Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Caracal caracal
Adi qaraqulaq (lat. Caracal caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinə aid heyvan növü.
Carabad
Carabad (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. Carabad (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Caracal
Qaraqulaq (lat. Caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Karavay
Karavay — ruslarda toy mərasimi zamanı istifadə olunan çörəklərdən ən məşhurudur. Şərqi slavyanların toy mərasimləri zamanı hazırlanan dairəvi şirin mayadan hazırlanmış çörəkdir. Adətən üstü mahiranə şəkildə bəzədilir. == Toyda == Toy mərasimləri zamanı gənclərə bayram çörəyi vermək Qədim Misir sivilizasiyasına gedib çıxır. Sonralar bunlar Qədim Elladaya və Romaya keçmiş, xristianlığın gəlişi ilə bütün dünyaya yayılmışdır. Bütpərəst Rusiyada yaşayan əhalinin xristianlıqdan bixəbər olmasına baxmayaraq, artıq toy mərasimlərində xüsusi çörək- günəşi simvolizə edən karavayın nümuməsi yaradılmışdır. Qədim slavyanlarda Günəş tanrısı yeni ailələrin əsas himayədarı idi. Karavay sözü slavyan mənşəlidir. Bu söz bu günə qədər də şərqi slavyan xalqlarının arasında qalmışdır: rus və belaruslar – karavay, ukraynalılar – korovay adlandırırlar. Qədim Rusiyada karavayı toy üçün hazırlayırdılar və bunun üçün çoxlu mərasim qaydalarına riayət edilirdi.
Qaratay
Qaratay — Tatarıstandakı moşkan etnik qrupudur. Dili — tatar dilidir. Qarataylar Kam-Ustin rayonun Mordov Qaratay, Zaovraj Qaratay və Şerşalan kəndlərində məskunlaşmışlar. Əhalinin sayı təxminən 100 min nəfərdir. Qaratay-Savinovka və ya Barsko və Zaovral-Qaratay kəndində ruslar, Şoşme çayı yaxınlığında yerləşən Qaratay kəndində isə tatarlar məskunlaşmışlar. Belə görünür ki, qədim kəndlərin qaratay adlandırılması "Qaratay" hidronimindən irəli gəlir. O zaman qarataylar moldov qəbiləsi deyil, lokal moşkan etnik qrupundandır və tatarların güclü təsiri altında qalıblar. Onlar tatar dilini, tatar adət-ənənələrinə riayət etsələr də, özlərinin yəni moşkanların adət-ənənələrini də unutmayıblar. Tatarlar onları moşkan və ya mişka və muşkı adlandırıllar. Onlar özlərini də moşkan adlandırıllar və həmçinin XVII əsrdən onlarda iki dillilik qalıbdır.
Qaraçay
Qaraçay (Zaqatala) — Zaqatala rayonunda çay. Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qara çay (İran) — İranda çay. Qaraçay — Dəvəçi rayonunda çay. Ataçayın sol qoludur Qaraçay — Goranboy rayonu ərazisində çay. Qaraçay — Qax rayonu ərazisində çay. Qaraçay — Qəbələ rayonu ərazisində çay. Qaraçay (qəsəbə, Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qaraçay-Çərkəz Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, inzibati baxımdan Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qara çay — xüsusi çay növü olub, Oolonq, yaşıl və ağ çaylardan daha çox oksidləşmiş.
Zarasay
Zarasay (lit. Zarasai, pol. Jeziorosy) — Litvada şəhər. Arxeoloji və yazılı mənbələrdə təsdiqinin tapılmamasına baxmayaraq, əksər tədqiqatçılar deyirlər ki, Zarasay şəhərinin yaradılması XV əsrin sonu-XVI əsrin əvvəllərinə aiddir. Ona kimi isə burada selon tayfaları yaşayırdı. Həmin mərhələdə (XV–XVI əsrlər) şəhər ərazisində yepiskop mülkanəsi tikilmişdi. Əfsanəyə görə bir zamanlar Zarasay şəhərinin yanında iri təpədə nəhənglər ailəsi yaşayırdı. Həmin ailədə şən, cəld olan və gizlənpaç oynamağı çox sevən nəhəng oğlan Azerasay böyüyürdü. Bir gün ailəsi meşəyə gedərkən o, elə gizlənmişdi ki, heç kim onu tapa bilmirdi. Ailəsi onu haylayırdı: " Azerasay, Azerasay, Azerasay", exo isə "Zarasay, Zarasay, Zarasay" kimi təkrarlayırdı.
