SO
SOAK
OBASTAN VİKİ
.so
.so — Somalinin İnternet kodu.
So Close, So Far
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. == Süjet == Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
So-Brena
So-Brena (fr. Sault-Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01396. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1043 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 663 nəfər (15-64 yaş) arasında 490 nəfər iqtisadi cəhətdən, 173 fəaliyyətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 64.4%) idi. 490 fəal sakindən 419 nəfər (239 kişi və 180 qadın) işləyir, 71 nəfər işsizdir (33 kişi və 38 qadın).
So Fucimoto
So Fucimoto (yap. 藤本 壮介; 4 avqust 1971, Hokkaydo, Hokkaydo prefekturası) — Yaponiya memarı. 1971-ci ildə Hokkaydoda anadan olmuş, 1994-cü ildə Tokio Universitetindən məzun olmuşdur. 2000-ci ildə Sou Fujimoto Architects adlı öz ofisini yaratmışdır. Memar yüngül strukturları və keçirici əlavələri ilə tanınır. Onun 2013-cü ildə dizayn etdiyi bir neçə ev Londonda Serpentayn qalereyasının pavilyonunda müvəqqəti sərgilənmişdir.2008-ci ildə "So Fucimoto: İbtidai gələcək" adlı kitabını nəşr etdirmişdir. Kitab həmin tarixə kimi olan işlərinin xülasələrindən və ibtidai gələcək konsepsiyasından bəhs edir.2000-ci ildə öz ofisini yaratdıqdan sonra Yaponiya və Avropada evlər dizayn etməyə başlamışdır. Onun dizayn etdiyi bir çox tikilinin arxasında duran ideyaya görə tikilinin funksiyası insan davranışı tərəfindən müəyyən olunur. 2019-cu ildə Fucimoto Parisi yenidən kəşf etmək layihəsi üçün seçilən 23 memardan biri olmuşdur. Onun bu layihəyə töfhəsi Parisin XVII əsr planını yenidən dizayn etmək olmuşdur.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
So Xan
So Xan - türk, monqol və altay mifologiyasında qaranlıq ilahı. Yerin altında yaşayır, Yo Xanın oğludur. == Etimologiya == (So/Sog) kökündən törəmişdir. Soyuqluq, görməzlik bildirən bir köktür. Soğmak feli, məğlub etmək və üzmək mənaları ehtiva edir. Soyuq sözüylə də əlaqədardır.
So Yoci
Seo Yea-ji (kor. 서예지:6 aprel 1990, Seul) — Cənubi Koreya aktrisası. Aktyorluq karyerasına Potato Star 2013QR3 (2013–2014) sitcomunda başladı. Bunun ardınca Diary of a Night Watchman (2014), Last (2015) — triller və Moorim School: Saga of the Brave (2016) fantasik filmlərində əsas rollar gəlir. Televiziya seriallarında diqqət çəkən baş rollara Save Me (2017) və Lawless Lawyer (2018) daxildir. Psix, amma bu yaxşıdır (teleserial, 2020) romantik dramı ilə ön plana çıxdı. == Karyera == === 2013–2016 === Yoci, aktrisalıq karyerası qurmaq fikrində deyildi, amma o zaman hal-hazırda bağlı olduğu şirkət Made in Chan Entertainment-in baş direktorunun diqqətini çəkdi və o, Yocini aktrisa olmağa inandırdı. 2013-cü ilin mart ayında SK Telecom -un reklamına çəkilərək əyləncə sektoruna qədəm qoydu. 2013-cü ilin may ayında Samsung Galaxy S4-də Min-joo rolunu əks etdirən Sevgi qısametrajlı filmində rol aldı. 23 sentyabr 2013-cü ildən 15 may 2014-cü ilədək 120 bölüm yayımlanan tvN sitcom Potato Star 2013QR3 -də aktrisa kimi debüt etdi.
