Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brooker
İen Bruker (ing. Murray Ian Hill Brooker; 2 iyun 1934, Adelaida – 25 iyun 2016, Kanberra) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == İen Bruker daha çox evkalipt cinsi üzrə mütəxəssis kimi tanınıb. == Əsərləri == Field Guide to Eucalypts, Melbourne, 1983—1994, 3 volumes: South-Eastern Australia, South-western and Southern Australia, Northern Australia. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Hall, Norman (1978). Botánicos de los Eucalypts. Australia: CSIRO. ISBN 0-643-00271-5.
Brander
Brander və ya Alovsaçan (alm. Brander‎) — yüngül yanacaq və ya partlayıcı materiallar ilə yüklənmiş, düşmən gəmisinə alov vurmaq üçün istifadə olunan gəmi. Gəmini idarə edən heyət yarı yolda onu tərk edərək, onu rəqib gəmisinin uzərinə, tarana istiqamətləndirir.
Browser
Brauzer (ing. Browser), daha dəqiq sözlə Veb brauzer — istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Mozilla Firefox, Internet Explorer (IE) / Microsoft Edge, Opera və Safaridir. == Ümumi məlumat == Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır.
Broker
Broker (ing. broker — dəllal, broker, vasitəçi) — satıcı ilə alıcı arasında, yaxud sığorta olunanla sığorta edən arasında (sığorta brokeri), eləcə də əmlak sahibi ilə kirayəniş arasında vasitəçəlik xidməti yerinə yetirən hüquqi və ya fiziki şəxs. Broker — qiymətli kağızlar bazarında birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. Broker, müştəri ilə broker xidməti haqqında müqavilə bağlayır. Əqdin yerinə yetirilməsi haqqında broker əqdin əks tərəfə göndərilən təsdiqnaməsini tərtib etməklə dərhal müştərini məlumatlandırmalıdır. Brokerlər tərəfkeşlik etməməli və öz vəzifələrini heç kəsə ötürə bilməz. Brokerin kurtaj adlanan xidmət muzdu onun vasitəçiliyilə bağlanmış hər bir əqdin ümumi məbləğinin müəyyən faizindən, yaxud əvvəlcədən müəyyən edilmiş məbləğdən ibarətdir. Həmçinin, broker birjadakı hər bir alqı-satqını təsdiqləyən və bordero adlanan haqq-hesab qeydləri edir. Borderonu əqdin hər iki tərəfi imzalayır. Brokerlər hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Avant Browser
Avant Browser — Internet Explorer əsaslı bir web brauzer.
Cephalophus brookei
Bruk dukeri (lat. Cephalophus brookei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Lətif Krouder
Lətif Krouder (ing. Lateef Crowder) — Braziliyalı döyüş sənəti ustası və aktyordur.
Yandex.Browser
Yandex xidməti (Yandex.ru saytı) — Rusiyanın ən çox istifadə olunan veb axtarış motorudur. Yandex digər Post-Sovet ölkələrində də geniş istifadə olunur. "Yandex"in geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Yandex-dən Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu elektron poçt xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu. == Tarixi == 1989-cu ildə sahibkar və proqramçı Arkadi Voloj fərdi kompüterlər satan və iş yerlərinin avtomatlaşdırılması ilə məşğul olan CompTek firmasını təsis etmişdir. Voloz həmçinin məlumatların emal alqoritmləri ilə maraqlandı və dilin morfologiyasını nəzərə alaraq, böyük miqdarda mətndə informasiya axtarışını həyata keçirə biləcək bir proqram yazmaq imkanı ilə maraqlandı. Kompüter dilçiliyi üzrə mütəxəssis Arkadi Borkovski ilə birlikdə 1989-cu ildə "Arkadi"şirkətini təsis etmişdir. 1990-cı ildən sonra "Arkadi" əməkdaşları müxtəlif ETİ və Patent təşkilatlarında tələb olunan "ixtiraların beynəlxalq təsnifatı" və "mal və xidmətlərin Təsnifatçısı" informasiya-axtarış sistemlərini yazıblar. 1993-cü ildə" Arkadiya " CompTek-ə qatıldı, burada Volojanın məktəb dostu proqramçı İlya Seqaloviç işləyirdi. Həmin il kompüterin bərk diskində axtarış proqramı yaradılmışdır.
Web browser
Brauzer (ing. Browser), daha dəqiq sözlə Veb brauzer — istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Mozilla Firefox, Internet Explorer (IE) / Microsoft Edge, Opera və Safaridir. == Ümumi məlumat == Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır.
Fernan Brodel
Fernan Brodel ( fr. Fernand Braudel ; 24 avqust 1902 — 27 noyabr 1985 ) — fransız tarixçi. O, tarixi prosesin təhlilində iqtisadi və coğrafi amillərin nəzərə alınması təklifi ilə tarix elmində inqilab etmişdir. Sosial elmlərdə tarixi hadisələrin hərtərəfli tədqiqi ilə məşğul olan "Annallar" fransız tarixşünaslıq məktəbinin görkəmli nümayəndəsidir. Kapitalist sisteminin mənşəyini araşdıraraq dünya sistemi nəzəriyyəsinin banilərindən biri olmuşdur. == Həyatı == Lotaringiyada Almaniya sərhədi yaxınlığındakı kiçik Lumevil-an-Ornua kəndində riyaziyyat müəllimi ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşmasında kəndli uşaqlığının rolu olmuşdur . 1909-cu ildə Parisin ətrafındakı Meriel qəsəbəsindəki ibtidai məktəbə daxil oldu, burada gələcək aktyor Jan Qabinlə , sonra Parisdəki Volter Liseyində oxudu. Ali təhsilini Sorbonnanın humanitar elmlər fakültəsində almışdır . “O dövrün bütün solçu tələbələri kimi” , onu da Fransız İnqilabı cəlb etdi və dissertasiyasının mövzusu kimi o, doğma diyarına ən yaxın olan Bar-le-Duc şəhərindəki inqilabi hadisələri seçdi.
Çarlz Brokden Braun
Çarlz Brokden Braun (d. 17 yanvar 1771, Filadelfiya - 22 Fevral 1810) — ABŞ-lı romançı və qəzet yazarı. Ədəbiyyatla məşğul olmaq üçün vəkil işindən əl çəkdi.Fransız inqilabına və V.Qodvini inqilabi əsərlərinə böyük heyranlıq bəslədi.Esse və siyasi yazılarla bərabər bir sıra romanlar yazdı.Qadın haqlarını müdafiə edən "Alkuinin dialoqu"(The Dialogue of Alcuin)(1797) əsərindən sonra "Vieland və ya dəyişmə" (Wieland or the Transformation)(1798) əsəri ilə böyük uğur qazandı. Bəzi cəhətləri ilə C.F.Kuper,E.A.Po və Hautornenin öncülü sayılır.Davranışları və sosial nəzəriyyələrinə görə "Amerikanın Qodvin"i olaraq xatırlanır.
Avast Secure Browser
Avast Secure Browser (əvvəllər Avast! SafeZone) — 2016-cı ildən Avast Antivirus quraşdırıcısına əlavə quraşdırma üçün daxil edilmiş Avast proqram təminatının veb brauzeridir, lakin o, həm də onun saytında mövcuddur. O, açıq mənbəli Chromium layihəsinə əsaslanır. Microsoft Windows, macOS, iOS və Android üçün mövcuddur. Avast onlayn təhlükəsizlik Google Chrome, Microsoft Edge, Mozilla Firefox və Opera brauzerləri üçün Avast Secure Browser-ə oxşar xüsusiyyətlərə malik əlavədir. == Hadisələr == === 2016 === 24 mart 2016 – Avast Safezone Brauzeri işə salındı === 2018 === 6 aprel 2018 – Avast Secure Brauzeri işə salındı == Tarixi == Əvvəlcə Avast Secure Browser, Avast Antivirusun pullu versiyaları ilə birləşdirilmişdi. 2016-cı ilin mart ayında Avast onu pulsuz versiya ilə də yığmağa başladı.Avast Təhlükəsiz Brauzeri 2018-ci ilin əvvəlində yenidən işlənməmiş və "Avast Secure Brauzer" olaraq rebrendinq edilməmişdən əvvəl əvvəlcə "SafeZone" adlanırdı.Yeniləmə və adının dəyişdirilməsindən əvvəl SafeZone-un dizaynı Opera brauzerinin dizaynına bənzəyirdi. İstifadəçi onlayn əməliyyatlar aparmaq üçün maliyyə və ya alış-veriş saytlarını ziyarət etdikdə SafeZone avtomatik işə salındı.2015-ci ilin dekabrında Tavis Ormandy hakerlərə Avast SafeZone Brauzer istifadəçilərinin brauzerlərinə zərərli JavaScript kodu daxil etməyə imkan verə biləcək təhlükəsizlik zəifliyini müəyyən etdi. Avast tez bir zamanda müvəqqəti düzəliş tətbiq etdi və bir neçə gün sonra zəifliyi təmir etdi.
Session Border Controller
Session Border Controller (SBC; azərb. Sessiya sərhəd nəzarətçisi‎) — internet protokolu (VoIP) şəbəkələri üzərindən SIP əsaslı səsi qorumaq üçün yerləşdirilən şəbəkə elementi. SBC-lərin ilkin yerləşdirilməsi bir baxış mühitində iki xidmət təminatçısı şəbəkəsi arasındakı sərhədlərə yönəldilmişdir. Bu rol indi yaşayış və/və ya müəssisə müştərilərinə xidmət göstərmək üçün xidmət təminatçısının giriş şəbəkəsi ilə magistral şəbəkə arasında əhəmiyyətli yerləşdirmələri əhatə etmək üçün genişlənmişdir. == Adlandırma == "Sessiya" termini iki və ya daha çox tərəf arasında ünsiyyətə aid edilir. Bu, telefoniya kontekstində zəng deməkdir. Hər bir zəng zəngə nəzarət edən bir və ya bir neçə zəng siqnalı mesajı mübadiləsindən, zəng statistikası və keyfiyyəti ilə bağlı məlumatla birlikdə zəngin audio, video və ya digər məlumatlarını daşıyan bir və ya bir neçə zəng media axınından ibarətdir. Bu axınlar birlikdə seans təşkil edir. Seansların məlumat axınına təsir göstərmək sessiya sərhəd nəzarətçisinin işidir. "Sərhəd" termini şəbəkənin bir hissəsi ilə digəri arasındakı sərhəd nöqtəsinə aid edilir.
Brother Louie (Modern Talking)
Brother Louie (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Brother Louie '98 (Modern Talking)
Brother Louie '98 (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Gerhard Şröder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) - alman siyasətçisi, vəkil. 1998-2005-ci illərdə Almaniyanın federal kansleri.