Marcori Boulton (ing. Marjorie Boulton; 7 may 1924[1] – 30 avqust 2017[2][1]) — ingilis və esperanto dillərində yazıb-yaradan Britaniyalı yazıçı və şairə.[3] Somervil Kollecində ingilis dili üzrə təhsil almışdır. Burada Klayv Steyplz Lyuis və Con Tolkin kimi pedaqoqlardan dərs almışdır. 2008-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur.[4][5] 1962-1970-ci illərdə ingilis ədəbiyyatını tədris etmiş və araşdırma və yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl 24 il kollec direktoru olmuşdur. Esperantoda olduqca tanınmış yazıçıdır. Boulton ömrünün son illərində iki Esperanto təşkilatına - Kat-amikaro[6] və ODES-ə[7] rəhbərlik edib.
Marcori Boulton | |
---|---|
ing. Marjorie Boulton | |
Doğum tarixi | 7 may 1924[1] |
Vəfat tarixi | 30 avqust 2017[2][1] (93 yaşında) |
Fəaliyyəti | şair, esperantoçu, yazıçı, bioqraf, dramaturq, esperantologist[d] |
Əsərlərinin dili | esperanto |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Marcori Boulton 1960-cı ildə Routledge & Kegan Paul tərəfindən nəşr edilmiş, Lüdviq Lazar Zamenhofun avtobioqrafiyası olan "Zamenhof: Esperantonun yaradıcısı"nın müəllifidir. O, həmçinin, ədəbi tədqiqatlarda geniş istifadə olunan bir sıra təqdimat mətnləri də yazmışdır: Şeirin anatomiyası (1953), Nəsrin anatomiyası (1954), Dramın anatomiyası (1960), Dilin anatomiyası (1968), Romanın anatomiyası (1975) və Ədəbi tədqiqatların anatomiyası (1980). İlk kitabı İlklər: Şeirlər (1949) adlanırdı. Sonrakı şeir kitabları, eləcə də qısa hekayə kolleksiyaları esperanto dilində idi. Marcori Boulton 1949-cu ildə esperanto dilini öyrənmişdi.[3] O, həmçinin Biz nə demək istəyirik (1959), Gerçək həyatda sözlər (1965) və Gerçək həyatda oxumaq əsərlərini də yazmışdır.