Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bricmen
Bricmen (ing. Bridgeman Island) — yaşayışı olmayan ada. Adanın ölçüləri 0,9 x 0,6 km-dir. Vaterloo adasından 37 km şərqdə yerləşir. Cənubi Şetland adaları qrupuna daxildir. == Geologiya == Ada öz növbəsində stratovulkan olaraq 240 metr hündürlüyə malikdir. Ada yuyun dibindən yuxarıya qalxır. Sahilləri sıldırımlıdır. Bu səbəbdən buraya yan almaq mümkünsüzdur. XIX əsrdə aktivlik olması barədə verilən məlumat öz təstiqini tapmamışdır.
Henk Bremmer
Hendrikus Piter (Henk) Bremmer (17 may 1871[…], Leyden, Cənubi Hollandiya – 10 yanvar 1956[…], Haaqa) — hollandiyalı rəssam, incəsənət tənqidçisi, sənətşünas, incəsənət müəllimi, incəsənət kolleksiyaçısı idi. Rəssam Rudolf Bremmerin atası idi. Bremmer rəssam təhsili aldı, 1893-1895-ci illərdə jurnalist kimi çalışdı və 1896-cı ildə incəsənət dərsi keçməyə başladı. 1906-1907 mövsümündə Hollandiyanın ən varlı qadınlarından biri olan Helen Kröller-Müller onun şagirdi idi və qısa müddətdə incəsənətlə bağlı kolleksiya nümunələri toplamağa başladı. Bremmer ona incəsənətlə bağlı topladığı bu kolleksiyanı bir yerə yığıb nümayiş elətdirməyi təklif etdi və bu gələcəkdə yaranacaq olan Kröller-Müller muzeyinin əsasını qoydu. Bremmerin bir çox sənət adamı ilə əlaqəsi var idi. 1902-ci ildən ölənə qədər Haaqadakı Artiestenhofda yaşayıb. 1912-ci ildə Bart van der Lek ilə əlaqəyə yaratdı, onu maddi dəstək və aylıq müavinət ilə təmin etdi. 1906-cı ildə incəsənət tənqidi olan Eene inleiding tot het zien van beeldende kunst kitabını nəşr etdi. 1913-cü ildə təsviri sənət jurnalına başlamışdır.
Persi Bricmen
Persi Vilyam Bricmen (21 aprel 1882[…], Kembric, Massaçusets – 20 avqust 1961[…]) — ABŞ fiziki. Yüksək təyziq haqqında işinə görə 1946-cı ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur. O, həmçinin geniş şəkildə elmi fəlsəfənin elmi metodlarını və digər təsirlərini işləmişdir.
Bricmen Stokbarger metodu
Bricmen — Stokbarger metodu Harvard Universiteti fiziki Persi Uilyam Bricmenin (1882–1961) və Massaçusets texnologiya institutunun fiziki Donald K.Stokbargerin (1895–1952) şərəfinə adlandırılıb. Bu metod özündə monokristal külçələrin yetişdirilməsində istifadə olunan iki fərqli metodu birləşdirir. Polikristallik material ərimə temperaturundan yüksək temperaturuna qədər qızdırılır və konteynerin aşağı ucundan başlayaraq yavaş soyudulur. Proses şaquli istiqamətlərdə həyata keçirilir və adətən ərintinin qarışdırılması üçün fırlanan tigel (ampula) istifadə olunur. Çoxralski üsulu ilə bəzi yarımkeçirici kristalların yetişdirilməsi çətin olduğundan bu məqsədlə çox vaxt Bricmen-Stokbarger metodundan istifadə olunur. Bu proses monokristal külçələrin istehsalında çoxeffektiv üsul sayılır Bricmen texnikası ilə Stokbarger texnikası arasında çox incə fərq var: halbuki, hər iki metodda hərəkət edən tigel və temperatur qradiyenti istifadə edilir, Bricmen metodunda əsasən sobadan çıxışda yaradılan idarə olunmayan qradiyent;Stokbarger texnikasında isə iki əlaqəli peçin yuxarı və aşağı donma nöqtələrinin temperaturlarını ayıran arakəsmə və ya rəfdən istifadə olunur. Bricmen metodunun Stokbarger modifikasiyası ərinti sərhəddində temperatur qradiyentini daha yaxşı idarə etməyə imkan verir.