və inancsızlığı dəstəklənməsinı, reklamına və propoqandasına icazə verilmir.[mənbə göstərin] Portal Azərbaycanda ilk dəfə olaraq təkamül nəzəriyyəsinə aid "Təkamülə Giriş" adlı kitab çıxarmışdır. Bununla yanaşı Nil Deqrass Taysonun "Tələsən insanlar üçün astrofizika", Ali Demirsoyun "Məktəblilər üçün təkamül" kitabları tərcümə edilərək çap edilmiş, plaforma üzvləri tərəfindən uşaqlar üçün "Kosmos" kitabı yazılmışdır.[mənbə göstərin] Portalın üzvləri və Azərbaycanlı alimlər tərəfindən tez-tez elmi-kütləvi mövzuda görüşlər keçirilir. Görüşlərin əsas məqsədi oxuyucuların suallarını cavablandırmaqdır. Bununla yanaşı elmi seminarlar və elm adamlarının insanlarla görüşünü təşkil edir.[mənbə göstərin] Portalın elmi seminarlar üçün fəaliyyət göstərən speaker.az saytı fəaliyyətə başlayıb.
İqtisadiyyat (elm)
İqtisadiyyat ("ekonomika") – yunanca "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birincisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisi; ikincisi isə cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsi; üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür. İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir: I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri; II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını; III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir; IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını; V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini. İqtisadiyyata aşağıdakı təriflər vermək olar: İqtisadiyyat — ev təsərrüfatını idarə etmək qabiliyyətidir; İqtisadiyyat — tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məcmuudur, cəmiyyətin iqtisadi bazisidir; İqtisadiyyat — ölkə ərazisində ictimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır. İqtisadiyyat — mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir. Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif cür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asacların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaranır. Bundan əlavə, bir çox ədəbiyyatlarda nemət anlayışı fərqli bölünmüşdür.
Elm adamı
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Elm xadimi
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Elm (nəşriyyat, SSRİ)
"Elm" nəşriyyatı (Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatının Akademik Tədqiqat və Nəşriyyat, İstehsal, Poliqrafiya və Kitab Yayımı Mərkəzi, qısaldılmış adı - FSUE Nəşriyyat Evi “Elm”») — Sovet və Rusiya akademik kitab və jurnal nəşriyyatı. SSRİ və dünyanın ən böyük elmi nəşriyyatı (1982-ci ildə) . “Nauka” nəşriyyatının loqosunda ilk süni Yer peyki və açıq kitab təsvir olunub. 2019-cu ildə iflas ərəfəsində idi. 2016-cı ildən etibarən "Akademkniga" şirkəti tərəfindən fizika, kimya, biologiya, geologiya üzrə Rusiya elmi jurnalları nəşr olunur. Nəşriyyatın sələfi 1727-ci ildən akademik nəşrlərin çap olunduğu Elmlər Akademiyasının mətbəəsi idi. 1917-ci ildən sonra Rusiya Dövlət Akademik mətbəəsi çağırıldı. Rusiya Elmlər Akademiyasının nəşriyyatı SSRİ-də 1923-cü il aprelin 14-də yaradılmış və ilk olaraq Petroqradda yerləşirdi, nəşriyyatın ilk rəhbəri akademik Aleksandr Fersman, nəşriyyatın çap etdirdiyi ilk nəşr isə növbəti nəşr idi. 1924-cü ilin sonunda nəşr olunan Rusiya Elmlər Akademiyasının İzvestiya cildi. 1925-ci ilin avqust ayından Rusiya Elmlər Akademiyası (1917-1925) SSRİ Elmlər Akademiyası adlandırıldıqdan sonra nəşriyyat öz adını dəyişərək SSRİ Elmlər Akademiyası Nəşriyyatı (ANİ) adlandırdı.
Elm Fondu (Azərbaycan)
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb. Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E. S. Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M. N. İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
Dalğa Elmi-İstehsalat Müəssisəsi
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir. "Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir. "Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d], Sürix kantonu, İsveçrə) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.
