Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəlilkənd buzxanası
Cəlilkənd buzxanası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində yerləşən buzxana. == Tarixi == Cəlilkənd buzxanası XIX əsrə aid tikilidir. Bu buzxanadan uzun zaman istifadə olunub. Kəndin girəcəyindədir, onun girişi cənubdandır. Dördkünc şəkildə inşa olunan tikili tağabənzər formada tamamlanıb. Ölkə əhəmiyyətli memarlıq abidələri sırasındadır. Əhali uzun zaman Cəlilkənd buzxanasından istifadə edib. Buzxana sonralar sıradan çıxsa da, kənddə aparılan kompleks quruculuq tədbirləri nəticəsində yenidən qurulub. Yenidənqurmadan sonra Cəlilkənd buzxanasında milli yeməklər hazırlanaraq təqdim olunacaqdır. 2015-ci ildə Cəlilkənd buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan buzxanası
Naxçıvan buzxanası — Azərbaycanın ən böyük buzxanalardan biri. Naxçıvan buzxanası Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir. Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin dağılmasına baxmayaraq, kərpic hörüklərindən görünür ki, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və çox güman ki, balaca tağbəndlərlə tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu yerləşdirilmişdir. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII–XIV əsrlər) tikildiyini göstərir.
Ordubad Buzxanası
Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir. Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür.
Arif Buzovnalı
Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı; 6 sentyabr 1972, Buzovna) — şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri == Həyat və fəaliyyəti == Arif Buzovnalı 1972-ci ildə 6 sentyabr tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989 cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb. Arif Buzovnalının ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir “Azərbaycan Gəncləri” qəzetində çap olunub. Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, həmçinin “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” Beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi olmuşdur.
Azər Buzovnalı
Məşədi Azər Hacı Məcid oğlu İmaməliyev — şair, qəzəlxan. == Həyatı == XX əsrin əvvəllərindən ədəbiyyatımızda qəzəl janrını inkişaf etdirən şairlərdən biri də Məşədi Azər Hacı Məcid oğlu İmaməliyevdir. 1870-ci ildə təsis olunmuş, Bakı ədəbi mühitinin görkəmli şeir ustadlarını öz ətrafında toplayan "Məcməüş-şüəra" ədəbi məclisinin nüfuzlu üzvlərindən olan Məşədi Azərin əsl adı Xosrov olub. 15 yaşında ikən "Azər" təxəllüsü ilə şeirlər yazmağa başlayan Xosrov İmaməliyev elə o vaxtlardan ədəbi dairələrin diqqətini cəlb etməyə başlayıb. Şərq ədəbiyyatı ilə bərabər, Şərq dillərinin də gözəl bilicisi olan A.Buzovnalı ana dili ilə yanaşı, mükəmməl bildiyi fars, özbək dillərində də şeirlər yazıb. Tədqiqatçı Ağarəfi Zeynalov qeyd edir ki, "şair azəri türkcəsindəki qəzəllərində "Azər", farsca qəzəllərində "Rüfət", satiralarında "Azər-Əyyar", mərsiyələrində isə "Xosrov" təxəllüsləri ilə çıxış edib ki, sonuncu təxəllüs özünün adıdır. Bakı şairlərini bir araya gətirən "Məcməüş-şüəra"da tez-tez çıxış edən A.Buzovnalı sonralar onun rəhbəri də olub, bu müddət ərzində bir çox gənc şairin yetişməsində, ədəbi aləmdə tanınmasında böyük rol oynayıb. İlk dəfə Azər Buzovnalını ədəbi aləmə tanıdan məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Məhz onun göstərişi və maddi köməyi ilə Məhəmməd Əmin Rəsulzadə "Açıq söz" qəzetinin mətbəəsində şairin "Həmvətənlərimə" adlı 800 beytlik mənzuməsini nəşr etdirib. 1970-ci ildə görkəmli Azərbaycan şairi, xalqını, vətənini sevən R.Rza redaktoru olduğu "Azərbaycan Sovet Ensiklopediyası"nın I cildində şairin tərcümeyi-halını dərc etdirməklə onu elmi ədəbiyyata yenidən təqdim edib.
Burxanlı (Urmiya)
Burxanlı (fars. ‎‎برهانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 370 nəfər yaşayır (104 ailə).
Buzxana məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi == Qaraağac məhəlləsi == Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. == Qoçaltı məhəlləsi == Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. == Şahab məhəlləsi == Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Qədim buzxana
Qədim buzxana — Azərbaycanın İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında yerləşir. Uzunluğu 12 m, eni 7 m olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Buzxananın cənub – qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. "Buzxana" adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır. Abidəyə Sulut kəndinə qədər avtomobillə, kənddən abidəyə qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Buzxana abidəsi (Ordubad)
Buzxana abidəsi - Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. == Abidə haqqında == Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir. Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür.