Teresa Ribera Rodriges (19 may 1969, Madrid) — ispan hüquqşünası, universitet professoru və siyasətçi, Pedro Sançesin hökumətində Ekoloji Keçid və Demoqrafik Çağırış naziri (2020) və baş nazirin üçüncü müavini (2021).
Teresa Ribera | |
---|---|
isp. Teresa Ribera | |
Baş nazirin üçüncü müavini | |
Vəzifədədir | |
12 iyul 2021-ci ildən | |
Baş nazir | Pedro Sançes |
Monarx | VI Flipp |
Ekoloji Keçid və Demoqrafik Çağırış naziri | |
Vəzifədədir | |
13 yanvar 2020-ci ildən | |
Baş nazir | Pedro Sançes |
Baş nazirin dördüncü müavini | |
13 yanvar 2020 – 12 iyul 2021 | |
Baş nazir | Pedro Sançes |
Monarx | VI Flipp |
Ekoloji Keçid naziri | |
7 iyun 2018 – 13 yanvar 2020 | |
Baş nazir | Pedro Sançes |
Deputatlar Konqresinin üzvü | |
17 avqust 2023 – 1 dekabr 2023 | |
Deputatlar Konqresinin üzvü | |
21 may 2019 – 21 fevral 2020 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Teresa Ribera Rodríguez |
Doğum tarixi | 19 may 1969 (55 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, vəkil, hüquqşünas |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2018-ci ildən, Mariano Raxoya qarşı uğurlu etimadsızlıq səsverməsi təşəbbüsünün ardınca baş nazir Pedro Sançesin hakimiyyətə gəlməsindən sonra İspaniyanın Ekoloji Keçid Naziri vəzifəsində çalışıb, 2020-ci ildə baş nazirin dördüncü müavini, 2021-ci ildə isə üçüncü müavini vəzifəsinə təyin edilib.
Ribera 2008–2011-ci illər arasında baş nazir Xose Luis Rodriges Sapateronun hökumətində İqlim Dəyişiklikləri üzrə Dövlət Katibi vəzifəsində çalışıb və 2014–2018-ci illər arasında Parisdə yerləşən Davamlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub.
Ribera Madrid Komplutense Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib, daha sonra Konstitusiya Araşdırmaları Mərkəzində konstitusiya hüququ və siyasi elmlər üzrə daha bir dərəcəyə yiyələnib.[2] O, Madrid Muxtar Universitetinin İctimai hüquq və hüquq fəlsəfəsi kafedrasının dosenti olmuşdur[3] və 2012-ci ildən Dövlət Mülki İnzibatçılarının Ali Qurumunda məmurdur.[3]
Ribera dövlət idarəçiliyində İspaniyanın İnkişaf Nazirliyində koordinasiya müdiri və Ətraf Mühit Mühafizəsi üçün Köməkçi Katibinin Kabinetində texniki müşavir kimi müxtəlif texniki vəzifələrdə çalışıb. O, 2004–2008-ci illərdə İqlim Dəyişikliyi İdarəsinin baş direktoru olub və 2008–2011-ci illərdə prezident Sapateronun hökuməti dövründə İqlim Dəyişikliyi üzrə dövlət katibi (Kənd Təsərrüfatı və Balıqçılıq, Qida və Ətraf Mühit Nazirliyində) vəzifəsini icra edib.[4]
Ribera Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin Qlobal Liderlik Şurası (UNSDSN),[5] Dünya İqtisadi Forumunun qlobal iqlim dəyişikliyi üzrə məsləhət şurası[6] və BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UNFCCC) "Dəyişiklik üçün Momentum" tədbir proqramı[7] da daxil olmaqla bir neçə məsləhət şurasının üzvüdür.
Ribera 2013-cü ilin sentyabrında Parisdə yerləşən Dayanıqlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutu (IDDRI) ilə əməkdaşlığa başlamış və 2014-cü ilin iyununda onun rəhbərliyini öz üzərinə götürmüşdür. Təşkilat davamlı inkişaf, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, ərzaq təhlükəsizliyi və urbanizasiya prosesinin idarə edilməsi ilə bağlı strateji məsələlərin təhlili ilə məşğuldur.[8]
2014-cü ilin may ayında prokurorluq seysmik fəaliyyətə görə dayandırılmış Project Castor adlı qaz anbarının işlənməsini pislədi. Teresa Riberaya qarşı da iddihamlar yönəldi, çünki layihə 2008-ci ildə hökumət tərəfindən təsdiq edildikdə, o, İqlim Dəyişiklikləri üzrə Dövlət Katibliyində işləyirdi və layihənin həyata keçirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsinə imza atan şəxs idi.[9][10] 2015-ci ildə İspaniyanın Geologiya və Mədən İnstitutundan və Keyfiyyət və Ətraf Mühitin Qiymətləndirilməsi Baş İdarəsindən 18 nəfərə qarşı ittiham irəli sürüldü. Bununla belə, onlar texniki xarakterli vəzifələr tutmuşdular və Ribera da daxil olmaqla heç bir siyasətçiyə qarşı ittiham irəli sürülməmişdi.[11]
Ribera 2015-ci ildə Sosialist Partiyasının seçki proqramını hazırlamaq üçün Pedro Sançesin ekspertlər panelinə qoşulub.[12]
2018-ci ilin iyun ayında İspaniya Sosialist İşçi Partiyasının əvvəlki Mariano Raxoy hökumətinə qarşı təqdim etdiyi etimad təklifindən sonra[13] Riberanın Sançes hökumətinin Ekoloji Keçid naziri olacağı elan edildi və Deputatalar Konqresi tərəfindən təsdiqləndi. 1 iyun 2018-ci ildə Sançes onu yeni İspaniya hökumətində nazir təyin etdi və iyun ayında VI Flippin fərmanı ilə onun Ekoloji Keçid Naziri portfelinin sahibi təyin edilməsinə icazə verdi.[14] Ribera iyunun 7-də, Sarzuela sarayında vəzifəsinə başladı.[15]
Riberanın nazir kimi həyata keçirdiyi ilk tədbir ekoloji gücü artırmaq və elektrik enerjisinin qiymətini azaltmaq məqsədilə elektrik enerjisinin sərbəst istehsalına icazə verən "günəş vergisi" adlı vergiyə son qoymaq olub.[16][17]
Ribera mədənçilərin həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almaq və ərazinin ekoloji tarazlığını bərpa etmək üçün 250 milyon avro sərmayə qoyaraq ölkənin şimalında hələ də sağ qalmış kömür mədənlərinin əksəriyyətini bağlamaq üçün həmkarlar ittifaqları ilə razılığa gəldi. Ribera kömürlə çirklənməyə son qoymaq və İspaniyanın elektrik enerjisi istehsalını dəyişdirmək məqsədilə ölkənin şimalında hələ də qalmış kömür mədənlərinin əksəriyyətini bağlamaq üçün birliklərlə razılığa gəlmiş, mədənçilərin həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almaq və ərazinin ekoloji tarazlığını bərpa etmək üçün 250 milyon avro investisiya ayrılmışdır.[18]
Ölkədə baş verən iğtişaşlar səbəbi ilə 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək Çili bir ay qalmış geri çəkilmiş, Riberanın rəhbərliyi altında İspaniya hökuməti konferansa ev sahibliyi etmək üçün işə başlamışdır.[19][20]
13 yanvar 2020-ci ildə Ribera Sançesin ikinci kabineti daxilində Baş nazirin Dördüncü Müavini və Ekoloji Keçid və Demoqrafik Problem üzrə Nazir vəzifələrini icra etməyə başladı.[21][22] Bu, İspaniya tarixində ilk dəfə idi ki, bir hökumətdə dörd vitse-prezident olmuşdu.[23]
2020-ci ilin aprel ayında Baş nazir Riberaya karantin rejimi, yəni ölkənin COVID-19 pandemiyası səbəbindən aktivləşdirilmiş fövqəladə vəziyyətdən çıxma yolunu asanlaşdırmaq planını həyata keçirməyi tapşırdı.[24] Bu məqsədlə Ribera iqtisadiyyatdan tutmuş epidemioloqlara qədər bütün sahələrdə ekspertlər qrupu təşkil etdi.[25] Aprel ayında EFE xəbər agentliyinə verdiyi açıqlamalarda Ribera, bərpanın "yaşıl" və "həmrəy" tədbirlərlə aparılmalı olduğunu söylədi.[26] O, may ayında İspaniyada koronavirus səbəbiylə gözlənilən iqtisadi tənəzzülü düşündükdə ÜDM-nin 12%-ni təşkil edən turizmin "xüsusilə narahatlıq doğurduğunu" bildirdi.[27][28]
15 dekabr 2020-ci ildə Ribera Enerji Xartiyası Müqaviləsini Paris Sazişinə uyğunlaşdırmaq mümkün olmasa, ondan çıxmaqdan başqa çarə qalmayacağını bəyan edən ilk Avropa nazirlərindən biri oldu.[29]
2021-ci ilin iyulunda baş nazirin ikinci müavini Pablo İqlesiasın istefasından sonra Ribera Baş nazirin üçüncü müavini təyin edildi.[30]
2021-ci ilin sonlarında kabinet Riberanın iki il ərzində bərpa olunan mənbələrə, yaşıl hidrogenə və enerji saxlanılmasına 6,9 milyard avro ayırmağı nəzərdə tutan 16,3 milyard avroluq enerji planını təsdiqlədi
Riberanın iki il ərzində bərpa olunan enerji mənbələri, yaşıl hidrogen və enerji saxlanılması üçün 16,3 milyard avroluq enerji planını, həmçinin COVID-19 bərpa planı çərçivəsində daha 9,45 milyard avronun özəl maliyyələşdirilməyə cəlb edilməsini təsdiqlədi.[31]