Caracal caracal michaelis
Türkmən qaraqulağı (lat. Caracal caracal michaelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinin adi qaraqulaq növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Başqa altnövlərindən fərqli olaraq ölçüləri iridir. Bədəninin uzunluğu( 5 nüsxəsinin Türkmənistanda keçirilən ölçülməsinə görə) erkəklərdə 730-820, orta 782; dişilərdə 690-810, orta 766. Peysərdə hündürlüyü 450–500 mm. Açıq-qum rəngdədir. == Arealı == İranın və Əfqanıstanın şimal ərazilərində, Orta Asiyanın cənub-qərbində yayılıblar. Qərb sərhədi Xəzər dənizinin şərq sahili boyunca Buzaçi yarımadasına qədərdi. Buradan sərhədi Üstyurtdan Aral dənizinə qədər və şərq sərhədi Aral dənizinin qərb sahili boyu və Amudərya çayı boyu gedir.
Caraea
Euryops (lat. Euryops) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Karaqay (Arxangel)
Karaqay (başq. Ҡарағай, rus. Карагай) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Uzunlar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 41 km, ən yaxın dəmiryol stansiyasından (60-cı km dayanacağı): 61 km. Kənd ərazisindən İnzer çayı axır.
Karatay Turısov
Karatay Turısov (qaz. Каратай Турысов; 2 fevral 1934 – 1 avqust 2004, Astana) — dövlət xadimi, iqtisad elmləri doktoru (1993), Qazaxıstan Mühəndislik Elmləri Akademiyasının akademiki (1993). == Həyatı == S.Ordjonikidze adına Moskva Geoloji Kəşfiyyat İnstitutunu, dağ mühəndisi-geoloq, Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini, SSRİ Xalq Təsərrüfatı Akademiyasını (1978-80) bitirib, iqtisadçı, iqtisad elmləri doktoru . Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının akademiki. === Nailiyyətlər siyahısı === 1955-63 - geoloq, baş geoloq, Pavlodar və Karaqanda vilayətlərində kəşfiyyat partiyalarının rəhbəri; 1963-64 - Akçatau sənaye zonası üçün Partiya və Dövlət Nəzarət Komitəsinin sədri; 1964-71 - Qazaxıstan Kommunist Partiyası Karazhal şəhər komitəsinin ikinci, birinci katibi, Karaqanda vilayəti; 1971-74 - Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilati və partiya işi şöbəsinin müfəttişi; 1974-78 - Qazaxıstan Kommunist Partiyası Turqay Regional Komitəsinin katibi; 1980-81 - Qazaxıstan SSR Sənayedə Təhlükəsiz İşlərə Nəzarət və Mədən Nəzarəti Dövlət Komitəsi Komitəsinin sədri; 1981-84 - Qazaxıstan Respublika Həmkarlar İttifaqları Şurasının sədri; 1984-86 - Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi; 1986-90 - Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqları Şurasının katibi May-dekabr 1990 - Qazaxıstan SSR Nazirlər Sovetinin sədr müavini; 1990-91 - Qazaxıstan SSR İqtisadi İslahatlar üzrə Dövlət Komissiyasının sədri; Dekabr 1990 - iyun 1991 - Qazaxıstan SSR-in sənaye, rabitə və rabitə üzrə dövlət müşaviri; İyun-avqust 1991 - Qazaxıstan SSR Baş nazirinin müavini; Avqust 1991 - Dekabr 1993 - Qazaxıstan Respublikasının Turizm, Bədən Tərbiyəsi və İdman Naziri; Dekabr 1993 - mart 1995 - Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri; Aprel-dekabr 1995 - "Yassaui" Turizm üzrə Dövlət Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri; SSRİ Ali Sovetinə deputat seçilmişdir. 9 dekabr 1995-ci ildən - birinci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisi millət vəkili. 1996-cı ilin yanvarından - Məclisin İqtisadiyyat, Maliyyə və Büdcə Komitəsinin sədri. Cambul vilayətinin 26 saylı Kordai seçki dairəsindən 2-ci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisi millət vəkili.
Nick Tarabay
Nick Emad Tarabay (d. 28 avqust, 1975. Beyrut, Livan) — Livan-Amerika aktyoru. O ən çox Starz TV-də yayımlanan Spartak seriyasındakı Aşur rolu ilə tanınır. Tarabay 1975-ci il,28 Avqustda Livanda Beyrutda dünyaya gəlib. O, orta məktəbi Livanda qurtarandan sonra Nyu-Yorka köçmüşdür.2004-cü ildə isə Los-Ancelesə köçmüşdür. Tarabay Sex and the City bir epizod əlavə kimi televiziya debüt etdi(2000). O, The Sopranosda da kiçik bir rol-Matuş-narkotik diler rolu oynadı(2001–2004). Habelə 2008-ci ildə Crashdan tez əsəbləşən polis leytenant rolu oynadı. Tarabay Starz TV-nin seriyası olan Spartacus: Blood and Sand VƏ Spartacus: Vengeancedə əsas rollardan olan Aşur xarakterini canlandırdı.
