Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brackets
Brackets — veb inkişafına əsas diqqət yetirən mənbə kodu redaktorudur. Adobe Systems tərəfindən hazırlanmış, MIT lisenziyası ilə lisenziyasız və açıq mənbəli proqramdır və hazırda Adobe və digər açıq mənbə inkişaf etdiriciləri tərəfindən GitHub-da qorunur. JavaScript, HTML və CSS-də yazılmışdır. Brackets çapraz platformadır, MacOS, Windows və əksər Linux əməliyyat sistemləri üçün üçün mövcuddur. Brackets-də əsas məqsəd canlı HTML, CSS və JavaScript tənzimləmə işləməsidir. 4 Noyabr 2014-cü ildə Adobe Bracets-in ilk (1.0) buraxılışını elan etdi. Yeniləmə xüsusi qısa düymələr birləşmələri və daha dəqiq JavaScript göstərişləri kimi yeni xüsusiyyətləri təqdim etdi. Brackets-də JavaScript effektiv, CSS və HTML-də inkişafa böyük diqqət yetirilir. 1.0 versiyası ilə Adobe, CSS-də kodlaşdırmanın rahatlığı üçün dizayn məlumatlarını PSD sənədindən çıxaran bir xüsusiyyət elan etdi. 28 iyun 2016-cı il tarixindən etibarən istifadəsi az olduğu üçün xüsusiyyəti rəsmi olaraq dayandırılıb.
Bricmen
Bricmen (ing. Bridgeman Island) — yaşayışı olmayan ada. Adanın ölçüləri 0,9 x 0,6 km-dir. Vaterloo adasından 37 km şərqdə yerləşir. Cənubi Şetland adaları qrupuna daxildir. == Geologiya == Ada öz növbəsində stratovulkan olaraq 240 metr hündürlüyə malikdir. Ada yuyun dibindən yuxarıya qalxır. Sahilləri sıldırımlıdır. Bu səbəbdən buraya yan almaq mümkünsüzdur. XIX əsrdə aktivlik olması barədə verilən məlumat öz təstiqini tapmamışdır.
Batken
Batken (qırğız dilində: Batken) - Qırğızıstanda şəhər, Batken vilayətinin və Batken rayonunun inzibati mərkəzi. == Coğrafiyası == Batken şəhəri Qırğızıstanın cənub-qərbində, Oş şəhərindən qərbdə, 240 km. aralı məsafədə yerləşir. Şəhərin ümumi sahəsi 5180 hektardır. Şəhərətrafı ərazilər nəzərə alınmadan şəhərin xüsusi ərazisi 1143 hektardır. Şəhərətrafı ərazilərdə kənd təsərrüfatına yararlı ərazilər 4037 hektardır, bu ərazidən 1106 hektarı kəndli təsərrüfatlarının, o cümlədən, 918 hektarı becərilən torpaqların, 2400 hektarı otlaqların payına düşür. Şəhər idarəetmə orqanlarının sərəncamında olan ərazinin sahəsi 205 km².-dir, bu ərazidən 51,8 km².-i şəhərin, qalan 153 km²-i isə şəhərətrafı 3 kəndin ərazisini (onlardan ən böyüyü 3207 nəfər əhalisi olan Kızıl-Jol kəndidir) təşkil edir. == Əhalisi == Batken şəhərinin əhalisi 23 134 nəfərdir (2009) . 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasına görə Batken şəhərində 14 millətin nümayəndələri yaşasa da, burada əhalinin mütləq əksəriyyətini - 99,5 faizini qırğızlar təşkil edirlər. == İnzibati-ərazi quruluşu == Şəhər inzibati-ərazi quruluşuna görə 6 kvartala - Aeroport, Bazar-Başi, Bulak-Başi, Keleçek, Kızıl-Don, və Kızıl-Jol kvartallarına bölünür.
Brucen
Bürucin-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Bürucin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,077 nəfər və 12,828 ailədən ibarət idi.
Baken
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir. == Həmçinin bax == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Kori Brokken
Kori Brokken (3 dekabr 1932, Breda[d], Şimali Brabant – 31 may 2016) — holland müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Voorgoed voorbij" mahnısı ilə təmsil etmişdir. Brokken növbəti il də Niderlandı Avroviziyada təmsil etmək hüququ qazanmışdır. Onun 1957-ci ildə keçirilən müsabiqədə ifa etdiyi "Net als toen" mahnısı 31 xalla qalib olmuşdur. Kori Brokken həmçinin 1976 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur.
Melissa Brannen
Melissa Brannenin itkin düşməsi — 3 dekabr 1989-cu ildə Virciniya ştatının Lortondakı Woodside mənzillərində baş vermiş hadisə. O, kompleksdə yaşayan Maykl Brannen və Temmi Brannenin beş yaşlı qızı idi. Kompleksdə sakinlər üçün təşkil olunan ziyafətdə iştirak edərkən yoxa çıxdı. Kompleksdə hər işi bacaran Kaleb Daniel Hyuz pislik etmək məqsədilə qaçırmaqda ittiham olundu və 50 il həbs cəzasına məhkum edildi. Onun cəsədi heç vaxt tapılmadı və heç vaxt öldüyü sübuta yetirilmədi. Onun itkin düşmə hekayəsindən "The FBİ Files"-ın ilk mövsümünün 8-ci epizodunda bəhs olundu. Həmçinin "Forensic Files" televiziya proqramının 4-cü sezonunun 5-ci epizodunda göründü. == İtkin düşməsi == 3 dekabr 1989-cu ildə Temmi Brannenin qızı Melissa ilə birlikdə yaşadığı mənzil kompleksində təxminən 100 qonağın olduğu Milad şənliyi təşkil olundu. Şənlikdən çıxarkən Melissa bir az çips almaq üçün geri qayıtdı və bir daha geri gəlmədi. O, tapılmayanda foul oyunundan şübhələnildi.
Persi Bricmen
Persi Vilyam Bricmen (21 aprel 1882[…], Kembric, Massaçusets – 20 avqust 1961[…]) — ABŞ fiziki. Yüksək təyziq haqqında işinə görə 1946-cı ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur. O, həmçinin geniş şəkildə elmi fəlsəfənin elmi metodlarını və digər təsirlərini işləmişdir.
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Batken rayonu
Batken rayonu (qırğ. Баткен району) — Qırğızıstan Respublikasının Batken vilayətinin üç rayonundan biridir. Rayonun inzibati mərkəzi Batken şəhəridir. == Coğrafiya == Batken rayonu Qırğızıstan Respublikasının Batken vilayətinin mərkəzi hissəsində yerləşir. Bölgənin şimal hissəsi Fərqanə vadisinin cənub hissəsində, qalan hissəsi Alay silsiləsinin dağətəyi və dağlıq hissələrindədir. Rayonun ən yüksək nöqtəsi 5621 metrdir. Qərbdə Leylek, şərqinddə Qırğızıstanın Batkən vilayətinin Kadamjay rayonu, şimalda Özbəkistan, cənubda isə Tacikistanla həmsərhəddir. Rayon daxilində Özbəkistanın Fərqanə vilayətinin Sox rayonuna aid 2 və Tacikistana məxsus Vorux eksklavı var. Batken rayonunun əsas çayları Sok (qolları Kojo-Aşkan, Arça-Başı və Akterek) və İsfara (orta axınında — Karavşin və Kşemış). Rayon ərazisində buzlaq dağ formasiyaları mövcuddur.
Batken vilayəti
Batken Vilayəti (Qırğız dili: Баткен областы). Qırğızıstanda vilayət.
Brayen Piterman
Brayen Piterman (ing. D. Brian Peterman) – ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Brucen şəhristanı
Bürucin şəhristanı- İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bürucin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 113,795 nəfər və 27,963 ailədən ibarət idi.
