Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ribere
Ribere (fr. Ribeyret, oks. Ribeiret) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05117. 2008-ci ildə əhalinin sayı 105 nəfər təşkil edirdi. 2007-ci ildə 69 yaşda (15-64 yaş arasında) 36 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 52,2%, 1999-cu ildə 68.2%) idi. Fəal olan 36 nəfərdən 34 nəfər (19 kişi və 15 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Fibi Bricers
Fibi Bricers (ing. Phoebe Bridgers, 17 avqust 1994, Pasadena, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. O, akustik gitara ilə səsləndirdiyi melanxolik mahnılarına görə tanınır. Dörd dəfə "Qremmi" mükafatına namizəd olub. Pasadenada doğulan Bricers gənc yaşlarından etibarən mahnı ifa edir. 2014–2015-ci illərdə Sloppy Jane qrupunda fəaliyyət göstərmişdir. Onun debüt studiya albomu "Stranger in the Alps" 2017-ci ildə buraxılıb. Fibi 2020-ci ildə ikinci albomu olan "Punisher"i yayımlayıb. Solo işinə əlavə olaraq həmçinin boygenius və Better Oblivion Community Center musiqi qruplarının üzvüdür. == Həyatı və təhsili == Fibi Lusil Bricers 17 avqust 1994-cü ildə Kaliforniya ştatının Pasadena şəhərində anadan olub.
Frank Riberi
Frank Riberi (fr. Franck Bilal Ribéry, fransız deyilişi [fʁɑ̃k ʁibeʁi]; 7 aprel 1983[…], Bulon-Sür-Mer) — Fransa futbolçusu. == Həyatı == Fransa millisinin və "Bayern" (Münhen) klubunun futbolçusu, 2012/2013-cü ilin Avropanın ən yaxşı futbolçusu seçimiş və Qızıl topa əsas namizədlərdən biri Frank Riberidir. 1983-cü ildə anadan olub. İki yaşında avtomobil qəzası keçirib. Qəza vaxtı maşının pəncərəsindən atılan Riberinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. İndi onun bədənində həmin qəzanın nişanələri hələ də qalır. 1996-cı ildə 13 yaşında olarkən Lill Futbol Akademiyasına daxil olur, lakin nəzəri bəhslərə marağı olmadığından 3 il sonra akademiyadan qovulub. Məqalədə onun necə müsəlman olması barəsində də məlumat var. Frank müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək, Bilal qoyub.
Teresa Ribera
Teresa Ribera Rodriges (19 may 1969, Madrid) — ispan hüquqşünası, universitet professoru və siyasətçi, Pedro Sançesin hökumətində Ekoloji Keçid və Demoqrafik Çağırış naziri (2020) və baş nazirin üçüncü müavini (2021). O, 2018-ci ildən, Mariano Raxoya qarşı uğurlu etimadsızlıq səsverməsi təşəbbüsünün ardınca baş nazir Pedro Sançesin hakimiyyətə gəlməsindən sonra İspaniyanın Ekoloji Keçid Naziri vəzifəsində çalışıb, 2020-ci ildə baş nazirin dördüncü müavini, 2021-ci ildə isə üçüncü müavini vəzifəsinə təyin edilib. Ribera 2008–2011-ci illər arasında baş nazir Xose Luis Rodriges Sapateronun hökumətində İqlim Dəyişiklikləri üzrə Dövlət Katibi vəzifəsində çalışıb və 2014–2018-ci illər arasında Parisdə yerləşən Davamlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub. Ribera Madrid Komplutense Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib, daha sonra Konstitusiya Araşdırmaları Mərkəzində konstitusiya hüququ və siyasi elmlər üzrə daha bir dərəcəyə yiyələnib. O, Madrid Muxtar Universitetinin İctimai hüquq və hüquq fəlsəfəsi kafedrasının dosenti olmuşdur və 2012-ci ildən Dövlət Mülki İnzibatçılarının Ali Qurumunda məmurdur. Ribera dövlət idarəçiliyində İspaniyanın İnkişaf Nazirliyində koordinasiya müdiri və Ətraf Mühit Mühafizəsi üçün Köməkçi Katibinin Kabinetində texniki müşavir kimi müxtəlif texniki vəzifələrdə çalışıb. O, 2004–2008-ci illərdə İqlim Dəyişikliyi İdarəsinin baş direktoru olub və 2008–2011-ci illərdə prezident Sapateronun hökuməti dövründə İqlim Dəyişikliyi üzrə dövlət katibi (Kənd Təsərrüfatı və Balıqçılıq, Qida və Ətraf Mühit Nazirliyində) vəzifəsini icra edib. Ribera Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin Qlobal Liderlik Şurası (UNSDSN), Dünya İqtisadi Forumunun qlobal iqlim dəyişikliyi üzrə məsləhət şurası və BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UNFCCC) "Dəyişiklik üçün Momentum" tədbir proqramı da daxil olmaqla bir neçə məsləhət şurasının üzvüdür. Ribera 2013-cü ilin sentyabrında Parisdə yerləşən Dayanıqlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutu (IDDRI) ilə əməkdaşlığa başlamış və 2014-cü ilin iyununda onun rəhbərliyini öz üzərinə götürmüşdür. Təşkilat davamlı inkişaf, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, ərzaq təhlükəsizliyi və urbanizasiya prosesinin idarə edilməsi ilə bağlı strateji məsələlərin təhlili ilə məşğuldur.