Qaraçay-Cek
Qaraçaycek — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Xaçmaz rayonunun cənub qərbində əsası IX əsrin sonları XX əsrin əvvəli əsası Quba rayonu Cek kəndindən köçmüş bir neşə ailə tərəfindən qoyulmuş bir kənddir. 150 ildən artıq tarixə malik olan 560 nəfər əhalinin məskunlaşdığı Qaraçaycek kəndi rayon mərkəzi Xaçmazdan 14 km-lik məsafədə yerləşir.
Qaraçay-Çerkesiya
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qaraçay-Çərkəz
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qaraçay (Qanıx)
Muxaxçay (digər adı Qaraçay) — Qanıxçayın sol qolu. Zaqatala rayonu ərazisindən axır. Uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından (2800 m) alır. Başlıca qolları, sağdan Qaraağacçay (uzunluğu 27 km) və Sabınçay, (uzunluğu 12 km) çaylarıdır. Axımı qar, yeraltı və qismən də yağış sularından əmələ gəlir. Suyunun çox hissəsi (50-60%) yaz-yay aylarında keçir, çayda tez-tez sel hadisələri baş verir. Muxaxçaydan suvarma işlərində istifadə edilir.
Qaraçay (Quba)
Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qaraçay (qəsəbə, Quba) — Quba rayonunda qəsəbə.
Qaraçay (Zaqatala)
Muxaxçay (digər adı Qaraçay) — Qanıxçayın sol qolu. Zaqatala rayonu ərazisindən axır. Uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından (2800 m) alır. Başlıca qolları, sağdan Qaraağacçay (uzunluğu 27 km) və Sabınçay, (uzunluğu 12 km) çaylarıdır. Axımı qar, yeraltı və qismən də yağış sularından əmələ gəlir. Suyunun çox hissəsi (50-60%) yaz-yay aylarında keçir, çayda tez-tez sel hadisələri baş verir. Muxaxçaydan suvarma işlərində istifadə edilir.
Qaraçay (İran)
Qaraçay, İranın Mərkəzi ostanında çay. Başlanğıcını Zaqros dağlarında, Ərakın cənubundakı Şahzənd dağından götürür və şimala axır, sonra Kuhrud silsiləsinin ən şimal-qərb qurtaracağından burularaq şərqə axır və Dəryaçeyi-nəmək duzlu gölünə tökülür. Çayın qaynağı bol rutubətli təxminən 2000 m yüksəklikdədir. Bu ərazidə dəmyə əkinçilik geniş yayılıb. Savə ərazisində Qaraçayın vadisi 40 km çatır. Yay vaxtı su axımı orta axarında kəsilir. Dəryaçeyi-Nəmək gölünə qədər su ancaq, maksimum yağıntılı qışda çatır.
Qaraçay bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraçay kanyonu
Qaraçay kanyonu Qudyalçay kanyonundan şərqdə yerləşir və ölçülərinə görə ondan geri qalsa da, faktiki olaraq, şimal-şərqi Azərbay­canın təbiətində insan əli dəyməmiş adacıq kimi qalmaqdadır. Mərmər­ləş­miş əhəngdaşılarından təşkil olunmuş Cərəkə-Cəngizur ön silsiləsini ensiz hissəsində kəsən kanyon uzanaraq həm də dirsəyəbənzər əyilmış formaya malikdir. Kanyonun ən dar hissəsində keçmişdə dağ kəndlərinə və Şimal-Şərqi Qafqaz aşırımlarına aparan keçidi qoruyan orta əsr qalasının xarabalıqları qalmaqdadır.
Qaraçay olistrostromu
Qaraçay olistrostromu Rük kəndindən 2 km şimalda, çay dərəsinin hər iki sahili və yamaçlarında üzə çıxır və Cənubi-Şərqi Qafqazın şimal döşünün alt təbaşir “vəhşi” flişinin avtoxton argillitlərində stratifikasiya olunmuşdur. Olistostrom Siyəzən yarığı zonasında tektonik aktivliyin paroksizm anında Şahdağ-Beşbarmaq sədd rifinin ön hissəsinin uçma məhsuludur və özlüyündə Ağçay-Nəzirçay çayarasında 11–12 km uzanan sərt yatımlı (80o-yə qədər) monogen əhəngdaşı konqlomerat-brekçiyasından ibarət qalın (60–70 m) laya cavab verir.