Bricmen Stokbarger metodu
Bricmen — Stokbarger metodu Harvard Universiteti fiziki Persi Uilyam Bricmenin (1882–1961) və Massaçusets texnologiya institutunun fiziki Donald K.Stokbargerin (1895–1952) şərəfinə adlandırılıb. Bu metod özündə monokristal külçələrin yetişdirilməsində istifadə olunan iki fərqli metodu birləşdirir. Polikristallik material ərimə temperaturundan yüksək temperaturuna qədər qızdırılır və konteynerin aşağı ucundan başlayaraq yavaş soyudulur. Proses şaquli istiqamətlərdə həyata keçirilir və adətən ərintinin qarışdırılması üçün fırlanan tigel (ampula) istifadə olunur. Çoxralski üsulu ilə bəzi yarımkeçirici kristalların yetişdirilməsi çətin olduğundan bu məqsədlə çox vaxt Bricmen-Stokbarger metodundan istifadə olunur. Bu proses monokristal külçələrin istehsalında çoxeffektiv üsul sayılır Bricmen texnikası ilə Stokbarger texnikası arasında çox incə fərq var: halbuki, hər iki metodda hərəkət edən tigel və temperatur qradiyenti istifadə edilir, Bricmen metodunda əsasən sobadan çıxışda yaradılan idarə olunmayan qradiyent;Stokbarger texnikasında isə iki əlaqəli peçin yuxarı və aşağı donma nöqtələrinin temperaturlarını ayıran arakəsmə və ya rəfdən istifadə olunur. Bricmen metodunun Stokbarger modifikasiyası ərinti sərhəddində temperatur qradiyentini daha yaxşı idarə etməyə imkan verir.
Həkim Drakken (personaj)
Həkim Drakken - "Kim Possibl" serialının düşmən personajlarından biridir. == Pesonaj haqqında == Dünyanı ələ keçərməyə çalışan dəlisov alimdir. Əsl adı Dryu Teodor P. Lipskidir. Kim Possiblın ən böyük düşmənidir. Eyni zamanda Kim Possiblın atası Ceyms T. Possiblın sinif yoldaşıdır. Lisey illərində düzəltdiyi "Bibi" adlı dərrakəli qadın robotlarını ən yaxşı yoldaşlarını Ceyms, Çen və Rameşə tanıdır. Lakin hazırladığı keyfiyyətsiz robotlar yoldaşlarına gülünc gəlir. Həmin müddətdən başlayaraq dünyanı ələ keçirməyə və irəlidə hazırlayacağı inkişaf etmiş robotlarla yoldaşlarına dərs verməyi planladı. Ardından "Bibi" robotlarının istehsalı başlayır. Amma Həkim Drakken həmişə uğursuzluğa düçar olur.
Frontend və backend
Frontend və bekend — proqram təminatı mühəndisliyində proqram təminatının və ya fiziki infrastrukturun və ya aparatın təqdimat təbəqəsi (frontend) və məlumata çıxış təbəqəsi (bekend) arasında işlərin ayrılması. Müştəri-server arxitekturasında hətta bəzi təqdimat işləri həqiqətən serverin özündə görülsə belə, müştəri adətən frontend, server isə bekend hesab olunur. Proqram arxitekturasında avadanlıq və son istifadəçi arasında çoxlu təbəqələr ola bilər. Ön tərəf (front) mücərrəddir, istifadəçi dostu interfeysi təmin etməklə əsas komponenti sadələşdirir, arxa tərəf (bekend) isə adətən məlumatların saxlanması və iş məntiqini idarə edir. == Müxtəlif təriflər == Telekommunikasiyada ön tərəf cihaz və ya xidmət, arxa tərəf isə xidmətin göstərilməsini dəstəkləyən infrastrukturdur. Əsas qayda ondan ibarətdir ki, müştəri tərəf (və ya "ön tərəf") istifadəçi tərəfindən dəyişdirilə bilən hər hansı bir komponentdir. Server tərəfinin (və ya "bekend") kodu adətən serverdə yerləşir, çox vaxt fiziki olaraq istifadəçidən uzaqdadır. Məzmun idarəetmə sistemlərində frontend son istifadəçinin gördüyü hissələr, bekend isə saytın sahibinin görə bildiyi hissələrə deyilir. Nitqin sintezində frontend daxil edilən mətni simvolik fonetik təsvirə, bekend isə simvolik fonetik təsviri faktiki səslərə çevirən sintez sisteminin hissəsinə aiddir. === API === Frontend API vasitəsilə bekend ilə əlaqə qurur.
