Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bronxit
Bronxit (lat. bronchitis, bronx + -itis — iltihab) — bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var. Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta "passiv siqaret çəkmə" xəstəlikdən sonra zəifləmiş orqanizm üçün son faktor olaraq bronxların iltihabını törədə bilər. Xüsusən də bu valideynləri siqaret çəkən uşaqlara aiddir. Bu halda bronxitdən əlavə uşaqlarda bronxial astma və pnevmoniya yaranması risqi artır. Orqanizmin immun sisteminin vəziyyəti də az rol oynamır, əgər immunitet zəifləmişsə, adətən payızda və ya yazda, "onun qapısı bütün küləklərə" açıqdır, başqa sözlə bronxitlə xəstələnmə təhlükəsi xeyli artır. == Simptomlar və gedişat == Bronxitin əsas əlaməti açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir.
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Bornit
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər. == Mənşəyi və yayılması == Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b.
Bronvin Mayer
Bronvin Mayer-Smit (d. 3 iyul 1974) — Avstraliyanı təmsil edən su poloçusu. Bronvin Mayer, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Bronvin Mayer, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Bronvin Mayer, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Bronxial arteriyalar
Bronxial arteriyalar — insan anatomiyasında ağciyərləri oksigenli qan və qida ilə təmin edir. Bronxial arteriyalar tənəffüs sisteminin həyatı bir hissəsidir. 2 bronxial arteriyanın biri sol ağciyərə, biri isə sağ ağciyərə gedir. == Strukturu == Tipik olaraq 2 sol və 1 sağ bronxial arteriya var.Sol bronxial arteriyalar (yuxarı və aşağı) adətən birbaşa torakal aortadan əmələ gəlir.Tək sağ bronxial arteriya adətən aşağıdakılardan birindən yaranır: Sağ 3-cü arxa qabırğaarası arteriya ilə ümumi gövdədə torakal aorta Sol tərəfdə yuxarı bronxial arteriya İstənilən sayda sağ qabırğaarası arteriyalar, əsasən üçüncü sağ posterior. == Funksiyası == Bronxial arteriyalar bronxları və ağciyərlərin birləşdirici toxumasını qanla təmin edir. Onlar tənəffüs bronxiolları səviyyəsində olan bronxlarla birlikdə olur və budaqlanır. Onlar ağciyər arteriyalarının budaqları ilə anastomoz edir və birlikdə ağciyərin visseral plevrasını qanla təmin edirlər. Nəticədə, sol ürəyə qayıdan qan, ağciyər kapilyar yataqları səviyyəsində olan qandan bir qədər az oksigenləşir. Hər bronxial arteriyanın qida borusunu təmin edən bir qolu var. === Ağciyər arteriyaları ilə müqayisədə === Bronxial arteriyaları ağciyər arteriyaları ilə qarışdırmaq asandır, çünki hər ikisi ağciyərləri qanla təmin edir.