Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Valent rabitələr nəzəriyyəsi
Valent rabitələr nəzəriyyəsi (VRN) - kompleks birləşmələrin öyrənilməsinə tətbiq edilən ilk kvant mexaniki nəzəriyyədir. Valent rabitələr nəzəriyyəsinin əsası əsrimizin 30-cu illərində Amerika kimya alimi L.Polinq tərəfindən qoyulmuşdur. VRN bütün digər kvant mexaniki nəzəriyyələr kimi dəqiq olmayıb, məsələni müəyyən yaxınlaşmalarla həll edir. Bu nəzəriyyə kimyəvi rabitəni adi hallarda olduğu kimi iki elektronlu rabitə kimi qəbul edir və bunu kompleks birləşmələrə də aid edir. Kompkleks birləşmələrdə kimyəvi rabitə bir qayda olaraq, kompleksəmələgətiricinin müxtəlif yarımsəviyyələrinin (s-, p- və d-yarımsəviyyələrin) iştirakı ilə əmələ gəlir. Buna əsasən bir kompleks birləşmədə hətta eyni növ liqandlar olduğu halda belə kimyəvi rabitələr eyni təbiətə malik olmamalıdır. Məsələn, sferik simmetriyaya malik olan s- elektronun əmələ gətirdiyi rabitə, elektron buludunun sıxlığı tamamilə başqa cür paylanan p-elektronun əmələ gətirdiyi rabitə ilə eyni olmamalıdır. Lakin təcrübədə əldə edilən nəticələr bunun əksini göstərir. Müəyyən edilmişdir ki, liqandlar eyni olduğu halda onların kompleksəmələgətirici ilə əmələ gətirdiyi bütün rabitələr eyni təbiətə malik olur. Yəni rabitələr möhkəmlik dərəcəsinə, valentlik bucağı və uzunluğuna görə bir-birindən fərqlənmir.