Tereza Raken
Tereza Raken — XIX əsr fransız naturalist nəsrinin simalarından biri olan Emil Zolyanın (1840-1902) romanı. Roman müxtəlif dillərə tərcümə edilib. == Məzmun == Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi iki insanın bir-birinə öyrəşməyi öyrəşməyi üzərində qurulub. Xalası oğlu xəstəhal Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamil bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamilli aradan götürməklə azadlığa qovuşacaqlarını güman edirlər,lakin hər şey əksinə olur. Kamilin kabusu onları bir an belə rahat buraxmır.
Dilan O'Brayen
Dylan Rouds O'Brayen (26 avqust 1991, Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktyor və rejissor. MTV serialı "Gənc qurd"daki Stiles rolu ilə tanınır. İlk filmi "High Road"dur. 2012-ci ildə Jon Kasdan rejissorluğunda, Britt Robertson və Victoria Justice ilə birlikdə The First Time filmində baş rolda çəkilmişdir. == Həyatı == O'Brien New York mənşəlidir. Atası kamera operatoru, anası keçmiş aktrisadır. 2011 istehsalı olan "Teen Wolf" serialındakı "Stiles" rolunu canlandırıb. Bu rol ilə tanınmış və çox sevilmişdir. Serialdakı aktyorluq bacarığını "The First Time" adlı filmdə də göstərmiş və özünü tanıtmışdır. Ən yaxın dostu "Teen Wolf" serialında tanış olduğu Scott rolundakı Tyler Posey-dir.
Saab 35 Draken
Saab 35 Draken, İsveçin Saab AB şirkəti tərəfindən 1955-1974-cü illər arasında 651 ədəd istehsal edilmiş ikinci nəsil, təkmühərrikli reaktiv qırıcıdır. Draken, Saab 29 Tunnan və Saab 32 Lansen təyyarələrinin yerini tutmaq üçün istehsal edilmişdir. J35, çox təsirli Soyuq müharibə dövrünə aid bir səsdəniti təyyarə olmuşdur və İsveçdən başqa Avstriya, Danimarka və Finlandiya hərbi hava qüvvələrinin də xidmətində olmuşdur. Saab 210 bu təyyarənin dəyişmiş versiyasıdır.
Wacken Open Air
Wacken Open Air (W:O:A), Şimali Almaniyadakı Şlezviq-Holşteyn əyalətinin Wacken adlı kiçik bir qəsəbəsində açıq havada təşkil edilən ənənəvi heavy metal musiqi festivalıdır. 2011-ci ildə 80.000 metal sevər olmaq üzrə cəmdə 86.000 iştirakçının qatıldığı festival; dünyanın dörd bir yanından Blək metal, Det metal, Pauer metal, Treş metal, Qotik metal, Folk metal və hətta Metalkor ilə Hard rokpərəstişkarlarını özünə çəkir. 1990-ci ildə yerli alman qruplar tərəfindən təşkil edilən təşkilat, 1998-ci ildə Avropa metal musiqi təqvimində əhəmiyyətli bir yerə gələrək; Avropa, Şimali Amerika və Avstraliyadan 70-dən çox qrupa ev sahibliyi etdi. Avqust ayının əvvəlində başlayan festival cəmi üç gün davam edir. Bu zaman ərzində musiqi həvəskarları, festival sahəsinin ətrafında geniş çadır düşərgə qurarlar. === 1990 === Wacken Open Air 1990, festivalın quruluşu, 24 avqust cümə və 25 avqust şənbə tarixlərində təşkil edildi. === 1991 === Wacken Open Air 1991, 23 avqust cümə və 24 avqust şənbə günləri təşkil edildi. === 1992 === Wacken Open Air 1992, 21 avqust cümə və 22 avqust şənbə günləri təşkil edildi. === 1993 === Wacken Open Air 1993, 20 avqust cümə günündən 22 avqust bazar gününədək təşkil edilən festivalın afişalarında Doro və Fates Warning yer aldı. === 1994 === Wacken Open Air 1994, 19 avqust cümə və 20 avqust şənbə günləri təşkil edilən festivalın afişalarında Paul Di'Anno's Killers yer aldı.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
A Flower's Broken
A Flower's Broken – Sabrina Salernonun çıxardığı albomdur.
A Flower's Broken (albom)
A Flower's Broken – Sabrina Salernonun çıxardığı albomdur.
Batkən vilayəti
Batken Vilayəti (Qırğız dili: Баткен областы). Qırğızıstanda vilayət.