Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şübhəli
Müttəhim və ya Təqsirləndirilən şəxs — cinayət törətdiyinə görə məhkəməyə gətirilən şəxsdir. Barəsində cinayət işi açılmış və cinayət məhkəməsinin vermiş olduğu qərar hökmünün qüvvəyə minməsinə qədər cinayətdə şübhəli bilinən şəxsdir.
Cüməli
Cüməli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Cüməli (Zəncan) — İranın Zəncan ostanında kənd.
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Soğan qübbəsi
Soğan qübbəsi — Soğan formasına bənzəyən günbəzdir. Bu qübbələrin diametri, ümumiyyətlə, üzərində qurulduqları günbəz barabanından daha böyükdür və uzunluqları çox vaxt enini üstələyir. Bu soğan formalı strukturlar hamar bir şəkildə bir nöqtəyə doğru daralır. Bu, Rusiya və Ukraynada eyni zamanda Almaniyanın kilsə günbəzləri üçün üstünlük təşkil edən formadır. O, müntəzəm olaraq Avstriya, Çexiya, Şimal-Şərqi İtaliya, Şərqi Avropa, Moğol İmperiyası, Yaxın Şərq və Mərkəzi Asiyada tikilmişdir. Soğan qübbələrinin niyə və nə vaxt rus memarlığının tipik xüsusiyyətinə çevrildiyi tam aydın deyil. Bizans kilsələri və Kiyev arxitekturası günbəz nağarasının üzərində ucaldılmış xüsusi damı olmayan daha böyük, daha düz günbəzləri ilə tanınırdı. Bu qədim formadan fərqli olaraq, sac və ya plitələrlə örtülmüş rus kilsəsinin hər bir günbəz nağarası xüsusi metal və ya taxta konstruksiya ilə örtülmüşdür. On doqquzuncu əsrin sonlarında I Pyotrun hakimiyyətinə qədərki əksər rus kilsələrində soğan formalı günbəzlər var idi. Ən böyük soğan qübbələri XVII əsrdə böyük ampülləri ilə məşhur olan Yaroslavl ətrafındakı bölgədə əkilmişdir.
Aşağı Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === Gözəlov Xalid Həsən oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mahmudov Cavid Hilal oğlu (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Cüməli (Xudabəndə)
Cüməli (fars. جمعه لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (24 ailə).
Cüməli (Zəncan)
Cüməli — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 41 km qərbdədir.
Cəbəli-Tariq
Cəbəllüttariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi. == Tarix == Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı. Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi. Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi. Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir. == Əhalisi == İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir. == İqtisadiyyatı == Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir.
Yuxarı Cürəli
Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır. XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir. Əlikram Bayramov — müğənni. Nəcəfli Sadiq Nüsrət oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Əmir Saltuq qübbəsi
Əmir Saltuq qübbəsi — Ərzurumda, Çiftə minarəli mədrsənin arxasında, Üç qübbə adlanan tarixi abidənin ən böyüyü və ən əhəmiyyətlisidir. Tikilmə tarixi və kimin tikdirdiyi dəqiq müəyyən deyil. Amma Saltuqlu hökmdarı Əmir Saltuqa aid olduğu və XII əsrin sonlarında inşa edirildiyi qəbul edilir. Bir oturtmalı bünövrə üstündə yüksələn birbaşa zəmindən başlayan səkkizbucaqlı prizma formasındadır. Uzunluğu 4,75 metri aşan səkkizbucaqlı kənarı, yuxarıda üçbucaq bir alınlıqla bitir. Bu alınlıqlar qübbə ətraflı dolanan qırıqlığı bir xətt meydana gətirər. Bunların üstündə 45 sm qədər geri çəkilmiş olaraq silindrik bir blok yüksəlir. Külah konisi altda daha dik bir əymə ilə başlayırsa da, yüksəkliyinin yarısında daha ikisini bir hal alır. Bu keçid birdən olmadığı üçün ortaya bir qırıqlıq çıxmamış, papaq quruluşlu bir qübbə görünüşü almışdır. Hər gövdə divarının tam ortasında, çoxbucaqlı bir sütunla ayrılmış bir pəncərə cütlükləri vardır.
