Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cıbıllı
Cıbıllı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı Cibikli olmuşdur. Toponim cibikli (> cıbıllı) tayfa əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 82 nəfər, 1904 - cü ildə 80 nəfər, 1914 - cü ildə 160 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır.
Cibikli
Aşağı Cibikli
Çırpılı
Çırpılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 36 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Çirpili kimi qeyd edilmişdir. Toponim «quru budaq, kol qırıntısı» mənasında işlənən çırpı sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi qoyulmuşdur.
Aşağı Cibikli
Aşağı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Cibikli kəndinin qədim adı Kosa Kərəm olub. XIX əsrdə yaxınlıqda yerləşən Cibikli kənd sakinlərinin bir hissəsi burada məskunlaşandan sonra kənd Aşağı Cibikli adını alıb. Kəndin adını Cibilli kimi yazanlar da var. Cibikli türkdilli tayfalardandır. "Cib" ərəbcə "dağ", "təbiət" deməkdir. Mənbələrdə XV əsrdə bu ərazidə Cibikli (Cibiklu) adlı qədim türk tayfasının yaşaması məlumdur. Kənd öz adını həmin tayfanın adından almışdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Aşağı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir.
Yuxarı Cibikli
Yuxarı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yuxarı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir. Keçmiş adı Tercür olmuşdur. Kənd Aşağı Cibikli kəndinə nisbətən bir qədər yüksəklikdə yerləşir. Oykonimin ikinci komponenti cibikli tayfasının adını əks etdirir. Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli cibikli tayfasına mənsub olmuşdur.
Cizgili qızılquş
Cizgili qızılquş (lat. Falco zoniventris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Çırpılı körpüsü
Çırpılı körpüsü — Arpaçay çayı üzərində inşa edilmiş körpü == Haqqında == Adını yaxınlıqdakı Çırpılı kəndindən almışdır. Orta əsrlər dövrünə aid olan bu körpü, çoxsaylı kənd və el-oba yollarını birləşdirən mühüm bir keçid olmuşdur. Arpaçay yatağının enli olması və körpünün sahilə söykənən böyük tağları onun vaxtilə Qərbi Azərbaycanın böyük və çoxaşınan körpülərindən biri olduğunu göstərir. == İndiki vəziyyəti == Körpünün yalnız sol tərəfi günümüzə qədər salamat qalmış, sağ tərəfi isə tamamilə dağılıb. Bu hissənin uçma səbəbi həmin sahildəki torpaq qatının yumşaq olmasıdır. Bu səbəbdən körpünün sağ tərəfi tamamilə məhv olmuşdur.
Cibril Sidibe
Cibril Sidibe (Fransızca tələffüz: [dʒibʁil sidibe]: 29 iyul 1992) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Fransa milli futbol komandasında müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.
Cibril Sisse
Cibril Aruun Sisse (fr. Djibril Cissé, Fransızca tələffüz: [dʒibʁil sise]; 12 avqust 1981, Arl, Fransa) — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur. Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) peşəkar bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransaya köçmüşdür. Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır.
Cubili (komiks)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. == Gücləri == Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. == Həyatı == İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Cubili (personaj)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. == Gücləri == Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. == Həyatı == İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Cəbili (Germi)
Cəbili (fars. جبيلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 212 nəfər yaşayır (44 ailə).
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
Çinili məscid külliyəsi
Çinili məscid külliyəsi — İstanbulda XVII əsrə aid külliyə. Osmanlı sultanı I Əhmədin məşhur hasəkisi və IV Muradla I İbrahimin anası olan Validə Kösəm Sultan tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, hamam və çeşmədən ibarətdir. Külliyə hasarla iki hissəyə ayrılır. Daxildə qalan hissədə məscid və mədrəsə, hasardan çöldə isə qoşa hamamlar, məktəb və çeşmə yerləşir. Məscidin qapısındakı kitabədə mədrəsədən söz açılmır. Buna görə də, mədrəsənin o illərdə deyil, daha sonra tikildiyi düşünülür. Sarayın baş memarı Qoca Qasım ağa tərəfindən inşa olunan külliyə yerləşdiyi səmtə də adını vermişdir. Külliyənin xərclərinin maliyələşdirilməsi üçün banisi Validə Kösəm Sultanın İstanbul, Rumeli, Anadolu, Məkkə və Mədinədə 1617 və 1639 tarixlərində inşa etdirdiyi imarətlərin gəlirləri bura vəqf olunmuşdur. Adını daşıdığı küçənin mərkəzində yerləşən məscid kvadrat planlı və tək gümbəzlidir. 20 mərmər sütunun üzərində saxladığı taxta tavanlı bu məscidin divarlarının üst hissəsində 3, aşağı hissələrində isə dəmir konstrukturlu 2 pəncərə məscidin daxilinin işıqlandırılmasında rol oynayır.