Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buluğan Xatun
Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı. == Həyatı == O, monqol tayfalarından biri olan Bayautlara mənsub idi. O, Abaqa xanla onun doqquzuncu arvadı kimi evlənmişdi. Xatun olaraq o, sarayda çox güclü təsirə malik idi. 1282-ci ilin sentyabrında öz vəzirinin həyatını xilas etmişdir. Beləki vəzir Xacə Vəcih əl-Din Faryumadi xana qarşı sui-qəsd təşkil etməkdə ittiham edilirdi, lakin Buluğan Xatun onun həyatını xilas edir. Abaqa xanın 1282-ci ildə ölümündən sonra o, Arqun xanla levirat evliliyinə daxil oldu. Hətta Əhməd Təkudarın hakimiyyəti zamanı belə onun sarayda təsir gücü hələ də güclü idi və onunla hörmətlə davranırdılar. == Ailəsi == Onun Abaqa xandan doğulma Məlikə Xatun adlı qızı var idi və Noqay Yarquçinin oğlu Tohcam Buğa ilə evləndirilmişdi. Onun özünün oğlanları olmasa da, ilk əri Abaqanın oğlu Arqunun oğlanlarını, yəni özünün ögey nəvələrini böyütmüşdü.
Buqaz dili
Buqaz dili — 12 km uzunluğa və 250—300 metr enə malik dil. Dil Buqaz limanı ilə Qara dəniz arasında qərarlaşır. 1995-ci ildə ərazisində «Blaqoveşenskaya dili» adlı yasaqlıq yaradılmışdır. Sahil əraziləri əsasən kvars və balıqqulağından ibarətdir. Avqust ayında sabit küləklərin fonunda Ümumrusiya Yelkənli Qayıq idmanı üzrə yarışlar təşkil edir. Bu səbəbdən Polşa, Kanada, İngiltərə, Almaniya və d. ölkələrdən idmancılar bölgəyə ayaq basır.Dilə maşınla gəliş 200 rubldır. Çadır qurmaq üçün isə əlavə 200 rulb tələb olunur. Məhkəmənin qərarı ilə isə bu alınan pullar qanunsuzdur. Dildə təmiz su ilə duş qəbul etmək adam başına 150 publdır.