So Çanbin
So Çanbin (kor. 서창빈; 11 avqust 1999) — mahnı müəllifi, prodüser, aparıcı reper və rəqqasdır. 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qrup "Stray Kids"in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 109 mahnının müəllifidir. == Bioqrafiya == So Çanbin 11 avqust 1999-cu ildə Cənubi Koreya-da anadan olub. Özündən böyük bacısı da var. Uşaq ikən ibtidai sinifdə prezident, alim və ya bədən tərbiyəsi müəllimi olmaq istədiyini düşünürdü. Çanbin valideynlərini razı salmaq üçün yaxşı oxumağı və ən yaxşı 100 universitetdən birinə qatılmağı planlaşdırırdı. Ancaq bir müddət sonra repə maraq göstərməyə başladı. Valideynləri əvvəlcə oğullarının seçimindən çox da məmnun deyildilər, lakin sonradan onun marağını gördükləri üçün razılaşdılar, daha sonra Çanbin JYP Entertainment-də seçmələrə qatıldı və uğur qazandı. O, Bora Liseyini bitirib.
Tokiva-so
Tokiva-so (トキワ荘) – Yaponiyanın Tokio şəhərinin Toşima rayonunda keçmiş mənzil binası. 1960-cı illərdə Osamu Tezuka kimi bir sıra məşhur manqakalar bu binada yaşadığı üçün manqa fanatları arasında məşhur yerə çevrilmişdir. Bina 1982-ci ildə sökülsə də, yerində manqa muzeyi tikilmişdir. == Tarixi == Tokiva-sonun açılışı 6 dekabr 1952-ci ildə baş tutmuşdur. Həmin dövrdə binanın aylıq kirayə haqqı 3000 yen təşkil edirdi. 1953-cü ildə "manqanın atası" hesab olunan Osamu Tezuka bu binada yaşamağa başlamışdır. Tezliklə başqa tanınmış manqakalar onu izləyərək bu binaya köçmüşdürlər.Tezuka 1954-cü ildə Zoşiqayada yerləşən Namiki evinə köçsə də, digər manqakalar bu binada yaşamağa davam etmişdirlər. Onlar Hiro Teradanın başçılığı altında "Yeni Manqa Partiyası" adlı manqaka qrupu yaratmışdırlar. Tezliklə bina "manqakaların Şanqri-Lası" ləqəbi ilə tanınmağa başlamışdır. == Muzey və əlaqəli tikililər == Orijinal bina 1982-ci ildə sökülsə də, manqa fanatları bu yerə maraq göstərməyə davam etmişdirlər və nəticədə, 7 iyul 2020-ci ildə burada Toşima Şəhər Tokiva-so Manqa Muzeyi açılmışdır.
Uesli So
Uesli So (9 oktyabr 1993, Filippin) Amerikanı təmsil edən Filippin qrosmeysteri. 2008-ci ilin oktyabrında 2600-ü keçən ən gənc şahmatçı oldu. 2015-ci ildə Millionaire Chess Opendə qalib gəlməsi və 2015-ci ildə Tata Steel Chess turnirində ikinci olması onu reytinq siyahıda yuxarıya daşıdı. Üç dəfə Filippin Çempionu olmuşdur. 2009-cu ildə keçirilən Şahmat üzrə Dünya Kubokunda 16 yaşlı şahmatçı dördüncü raunda qədər mübarizə apardı. 9 oyundan 6.5 xal toplayaraq Asiya Çempionatında ikincilik ilə növbəti Dünya Kubokuna vəsiqə qazandı. 2011-ci ilin iyul ayında yenidən ölkə çempionu olur. Zona 3.3-də oynaraq ikinci yer ilə 2013 Dünya Kubokuna vəsiqə qazanır. Daha sonra Reykjavik Opendə birinci yeri bölüşdürür. So həmçinin 2013 Kazan yay Universiadasının qalibidir.
Han Hun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Han Hva-So
Han Hva-So (d. 3 fevral 1963) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Hva-So Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Han Hyun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Hu Yon-So
Hu Yon-So (d. 2 iyul 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hu Yon-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Hu Yon-So Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Jung So-min
Jung So-min (16 mart 1989, Busan) — Cənubi Koreya aktrisası. == Həyatı == Jung So-min 16 mart 1989-cu ildə Cənubi Koreyanın Busan şəhərində anadan olub.
