Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Alpinia carnea
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Digitalis carnea
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Ipomoea carnea
Ipomoea carnea (lat. Ipomoea carnea) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü. == İstinadlar == == Xarici keçidlər == Chand, Navin. "Impact toughness ofIpomoea carnea particulate-polyester composite". Journal of Materials Science Letters. Netherlands: Springer Netherlands. 6 (6). June 20, 2005: 695–697. ISSN (Print) 1573-4811 (Online) 0261-8028 (Print) 1573-4811 (Online) .
Aesculus × carnea
Qırmızıçiçək atşabalıdı (lat. Aesculus × carnea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın cənubunda və Şimali Amerikada, Ukraynanın cənub bölgələrində rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 15-25 m-ə çatan, yığcam yumru çətirli, möhkəm yarpaqlıdır; əsas zoğları şaquli yuxarıya istiqamətlənmiş, aşağı budaqları horizontaldır. Müxtəlif rəngli (çəhrayı-qırmızıdan tünd-qırmızıyadək), çiçəklərin uzunluğu 20 sm-dək olub, süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçəkləmə mayın axırlarında müşahidə edilir. Meyvələri seyrək, barmaqvari-mürəkkəb, tünd yaşıl, parlaq və ya yaşıldır. Calaqla çoxaldılması mümkündür. Payızda yarpaqları uzun müddət yaşıl rəngini saxlayır. == Ekologiyası == Qışa, şəhər iqliminə, küləyə davamlıdır, ancaq quruluqdan əziyyət çəkir.
George Çerney
Barneby
Rupert Çarlz Barnebi (ing. Rupert Charles Barneby, 6 oktyabr 1911 – 5 dekabr 2000, Bronks, Nyu-York ştatı) — Böyük Britaniya əsilli Amerika botaniki. Nyu-York Botanika Bağının görkəmli alimlərindən biridir.. == Elmi əsərləri == Atlas of North American Astragalus. Daleae Imagines. Intermountain Flora, Volume 3, Part B. Silk Tree, Guanacaste, Monkey's Earring: A Generic System for the Synandrous Mimosaceae of the Americas (3 Volumes). == Şərəfinə adlandırılmış taksonlar == Barnebya bitki cinsi Barnebinin şərəfinə adlandırılmışdır.. Onun şərəfinə həmçinin Barnebyella, Barnebydendron və 25 bitki növü adlandırılmışdır.. == İstinadlar == == Xarici keçidlər == DNB, Katalog der Deutschen Nationalbibliothek: Rupert C. Barneby (alm.) Botanical Elctronic News: Dr.
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Cartel
Cartel — 1995-ci ildə Almaniyada yaradılmış məşhur Türk rep qrupudur. Qrupun əsası Almaniyada qoyulmuş, 7 üzvdən ibarət olmuşdur. Cartel qrupunun albomu ilk dəfə Avropada buraxılmışdır. Tezliklə MTV musiqi kanalında Avropada kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən qrupla bağlı müsahibələr dərc edilib. Türk musiqisinin səsini dünyaya çatdıran nadir ansambllardan biri ola bilmiş qrup Türkiyədə də böyük məşhurluq qazanmağı bacarmışdır. İndiyədək İstanbulda Beşiktaş İnönü Stadionunda çıxış edən ilk və yeganə türk rap qrupudur. Radio və televiziya təşkilatları tərəfindən ilk həftə ərzində 100.000 disk satıldığında "Qızıl Kaset", 250.000 disk satıldığında isə "İkili Platinum" mükafatlarına layiq görülmüşlər. İngilis, alman, ispan dilində yazılmış musiqiləri bu türk rep qrupunun dil zənginliyini bir daha nümayiş etdirir. Cartel CD-diskini Türkiyədə yayınlanmasından qabaq Almaniyada 29.000 ədəd satmışdı. Türkiyədə ümumilikdə 543.000 ədəd satmış və türk rep tarixində ən çox satılan qrup olmuşdur.
Jarjey
Jarjey (fr. Jarjayes, oks. Jarjalhas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05068. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 418 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 291 nəfərdən (15-64 yaş) 215 nəfəri iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 74.7%).
