Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bronlaşdırma
Bronlaşdırma (iqtisadiyyat) — Bronlaşdırma (turizm) — aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsidir.
Bronlaşdırma (turizm)
Bronlaşdırma — aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsidir. == Tarixi == XX əsrin 60-cı illərində ABŞ-də iri şirkətlər aviareyslərdə yerlərin bronlaşdırılması üçün rezerv sistemlərin işlənib hazırlanmasına başladılar. ABŞ aviaşirkətləri avtomatik idarəetmə sistemləri verilənlərini satış həcminin artırılması üçün bir vasitə hesab edirdilər. İlk bronlaşdırma mərkəzlərinin texniki təminatı İBM firması tərəfindən verilmişdir. Kompüter bronlaşdırma sistemlərində məhz İBM firmasının avadanlıqlarından istifadə edilir. Kompüter bronlaşdırma sisteminin inkişafında ilk addım məhz aviaşirkətlərdə terminalların quraşdırılması idi. Bu da aviaşirkət işçilərinin işinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına imkan verdi. 1970-ci illərdə ABŞ-də "United Airlines" aviaşirkətində biletlərin bronlaşdırmasını həyata keçirən avtomatlaşdırılmış sistem - "APPOLLO" tətbiq edildi. Bununla yanaşı "American Airlines" aviaşirkətində isə ilk sistem "SABRE" oldu. Bu sistemlər real vaxt rejimində aviareyslər haqqında informasiya əldə etmək imkanı verdi.
Klonlaşdırma
Klon – yunan sözü olub, "budaq", "gövdə" mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. 4 min ildən çoxdur ki, kənd təsərrüfatında qələm vasitəsilə klonlaşdırma edilir. Bitkilər toxumlama zamanı, zoğ təbəqələşməsində toxumalar totipotent (istənilən toxumanın yaranmasını təmin edə bilən) xüsusiyyətlərini itirmirlər. Yəni nüvədəki bütün genetik informasiyanı realizə etmək bacarığını qoruyurlar. Buna görə də, demək olar ki, istənilən bitki toxumu təbəqələşmə zamanı yeni orqanizmə başlanğıc verə bilər. Bitki toxumalarının bu xüsusiyyəti bir çox genetika və seleksiya metodlarının əsasını təşkil edir. == Tarixi == Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda yaşayan canlılar üzərində apardıqları təcrübələri məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-ci illərdə isə tədqiqatçılar qoyunun rüşeymində nüvə inkişafının 16 toxumalıq mərhələsində totipotentliyin saxlandığını müəyyənləşdirdilər. 1989-cu ildə Smit və Yan Uilmut əvvəlcə 16 toxumalı embrionu, daha sonra isə ilkin blastositləri qoyun yumurtalıqlarının mayalanmamış nüvələrinə transplantasiya etdilər. Birinci halda fenotipi öz donorları ilə uyğunluq təşkil edən iki dişi quzu alındı.