Aşağı Cibikli

Aşağı CibikliAzərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd.[1]

Aşağı Cibikli
39°21′17″ şm. e. 46°27′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Cibikli xəritədə
Aşağı Cibikli
Aşağı Cibikli

1993-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Cibikli kəndinin qədim adı Kosa Kərəm olub. XIX əsrdə yaxınlıqda yerləşən Cibikli kənd sakinlərinin bir hissəsi burada məskunlaşandan sonra kənd Aşağı Cibikli adını alıb. Kəndin adını Cibilli kimi yazanlar da var. Cibikli türkdilli tayfalardandır. "Cib" ərəbcə "dağ", "təbiət" deməkdir. Mənbələrdə XV əsrdə bu ərazidə Cibikli (Cibiklu) adlı qədim türk tayfasının yaşaması məlumdur. Kənd öz adını həmin tayfanın adından almışdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir

Aşağı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir. Keçmiş adı Kosakərəm olmuşdur. XIX əsrə aid mənbələrdən birinin məlumatına görə, qədim türk tayfalarından olan cibiklilərin oturaq həyata keçməsi ilə əlaqədar əvvəlcə Yuxarı Cibikli kəndinin əsası qoyulmuşdur. Kollektivləşmə illərində isə oradan çıxmış bir sıra ailələr tərəfindən Aşağı Cibikli kəndi salınmışdır. Oykonimlər yaşayış məntəqələrinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. Mənbələrdə hələ XV əsrdən cibikli/cibiklu tayfasının bu ərazidə yaşaması haqqında məlumat verilir. Qazax r-nunun Çaylı kəndində də cibişli nəsli qeydə alınmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Kosa Kərəm çayının (Bərgüşad çayının qolu) sahilində yerləşir.

Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli cibikli tayfasına mənsub olmuşdur.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]