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Şarmey
Şarmey (fr. Charmeil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03060. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 469 nəfər (15–64 yaş) arasında 330 nəfər iqtisadi fəal, 139 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,4%, 1999-cu ildə 74,3%) idi. 330 aktiv 305 nəfər (158 kişi və 147 qadın) işləyir, 25 nəfər işsizdir (9 kişi və 16 qadın). 139 hərəkətsiz 35 nəfər arasında şagird və ya tələbə, 55 nəfər təqaüdçü, 49 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Arxey
Arxey — 4000-2500 milyon il əvvəlləri əhatə edən, Yer tarixinin 4 eonundan biri. Arxey dövründə Yer qabığı qitələrin yaranmasına imkan verəcək qədər soyudu və həyat inkişaf etdi. == Etmologiyası və istifadəsi == Arxey sözü qədim yunan dilində Αρχή (Arkhē ) - "başlanğıc, mənşə" mənasını verir. İlk dəfə 1872-ci ildə "ən erkən geoloji çağ" mənasında istifadə edilimişdir. Katerxey eonunun öyrənilməsindən əvvəl Arxey eonunun 4,540-2,500 milyon il əvvəl Yerin yaranması ilə başlamış ilk geoloji çağ olduğu düşünülürdü. Eonun başlanğıcı Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən 4 milyard il əvvəl olaraq qəbul edilmişdir. == Geologiya == Arxeyin başlağıcında Yerin istilik axını bugünkü ilə müqayisədə üç dəfə və Arxeydən Proterozoya keçiddə (2,500 milyon il əvvəl) isə iki dəfə çox idi. Əlavə istilik planetar akkresiyadan, metal nüvənin meydana gəlməsindən və radioaktiv elementlərin çürüməsiylə yaranan istiliklə meydana gəldi. Əsas mineral qalıqlarının Katerxeydən olduğu bilinsə də, Yer səthində meydana gələn ən qədim qaya birləşmələri Arxeyə aiddir. Arxey qayaları Qrenlandiyada, Sibirdə, Kanada qalxanında, Montana və Vayominqdə, Baltik qalxanında, Bolqarıstandakı Rodop Massifində, Şotlandiya, Hindistan, Braziliya, Qərbi Avstraliya və Cənubi Afrikada rast gəlinir.
Arkey
Arkey — Fransanın İle-de-Frans regionunda yerləşən Val-de-Marn departamentindəki kommunadır. Kommunanın əhalisi 2018-ci il yanvarın 1-nə olan statistik məlumatlara əsasən 21 727 nəfər təşkil edir.
Allium carneum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Amblyseius carnis
Amblyseius carnis (lat. Amblyseius carnis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius carnis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Barnet borosu
Barnet borosu (ing. London Borough of Barnet) — 32 London borosundan biri. Böyük Londonun şimalında yerləşir. == Tarix == Rayon 1 aprel 1965 ildə yaradılmışdır.
Boris Barnet
Boris Vasilyeviç Barnet (5 (18) iyun 1902, Moskva – 8 yanvar 1965[…], Riqa, SSRİ) — sovet aktyoru. == Həyatı == Boris Barnet 18 iyun 1902-ci ildə Moskvada anadan olub. MXT-nin studiyasında butaforçu olaraq çalışmağa başlayıb. 1925-ci ildən müxtəlif studiyalarda filmlər çəkib və aktyor kimi çəkilib. Azərbaycan kinosunda fəaliyyət göstərib. Rusiyanın əməkdar artisti (1935), SSRİ dövlət mükafatı laureatı (1948), Ukraynanın əməkdar incəsənət xadimi (1951) Boris Barnet 8 yanvar 1965-ci ildə vəfat edib.
