Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bohema
Bohema (it. La Bohème) — Cakomo Puççininin Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından dördüncüsü sayılır. Librettosu Anri Mürjrnin “Bohemanın həyatından səhnələr” əsəri əsnasında yazılmışdır. Əsərin ilk premyerası 1 fevral, 1896 cı ildə dirijor Arturo Toskanininin müşaiyətində Turində olmuşdur. == Personajlar == == I Pərdə (Parisdə Mansarda) == Yoxsul şair Rudolfo və rəssam Marçello milad axşamı Paris mansardasında soyuq sobanın ətrafında oturmuşlar. Onların sobanı qalamaq üçün nə oduncağı və nə də yeyəcək azuqələri vardır. Sobanı qısa müddətə qalamaq üçün, Rudolfo oz əlyazmalarından bir neçəsini qurban verir. Əlyyazmalar tez yanıb qurtardıqdan sonra soba yenə də soyuyur. Bu dəm Filosof Kollen evə gəlir.
Achema
Achema- Baltikyanı ölkələr arasında ən çox gübrə istehsal edən şirkət. Şirkət Litvanın Yonava şəhərində yerləşir. 2011-ci ildə burada 1700-ə qədər işçi çalışırdı. Şirkətin indiki icraçı direktoru Arunas Laurinaitisdir. == Tarixi == Fabrik 1962-ci ildə keçmiş Litva SSR-də istifadəyə verilmişdir.
Birema
Birema (qədim yunanca Βιήρης, lat. Birēmis))- finikiyalılar tərəfindən kəşf edildiyi güman edilən qədim döyüş gəmisi. Finikiyalılar biremalardan e.ə. VIII əsrin əvvəli, yunanlar isə e.ə. VIII əsrin sonlarında istifadə etməyə başlamışlar. Hər bir hərbi gəminin sağ və sol tərəflərində iki sıra avar olduğundan, onları birema adlandırırdılar. Birema taranla da təchiz edilirdi. Böyük döyüş qalasına və düşmən gəmisinin gövdəsini dağıtmaq üçün böyük bloka malik ola bilərdi. Biremanın uzunluğu adətən 30–38 m, su tutumu 60–100 ton təşkil edirdi. == Tarixi == Biremalar pentekonterlərin inkişafı nəticəsində yaranmış və daha sonra, triyeralara çevrilmişdilər.
Bohemiya
Bohemiya — tarixi ərazi.
Boyama
Boyama — qələm, boya, flomaster və ya başqa bədii vasitələrlə müxtəlif kompozisiyaları rəngləmək üçün nəzərdə tutulmuş kitabdır və ya səhifədir. Kitabda rəsmin bütün konturları artıq çap edilmiş olur, lakin bütün rəsm, qara rəng istisna olmaqla, adətən rəngsiz olur. == Tarix == The Little Folks' Painting Book adını daşıyan ilk boyama kitabı 1880-ci ildə ABŞ-da, McLoughlin Brothers şirkəti tərəfindən hazırlanmışdır. 1907-ci ildə Riçard F. Autkolt (Richard F. Outcault) adlı müəllif boyama üçün komikslərdən ibarət olan Buster’s Paint Book kitabını nəşr etdirmişdir və ondan sonra boyama kitabları populyarlıq qazanmağa başlamışdırlar. 1960-cı illərdə boyama kitablarının “Qızıl vaxtı” başlamışdır və onlar uşaq mağazalarında ən populyar mala çevrilmişdirlər. Boyama kitablarında tozsoranlardan tutmuş avtomobillərə və müxtəlif komikslərin qəhrəmanlarınadək müxtəlif şəkillər təqdim edilirdi. 1980-ci illərdə bir neçə nəşriyyat evi böyüklər üçün maarifləndirici boyama kitabları nəşr etmişdirlər. Onlar rəngli kodlaşdırmanın və ətraflı sxemlərin köməkçi təhsil vasitələri kimi istifadə olunduğu anatomiya və fiziologiya kimi buraxılış ili səviyyəsində olan fənlərin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Nümunə kimi “Anatomik boyama kitabı”nı (orijinal adı “The Anatomy Coloring Book”) və Uin Kapitin (Wynn Kapit) və Lourens Elsonun (Lawrence Elson) müəllifliyi altında HarperCollins (1990-cı illərdə) və Benjamin Cummings (2000-ci illərdə) nəşriyyat evlərində nəşr edilmiş sonrakı kitab seriyasını göstərmək olar. == Faydalı xüsusiyyətləri == Qələm və ya fırça ilə edilən monoton hərəkətlər insanı rahatlaşdırırlar.
