Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyhun Camalov
Ceyhun Fikrət oğlu Camalov (17 yanvar 1983, Yenikənd, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Ceyhun Fikrət oğlu Camalov 17 yanvar 1983-cü ildə Quba rayonunun Yenikənd kəndində anadan olub. 1999-cu ildə şəhid Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. == Hərbi Xidməti == 2016-cı ildə Ceyhun Camalov Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi döyüşlərində xüsusi təyinatlı kimi iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Elvin Camalov
Elvin Sərkər oğlu Camalov (4 fevral 1995, Qax ) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. == Bioqrafiyası == Elvin 13 yaşından futbolla məşğul olmağa başlamışdır. O, Qax şəhər uşaq futbol məktəbinin yetirməsidir. Elvin Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının oyun idman növləri fakultəsində təhsil almışdır. == Klub karyerası == Elvin Camalov öz peşəkar futbolçu karyerasına Zaqatalanın "Simurq" klubunun gənclərdən ibarət U-15 yığmasında başlamışdır. 2009-cu ildə Qəbələ Futbol Akademiyasına qəbul olmuşdur. Burada əvvəlcə U-15, U-17 yığmalarında çıxış etsə də, 2012-ci ildə klubun əvəzedicilər yığmasında oynamağa başlamışdır. === Çempionat === Elvin 2013-cü ildən "Qəbələ" klubunun əsas yığmasının oyunçusudur. O, klub ilə debütünü 25 oktyabr 2013-cü ildə Premyer Liqanın XI turunda "Sumqayıt" klubuna qarşı oyunda etmişdir. O, bir müddət klub daxilində № 33 forma ilə çıxış etmişdir.
Fariz Camalov
Fariz Camalov (azərb. Camalov Fariz Hidayət oğlu;‎) — Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, birinci Qarabağ müharibəsinin veteranı == Həyatı == 1963-cü ildə Şərur rayonunda anadan olub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. == Təltif və fəxri adları == Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Kamal Camalov
Kamal Həsən oğlu Camalov (5 dekabr 1973, Qıvraq, İliç rayonu) — yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kamal Camalov 5 dekabr 1973-cü ildə Naxçıvan MSSR-in Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dil-ədəbiyyat ixtisası üzrə məzunudur. Təhsil aldığı illərdə "Abbas Zamanov adına təqaüd"ə layiq görülmüşdür. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasında müəllim, 2001-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına (qiyabi şöbəsinə) daxil olmuş ("Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi" ixtisası üzrə) və 2004-cü ildə "Hüseyn Cavidin pedaqoji ideyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-cu illərdə Naxçıvan Dövlət Universiteti "Gənc Alimlər Şurası"nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir.
Mərdan Camalov
Camalov Mərdan Talıb oğlu — == Həyatı == 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. == Siyasi fəaliyyəti == 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür.
Natiq Camalov
Natiq Yunis oğlu Camalov - Tabur komandiri, baş leytenant. Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. Kərbəlayi Miralılar nəslindəndir. == Həyatı == Natiq Yunis oğlu Camalov 1957-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuşdur. Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. == Döyüş yolu == Azərbaycana qarşı ərazi iddiasında olan mənfur qonşularımız havadarlarının himayəsi ilə Qarabağda fitnə-fəsad törədəndə Kərbəlayi Miralılar nəslinin qəhrəman övladı olan Tabur komandiri baş leytenant Natiq Camalov silahdaşları ilə vətənimizin hər qarışı uğrunda xain düşmənlə döyüşdü. Göstərdiyi qəhrəmanlıqlarla döyüş yoldaşları arasında hörmət, etibar qazandı. Natiq Camalov 15 iyun 1992-ci ildə Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. == Mənbə == Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı.
Qərib Calalov
Calalov Qərib İsaq oğlu — texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri. == Həyatı == Qərib Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur. 1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1990-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.
Rövşən Camalov
Rövşən Saleh oğlu Camalov - şəhid. "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Bəhruz Camalovun kiçik qardaşı. Kərbəlayi Miralılar nəslindəndir. == Həyatı == Rövşən Saleh oğlu Camalov 1973-cü ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuşdur. Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbinə qəbul olunmuşdur. O, Qarabağda baş verən hadisələrə biganə qala bilmədiyi üçün təhsilini yarımçıq qoyub canından artıq sevdiyi vətəninin müdafiəsinə qalxmışdır. == Döyüş yolu == Rövşən Camalovun ilk döyüş yolu Yaqub Rzayevin yaratdığı Ağdam rayonunun özünümüdafiə dəstəsindən başlayır. Sonralar o, Azərbaycanın ilk çağırışçısı olaraq Milli Ordumuzun qurucularından biri, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı ilk nizami özünümüdafiə batalyonunda qulluq etmiş, bölük komandiri olmuşdur. O, döyüş yoldaşları arasında “General Ərşad” adı ilə tanınan şəhid Ərşad Nadirovun komandir olduğu batalyonda da döyüşmüşdür.
