Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Can Bonomo
Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni. Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi.
Higgs bosonu
Hiqqs bozonu — fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcik. Bozonlar qarşılıqlı təsir qüvvələrinin daşıyıcıları olan hissəciklərdir. Məsələn, bozonlardan biri olan foton – işıq hissəciyidir və o, elektromaqnit güvvəsinin (qarşılıqlı təsirinin) keçiricisi və daşıyıcısıdır. Fundamental qüvvələrin daşıyıcısı olan bu hissəciklər Hindistanlı fizik Şatyendranat Bozun şərəfinə adlandırılmışlar. Hiqqs bozonu və ya Hiqqs hissəciyi Britaniyalı fizik Peter Higgsin şərəfinə adlandırılmışdır. Bu hissəcik gündəlik mətbuatda "Tanrının hissəciyi" də adlandırılır. Bu ifadənin hissəciklər fizikasına aidiyyəti yoxdur. İfadə jurnalistlər tərəfindən həvəslə qarşılandı və işlənir, ona görə ki, "Tanrı kimi bu hissəcik də çox güclüdür, hər yerdə mövcuddur, lakin tapılması çətindir". 1964-cü ildə Peter Higgs hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürdü. Təqribən həmin vaxtlarda Belçikalı fiziklər Robert Braut, Fransua Enqler və onlardan başqa daha üç fizik (Qerald Quralnik, Karl Haqen, Tom Kibbl) apardıqları tədqiqatlarda oxşar nəticəyə gəldilər.
Hiqqs Bosonu
Hiqqs bozonu — fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcik. Bozonlar qarşılıqlı təsir qüvvələrinin daşıyıcıları olan hissəciklərdir. Məsələn, bozonlardan biri olan foton – işıq hissəciyidir və o, elektromaqnit güvvəsinin (qarşılıqlı təsirinin) keçiricisi və daşıyıcısıdır. Fundamental qüvvələrin daşıyıcısı olan bu hissəciklər Hindistanlı fizik Şatyendranat Bozun şərəfinə adlandırılmışlar. Hiqqs bozonu və ya Hiqqs hissəciyi Britaniyalı fizik Peter Higgsin şərəfinə adlandırılmışdır. Bu hissəcik gündəlik mətbuatda "Tanrının hissəciyi" də adlandırılır. Bu ifadənin hissəciklər fizikasına aidiyyəti yoxdur. İfadə jurnalistlər tərəfindən həvəslə qarşılandı və işlənir, ona görə ki, "Tanrı kimi bu hissəcik də çox güclüdür, hər yerdə mövcuddur, lakin tapılması çətindir". 1964-cü ildə Peter Higgs hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürdü. Təqribən həmin vaxtlarda Belçikalı fiziklər Robert Braut, Fransua Enqler və onlardan başqa daha üç fizik (Qerald Quralnik, Karl Haqen, Tom Kibbl) apardıqları tədqiqatlarda oxşar nəticəyə gəldilər.
Hiqs Bosonu
Hiqqs bozonu — fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcik. Bozonlar qarşılıqlı təsir qüvvələrinin daşıyıcıları olan hissəciklərdir. Məsələn, bozonlardan biri olan foton – işıq hissəciyidir və o, elektromaqnit güvvəsinin (qarşılıqlı təsirinin) keçiricisi və daşıyıcısıdır. Fundamental qüvvələrin daşıyıcısı olan bu hissəciklər Hindistanlı fizik Şatyendranat Bozun şərəfinə adlandırılmışlar. Hiqqs bozonu və ya Hiqqs hissəciyi Britaniyalı fizik Peter Higgsin şərəfinə adlandırılmışdır. Bu hissəcik gündəlik mətbuatda "Tanrının hissəciyi" də adlandırılır. Bu ifadənin hissəciklər fizikasına aidiyyəti yoxdur. İfadə jurnalistlər tərəfindən həvəslə qarşılandı və işlənir, ona görə ki, "Tanrı kimi bu hissəcik də çox güclüdür, hər yerdə mövcuddur, lakin tapılması çətindir". 1964-cü ildə Peter Higgs hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürdü. Təqribən həmin vaxtlarda Belçikalı fiziklər Robert Braut, Fransua Enqler və onlardan başqa daha üç fizik (Qerald Quralnik, Karl Haqen, Tom Kibbl) apardıqları tədqiqatlarda oxşar nəticəyə gəldilər.
Bosoley (Fransa)
Bosoley (fr. Beausoleil) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Bosoley kantonu . Kommunanın sahəsi — 2,79 km², əhalisi — 13 416 nəfərdir (2006) artım tendensiyası ilə: 13 272 nəfər (2012), əhalinin sıxlığı 4757,0 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 13 742 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 13272 nəfər.
Boroy adası
Boroy (far. Borðoy), Boryu (dan. Bordø) — Farer adalarının şimal-qərbində yerləşən ada. 2013-cü il məlumatına görə8 yaşayış məntəqəsində 4954 nəfər yaşayır. Onlardan ən böyüyü Klaksvuykdır. Sahəsi 96 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 772 m-dir.
Feodosi Kosoy
Feodosi Kosoy (rus. Феодосий Косой) — İvan Qroznı dövründə yaşamış rus mütəfəkkiri. O, kilsə iyerarxiyasını, Üçlüyü, müqəddəs mərasimləri, ikonaları və məbədləri rədd edərək tam bərabərliyi təbliğ etmişdir. Onun bu hərəkətləri 1553-cü ildə Matvey Başkin və kilsə xadimi Artemi tərəfindən pislənmişdir. O, təhlükəsizlik üçün Litvaya qaçmış və polyak qardaşlar cəmiyyətinə qoşulmuşdur.
Children of Bodom
Children of Bodom - Finlandiyadan olan melodic death metal qrupu. 1993-ci ildə Aleksi Laiho və Jaska Raatikainen adlı iki dost tərəfindən Espoo, Finlandiyada yaradılıb. Əvvəlcə qrup Inearthed adlanırdı. Daha sonra qrupun adı dəyişilərək Children of Bodom olaraq dəyişdirildi. Bu adın meydana gəlməsinin səbəbi isə, 1960-cı ildə Helsinkiyə 20 km uzaqlıqdakı Bodom gölündə silahlı bir manyak tərəfindən, təcavüzə məruz qalan dörd Fin gəncinin qətlinnən gəlirdi. Onların ilk debüt albomları 1998-ci ildə "Something Wild" işıq üzü gördükdən sonra, qrup Avropada konsertlər də çıxış etməkdən ötrü, dünyaca məşhur Nuclear Blast albom şirkəti ilə müqavilə imzaladılar. Bu imzanın ardından onlar, öz adlarını daşıyan sinql çıxartdılar. Bu sinql həftələrcə boyu reytinqlər də bir nömrə olaraq qaldı, buda onların məşhurlaşmağına şərait yaratdı. Daha sonra hər şey daha da sürətlənməyə başladı. 1998-ci ilin Fevralında Hypochrisy, Benediction və Covenant kimi qruplarla çıxdıqları ilk Nuclear Blast qastrolu uğurla həyata keçirildi.
Boom Beach
Boom Beach — "Supercell" şirkəti tərəfindən iOS və Android platformaları üçün yaradılmış real zamanlı strategiya oyunu. İlk olaraq 11 noyabr 2013-cü ildə Kanadada, ardınca 26 mart 2014-cü ildə dünya miqyasında buraxılmışdır. Qərargah oyunun ən vacib binasıdır. Bir ada bazasının qərargahı dağıdıldığı anda o baza məhv edilir. Qərargah yüksəldikcə; O, yeni bölmələr, yeni qayıq xüsusiyyətləri və yeni binalar tikmək imkanı kimi bir çox xüsusiyyətləri təmin edir. 18 avqust 2020-ci ildə gələn yeniləmə ilə artırıla bilən maksimum səviyyə 23-dən 24-ə yüksəldi. Boom Beach, digər düşmən adalarına hücum etmək üçün qoşun toplamaq və gücləndirmək, digər oyunçuların hücumlarına müqavimət göstərmək üçün müdafiə binalarını tikmək və təkmilləşdirməyə əsaslanan bir oyundur. Bu cəhətlərinə görə oyun digər Supercell oyunu olan Clash of Clans-a bənzəyir. Bununla belə, Boom Beach hekayəsi nəhəng bir arxipelaqda baş verir. Snayper Qülləsi: Oyunda inşa edilən ilk müdafiə binasıdır.
Boom metod
Boom metodu və ya Boom nuklein turşusunun çıxarılması metodu nuklein turşusunu bioloji nümunədən təcrid etmək üçün bərk fazalı ekstraksiya metodudur. Bu üsul nuklein turşularının silisium muncuqlara hopması ilə işləyir. Boom metodu (Boom nuklein turşusunun çıxarılması metodu) "nuklein turşusunu (NA) bioloji nümunələrdən təcrid etmək üçün möhkəm bir faza çıxarma metodudur" . Bu metodun əsası, təsirinə görə bir xaotrop maddə varlığında NA-nı bağlaya bilən silisium muncuqların istifadəsidir. Bioloji nümunələrdən nuklein turşularının təcrid olunması üçün bu üsul ən geniş yayılmış biridir və bu bioloji nümunədən NA-nın kiçik təmizlənməsi üçün sadə, sürətli və etibarlı bir üsul kimi tanınır. Bu üsul Willem R. Boom et al tərəfindən 1990-cı illərdə icad edilmiş və inkişaf etdirilmişdir. Lakin, yuxarıda qeyd olunan xaotik təsirin özü artıq məlum idi və artıq BOOM metodunun inkişafından əvvəl Vogelstein və Gillespie tərəfindən məlumat verilmişdir. Beləliklə Boom et al.-ın töhfəsi mürəkkəb başlanğıc materialları metodunun optimallaşdırılması ola bilər bədən mayeləri və digər bioloji başlanğıc materialları kimi məhsullar təqdim edir və . Boom metoduna digər şəxslər tərəfindən də oxşar müraciətlər edildi. Qısa olaraq "silika" sözü SiO 2 kristallarını ifadə edirdi; lakin silisium hissəciklərinin digər formaları mövcuddur.
Boso yarımadası
Boso yarımadası (yap. 房総半島) Honşu adasının şərqində yerləşən yarımada. Yarımada ərazisinin böyük hissəsində Tiba prefekturası yerləşir. Tokio körfəzini Yapon dənizindən ayırır. Yarımadanın sahəsi 5034 km²-dir. Ən hündür nöqtəsi Ataqo dağıdır (408.2 m).Şimal-qərbində Tiba şəhəri yerləşir. Yarımadada yerləşən Kisaracu şəhəri Kavasaki ilə 14 km uzunluğa malik körpü-tunellə birləşir. Yarımadanın şimal-şərqində Suika-Tsukuba Milli parı yerləşir.
Boom(Bum) metod
Crash! Boom! Bang!
Crash! Boom! Bang! - Roxette qrupunun beşinci albomudur.
Bolşoy Baran
Bolşoy Baran — Kolıma çayının mənsəbi yaxınlığında qayalıq burundur. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Bilibinski rayonu ərazisində yerləşir. İlk dəfə F. Х. Plenisner tərəfindən 1763-cü ildə xəritəyə salınmışdır. Ferdinand Vrangelin fikrinə görə burun öz adını çoxlu sayda vəhşi qoyunun görünməsi ilə əlaqədar adlandırılmışdır. Çukot dilində işlənən "Ralyaven" sözü "yol üzərində yaşayış yeri" mənasını verir. Baranix burnu Баранов камень // Энциклопедический словарь Ф. А. Брокгауза и И. А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890–1907.
Bolşoy Mediak
Bolşoy Mediak — Çelyabinsk vilayəti, Arqayaş rayonunun Kuluyevo kənd yaşayış məntəqəsində kənd. Kən rayonun cənub-şərq hissəsində, Mediaak gölünün sahilində yerləşir. Kuluyevin mərkəzinə gedən yol boyunca məsafə 12 km-dir. Kənd 19-cu əsrin 2-ci yarısında Muxametqulu volostunda (Orenburq quberniyasının Çelyabinsk qəzası) qurulmuşdur. Vətəndaş müharibəsi illərində burada qırmızıların iyirmi yeddinci atıcılıq diviziyası və ağların on üçüncü Sibir atıcılıq diviziyası arasında şiddətli döyüşlər baş vermişdi. 8 Mart döngəsi 8 Mart küçəsi Daçnaya küçəsi Kitabxana Məktəb "Kuluyevo" QSC Кулуевское сельское поселение. Официальный сайт Аргаяшского муниципального района.
Bolşoy Teatr
Böyük Teatr — Rusiya Federasiyasında Dövlət Akademik Böyük Teatr. Əsası 1775-ci ildə Moskvada qoyulmuşdur. Burada xarici və ilk rus operaları və baletləri tamaşaya qoyulur. XX əsrin əvvəllərindən teatrda çalışan vokalistlər və balet ustaları dünya şöhrəti qazanmışlar.
Bolşoy İzvestnyakovıy
Bolşoy İzvestyakovıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. İzvestnyakovıy adaları qrupuna daxildir. Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Komsomoles adasından 500 m, Oktyabr İnqilabı adasından 3 km aralıda yerləşir. Əslikdə iki adadan ibarətdir. Aralarında 300 metrlik boğaz vardır. Qərbdə yerləşən ada 6,9 km uzunluğa və 4,1 km enə malikdir. Şərqdə yerləşən ada isə 4,7 km uzunluğa və 2,75 km enə malikdir. Adada hündürlüyü 52 metr olan təpə vardır.
Bolşoy Nesvetay çayı
Bolşoy Nesvetay çayı (rus. Большой Несветай) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 48 kilometr, hövzəsinin sahəsi 966 km²-dir. Çayın ən böyük qolu Malıy Nesvetay çayıdır. Çay sistemi: Bolşoy Nesvetay → Tuzlov → Aksay → Don. Çay öz başlanğıcı Dones vilayətindən başlayır. Petrovski xutorunun şimalından Rostov vilayətinin Krasnosulinskaya rayonuna keçir. Mənbəyi 220 metr yüksəkliyində yerləşir. Tuzlov çayının mənsəbinə 44 km qalmış ona tökülür.
Bolşoy Roq çayı
Bolşoy Roq, Bolşoy Roq axarı — Rostov vilayəti ərazisindən axan çay. Aksay çayının sağ qolunu təşkil edir (Don çayı) Çayın uzunluği 18 kilometrdir. Ümumi mayilliliyi 101,8 metrdir. Sahilində ən böyük yaşayış məntəqəsi Aksay şəhəridir (36 134, 2010). Çsy üzərində 4 avtomobil və 1 dəmiryol körpüsü vardır. Çay sistemi: Bolşoy Roq → Aksay → Don. Çay öz başlanğıcını Don avtomagistralı yaxınlığından, Krasnı Kolos qəsəbəsindən 700 m cənubdan götürür. İlk 1,2 km məsafəni qərb-cənub-qərb istiqamətində axır. Sonrakı axar isə cənub istiqamətindədir. Çayın mənsəbi Aksay şəhərinin mərkəzindən 2,7 km, Rostov-na-Donu şəhər mərkəzindən isə 14,4 km aralıda yerləşir.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Bolşoy adası (Krasnoflotskie adaları)
Bolşoy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 15 km cənubda yerləşir. Daxil olduğu qrupun ən şimal nöqtəsini təşkil edir. Adada 2,5 km cənubda Sredniy adası yerləşir. Krasnoflotskie adaları qrupunun ən böyük adasıdır. Öz adınıda böyük olmasına görə almışdır. Şimaldan cənuba 5,1 km, şərqdən qərbə isə 1,4 km təşkil edir. Şərqində 5 metr hündürlüyü olan sahil xətti vardır. Adada üç yüksəklik vardır: 12 m (cənub), 23 m (şimal), 31 m (mərkəz).
Bolşoy adası (Laptevlər dənizi)
Bolşoy adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşən ada. Şimal Torpağı arxipelaqının bir hissəsi olan Sahil adaları qrupuna daxildir. Bolşevik adasının sahilinə yaxın ərazidə, Amba buxtası daxilində yerləşir. Sahil adalarına daxil olan Malıy adası ondan şimal-qərbdə yerləşir. Ovalvari formaya malik cənub-qərbdən şimal-şərqə uzanır. Sahilləri alçaq və düzəndir. Adada gözlə görünən zirvə yoxdur.
Boşam (Val-d'Uaz)
Boşan (fr. Beauchamp) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 8 986 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimal-şərqdə, Serji belediyyənin 11 km şərqdə yerləşir.