Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
British Aerospace
British Aerospace plc (BAe) (azərb. Britaniya Aviasiya Və Kosmos plc‎), Böyük Britaniyanın təyyarə, sursat və müdafiə sistemləri istehsalçısıdır. Əsas ofisi, Warnick House, Farnborough Aerospace qərargahı, Farnborough, Hampshire, İngiltərə idi. 1999-cu ildə, müdafiə sənayesi üçün elektron cihazlar və gəmilər istehsal edən General Electric Company plc-ə məxsus Marconi Electronic Systemsin satın alınması ilə birləşdi və BAE Systems olaraq yenidən yaradılmışdır.
British Council
British Council — Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. British Council Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradır. Təşkilat dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstərir.Təşkilat 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumudur.British Council Azərbaycanda 1993-cü ildən etibarən fəaliyyət göstərir. Təşkilat Azərbaycanda ingilis dili, biznes inzibatçılığı və idarəetməsi sahəsində yerli ictimaiyyətə təlim xidmətlərinin təmin olunması məqsədilə təsis edilmişdir.
British Leyland
British Leyland — Motor Corporation (BLMC) 1968-ci ildə Leyland Motor Corporation və British Motor Holdingsin birləşməsi ilə yaradılmış Britaniya avtomobil şirkətidir.
British Petroleum
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Baku British School
Bakı Britaniya Məktəbi (ing. Baku British School) — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Tarixi == 15 sentyabr 2007-ci ildə Bakı Britaniya Məktəbi öz qapısını 100-dən çox şagirdin üzünə açdı. 2007-ci il dekabr ayında məktəb ilk semester buraxılışını qeyd etdi. 20 mart 2008-ci ildə BSB (Bakı British School) ilk Novruz Bayramını məktəbin həyətində, şagirdlərin çıxışı ilə təntənəli şəkildə keçirtdi. 25 iyun 2008-ci il məktəb ilk yay buraxılışını qeyd etdi. 22 iyun 2009-cu il ilk son zəng qeyd edildi. Bakı Britaniya Məktəbi 22 iyun 2009-cu ildə, məktəbin şagirdləri, muəllimləri, valideynləri, 25 məzunu və 200 dən çox qonağı ilə, Rus Dram Teatrında təntənəli şəkildə ilk son zəngini qeyd etdi. == İbtidai təhsil == İbtidai təhsildə, şagirdlər SAT proqramları (standartlaşdırılan qiymətləndirmə testləri) götürürlər. Bu proqram 2-ci sinifdən 6-cı sinifə qədər hər il götürülür.
British Aircraft Corporation
British Aircraft Corporation (qısaca BAC) Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1960-cı ildə hökumətin təşviqi ilə English Electric Aviation Ltd., Vickers-Armstrongs, Bristol Airplane Company və Hunting Aircraft şirkətlərinin birləşməsi ilə yaradılmışdır. Baş ofisi Londonun Vestminster rayonunda yerləşirdi. BAC 29 aprel 1977-ci ildə Hawker Siddeley Group və Scottish Aviation ilə bərabər milliləşdirilmiş və şirkətin adı British Aerospace (BAe) olaraq dəyişdirilmişdir.
British Motor Corporation
BMC kimi tanınan British Motor Corporation, 1952-1966-cı illər arasında İngiltərədə fəaliyyət göstərmiş bir avtomobil şirkəti olmuşdur. Türkiyədə Çukurova Holdinqin tərkibində lisenziya müqaviləsi əsasında avtobuslar, yük maşınları, evakuatorlar və TIR istehsal etmişdir.
British Aerospace Sea Harrier
British Aerospace Sea Harrier STOVL/VTOL/V/STOL tipli hərbi reaktiv təyyarədir. O, ilk dəfə 1980-ci ilin aprelində Krallıq Donanması tərəfindən xidmətə qəbul edilmişdir. Sea Harrier Folklend müharibəsində, iki Körfəz müharibəsində və NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsində xidmət etmişdir. Əvvəlcə Hawker Siddeley adlı bir şirkət tərəfindən istehsal edilmişdir. Pegasus mühərrikinə malikdir. O, təyyarədaşıyan gəmilərin göyərtələrindən enə və qalxa bilir. Onun sürəti saatda 1120 km-dir.
Britiş Petroleum
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Britiş Saut Afrika Kompani
«Britaniya Cənubi Afrika şirkəti» («bsac», ing. British South Africa Company (BSAC)) — İngilis ticarət şirkəti. 1889-cu ildə Sesil Rods, Alfred Beyt və Ceyms Hemilton tərəfindən quruldu Öz ordusunu quran şirkət, Afrika qitəsindəki hal-hazırda Zimbabve və Zambiyada yer alan əraziləri birləşdirdi. 1923-cü ildə İngilis hökuməti şirkət tərəfindən ələ keçirilmiş torpaqlara "yarı öz-özünüidarə" statusu verdi, yəni əslində tacın nəzarətində olan 2 dövlət qurdu: Cənubi Rodeziya (Zimbabve) və Şimali Rodeziya (Zambiya). Bununla birlikdə, şirkət hər iki Rodeziyanın mineral ehtiyatları, dəmir yolları və kənd təsərrüfatı üzərində nəzarəti əlində saxladı.
Brits (Berlin)
Brits (alm. Britz‎) — Berlin şəhərinin Neyukölln dairəsində yerləşən şəhər. Britz şəhərinin ilk qeyd edilməsi 1237-ci illərə aiddir.
Pomeranz-Fritiş reaksiyası
Pomeranz-Fritş reaksiyası- həmçinin Pomeranz-Fritş tsiklləşməsi adlanır, üzvi kimyaya aid reaksiyadır. Paul Fritş (1859-1913) və Casar Pomeranz (1860-1926) adlı alimlərin adını daşıyır.[1][2] Ümumiyyətlə, bu reaksiya izoxinolinin sintezidir.[2][3][4] == Ümumi reaksiya sxemi == Aşağıdakı reaksiya benzaldehid və 2,2-dialkoksietilamindən izoxinolinin sintezini əks etdirir.[5] Müxtəlif alkil qrupları, məsələn metil və etil qrupları əvəzedici (R) kimi istifadə edilə bilər. Reaksiyada sulfat turşusu proton donoru kimi (bəzən trifluorasetik anhidrid və lantanid triflatlar kimi Luis turşuları) istifadə olunurdu.[1][2][4] Daha sonra geniş çeşiddə müxtəlif izoxinolinlər uğurla sintez olunmuşdur.[4] Əvvəlcə benzalaminoasetal benzaldehid və 2,2-dialkoksietilaminin kondensasiyası nəticəsində sintez olunur. Kondensasiyadan sonra alkoksi qruplarından birinə hidrogen atomu əlavə olunur. Bunun nəticəsində spirt alınır. Daha sonra, birləşmə 2 sintez olunur. Bundan sonra birləşməyə ikinci hidrogen atomu əlavə olunur. Son mərhələdə ikinci bir spirt alınır və bitsiklik aromatik birləşmə sintez olunur. == Tətbiqi == Pomeranz-Fritş reaksiyası izoxinolin törəmələrinin sintezində geniş tətbiq olunur. İzoxinolinlər bir çox sahədə tətbiq olunur, o cümlədən:[3][4] • dimetisokin kimi yerli anesteziklər: • vazodilatatorlar, tanınmış birləşmə papaverin aşağıda göstərilmişdir: == Həmçinin bax == • Bişler-Napieralski reaksiyası • Piktet-Spenqler reaksiyası == İstinadlar == ^ Jump up to:a b Pomeranz, C. (December 1893).