Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çirmeşən rayonu
Çirmeşən rayonu (tatar. Чирмешән районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənubunda yerləşir. İnzibati mərkəzi Çirmeşən kəndidir. Rayon cənub-qərbdən Nurlat ilə, qərbdən Aksubay, şimal-qərbdən Novoşeşminski ilə, şimal-şərqdən Əlmət, şərqdən Leninoqorsk rayonları ilə, cənubdan Samara vilayəti ilə (Çelno-Verşinski və Şentalinski rayonları) həmsərhəddir. Ən böyük çayları: Şeşma, Bolşoy Çirmeşən. Rayon ərazisində zəngin neft yataqları vardır. Rayonun ərazisi 1920-ci ilə qədər Kazan vilayətinin Çistopol qəzasına və Samara vilayətinin Buqulma qəzasına, 1920-1930-cu illərdə Çistopol və Buqulma kantonlarına daxil idi. Rayon ilk dəfə 10 avqust 1930-cu ildə Pervomayski adı ilə qurulmuşdur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir və Oktyabrski, Almət rayonlarının bir hissəsi olur.