Kim Hva-So
Kim Hva-So (d. 2 mart 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Hva-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kim Mi-So
Kim Mi-So (d. 10 iyun 1962) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Mi-So Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Mi-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kim So Vol
== Haqqında == Kim Sowol (김소월) (7 sentyabr 1902 – 24 dekabr 1934) koreyalılar tərəfindən ən çox sevilən Koreya şairlərindəndir. Yapon müstəmləkəsi dövründə fəaliyyət göstərmiş bu şairin əsl adı Kim Jeongsikdir (김정식) və Kim Sowol əsərini dərc edərkən istifadə etdiyi təxəllüsdür. Kim Sowol 33 illik qısa bir ömür yaşasa da, o, bir xalq şairi kimi 150-yə yaxın şeir yazıb və bu gün də koreyalıların duyğularını özündə əks etdirən şeirləri ilə sevilib. == Həyat və fəaliyyəti == Şair Kim Sowol (김소월), 1902-ci ildə Şimali Pyonqan əyalətinin Qusonqqun, Seosanmyeon, Vanginri şəhərində Kim Seongdo və Jang Gyeongsukun ailəsində anadan olub. O, atasının məmləkəti Namdandong, Qwaksanmyeon, Jeongjugun, Şimali Pyonqan əyalətində (indiki Namdanri, Qwaksangun, Şimali Pyonqan vilayəti) böyüyüb. 1904-cü ildə onun atası Kim Seonqdo qohumunun evində at sürərkən, Çenju ilə Qvaksan arasında dəmiryolunu çəkən yapon çobanları yemək oğurlamaq üçün Kim Seonqdonu qaçırmağa çalışırlar. Xoşbəxtlikdən onun həyatı xilas edilir, lakin o, ağır hücumlardan sonra TSSB-dən əziyyət çəkməyə başladı. O, yeməkdən imtina etdi və ailəsi ilə danışmadan otaqda qalırdı. Sonra aclıqdan öldü. Gənc Kim Sowol atasına yazığı gəlirdi.
Li Nam-So
Li Nam-So (d. 21 may 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Nam-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Liza so-iuy
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Min Hye-So
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. == Ailəsi == Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.
Mugil so-iuy
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Pak So Cun
Park Seo-joon (doğum adı: Park Yong-kyu; 16 dekabr 1988, Seul) — Cənubi Koreyalı aktyor və model. Daha çox "She Was Pretty (2015)", "Fight for My Way (2017)" ," What's Wrong with Secretary Kim" (2018) və " Itaewon Class (2020)" seriallarından; eyni zamanda "Chronicles of Evil (2015)", "Midnight Runners (2017)", "The Divine Fury (2019)" filmlərindən tanınır. == Gəncliyi == Socun Seulda anadan olub. Məcburi hərbi xidmətə 2008-ci ildə 19 yaşında başladı və 2010-cu ildə tərxis olundu. == Karyera == Pak 2011-ci ildə Bang Yonqkuk-un "I Remember" singlinin klipində rol alaraq debut etdi. Ardınca "Dream High 2 (2012)", "Pots of Gold (2013)", "One Warm Word (2013)" və "A Witch's Love (2014)" televiziya dramlarında rol aldı. 2013-cü ilin oktyabrından 2015-ci ilin aprelinədək Music Bank-ın aparıcısı olub. Çıxış rolları 2015-ci ildə "Kill Me, Heal Me" və "She Wet Pretty" dramlarıyla gəldi. Elə həmin il Pak, "The Chronicles of Evil" triller filmində rol aldı. 2016-cı ildə Pak Qo Ara və Pak Hyon Şik-in ilə birlikdə Hwarang: The Poet Warrior Youth adlı gənclik tarixi dramında rol aldı.
Par Kap-So
Par Kap-So (d. 25 noyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Par Kap-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
So Myun-yoon
So Myun-yoon (15 iyun 1992) — Cənubi Koreyalı fristaylçı. So Myun-yoon Cənubi Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == So Myun-yoon birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Myun-yoon ümumilikdə 68.45 xal toplayaraq öz cığırında 26-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
-ельн-(ый) зара́за матеро́к миози́т на разжи́ву отщипа́ть постига́ться сыгра́ть церемо́нник жесто́ко патентове́дение разохо́тить сба́цать удовлетвори́тельный уче́нье genitrix hostageship overmatch rubstone unsounded yachtmanship впутываться линолеум малоспособный подпольный