Elman Nəsirov
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Elman Orucov
Elman İzzət oğlu Orucov (24 avqust 1959) - Azərbaycan Silahlı Qüvvələrinin General Mayoru, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 1980-ci ildə Sverdlovsk ali hərbi-siyasi tank və artilleriya məktəbini və 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun hər ikisini qırmızı diplomla bitirib. 1992-ci ildən Azərbaycan Milli Orudusunda müxtəlif hərbi-siyasi və komandir vəzifələrində xidmət edib. Xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni, "За боевые заслуги", "Hərbi xidmətdə fərqlənməyə görə", o cümlədən, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və digər dövlət mükafatları ilə təltif olunub. Qarabağ müharibəsində fəal iştirak edib və yaralanıb. Ailəlidir, 5 övladı var.
Elman Qasımov (şəhid)
Elman Qasımov (tam adı: Elman Yunis oğlu Qasımov; 8 noyabr 1999, Hacıqabul rayonu – 9 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elman Qasımov Yunis oğlu 8 noyabr 1999-cu ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuştur. 2005-ci ildə Hacıqabul rayonunun Udulu kəndinin tam orta məktəbinə daxil olmuşdur. 2016-ci ildə isə, həmin məktəbin məzunu olmuşdur. Eyni ilin iyul ayında, Gəncə Dövlət Regional Kollecinə daxil olmuşdur. Hələ uşaq yaşlarından idmana marağı olduğundan, idman ixtisasını seçmək qərarına gəlmişdir. 2019-cu ildə isə, kolleci bitirmişdir. Elman Qasımov 2019-cu ilin iyul ayında müddətli hərbi xitmətə yollanmışdır. Hərbi xidmətdən dönməsinə bir neçə ay qalmış, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Elman İkinci Qarabağ müharibəsinə qatılaraq, düşmən tapdağı altında olan torpağlarımızın azadlığı uğrunda böyük sücaət göstərmişdir.
Elman Quliyev
Elman Hilal oğlu Quliyev (1958, Kələxan, Lerik rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor. Quliyev Elman 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə «M. Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)» mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir. 1999-cu ildə «Mirzə Uluğ bəy»)Özbəkistan) mükafatı almış, 2007-ci ildə C. Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, ilk dəfə «İlin alimi»(2007, 2010) və «İlin müəllimi»(2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Xüsusi Dövlət təşəkkürünə (2012) layiq görülmüşdür. Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin rəhbəridir.
Elman Qədirov
Elman Hidayət oğlu Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində sabiq baş direktorun radio üzrə müavini. Azərbaycan Respublikasının əməkdar jurnalisti Azərbaycanın aparıcı qəzetlərində və "AzərTAc" informasiya agentliyində rəhbər vəzifədə işləyib. "Qızıl qələm" mükafatı laureatıdır. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir. Yüzlərlə publisistik və analitik yazıları dərc olunub. 2013-cü ildə AzərTAc dövlət informasiya agentliyində bölmə müdiri vəzifəsinə təyin olunub.
Elman Rüstəmov
Elman Sirac oğlu Rüstəmov (29 iyun 1952, Cəbrayıl rayonu) — Azərbaycan Respublikasının baş nazirinin müşaviri, Azərbaycan Respublikası Mərkəzi Bankının sabiq sədri və Azərbaycan Şahmat Federasiyasının sabiq prezidenti. Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1973-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır. 1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur. 1986-cı ildən iqtisad elmləri namizədidir. 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır. 1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi almışdır. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.