Dorema
Dorema (lat. Dorema) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kohama
Kohama adası (yap. 小浜島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi — 7,84 km², maksimal hündürlüyü 99 m (Otake d.). İşiqaki, İriomote, Taketomi adaları ilə bərə vastəsilə əlaqələnir. Adada Murauti qəsəbəsi yerləşir.
Kohima
Kohima — Hindistanda şəhər. Naqalend ştatının mərkəzidir. Əhalisi 80 000 nəfərə yaxındır. XIX əsrdə salınmışdır.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur, lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Bohemian Rhapsody
Queen qrupunun A Night at the Opera albomundan olan ən məşhur mahnısı. "Bohemian Rhapsody" Freddie Mercury tərəfindən sözlərini yazdığı rok-opera növündə Queen mahnısıdır. Bu mahnı 1975-ci ildə çıxmış "A Night At The Opera" albomunda yer alır. Altı Hissəyə ayrılmış mahnı adi rok musiqisindən daha mükəmməl, fərqli quruluşdadır. Opera və Heavy metalın sintezi ilə bu mahnı digərlərindən fərqlənir. Mahnı giriş, ballada, solo gitara, opera, rock və bitiş hissəsinə malikdir. Mahnı 5 dəqiqə 56 saniyə olmasına baxmayaraq çox böyük bir uğur əldə etmişdir. Mahnının bu uzunluqda olması onun uğur qazana bilməyəcəyi fikirlərinə gəlirdi lakin ilk dəfə mahnı radiolarda səsləndi və böyük bir ticari uğur qazandı. Queen qrupu mahnıya klip çəkdilər və klipin uğurlu alınması qrupun sonra ki fəaliyyətinə böyük təsir göstərmişdir. 1977-ci ildə bu mahnı 25 ilin ən uğurlu mahnısı seçilmiş,2000-ci ildə isə İngilis televiziya kanalı Channel 4 tərəfindən keçirilən səs vermədə 100 mahnı arasında John Lennon un İmagine mahnısından sonra ikinci yeri qazanmışdır.
Bohemiya (krallıq)
Bohemiya — Çexiyada vilayət, qədim krallıq. == Tarixi == Eramızın IV əsrində, hələ çex xalqının təşəkkül tapmadığı bir dövrdə Asiyadan gəlmiş köçəri hunların qədim çex torpağı olan Bohemiyaya yürüşü bu mənada mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hunlar öz yürüşü ilə bütün Avropanın xəritəsini dəyişdirmişlər. A. N. Veselovskiyə görə, bütün tarix "Vermittelung der Gegensatze" ("qarşıdurma vasitəsidir"), çünki daim mübarizə şəraitində keçmişdir. Bəzi araşdırmalara görə, IV əsrin axırlarında Şərqi Avropa çöllərindəki hunların etnik tərkibi əsasən dil baxımdan bir-birinə yaxın olan iki müxtəlif qrupdan – protobulqar və qədim türk tayfalarından ibarət olmuşdur. Hunlar 374-cü ildən başlayaraq 469-cu ilə qədər Avropada imperatorluq etmişlər. Məhz həmin dövrə təsadüf edən Xalqların Böyük Köçü də birbaşa hunların Avropaya yürüşü ilə bağlıdır. Cənub-Şərqi Avropada hunlar haqqında məlumatlara eramızın I minilliyinin I yarısına aid latın və yunan mənbələrində, xüsusən, Klavdi Ptolemeyin, Ammian Marsellinin, Menandrın və Fiofilakt Simokattanın əsərlərində rast gəlinir. Hunların yürüşü Avropanın barbar tayfalarını da hərəkətə gətirdi. Belə ki, bu dövrdə onların hücumu ilə Qara dəniz ətrafı vilayətlərdə hökmranlıq edən ostqotlar və vestqotlar darmadağın edilərək qərbə tərəf çəkilməyə məcbur oldular.