Qaraçay qoyunu
Qaraçay cins qoyunu — cod yunlu qoyun növünün ən qədim cinslərindən biridir. Qoyunların vətəni Kuban çayının mənbəyində yerləşən yüksək dağlıq ərazi Qaraçay ərazisidir. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nəşrində (Moskva: 2015) "İstifadəsi üçün təsdiqlənmiş Damazlıq Nailiyyətlərinin Dövlət Reyestri"ndə Qaraçay qoyun cinsi 9354024 nömrəsi siyahıya alınmışdır (yaradıcılar # 296, 5670, 14214).. Qaraçay cinsindən olan qoyunların yetişdirilməsi üçün ənənəvi bölgələr Şimali Osetiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz torpaqlarıdır. Ətlik,yunluq,südlük qoyunlardır. İl boyu otlaqlarda otarılır. Qaraçay qoyun cinslərinin yetişdirilmə vaxtı məlum deyil, lakin XIX-XX əsrlərin əvvəllərində geniş tanındı və əvvəllər bilinsə də Qafqaz bölgəsinin hüdudlarından kənara çıxaraq daha çox məşhurlaşdı. Bu ərazidə macarların əcdadlarının izlərini tapmaq üçün 1829-cu ildə Şimali Qafqaza səyahət edən Macarıstanlı alim Jan-Şarl de Bess qeyd edri: “Qaraçaylar gözəl cins atlar yetişdirməklə yanaşı, çox sayda cins öküz və qoyun da saxlayırlar. Bir qayda olaraq, sakinlər quzu əti yeyirlər; çox keyfiyyətli kərə yağı və pendir də hazırlayırlar." Q. İ. Fillipsonun qeyd etdiyi kimi, “səyahətlərim zamanı, onların obalarında tez-tez gecələyib, istirahət etdim və çobanların bizə verdiləri ziyafətlərdə kabab yedim. Qaraçay quzusu ən yaxşı dana ətindən dadlıdır və xüsusi bir ləzzətə malikdir, yəqin ki, aralarında çoxlu ətirli dağ çiçəklərinin də olduğu dağların otları ilə bəslənirlər.
Qaraçay rayonu
Qaraçay rayonu (abq. Къарча район, kab.-çərk. Къэрэшей район / Къэрэшей куей, qaraç.-balk. Къарачай район, noq. Карашай район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qaraçayevsk şəhəridir (rayon ərazisinə daxil deyildir). Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimal-şərqdə Maloqaraçaevsk rayonu, şərqdə Kabarda-Balkariya Respublikası, cənubda Gürcüstan, şimalda Ust-Cequtinski, qərbdə Zelençuk rayonu. Rayonun ərazisi 3917,24 km²-dir (2010-cu ildən bəri). Rayon respublikanın dağlıq hissəsində Baş Qafqaz və Skalistı silsilələri arasında yerləşir.
Dirəniş: Qaratay
Dirəniş. Qaratay (türk. Direniş: Karatay) — 2018-ci ildə çəkilmiş Türkiyə döyüş, macəra və tarixi filmi. Səlahəddin Sancaqlının rejissorluğu, Səlman Qayabaşı və Uğur Uzunoxun ssenaristliyi, Ərtoğrul Fındığın prodüserliyi, "CGV Mars Dağıtım" şirkətinin distribütorliyi ilə çəkilən filmin baş rollarında Ərtoğrul Şakar, Mehmed Aslantuğ, Fikrət Quşqan, Alpərən Duymaz və Burcu Özbərk var. == Məzmun == II Qiyasəddin Keyxosrov atası I Əlaəddin Keyqubadın zəhərlənərək sui-qəsdə məruz qalmasından sonra taxta keçmişdir, amma o, atası kimi təcrübəli bir dövlət xadimi deyildi. Bu vəziyyət monqolların hücumlarının sayının artmasına səbəb olur. Əmir Cəlaləddin Qaratay bu hücumlara qarşı xalqı böyük bir dirənişə hazırlamağı planlaşdırır. Bütün təcrübəsi və gücü ilə dirəniş hazırlıqlarına başlayan Cəlaləddin Qaratay Anadolunun bütün döyüşçülərini öz yanına alır. Film Kösedağ döyüşündən də bəhs edir. == Rollarda == == İstehsal == === Çəkilişlər === Filmin çəkilişləri Türkiyənin Konya ilində gerçəkləşmişdir.
Çağatay
Cığatay və ya Çağatay — ad, təxəllüs. Cığatay xan — Çingiz xanın oğlu. Çağatay Ulusoy — Türk aktyoru. Cıgatay Şıxzamanov — ssenarist. Yaşayış məntəqələri Cığatay (Xaçmaz) — Xaçmazda kənd. Cığatay (Ərdəbil) — İranın Ərdəbil ostanı, Meşkin şəhristanında kənd. Çağatay (Rəzəvi Xorasan) — İranda Çağatay şəhristanının mərkəzi şəhəri.