Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanəşan (Urmiya)
Xanəşan (fars. ‎‎خانشان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (129 ailə).
Canhəsən
Canhəsən — Azərbaycan Respublikasında Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.Canhəsən kəndi Qarabağ silsiləsinin yamacındadır. Antropotoponimdir.Canhəsən kəndi rayon mərkəzindən 19 km cənub-qərbdə, Qarabağ silsiləsinin şimal-şərq yamacındadır. Əhalisi 107 nəfər (2011); işğaldan əvvəl (1992, fevral) əkinçilik, arıçılıq,və maldarlıqla məşğul olmuşdur. İbtidai məktəb, kitabxana, klub, feldşer-mama məntəqəsi var idi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Canhəsən kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Canbehan (Bostanabad)
Canbehan (fars. جانبهان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 692 nəfər yaşayır (128 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Mehranrud kəndistanında, Bostanabad qəsəbəsindən 7 km şimaldadır.
Çanpeksan yaylası
Çanbayşan (çin. ənən. 長白山地, sadə. 长白山地) və ya Çanpeksan (kor. 장백산맥) — Çin və Şimali Koreya ərazilərində, Mançuriya–Koreya dağlarında vulkanik yayla. Bazaltlardan təşkil olunmuşdur. Çay dərələri ilə kəskin parçalanmışdır. Hündürlüyü 1,000–2,000 metrdir. Ən hündür nöqtəsi 2,750 metrlik Baytouşan vulkanıdır. İynəyarpaqlı meşələr, sidr cəngəllikləri var.