Bohemiya krallığı
Bohemiya — Çexiyada vilayət, qədim krallıq. == Tarixi == Eramızın IV əsrində, hələ çex xalqının təşəkkül tapmadığı bir dövrdə Asiyadan gəlmiş köçəri hunların qədim çex torpağı olan Bohemiyaya yürüşü bu mənada mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hunlar öz yürüşü ilə bütün Avropanın xəritəsini dəyişdirmişlər. A. N. Veselovskiyə görə, bütün tarix "Vermittelung der Gegensatze" ("qarşıdurma vasitəsidir"), çünki daim mübarizə şəraitində keçmişdir. Bəzi araşdırmalara görə, IV əsrin axırlarında Şərqi Avropa çöllərindəki hunların etnik tərkibi əsasən dil baxımdan bir-birinə yaxın olan iki müxtəlif qrupdan – protobulqar və qədim türk tayfalarından ibarət olmuşdur. Hunlar 374-cü ildən başlayaraq 469-cu ilə qədər Avropada imperatorluq etmişlər. Məhz həmin dövrə təsadüf edən Xalqların Böyük Köçü də birbaşa hunların Avropaya yürüşü ilə bağlıdır. Cənub-Şərqi Avropada hunlar haqqında məlumatlara eramızın I minilliyinin I yarısına aid latın və yunan mənbələrində, xüsusən, Klavdi Ptolemeyin, Ammian Marsellinin, Menandrın və Fiofilakt Simokattanın əsərlərində rast gəlinir. Hunların yürüşü Avropanın barbar tayfalarını da hərəkətə gətirdi. Belə ki, bu dövrdə onların hücumu ilə Qara dəniz ətrafı vilayətlərdə hökmranlıq edən ostqotlar və vestqotlar darmadağın edilərək qərbə tərəf çəkilməyə məcbur oldular.
Bohemiya şüşəsi
Bohemiya şüşəsi (ing. Bohemian glass) - Şimali və Cənubi Çexiyada geniş yayılmış sənətkarlıq məmulatı. XIV - XV əsrlərdən məlumdur. XVI əsrin sonunda İmperator II Rudolfun saray ustası şüşənin oyma texnikasını kəşf etdikdən sonra Bohemiya şüşəsinin istehsalı sürətlə artdı. XVII əsrin II yarısında, barokko dövründə dərin təraşlama üsulu ilə işlənən Bohemiya şüşəsi Çexiya bülluru adı ilə istehsal olunurdu. XVIII əsrin əvvəllərində Bohemiya ustalarının ornamental və fiqurlu oymalarla naxış vurduğu şüşə məmulatlar Avropanın şüşə istehsalına təsir göstərdi. Müasir Bohemiya şüşəsi üçün, ənənəvi təraşlama və qravürovka üsulları ilə yanaşı, plastik ifadə formaları axtarışı, işıq, rəng və faktura obyektlərindən istifadəetmə səciyyəvidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Bojena Nemtsova
Bojena Nemtsova (çex. Božena Němcová) — çex yazıçısı. == Həyatı == Bojena Nemtsova 1820-ci ildə Vyanada anadan olmuşdur. Onun atası varlı bir dvoryan malikanəsində mehtər, anası isə Ratiborjitsada, hersogina Saqanın malikanəsində qulluqçu idi. O, ancaq ibtidai təhsil ala bilmişdir. Bojena Nemtsova öz üzərində müstəqil çalışmaq yolu ilə ədəbi biliyini mükəmməlləşdirmişdir.Bojena Nemtsova 17 yaşında kiçik çinovnikə ərə getmiş, dörd övladı olmuşdur. O, bir müddət əri ilə Kosteletsədə yaşamışdır. Həyat yoldaşının tez-tez iş yerini dəyişməsi ilə əlaqədar ölkənin bütün yerlərini gəzməli olmuşdur.Onun yaradıcılığında tərbiyə və maarif məsələləri xüsusi yer tutur.Bojena Nemtsova ömrü boyu maddi ehtiyac içərisində yaşamışdır. Ömrürünün axırıncı on ili yazıçı üçün xüsusilə ağır keçmişdir. 1850-ci ildə Bojena Nemtsovanı şübhəli şəxs hesab etdikləri üçün onun ərini işdən kənar edirlər.