Elman Rəfiyev
Elman Məmmədrza oğlu Rəfiyev (19 yanvar 1971, Sumqayıt) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət pantomima teatrının aktyoru, əməkdar artist Elman Rəfiyev 19 yanvar 1971-ci ildə doğulmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil almış, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak etmişdir. 1992–1993-cü illərdə Dövlət Gənclər Teatrında aktyor işləmişdir. 1994–2000-ci illərdə Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim teatrında direktor müavini vəzifəsində çalışır, həmçinin aktyorluq fəaliyyətini davam etdirir. O, Əli Əmirlinin "Meydan" (Zabit), R. Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "3 badam, 1 qoz" (Qoz), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S. Mrocekin "Karol xofu" (Baba), Ə. Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan), M. Musabəyovun "Şəngül, Şüngül, Məngül" (Nağılçı, Dəmirçi), Q. Məsimovun, Muğam Trio Dizlər Müğənni Şeyx Əttar "Uçuş" (5-ci saliq), Çingiz Aytmatovun "Manqurt" (Aparıcı), Üzeyir Hacıbəyovun "Dulusçu" (5–mim), Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" (Qızılgül), Alber Kamyunun "İnsan" (Mason, Hakim), A. Məmmədovun "Korlar" (2-ci Kor) tamaşalarında oynamışdır. Luici Pirandellonun "Səs" (Silvio), Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam 2–3" (İnzibatçı), Anarın "Nigarançılıq" (Aşbaz Əli), Aqşin Babayevin "Nekroloq" (Ruslan), Ramiz Həsənoğlunun "Bəylik dərsi" (Məzhəkəçi), Şərif Qurbanəliyevin "Təklif" (II dələduz) televiziya tamaşalarında, İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilmişdir. B. Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmində – Kloun Nini rolunda oynamışdır. Klounada janrında axtarışlarını davam etdirir. Səhnə təxəllüsü Kloun Ninidir.
Elman Talıbov
Elman Talıbov (tam adı: Elman Eldar oğlu Talıbov; 2 noyabr 1985, Bakı) — "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2019-cu ilinin yaz və 2020-ci ilinin payız seriyasının "Büllur bayquş" sahibi. 29 aprel 2019-cu il tarixində Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiyinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Elman Telmanoğlu
Elman Telmanoğlu Cəfərov (25 yanvar 1980, Sumqayıt) — Politoloq, Telejurnalist. Elman Telmanoğlu Cəfərov 25 yanvar 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. "Azərbaycan Jurnalistlət Birliyi"nin üzvüdür. 1997–2001-ci illərdə Azərbaycan Texniki Universitetinin, Telekommunikasiya fakültəsində Bakalavr təhsili almışdır, 2021–2023-cü illərdə Ukrayna respublikasında İ. İ. Meçnikov adına Odessa Dövlət Universitetində Politologiya ixtisası üzrə Magistr dərəcəsinə yiyələnmişdir.
Elman Xudazarov
Elman Aslan oğlu Xudazarov (d. 3 dekabr 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyası Komi Respublikası Baş Nazirinin müavini. İqtisadi elmlər namizədidir. Elman Xudazarov 3 dekabr 1959-cu ildə Bakı şəhərində anadan olub. Kiyev Politexnik İnstitutunu "elektroakustika və ultrasəs texnikası" ixtisası üzrə bitirib. 1982-ci ildən - SSRİ Hərbi Dəniz üvvələrində zabit 1985-ci ildən - "İttifaqneftavtomatika" birliyinin Uxta idarəsində çilingər-quraşdırıcı, mühəndis-sazlayıcı 1987-ci ildən - "Usinskneft" NQÇİ-nin böyük mühəndisi 1988-ci ildən - "Arxanqelskneft"NQÇi-nin kommersiya məsələləri üzrə təis müavini 1993-cü ildən -"Usinsərzitəchizat" idarəsinin kommersiya direktoru 1994-cü ildən - "Korporasiya İFK" investisiya-maliyyə şirkətinin Usinsk filialının direktoru 1998-ci ildən - "Korporasiya İFK" idarə rəisi 1999-cu ildən - Rusiya Federasiyası Hökumət ianında Federal Borc Mərkəzi Komi Rsepublikası üzrə bölməsinin rəis müavini 2002-ci ildən - Rusiya Federal Əmlak Fondu Komi Respublikası üzrə idarəsində şöbə müdiri 2003-cü ildən - Rusiya Federal Əmlak Fondu Komi Respublikası üzrə idarəsində əmlak satış şöbəsinin müdiri. 2007-ci года - "Belkomur" ASC baş direktoru. Komi Respublikası Başçısının 19 sentyabr 2014-cü il sərəncamı ilə Komi Respublikası Baş Nazirinin müavini təyin edilib.
