Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fallos
Wallows
Wallows — Dilan Minet, Breydan Lemasters və Koul Preston tərəfindən Los-Ancelesdə qurulmuş alternativ rok qrupu. Qrup 2017-ci ildən etibarən müstəqil olaraq mahnılar buraxmağa başlayıb. Onların "Pleaser" adlı mahnısı Spotify Qlobal Viral 50 hit-paradında ikinci yerdə qərarlaşıb. 2018-ci ildə Wallows Atlantic Records ilə müqavilə bağlayıb. Həmin il ilk mini-albomları olan "Spring EP"-i buraxıblar. Qrup 2019-cu ildə debüt studiya albomu "Nothing Happens"-i, ardınca isə "Remote" adlı mini-albom yayımlayıb. Onlar 2022-ci ildə ikinci albomları olan "Tell Me That It's Over"-i təqdim ediblər.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Angelica callii
Angelica callii (lat. Angelica callii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Anri Vallon
Anri Vallon (15 iyun 1879[…] və ya 15 mart 1879, Paris – 1 dekabr 1962[…], Paris) — fransız psixoloqu. Əməllə idrakın əlaqəsini göstərmişdir. Ontogenetik inkişafın mərhələlərinin sxemini təklif etmişdir.
Charlie Callas
Çarli Kallas — ABŞ aktyoru, komediyaçı.
Collinsia callosa
Collinsia callosa (lat. Collinsia callosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin collinsia cinsinə aid bitki növü.
Gallop (studiya)
Gallop Co., Ltd (株式会社ぎゃろっぷ, Kabuşiki qayşa Gyaroppu) — Studio Gallop (スタジオぎゃろっぷ, Sutajio Gyaroppu) kimi də tanınan, 1978-ci ilin dekabr ayında təsis edilən Yaponiya animasiya studiyası. == İşləri == === Anime serialları === Touch (1985–1987) High School! Kimengumi (1985–1987) The Three Musketeers Anime (1987–1989) Kiteretsu Daihyakka (1988–1996) Gaki Deka (1989–1990) Miracle Giants Dome-kun (1989–1990) Tanken Gobrin Shima (1990–1991) Genji Tsūshin Agedama (1991–1992) Chikyū SOS Soreike Kororin (1992–1993) Hime-chan's Ribbon (1992–1993) Akazukin Chacha (1994–1995) Kochira Katsushika-ku Kamearikouen-mae Hashutsujo (1996–2008) Kodomo no Omocha (1996–1998) Rurouni Kenshin: Meiji Swordsman Romantic Story (1996–1997) Anime TV de Hakken! Tamagotchi (1997–1998) Initial D (1998) Ojarumaru (1998-ongoing) Transformers: Car Robots (2000) Yu-Gi-Oh! Duel Monsters (2000–2004) Bakuten Shoot Bayblade (2001–2003) Forza! Hidemaru (2002) Bomberman Jetters (2002–2003) Legendz Yomigaeru Ryuuou Densetsu (2004–2005) Morizo to Kikkoro (2004–2005) Yu-Gi-Oh! Duel Monsters GX (2004–2008) Animal Yokochō (2005–2006) Eyeshield 21 (2005–2008) Hataraki Man (2006) Yu-Gi-Oh! 5D's (2008–2011) Mainichi Kaasan (2009–2012) Yu-Gi-Oh! Zexal (2011–2014) Lady Jewelpet (2014–2015) Majin Bone (2014–2015) Yu-Gi-Oh! Arc-V (2014–2017) Jewelpet: Magical Chance (2015–2016) Yu-Gi-Oh!
Giş-qallop
Giş-qallop (ing. Gish gallop, /ˈɡɪʃ ˈɡælʌp/) — mübahisədə olan şəxsin bu arqumentlərin düzgünlüyünə və ya gücünə əhəmiyyət vermədən həddindən artıq sayda arqument təqdim edərək rəqibini alt-üst etməyə çalışdığı ritorik texnika. Əslində, bu, qeyd olunan arqumentlərin keyfiyyəti hesabına öz arqumentlərinin kəmiyyətinə üstünlük verməkdir. Bu termin 1994-cü ildə antropoloq Yucini Skott tərəfindən irəli sürülmüşdür. O, bunu ABŞ kreatsionisti Dueyn Gişin şərəfinə adlandırmışdır və Gişin təkamülün elmi həqiqətinə etiraz edərkən bu texnikadan tez-tez istifadə etdiyini iddia etmişdir. Bu, yayılma adlanan başqa bir müzakirə üsuluna bənzəyir. Burada bir nəfər son dərəcə sürətli danışaraq rəqibinin qaldırılan bütün dəlillərə cavab verməməsinə səbəb olur. Ümumiyyətlə, Giş-qallopu strukturlaşdırılmış müzakirədə istifadə etmək daha çətindir, nəinki sərbəst formada olandan. Mübahisəçi Giş-qallopdan istifadə edən bir rəqibin bu xüsusiyyətini tanıyırsa, onun Giş-qallopa başlamaq fürsətindən əvvəl rəqibin tez-tez istifadə olunan arqumentlərin qabaqcadan qarşısını almaq və onları təkzib etməklə bu texnikaya qarşı çıxmaq olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Grant, John.
