Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Butanal
Butanal (yağ aldehidi, butilaldehid) – kimyəvi formulu С4Н8О olan alifatik üzvi birləşmədir. Butanon ilə izomerdir. Rəngsiz, kəskin qoxulu, yüksək dərəcədə alovlanan mayedir. == Alınması == Butanal aşağıdakı üsullardan biri ilə alına bilər. butanol-1-in dehidrogenləşməsindən kroton aldehidinin hidrogenləşməsindən propenin hidroformilləşməsindən == Reaksiyaları == Bütün alifatik aldehidlər kimi, yüksək reaksiya qabiliyyətli və kifayət qədər zəhərlidir. Qaldıqda atmosfer oksigeni ilə yağ turşusuna qədər oksidləşir. Yanma Birləşmə Oksidləşmə Karbohidrogen radikalında hidrogen atomlarının əvəz olunması == Əməyin mühafizəsi == Butanal [1], digər aldehidlər [2] kimi, zəhərli bir maddədir: İş sahəsinin havasındakı BBQ 5 mq / m3 (maksimum birdəfəlik)-dir. [3]. Bununla belə, bir sıra tədqiqatlara görə, bu maddənin qoxusunun qəbul etmə hüdudu BBQ -dən daha yüksək ola bilər. Məsələn, tədqiqatda [4] qoxunun orta hədd qatılığı 15 mq / m3-ə çatmışdır.
Butanol-1
Butanol-1 – (n-butanol, n-butil spirti) C4H9OH – biratomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Rəngsiz, özlü, sivuş yağının xarakter iyini verən mayedir. Üzvi həlledicilərlə qarışır. Metanol, etanoldan və propanoldan fərqli olaraq suda nisbətən həll olur – 100 q suda 7,6 q butanol. Su ilə 55,5% (kütlə) butanol 92,4oC-də qaynayan azeotrop qarışıq əmələ gətirir.. == Istehsalı == Sənayedə butanol aşağıdakı üsullarla alınır: Nikel-kobalt katalizatorun iştirakı ilə 1,0-1,5 MPa təzyiqdə propilenin oksosintezindən (Reppe üsulu) Asetaldehiddən (asetaldol və kroton aldehidi alınmaqla) mis, misxrom və ya nikel katalizatorun iştirakı ilə hidrogenləşməsindən. Qida xammalının aseton-butil qicqirdılmasından. == Tarixi arayış == Butanolun istehsalına XX əsrin 10-cu illərində Clostridium acetobutylicum bakteiyasının iştirakı ilə başlanılmışdır. Istehsal üçün xammal kimi şəkər qamışı, şəkər çuğunduru, qarğıdalı, buğda, manioka (tropik bitki), sonralar isə sellülozadan istifadə olunmuşdur. 50-ci illərdən neftin qiyməti düşdükdən sonra neft məhsullarından alınmağa başlandı.
Neslihan Atagül
Neslihan Atagül (20 avqust 1992, İstanbul) — Türkiyə aktrisası. Neslihan Atagül 20 avqust 1992-ci il tarixində İstanbulda doğulmuşdur. Anası rus, atası çərkəz mənşəlidir.13 yaşında Sevinc Erberkin sahibi olduğu Erberk Ajansın nömrəsini tapıb ünvanını almış və anasıyla gedib qeydini etdirmişdir. Bir ay sonra da bir reklam çarxında oynamışdır. Yeditepe Universitetində teatr bölümündə oxuyur. 2006-cı ildə "Yarpaq tökümü" serialında canlandırdığı Deniz xarakteri ilə aktyorluq dünyasına addım atdı. 2006-cı ildə ilk uzun metrajlı filmi "İlk eşk"-da Vahide Gördüm, Çetin Tekindor ilə birlikdə oynadı. Bu filmdəki rolu ilə Qızıl Koza Film Festivalında "Ümüd verən gənc aktrisa" mükafatını aldı. 18 noyabr 2011-ci ildə Atv-də yayımlanan, Mahsun Kırmızıgülün senaristliyini və rejissorluğunu etdiyi ilk serial çalışması olan "Həyat davam edir" adı serialda Neslihan Atagül, Fikret Kuşkan, Menderes Samancılar, Arif Erkin Güzelbeyoğlu kimi ustalarla oynamışdır. 2012-ci ildə Yeşim Ustaoğlunun yazıb idarə etdiyi, baş rollarında Neslihan Atagül, Özcan Deniz, Nihal Yalçın və Barış Hacıhanın iştirak etdiyi və avtobusların uğradığı bir fasilə yerində çalışan iki gəncin əhvalatını izah edən "Əraf" filmində, gənc aktrisa Neslihan Atagül də öz qabiliyyətini gözəl bir şəkildə göstərdi.
Tuktaqul (Bakalı)
Tuktaqul (başq. Туҡтағол, rus. Тактагулово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Tuktaqul kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 34 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 112 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (93 %) üstünlük təşkil edir.
Turaqul Kunabayev
Turaqul Abay oğlu Kunabayev (qaz. Тұрағұл Абайұлы; həmçinin Turaqul İbrahimov (qaz. Тұрағұл Ибрагимов); 1875, Abay rayonu, Şərqi Qazaxıstan vilayəti — 6 mart 1934, Çimkənd, Qazaxıstan SSR) — Qazaxıstan şairi, tərcüməçi, ədəbiyyatşünas və ictimai xadim. Abay Kunanbayevin Aygerim adlı həyat yoldaşından oğlu. 1875-ci ildə Abay rayonunda anadan olmuşdur. Atasının yanında böyüyən Turaqul təhsilini kənd mollasından almışdır.. Rus, ərəb, fars dillərini bilirdi. Dombra və skripka çalırdı. 1900-cü ildə Çingiz volostunun qubernatoru seçilən qardaşı Maqauiyanın müavini oldu. 1904-cü ildə özü volost vəzifəsnə keçir, amma növbəti il ​​istefa verir.
Yersin Baltaqul
Kinbozan Haruki (金峰山 晴樹, 24 iyun 1997, Almatı vilayəti) və ya Yersin Baltaqul (qaz. Ерсін Балтағұл) – əslən Qazaxıstandan olan sumoçu. Peşəkar sumo karyerasına 2021-ci ilin noyabrında başlamışdır. Səkkiz turnir və iki aşağı diviziya çempionatında iştirak etdikdən sonra yuxarı makuuçi diviziyasına yüksəlmiş və bunu bacara bilən ilk qazaxıstanlı olmuşdur. Ən yüksək dərəcəsi 2023-cü ilin mayında əldə etdiyi maeqaşira 5 dərəcəsidir. Kise məktəbinin yetirməsidir. Yerin 18 yaşına qədər cüdo ilə məşğul olmuşdur. Keçmiş yokozuna Asaşoryunun tövsiyəsindən sonra Yaponiyaya köçmüş, liseydə oxumağa və həvəskar sumo ilə məşğul olmağa başlamışdır. Daha sonra Nihon Universitetinə daxil olmuş və universitetin sumo klubuna qoşulmuşdur. 2019-cu ildə Ümum-Yaponiya çempionatında ikinci yeri tutmuş, növbəti il həmin turnirin ilk 16-lığına daxil olmuşdur.
Baqul Berdiyeva