Brauzer (ing. Browser), daha dəqiq sözlə Veb brauzer — istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Mozilla Firefox, Internet Explorer (IE) / Microsoft Edge, Opera , Safari və Galeondur.[1]
Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır. Amma bu kifayət deyil. Veb masterlər işlərində ancaq Microsoft Internet Explorer, Firefox və Operanın nəzərə alınmasını istifadə olunan brauzerların statistikasına əsasən apardıqlarını iddia edirlər. 2015-ci ilin yanvar ayına olan statistikaya əsaslanaraq istifadəçilərinin ən çox bəyəndikləri brauzerlər belə sıralanır:[2]
Fərqli əməliyyat sistemləri və fərqli brauzer versiyaları saytın istifadəçinin ekranında bəzən çox fərqli görünməsinə səbəb ola bilərlər. Belə halların nəzərə alınmaması çox pis nəticələrə gətirə bilər.
İnternet səhifələrinin hazırlanma ərəfəsində təbii ki bütün növ brauzerlərdə yoxlanılması çətindir. Fərqli əməliyyat sistemləri üçün test edilməsi isə bəzən heç mümkün olmur. Belə hallarda xüsusi onlayn test xidmətləri veb masterlərin köməyinə gələ bilərlər.
Brauzerlərin standartlara uyğun olub olmadığını ölçmək / yoxlamaq üçün istifadə edilən testlər standartlaşmaları vardır. Bunlar, brauzerin, yazılan kodu doğru işlədib işləməyini yoxlar. Hazırlanan saytların müxtəlif brauzerlərdə necə göründüyünü test etmək üçün proqramlarr:
Bundan başqa test üçün bir neçə onlayn xidmətdən də istifadə etmək olar: