Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Imagine Branded Entertainment
Imagine Entertainment (əvvəllər Imagine Films Entertainment, həmçinin Imagine) — ABŞ kino şirkəti. Şirkət 1986-cı ildə Brayan Qreyzer və Ron Hovard tərəfindən birgə "Su pərisi" (1984) filminin uğurundan sonra əsası qoyulmuşdur. Şirkət digərləri ilə yanaşı, blokbaster filmləri olan "Apollo 13" (1995), "Ağıl oyunları" (2001) və "Da Vinçi şifrəsi" (2005) filmlərini istehsal etmişdir. "Imagine" şirkətinin "Imagine Features", "Imagine Television Studios", "Imagine Documentaries" və "Imagine Kids+Family" kimi törəmə şirkətləri var. Onun həmçinin, "Jax Media", "Jigsaw Productions" və "Marginal Mediaworks kimi törəmə şirkətləri var.
Brander
Brander və ya Alovsaçan (alm. Brander‎) — yüngül yanacaq və ya partlayıcı materiallar ilə yüklənmiş, düşmən gəmisinə alov vurmaq üçün istifadə olunan gəmi. Gəmini idarə edən heyət yarı yolda onu tərk edərək, onu rəqib gəmisinin uzərinə, tarana istiqamətləndirir.
Georq Brandes
Georq Morris Kohen Brandes (dan. Georg Morris Cohen Brandes; 4 fevral 1842[…], Kopenhagen – 19 fevral 1927[…], Kopenhagen) — Danimarka ədəbiyyatşünası, publisisti, naturalizm nəzəriyyəçisi. == Həyatı == Byörnstyerne Byörnson üslubi cəhətdən xalq ədəbiyyatı ilə səsləşən "Syunneve Sulbakken" (1857), "Arne" (1859), "Şən oğlan" (1860) povestlərində kənd həyatı idealizə edilirdi. Məşhur tənqidçi Georq Brandes 1886-cı ildə "Şən oğlan" povestini "norveçlilərin ağlını kədərli melanxoliya bataqlığından xilas etmək istəyən sağlamlaşdırıcı mehə" bənzətmişdi. 1888-ci ildə Georq Brandes Kopenhagen universitetində Fridrix Nitsşe fəlsəfəsindən dərs deməyə başlayır. Bir az geciksə belə. Nitsşe böyük bir filosof idi və özü də bunun fərqində idi. Dünyanın isə bunu bilməməsi imkansızdı. Selma Lagerlöf 1891-ci ildə ona bütün dünyada şöhrət qazandıracaq "Gosta Berlings saga" əsərini yazır. Roman, Avqust Strinberq, Henrix İbsenin və Skandinaviyanın o dövrdə yaşamış digər yazıcılarına xas olan realizmdən uzaq, romantik janrda yazılmışdı.
Luis Brandis
Luis Brandis (ing. Louis Dembitz Brandeis; 13 noyabr 1856[…], Luisvill, Kentukki – 5 oktyabr 1941[…], Vaşinqton) — Brandeys Universitetinin adını daşıyan amerikalı hüquqşünas. 1916-1939-cu illərdə ABŞ Ali Məhkəməsinin üzvü. == Bioqrafiyası == 13 noyabr 1856-cı ildə Kentukki ştatının Louisville şəhərində Bohemiyadan olan yəhudi mühacir valideynlər — Adolph Brandeis və Frederika Dembitz ailəsində anadan olub. Amerika vətəndaş müharibəsi zamanı ailə müvəqqəti olaraq İndianaya sığınmağa məcbur oldu. Sonra Amerika iqtisadiyyatından narahat olan ata 1872-ci ildə ailəni Avropaya köçürdü və oradan 1875-ci ildə ABŞ-yə qayıtdılar. Louis 14 yaşında Louisville Male High School bitirib. 1872-ci ildən Avropada olarkən Drezdendəki Annen-Realschule məktəbində təhsil alıb. 1875-ci ildə ABŞ-yə qayıdan o, Harvard Hüquq Məktəbində oxumuş, iyirmi yaşında oranı bitirmiş və buradakı Pow-Wow club-na qoşulmuşdur. Məzun olduqdan sonra o, daha bir il Harvardda qaldı və burada öz seçimi ilə hüquq təhsili almağa davam etdi, repetitorluq edərək çörək pulu qazandı.
Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.