Süleyman Camalov
Süleyman Camalov (1940, İlisu, Qax rayonu) — tibb elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar həkimi, publisist. == Həyatı == 26 oktyabr 1940-cı ildə Qax rayonunun İlisu kəndində anadan olub.1947–1957-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində oxumuş, 1957-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu bitirmişdir. 1963–1966-cı illərdə təyinat üzrə Zakatala rayonunda Acınohur kənd xəstəxanasının baş həkimi və Qala kənd həkim məntəqəsinin müdiri vəzifələrində işləmişdir. 1967-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun II terapiya kafedrasında aspiranturaya daxil olmuşdur, 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Aspirantura dövründə ağciyər və ürək xəstəliklərinin funksional diqanostika üsullarını öyrənmək üçün Moskva şəhərinə ezam olunmuş, akademik B. V. Petrovskinin rəhbərlik etdiyi Kliniki və Eksperimental Cərrahiyə İnstitutunda və akademik B. E. Votçalın rəhbərlik etdiyi II terapiya kafedrasında bu üsulları öyrənmiş və Azərbaycanda ilk dəfə spiroqrafiya, kapnoqrafiya, oksihemometriya, pnemotaxometriya, bronxospirometriya üsulları tətbiq etmişdir. 1970–1972-ci illərdə Bakı şəhərində Respublika döş qəfəsi cərrahiyyəsi klinikasında həkim terapevt və funksional diaqnostika kabinetinin rəhbəri işləmişdir. Həmin illərdə 2 dəfə Moskva və Stavropol şəhərlərində ixtisasartırma kursunda olmuşdur. 19 mart 1972-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitunun funksional diaqnostika kafedrasında assistent seçilmiş, 6 may 1972-ci ildə III terapiya kafedrasına assistent vəzifəsinə keçirilmişdir. 1976-cı ildə Leninqrad şəhərində "hərbi-səhra terapiyası" kursunu, 1978-ci ildə "fiziologiya, biofizika və tibbi kibernetika" kursunu (Moskva şəhəri) bitirmişdir. 1984-cü ildə Moskva şəhərinə Ümumittifaq kardioloji elmi mərkəzinə ezam olunmuş, orada ürək, qan-damar sistemi xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını öyrənmişdir.
Yavər Camalov
Yavər Talıb oğlu Camalov (17 oktyabr 1949, Çöl Beşdəli, Sabirabad rayonu – 23 iyun 2018, İsrail) — Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (2006–2018). == Həyatı == Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972-ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.Ailəli olmuşdur, 3 övladı var. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti = == Yavər Camalov 2003–2006-cı illərdə "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Əli Camalov
Əli Yəhya oğlu Camalov (2 fevral 1969, Maxta, İliç rayonu – 1994, Füzuli rayonu) — "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş şəhid."Azərbaycan Respublikasının Milli Qəhrəmanı". == Həyatı == Əli Camalov 2 fevral 1969-cu ildə Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1992-1994-cu illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü-Qarabağ uğrunda gedən döyüşlərdə düşmənə qarşı qərmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksəlmiş və həmin ilin oktyabrın 25-də Bakı şəhərində dağustu parkdakı şəhidlər xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.
İlqar Calalov
İlqar Salman oğlu Calalov (28 dekabr 1973, İmirli, Bərdə rayonu – 16 iyun 1998, Füzuli rayonu)— Azərbaycan şəhidi. == Həyatı == 1987-ci ildə təhsilini Bərdə rayon 1 nömrəli orta məktəbdə davam etdirmişdir. 1991-ci ildə Bərdə rayon 1 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == 1997-ci ildə leytenant rütbəsində zabit kimi, hərbi xidmətə başlayıb. O Füzulu, Beyləqan istiqamətində ön cəbhədə taqım komandiri kimi xidmət göstərmişdir. 1998-ci ilin yanvar ayında baş leytenant hərbi rütbəsi alan İlqar Calalov 16 iyun 1998-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Baba Çakalo
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.