Amma, mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur.
[Səlim ağanın] bu canfəşanlığı tacirə ləzzət verirdi.
Ox qıjıltı ilə gələndə yasavulbaşı qondarma bir canfəşanlıqla özünü xanın qabağına verdi…
//məc. Həddindən artıq və ya yersiz hörmət göstərmə, əldən-ayaqdan getmə. [Məşədi Qəzənfər:] Axşam da ki, toyda idik.
Qərəz, çox canfəşanlıq oldu.
□ Canfəşanlıq etmək (göstərmək) – həddən artıq səy göstərmək, çalışmaq, cəhd göstərmək.
Kosa kuryer də bu aləmin içində özündən çıxıb və kabineti nizama salmaq üçün böyük bir canfəşanlıq göstərirdi.
Mən düşünürdüm ki, bu adam o qadının yaxın qohumudur, çünki həddən artıq canfəşanlıq eləyirdi.