Elman Yusifov
Elman Fərhad oğlu Yusifov (20 oktyabr 1959, Qaracallı, Qubadlı rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999–2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983–1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984–1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B. Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008–2010-cu illərdə "AzGerneft" müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir.
Elman neyron şəbəkəsi
Elman şəbəkəsi — rekurrent şəbəkələrin bir növüdür. Çoxlaylı perseptronlardan təşkil olunmuşdur. Əksəlaqələrin təmin olunması ilə işləyir. Əlaqələr şəbəkənin çıxışından deyil, daxili neyronların çıxışından yaranır. Bu da müşahidə olunan proseslər haqqında tam məlumat almağa və düzgün idarəetmə strategiyası yaratmaq üçün informasiya toplamağa imkan verir. Bu şəbəkələr hərəkət edən obyektlərin idarəetmə sistemlərində istifadə oluna bilər. Belə ki, onların əsas xüsusiyyəti ardıcıllığın yadda saxlanmasıdır.
Elman İsgəndər
Elman Osman oğlu İsgəndər — biologiya elmləri doktoru, BDU-nun professoru, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri. Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir. 1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir. Evlidir, 2 övladı var. 1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə “Botanika” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Sonrakı illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1995-ci ildə dosent diplomu almışdır.
Elman İsgəndərov
İskəndərov Elman Xeyrulla oğlu (31 oktyabr 1962, Rvarud, Lerik rayonu) — texnika elmləri doktoru, "İlin Vətənpərvər tədqiqatçı alimi" mükafatının və qızıl medalının laureatı E. X. İskəndərov 1962-ci ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1970–1980-ci il tarixində Lerik qəsəbə orta məktəbində təhsil alıb. 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq İnşaat Universiteti) qəbul olunub və 1985-ci ildə həmin institutun İnşaat fakültəsini bitirmişdir. 1987–1991-ci illərdə Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin "Azqaztikintitəmir" trestində çilingər, mühəndis, plan-istehsalat şöbəsinin rəisi vəzifələrində çalışıb. 1990–1997-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsinin "Azqaztikintitəmir" tresti "İxtisaslaşdırılmış Xətti Tikinti-təmir idarəsi"ndə baş mühəndis vəzifəsinidə fəaliyyət göstərib. 1997-ci ildən Tikinti-təmir idarəsi özəlləşdirildikdən sonra əvvəlcə "Ocaq" firmasının, 2008–2015-ci illərdə isə "LTTQ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" ETİ-nin doktoranturasına qəbul olunub və 2012-ci ildə həmin institutun elmi şurasında "Çoxfunksiyalı nanotərkibli inhibitorla quyularda kristalhidrat əmələgəlmə və qaz kəmərlərində eroziyanı tənzimləməklə istismar göstəricilərinin yaxşılaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2014–2021-ci illərdə NQGP və KETİ-də əvəzçiliklə elmi işçi və böyük elmi işçi kimi çalışıb. 2018-ci ildə dosent elmi adını alıb. E. X. İskəndərov 2022-ci ildən ADNSU-nun "Neftin, qazın nəqli və saxlanması" kafedrasının professorudur.