Biber kəklikotu
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanada müğənnisi. Pop ikonası hesab olunur. == Həyatı == == Şəxsi həyatı == == Fəaliyyəti == === Karyerasının başlanğıcı === 2007-ci ildə "So So Def Recordings" səsyazma şirkətinin əməkdaşı olan Skuter Braun YouTube-da dolaşarkən təsadüfən Castin Biberin Ne-Yo-nun "So Sick" mahnısına etdiyi kaver ifasına rast gəlib. O, Castinin səsinə məftun olmuş və uzun sürməmişdi ki, onun harada yaşadına dair məlumat əldə etmişdi. Castinin təkcə səsi deyil, üstəlik xarizması da var idi və bu Skuterin diqqətini çəkmişdi. Skuter üçün Castin qənimət kimi bir şey idi. O, vaxt itirmədən Kanadaya yola düşüb. Əvvəlcə anası Castini yəhudi olan Skuterin əlinə əmanət etmək istəməyib. Skuter Castinin anasını bir təhər razı sala bilib.
Jusepe de Ribera
Jose de Ribera (Jativa, İspaniya ; 17 Fevral 1591 - Napoli, İtaliya ; 3 sentyabr 1652) XVII əsrdə bütün karyerasını İspaniyada, sonra Romada və daha sonra Neapolda inkişaf etdirən rəssam və çap ustası idi. Qısa boyuna görə və köklərini bildirdiyi üçün əsərlərinə İspan, Valensiya və Setabense kimi imza atdığına görə və italyanlaşan adı Jusepe Ribera və Lo Spagnoletto (" El Españolito ") ləqəbi ilə də tanınırdı. Bəzən bunun üçün Latın terminologiyası 'Josephus Ribera'dan istifadə etdi.
Mariya Xose Ribera
Nils Riberq Finzen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Su bibəri
Subibəri (su qırxbuğumu, su persikariyası) (lat. Polygonum hydropiper L.) - qırxbuğum cinsinə aid bitki növü. Qırxbuğum (su bibəri) hündürlüyü 60 sm.-ə qədər olan birillik ot bitkisidir. Qızılcıq fəsiləsinə aiddir. Köklü və budaqlıdır, düyünvari budaqları çıxan nahiyyənin aşağı hissəsindən köklər əmələ gəlir, paycığa yaxın olan belə budaqlar qırmızı rəngə çevrilir. Yarpaqları uzunsov olur, kənarları bütöv, -gödək saplaqlı, yuxarı hissələrindəkilər isə saplaqsızdır. Yarpaqların budağa birləşən hissəsi bükülmüş vəziyyətdədir. çiçəkləri xırda ağ və ya narıncı rəngdədir. Çiçəklər budaqda oturaq şəkildə bir və ya iki-üç birləşərək sünbülə bənzər çiçək formasında olub, uzunluğu 10 sm.-ə qədər çatır. Qırxbuğum (su bibəri) may ayından başlayaraq sentyabr ayınadək çiçəkləyir.
Bibər dolması
Bibər dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti — 163 q. Bibər — 215 q. Düyü — 15 q. Baş soğan — 20 q. Qoyun quyruğu — 20 q. Ərinmiş yağ — 20 q. Qatıq — 50 q. Darçın — 0,1 q. İstiot — 0,1 q.
Bibər kababı
Bibər turşusu
Bibər turşusu – bibərdən hazırlanan turşu növü. == Tarixi == Mezoamerikada yaşayan Astek xalqı ispanların gəlişinə qədər acı bibərdən turşu hazırlayırdılar. == Yayılması == Xalapelo bibərindən hazırlanan turşu Meksika mətbəxində bir çox xörəyin hazırlanmasından istifadə olunur. Ümumiyyətlə, Meksikada bibərlərin turşu şəklində satılması geniş yayılıb. İtaliya, Çili, Latın Amerikası mətbəxlərində də bibər turşusu geniş şəkildə hazırlanır. == Tərkibi == Bibər turşusunun hazırlanmasında bibər, ağ kələm, uzunzov bibər, pomidor, qırmızı bibər, kök, sarımsaq, cəfəri, duz, su və sirkə kimi inqredientlərdən istifadə olunur. Bibər turşusunu hazırlamaq üçün bütün ərzaqlar əvvəlcə qaba yığılır və suyun içərisində sirkə ilə saxlanılır. Qarışığıa rəndələnmiş kök və göyərtilər əlavə olunur. Daha sonra bibər bu qarışıqla doldurulur. Yanına isə sarımsaq əlavə olunur.
Qara bibər
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı bibər
Saplaqlı bibər (lat. Capsicum annuum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin bibər cinsinə aid bitki növü. Saplaqlı bibər istisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir. Bibərin vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Bibərin tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin bibərin tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır. Acı bibərdə 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Bibərin acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır. Bibər dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır.