ARA I is. İki şey arasındakı məsafə, boşluq, ortalıq. Çalışaq girməsin yadlar araya (S.Rüstəm).
ARA II is. Əlaqə, münasibət, rəftar. Yoxdur sevən gənc könlümün bu hicranla arası (S.Rüstəm).
ARA III is. Fasilə. Kəndin ayağında maşınların gurultusu ara vermirdi (B.Bayramov).
ARA IV f. Axtarmaq, araşdırmaq. Mən üç gündür ki, at belində səni arayıram (C.Cabbarlı).