Elman İskəndərov
İskəndərov Elman Xeyrulla oğlu (31 oktyabr 1962, Rvarud, Lerik rayonu) — texnika elmləri doktoru, "İlin Vətənpərvər tədqiqatçı alimi" mükafatının və qızıl medalının laureatı E. X. İskəndərov 1962-ci ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1970–1980-ci il tarixində Lerik qəsəbə orta məktəbində təhsil alıb. 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq İnşaat Universiteti) qəbul olunub və 1985-ci ildə həmin institutun İnşaat fakültəsini bitirmişdir. 1987–1991-ci illərdə Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin "Azqaztikintitəmir" trestində çilingər, mühəndis, plan-istehsalat şöbəsinin rəisi vəzifələrində çalışıb. 1990–1997-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsinin "Azqaztikintitəmir" tresti "İxtisaslaşdırılmış Xətti Tikinti-təmir idarəsi"ndə baş mühəndis vəzifəsinidə fəaliyyət göstərib. 1997-ci ildən Tikinti-təmir idarəsi özəlləşdirildikdən sonra əvvəlcə "Ocaq" firmasının, 2008–2015-ci illərdə isə "LTTQ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" ETİ-nin doktoranturasına qəbul olunub və 2012-ci ildə həmin institutun elmi şurasında "Çoxfunksiyalı nanotərkibli inhibitorla quyularda kristalhidrat əmələgəlmə və qaz kəmərlərində eroziyanı tənzimləməklə istismar göstəricilərinin yaxşılaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2014–2021-ci illərdə NQGP və KETİ-də əvəzçiliklə elmi işçi və böyük elmi işçi kimi çalışıb. 2018-ci ildə dosent elmi adını alıb. E. X. İskəndərov 2022-ci ildən ADNSU-nun "Neftin, qazın nəqli və saxlanması" kafedrasının professorudur.
Elman Şeydayev
Elman Dadaş oğlu Şeydayev — Azərbaycan rejissoru və aktyoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018). 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Arzular (film, 2005) (İran) Bəxt üzüyü (film, 1991) Bəyin oğurlanması (film, 1985) Bomba (film, 2005) Cansıxıcı əhvalat (film, 1988) Cin mikrorayonda (film, 1985) Çölçü (film, 2012) Dəvətnamə (film, 1989) Əlvida, cənub şəhəri (film, 2006) Hücum (film, 1989) İlahi məxluq (film, 2011) Kuklalar (film, 2009) Qağayı (film, 2012) Qanlı zəmi (film, 1985) Qara gölün cəngavərləri (film, 1984) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Qəm pəncərəsi (film, 1986) Qəzəlxan (film, 1991) Laçın dəhlizi (film, 1993) Payız görüşü (film, 1999) Sirr (teleserial, 2012) Şeytan göz qabağında (film, 1987) (aktyor) Ümid (film, 1995) (ssenari müəllifi) Yaramaz (film, 1988) Yük (film, 1995) İçəri şəhər 2014 130-cu mövsüm (film, 2002) (sənədli film) (Lider TV) Ağ rəngin simfoniyası (film, 2003) Aləmdə qalan səs (film, 2001) Ali sevgi (film, 2002) Ali sevgi-II film (film, 2003) And (film, 2002) Axırıncı aşırıma qədər (film, 2002) Azərbaycana xoş gəlmisiniz! (film, 2004) (qısametrajlı sənədli film) (Lider TV) Bahar ömürlü insan (film, 2003) Bəyaz tarlanın balladası (film, 2002) Bir haqq bayrağı var əlimdə (film, 2003) Bizi oyatmayın (film, 2002) Bütün qadağaların fövqündə (film, 2002) Çarpaz bucaqlar arasında (film, 2002) Çətin sınaqlar (film, 2002) Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003) Dar günün dostu (film, 2003) Dəmir atlı cəngavər (film, 2003) Dənizin prelüdiyası (film, 2003) Dövlətin vizit vərəqi. II film (film, 2004) Düma ömrünün qırx günü (film, 2002) Dünənə ehtiramla, sabaha ümidlə (film, 2003) Dünəni yaşadan sənət (film, 2004) "Edelveys" və dəmir biləklər (film, 2001) Gecə zəngi (film, 2003) Göy rəngin melodiyası (film, 2003) Gündoğar ölkəyə sevgilərlə (film, 2002) Günorta qatarı (film, 2003) Hərb tariximizdən. Atropat (film, 2003) Həsrətli gözlərin rəsmi (film, 2003) Hikmət xəzinəsi (film, 2003) "İldırım"lı yolun yolçuları (film, 2003) İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002) İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002) İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003) İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002) İnanc yerlərimiz.
Elman Əli Əhməd
Elman Əli Əhməd (somali. Cilmi Cali Axmed, ərəb. علم علي أحمد‎; Moqadişo – 9 mart 1996, Moqadişo) — somalili sahibkar və ictimai fəal. Somalidə anadan olmuşdur. 9 mart 1996-cı ildə Moqadişoda vəfat etmişdir. 1993-cü ildə onun tərəfindən "Elman" FK yaradılmışdır. Fartuun Adan ilə evli idi. Bu evlilikdən onların Almas, İlvad və İman adlı övladları olmuşdur.
Elman Əliverdiyev
Əliverdiyev Elman İbnyəmin oğlu — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988). Elman Əliverdiyev Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mexanika fakültəsini bitirmişdir (1965). "Bakelektroştamp" zavodunda baş mühəndis müavini (1976–1982), "Azərelektromaş" istehsalat birliyinin baş mühəndisi (1982–1986) işləmişdir. 1986-cı ildən "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktorudur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə elektronika sənayesində yüksək davamlı ştampların və press qəliblərinin hazırlanması, AİR 132, AİR 200, 4AM 280, 4AM 355 tipli elektrik mühərriklərinin, emallı mis məftillərin istehsalı sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır. Üç ixtiranın, səmərələşdirici təklifin müəllifidir. Beş sənaye nümunəsinə, o cümlədən vibrasiya ilə işləyən nasosların konstruksiyasına görə müəlliflik şəhadətnaməsi almışdır.
Elman Əliyev (baş əsgər)
Elman Rafiq oğlu Əliyev (23 oktyabr 1994; Mingəçevir, Azərbaycan — 20 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elman Əliyev 1994-cü il oktyabrın 23-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun baş əsgəri olan Elman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Əliyev oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elman Əliyev (əsgər)
Elman Rafiq oğlu Əliyev (23 oktyabr 1994; Mingəçevir, Azərbaycan — 20 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elman Əliyev 1994-cü il oktyabrın 23-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun baş əsgəri olan Elman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Əliyev oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elman Əzimzadə
Elman Süleyman oğlu Əzimzadə — güləş üzrə Azərbaycanlı məşqçi. 2002-ci il Azərbaycanda keçirilən güləş üzrə Avropa çempionatının qızıl mükafatçısı Avropa çempionu Nazim Əlicanovun, Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2014 - 2015-ci ildə Dünya çempionu, bir çox turnilərin qalibi Hacı Əliyevin şəxsi məşqçisi.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Elmar Abdullayev
Abdullayev Elmar Şahmar oğlu — Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş mühəndisi, texnika elmləri doktoru. Elmar Abdullayev 26 yanvar 1947-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olub. 1953-cü ildə R.Qulubəyov adına Şəfəq kənd orta məktəbinə daxil olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1970-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuşdur və bu günə kimi əmək fəaliyyətini bu institutda davam etdirir. 1977-ci ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək neft-kimya ixtisası üzrə texnika elmləri doktoru adına layiq görülmüşdür. Dissertasiya işi Ali Attestasiya Komisiyası tərəfindən kimya sahəsində 2003-cü ilin ən yaxşı işi kimi qəbul olunmuşdur. 1978-ildə SSRİ XTNS-nin bürünc medalını qazanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1973-1978 illərdə kiçik elmi işçi, 1978-1994-cü illərdə baş elmi işçi, 1994-2004-cü illərdə aparıcı elmi işçi, 2004-2012-ci illərdə laboratoriya rəhbəri, 2012-2014-cü illərdə baş texnoloq, və hal-hazırda institutun baş mühəndisi vəzifəsindədir. Kimya və texnika üzrə 4 fəlsəfə doktoru hazırlamışdır.

Значение слова в других словарях