Aşağı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəbəli-Tariq funtu
Cəbəllüttariq funtu (ing. Gibraltar pound) — Cəbəllüttariqin pul vahidi, bəzən livr də adlanır. 1971-ci ilədək 1 funt = 4 kron = 20 şillinq = 240 pens, 1971-ci ildən 1 funt = 4 kron = 100 yeni pensi (1988-ci ildən sadəcə pens). Simvolu: £. Cəbəlüttariq funtu Funt sterlinqə bərabərdir.
Yuxarı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəbəli-Tariq milli voleybol komandası (qadınlar)
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəbəli-Tariq qadın milli voleybol komandası
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Çünzəli
Çünzəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 1917-ci ildə rayonun ərazisində Canşa adlı binə yeri qeydə alınmışdır. Oykonim canşalı (cahanşahlı) adlı tayfanın adından təhrifdir. Çünzəli kəndində hal-hazırda insanlar təsərüfat işləri ilə məşğul olurlar. Etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 866 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cubili (komiks)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. == Gücləri == Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. == Həyatı == İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Cubili (personaj)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. == Gücləri == Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. == Həyatı == İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Xubəli Əzizov
Əzizov Xubəli Fətəli oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor. Əzizov Xubəli Fətəli oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Lerik rayonunun Buruq kəndində anadan olmuşdur. 1971-ci ildə "mexanik" ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirib. 1971-1989-cu illərdə Azərbaycan EADNQYPİ-nun "Hidrodinamika" laboratoriyasında böyük laborant, mühəndis və böyük elmi işçi vəzifələrində işləyib. 1980-ci ildə "Yeraltı hidrodinamikanın bəzi fəza məsələləri və qeyri-bircins məsaməli mühitlərdə mayenin süzülmə məsələləri" mövzusunda namizədlik, 1994-cü ildə isə "Məsaməli mühitdə köçürülmənin qeyri-stasionar və qeyri-xətti hadisələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1989-1995-ci illərdə Azərbaycan EA MRİ-da "Neft və gazın qeyri-xətti mexanikası" şöbəsinin baş və aparıcı elmi işçisi işləmişdir. 1995-ci ildən 2014-cü ilə qədər Nijnevartovsk Dövlət humanitar universitetində professor, "Tətbiqi riyaziyyat və fizika" kafedrasının müdiri işləmişdir. 2007-2014-cü illərdə Tümen neft və qaz universitetinin professoru və bu universitetin Nijnevartovsk filialının elm üzrə direktor müavini işlmişdir. 2014-cü ildə vəzifəsindən istefa etmiş və ailəsi ilə Moskva şəhərinə köçmüşdür. İki oğlu, üç qızı vardır.
Teymuraz Cugeli
Qaqamaru Masaru (臥牙丸 勝, 23 fevral 1987, Tbilisi) və ya əsl adı ilə Teymuraz Cugeli (gürc. თეიმურაზ ჯუღელი) – əslən Gürcüstandan olan keçmiş peşəkar sumoçu. Kokkay və Toçinoşindən sonra makuuçi diviziyasına yüksəlmiş üçüncü Gürcüstan sumoçusudur. Peşəkar sumoçu kimi ilk qarşılaşmasına 2005-ci ilin noyabrında çıxmışdır. 2009-cu ilin noyabrında curyo diviziyasına, 2010-cu ilin iyulunda makuuçi diviziyasına yüksəlmişdir. Ən yüksək dərəcəsi komusubi olmuşdur. İki dəfə "Döyüşkən ruh" mükafatını qazanmışdır. 2020-ci ildə zədələndikdən sonra uzun müddət turnirlərdən kənar qalmış və karyerasını bitirdiyini açıqlamışdır. Cugeli Gürcüstanın paytaxtı Tbilisidə doğulmuşdur. Cüdo və sambo ilə məşğul olmuş, 16 yaşında hər iki idman növü üzrə milli çempionatların qalibi olmuşdur.