Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marcori Boulton
Marcori Boulton (ing. Marjorie Boulton; 7 may 1924 – 30 avqust 2017) — ingilis və esperanto dillərində yazıb-yaradan Britaniyalı yazıçı və şairə. Somervil Kollecində ingilis dili üzrə təhsil almışdır. Burada Klayv Steyplz Lyuis və Con Tolkin kimi pedaqoqlardan dərs almışdır. 2008-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur. 1962-1970-ci illərdə ingilis ədəbiyyatını tədris etmiş və araşdırma və yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl 24 il kollec direktoru olmuşdur. Esperantoda olduqca tanınmış yazıçıdır. Boulton ömrünün son illərində iki Esperanto təşkilatına - Kat-amikaro və ODES-ə rəhbərlik edib. == Fəaliyyəti == Marcori Boulton 1960-cı ildə Routledge & Kegan Paul tərəfindən nəşr edilmiş, Lüdviq Lazar Zamenhofun avtobioqrafiyası olan "Zamenhof: Esperantonun yaradıcısı"nın müəllifidir. O, həmçinin, ədəbi tədqiqatlarda geniş istifadə olunan bir sıra təqdimat mətnləri də yazmışdır: Şeirin anatomiyası (1953), Nəsrin anatomiyası (1954), Dramın anatomiyası (1960), Dilin anatomiyası (1968), Romanın anatomiyası (1975) və Ədəbi tədqiqatların anatomiyası (1980).