Marsiyak-Vallon
Marsiyak-Vallon (fr. Marcillac-Vallon, oks. Marcilhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12138. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1680 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 917 nəfər (15-64 yaş arasında) arasında 696 nəfər iqtisadi cəhətdən fəal, 221 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 74.2%).
Mil qallon
Mil qallon (ing. Miles per gallon, MPG) - Şimali Amerika və Böyük Britaniyada istifadə edilən ölçü vahididir. Nəqliyyat vasitəsinin 1 qallon yanacaqla neçə mil məsafə qət edə biləcəyini ifadə edir. ABŞ-də 1 qallon 3,785, Böyük Britaniyada isə 4,546 litrə bərabərdir. 1 mil hər iki ölkədə eynidir və metrik ölçü sistemində 1 609 metrə bərabərdir.
Məhəmməd Kallon
Məhəmməd Kallon (5 oktyabr 1979) — Syerra Leone futbolçusu. Peşəkar karyerasına 1994-cü ildə qara qitədə başlayan Kallon 1995-ci ildə Avropaya üz tutaraq, İnter Milan klubu ilə anlaşıb, lakin heyətində gənc futbolçuya yer tapmayan milanlılar qarşıdakı dörd ildə onu İsveçrənin Luqano, İtaliyanın Boloniya, Cenoa və Kalyari klublarına icarəyə verib. 1999-cu ildən 2001-ci ilədək Reccina və Viçenzada oynadıqdan sonra İnterə dönüb. 2004-cü ilədək Milan klubunda çıxış edib və bu dəfə Fransaya üz tutub. 3 ildə Monakounun formasını geyindikdən sonra Səudiyyə Ərəbistanının Əl-İttihad, Yunanıstanın AEK Afina və Birləşmiş Ərəb Əmirliklərinin Əl-Şahab klublarında çıxış edib. Bu ilin əvvəlində isə vətəni Syerra Leoneyə dönüb. 30 min dollara ölkəsində futbol klubu alıb və öz adını ona verib. Demək olar ki, karyerasını başa vuran, yalnız həvəskar səviyyədə oynayan Kallon 2004-cü ildə İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Buna səbəb isə onun dopinq qəbul etməsi olub. Bu səbəbdən o, 8 ay futboldan kənarda qalıb.
Qərib Calalov
Calalov Qərib İsaq oğlu — texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri. Qərib Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur. 1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1990-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.
Sandra Ballok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Spiraea callosa
Yapon topulqası (lat. Spiraea japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Yaponiyada, Çində, Koreyada yayılmışdır. Hündürlüyü 2 metrdən çox olan koldur. Kolların təbii forması müxtəlifdir — piramidal, düzdayanan, sallaq, sürünən, yarımşarşəkilli formalarına rast gəlinir. Topulqaların müxtəlif növləri yarpaqların forması və rəngi ilə fərqlənir. Bir çox sortları payızda parlaq yaşıl rəngini parlaq qırmızı, narıncı və ya sarı rəngə dəyişir. İyunun axırları topulqa çiçəkləyir və payızın axırlarınadək bu gözəllik qalır. Topulqanın cavan zoğları keçəli tükcüklüdür, sonradan çılpaqlaşır və budaqları tamam hamar olur. Temperatur dəyişkənliyini yaxşı keçirir, torpağın keyfiyyətinə tələbkar deyil və zəif şaxtalara davamlıdır.
Vallon dili
Vallon dili (Walon) — Belçikanın Valloniya regionunun geniş hissələrində (70%) və XX əsrin ortalarına qədər Şimali Fransanın bəzi kəndlərində (Qivenin yaxınlığında) əsas dil kimi danışılan bir Roman dilidir. Ən görkəmli üzvü fransız dili olan Oil dil ailəsinə məxsusdur. Maurice Piron, Anthologie de la littérature wallonne, Mardaga, Liège, 1978 (661 pages) ISBN 2-8021-0024-6.
Yellow Submarine
Yellow Submarine — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Callum Styles
Kallum Con Styles (d. 28 mart 2000, Buri, İngiltərə ) — ingilis əsilli Macarıstan millisinin futbolçusu . O, yarımmüdafiəçi və sol cinah müdafiəçi mövqelərində oynayır. Çempionşip komandalarından biri olan Barnsley- də oynayır. == Karyera == === Bury === Styles 1 iyul 2016-cı ildə EFL League One komandası Bury- yə qoşuldu. Peşəkar debütünü 8 may 2016-cı ildə Sautend Yunayted ilə mövsümün son oyununda etdi. Növbəti mövsümdə Styles ilk assistini 18 fevral 2017-ci ildə Chesterfield- ə qarşı etdi. 2016-17 mövsümündə 13 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Növbəti mövsüm, Bury komandası Stylesi liqada düzgün qeydiyyatdan keçirə bilmədi. === Barnsley === 6 avqust 2018-ci ildə Styles £500,000 qarşılığında EFL League One komandası Barnsley- ə transfer oldu.