Böyük Bahama
Böyük Bahama (ing. Grand Bahama) — Baham adalarının ən şimal adalarından biri. Florida sahillərindən cəmi 90 kilometr (56 mil) məsafədə yerləşən Böyük Bahama ABŞ-yə yaxın ən böyük adadır. Sahəsi 1373 km2, əhalisi — 51,756 nəfərdir. == Tarixi == Adanın bilinən ən qədim sakinləri daş dövrünə aid ovçu-yığıcı siboneylərdir. Onlardan dekorativ qabıqlar və ya zərgərlik kimi artefaktlardan başqa çox az şey qalmışdır. Bu ibtidai xalq öz yerini Cənubi Amerikadan olan aravaklara vermişdir. Onlar Karib dənizinin çox hissəsində məskunlaşmışdılar. Güman edilir ki, Böyük Bahama adasındakı aravak icmaları lukayanlar adı ilə tanınmağa başlamışdır. Hesablamalara görə, 1492-ci ildə İspaniya konkistadorlarının Böyük Bahamaya gəlişi zamanı burada təqribən 4 min nəfər var idi.
Dorema glabrum
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Poa bohemica
Tükcüklü şəkərqamışı (lat. Eragrostis pilosa) — şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Catabrosa verticillata (Cav.) P.Beauv. Eragrostis afghanica Gand. Eragrostis amurensis Prob. Eragrostis bagdadensis Boiss. Eragrostis baguirmiensis A.Chev. Eragrostis bicolor Boiss. [Invalid] Eragrostis bithynica Griseb. [Invalid] Eragrostis collocarpa K.Schum.
Vorema burnu
Vorema burnu — burun Barens dənizinə daxil olan Varanger-Fiordun cənubunda, Murmansk vilayətinin şimal-qərbində yerləşir. Rusiyanın Şimal Buzlu okean regionunda sonuncu qərb nöqtəsidir. Vorema köefəzinin şərqində yüerləşir. Körfəzin qərbində yerləşən burun isə artıq Norveçə məxsusdur. Burun vulkanın suxurların səthə çıxmasından formalaşmışdır. Əsasən qranit və qneysdən təşkil olunmuşdur. Sahilə yaxın ərazilərdə su altı və su üstü adacıqlar vardır. Sahilləri sıldırımlıdır. Burunun maksimal hündürlüyü 48 metrdir. Burun sahillərində Kamçatka yengəcinin bir yarımnövü yayılmışdır ("Paralithodes camtschaticus Tilesius").
Çılpaq dorema
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Gülüstan (poema)
Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən "Gülüstan" (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin "İpəkçi" qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cü ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. "Gülüstan" poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, "millətçi" damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır.
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. İlk nöbədə ağçılarda var: "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
Equus quagga boehmi
Qrant zebri (lat. Equus quagga boehmi) — Düzənlik zebri növünə daxil ola yarımnöv. == Yayılması == Əsasən Serengeti ekoregionu və Masai Mara qoruğunda yayılmışlar. Ölkə baxımından isə Zambiya, Konqo Demokratik Respublikası, Tanzaniya və Keniyanın cənub-qərb hissəsini əhatyə edir. == Xüsusiyyətləri == Bu canlıların uzunluğu 120–140 sm, çəkisi 300 kq ola bilir. Ailələr şəklində yaşayırlar. Hər ailədə 18 fərd ola bilir. Qrupu erkək rəhbər idarə edir. Bu canlıların orta ömür müddəti 20 ildir. Savanna zonasında yaşayırlar.
Şərqi Böyük Bahama
Şərqi Böyük Bahama (ing. East Grand Bahama) — Baham adalarında rayon. Böyük Bahama adasının şərq hissəsində yerləşir. == İnzibati bölgü == Şərqi Böyük Bahama Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkzəi Hay-Rok şəhəridir. == İstinadlar == == Xarici keçidlər == "Bahamas Film and Television Commission" (ingilis). BahamasFilm.com. 2012-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-12.
Həma
Həma (ərəb. حماة‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 55.981 ailədə 162.838 nəfəri kişilər və 150.156 nəfəri qadınlar olmaqla cəmi 312.994 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.