Vallon Brabantı
Vallon Brabantı (fr. Brabant wallon, nid. Waals-Brabant, alm. Wallonisch-Brabant‎; vallon. Roman Payis) Belçikanın 10 əyalətindən biridir. Belçika əyalətləri içərisində ən kiçiyidir. 1 yanvar 1995-ci ildə Vallon Brabantı Flamand Brabantından ayrıldı. Eno, Namür, Lyej və Flamand Brabantı ilə sərhədlənir. İnzibati ərazi mərkəzi Vavr şəhəridir. Sahəsi: 1091 кm² Əhalisi: 379 515 nəfər.
İlqar Calalov
Qordon Tallok
Qordon Tallok (ing. Gordon Tullock; 13 fevral 1922 – 3 noyabr 2014, De-moyn) — amerikalı iqtisadçı. Çikaqo Universitetində hüquq elmləri doktoru dərəcəsini almışdır (1947). Virciniya Politexnik İnstitutunda (1968–1983), Corc Meyson Universitetində (1983–1987) işləyib. Arizona Universitetində İqtisadiyyat və Siyasi Elmlər professoru (1987-ci ildən). Yeni siyasi iqtisad məktəbinin banilərindən biri. "İctimai Seçim" Cəmiyyətinin prezidenti (1965). Adam Smit mükafatı laureatı (1993). Tullock G. The Politics of Bureaucracy — Washington: Public Affairs Press, 1965. 228 p.
Fallo tetradası
Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması – stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası – sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir. == Tarix == == Patafiziologiyası == Əsas çatmamazlıq ağciyər arteriyasının daralması nəticəsində ağciyərlərə gələn qanın miqdarının azalması və sağ-sol şuntun hesabına meydana çıxır. Venoz qan sağ mədəcikdən ağciyər arteriyasından yan keçməklə bir başa mədəciklərarası çəpərin qüsurundan və ya mədəciklərarası dəlikdən sol mədəciyə daxil olaraq oradan aorta sisteminə – böyük qan dövranına daxil olması hipoksemiyaya (oksigen azlığı)na, mərkəzi sianoza sabəb olur. Ağciyərlərin qan təchizatı bir sıra faktorlardan asılıdır: sağ mədəcik çıxacağının obstruksiya dərəcəsindən, sağ mədəcik daxili təzyiqdən , periferik qan damarlarının müqavimətindən. Sağ mədəciyin işi artmış olduğundan onun əzələ qatı qalınlaşır – hipertrofiyalaşır: sağ mədəcik çıxacağının obstruksiyası – daralması və sağ-sol şuntu getdikcə artır. Nəticə etibarilə ağciyərlərə gələn qanın azalması bronxial və aortapulmonal kollateral damarların inkişafına səbəb olur. == Diaqnostikası == Sianoz – göyərmə fallo tetradasının əsas əlamətidir. Lakin bu əlamət gizlin qalaraq özünü göstərməyə də bilər. Belə ki, ağciyər arteriyasının daralma və aortanın yerdəyişmə dərəcəsindən asılı olaraq fallo tetradası sianozsuz – "ağ tip" və sanozlu – "göy tip" klinik formalarına bölünür. Digər əlamətlər əsasən 1 yaşınadək get-gedə artan sianoz əlamətləri, çəki artımının olmaması və yüngül iş gərginliyinə dözümsüzlükdən ibarətdir.
Jak Kallo
Jak Kallo (fr. Jacques Callot; 1592[…] və ya 25 mart 1592, Nansi – 25 mart 1635[…] və ya 24 mart 1635, Nansi) — fransız qravürçü və rəssam. Ən böyük ofort texnikasının ustası (cəmi 1500-dən çox qravür buraxmışdır), ofort texnikasının yeni növünün ixtiraçısıdır. == Bioqrafiyası == Jak Kallo, 1592 və ya 1593-cü ildə Nansidə, Lotaringiya qəhrəmanı Jan Kallonun böyük ailəsində anadan olmuşdur. Uşaqlıqdan rəsmlə maraqlanır, küçədə gördüyü hər şeyi təsvir etməyə çalışırdı. 1609-cu ildə bir versiyaya görə — gəzən qaraçılarla birlikdə Romaya piyada getmişdir. Əvvəlcə, rəssam Remicio Kantaqallina ilə birlikdə Florensiyada, sonra Romada, gənc rəssam etch sənətini mənimsədiyi məşhur qravürçü Antonio Tempestanın emalatxanasında təhsil aldı. 1611-ci ildən Kallo Florensiyada çalışdı, burada 1612-ci ildə Culio Parici atelyesinə fəaliyyətini davam etdirdi. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Сомов, Александр Андреевич. Калло, Жак // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Qallo dili
Qallo dili — Fransa regional dili. Qallo roman dili və Oil dillərindəndir. Yuxarı Brittany və Normandiyanın bəzi qonşu hissələrinin tarixi dilidir. Lakin bu gün əhalinin yalnız kiçik bir hissəsi tərəfindən danışılır və fransız dili ilə böyük ölçüdə əvəz edilmiş.
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Çallen Sievers
Çallen Sievers (19 aprel 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Çallen Sievers Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.