Careya coccinea
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
Carine noctua
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Charley ATL
Charley ATL (tələffüzü: Çarli ATL) — 1987-ci ildə yaranmış Azərbaycan rok qrupu. Yaradıcılıq dövrü boyu proqressiv art-rok janrında ifa edib. == Tarixi == Qrup öz yaradıcılığında Kinq Krimson , Centl Cayant, Raş, Frank Zappa və başqaları kimi belə artistlərin təsirini hiss etdi. Bundan başqa, Charley ATL Azərbaycanda, heç nə ilə müqayisə olunmayan, öz ciddi poetik stilini hazırlayan ilk rok qrupa çevrildi. Çalğı aləti kimi qrup öz musiqilərində Tar alətindən də istifadə etmişdi. Təəssüf ki, qrup yalnız "Hind kinosunun qurbanlarına həsr olunur.." (1990) adlı bir albom çıxara bildi. Bu alboma «Şah İsmayıl», «Körpə», «Energy», «Anqola camaatı», «Sakitlik-məhəbbət», «Good morning children», «Nara-Nara», «Freyd dünyası» və başqa mahnılar daxil idi. 1991-ci ildə qrupun keçmiş iştirakçılarından biri Vahid Mustafayev Zaqafqaziyada ANS adlı ilk müstəqil teleradio şirkətini əsasını qoydu. Qrupun demək olar ki, bütün musiqiçiləri studiyanın işçisi oldular. Studiya 1994-cü ildən 1998-ci ilə qədər səsyazma studiyalarının arasında lokal bazarda lider idi.
Chrysanthemum carneum
Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır.
Con Qarner
Con Qarner — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti.
Carex
Cil (lat. Carex) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Conney Duarte
Conney Xesus Duarte Yanez (7 fevral 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Duarte öz peşəkar karyerasında debütünü 11 fevral 2017-ci ildə Araqua klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Reyner Kastronu əvəz etmişdir. Həmin görüşdə Karakas rəqibinə 2–1 hesabı ilə məğlub olmuşdur.
Endi Marrey
Endi Marrey(ing. Andrew Barron Murrey 15 may 1987[…], Qlazqo[…]) — Britaniyalı professional tennisçi, dünyanın ilk tək raketləri; tarixdə ilk dəfə kişilərin Olimpiya çempionu. 1936-cı ildən bu yana ilk İngilis tennisçi Vimbledon kişilərin tək turnirində qalib. Ümumilikdə, Qrand Slam turnirlərində (hər turnirdə ən azı bir dəfə) 11 dəfə oynayıb və üç qələbəni qazandı. 47 ATP turnirinin qalibi. == Həyatı == Endi üç yaşında tennis oynamağa başladı. Anası Judi tennis məşqçisi, atası Uilyam menecerdir. Endinin böyük qardaşı Jamie Murray də professional tennisçidir. Jamie- mütəxəssisləri cütləşdirdi, cütlərin ikiqat ilk raketi idi, Endi ilə qalib olan iki qalibiyyət də daxil olmaqla, ATP turnirlərində 10 qalibiyyət qazanan, kişilərin ikiqatdakı Qrand Slam turnirlərini və qarışıq cütləri qazandı. Marrayin ana babası peşəkar futbolçu idi və Şotlandiya Hibernianın və Sterlinq Albionun əsas komandasının ehtiyat heyətində oynadı.
Cariyə
Cariyə — sosial vəziyyətinə görə məşuqdan daimi asılı olan (maddi vəziyyətinə görə və ya şəxsi asılılıq vəziyyətində olan kölə qadın) məşuqə. XIX əsrin ortalarında Rusiyada Vladimir İvanoviç Dal tərəfindən tərtib edilmiş lüğətə əsasən cariyə termini aşağıdakı mənalarda izah olunurdu: "qeyri-qanuni arvad", "yataq yığışdıran" Bibliyanın rusca tərcümələrində cariyələr patriarxlara uşaq doğan məşuqə (Xettura) adlandırılmışdır. Bibliyaya görə çar Solomonun 300 cariyəsi var idi.. Qədim Rusiya dövlətinin tarixində də cariyələrin olması haqqında çoxlu faktlar vardır. Məsələn, rus tarixçisi V.Koptevin qeyd etdiyi kimi knyaz Vladimirin 700-ə yaxın cariyəsi var idi.. Cariyəlik 19-cu əsrin ortalarında qadağan edilmişdir. == Həmçinin bax == Konkubina == Xarici keçidlər == Nikahsız halallar – cariyələr!
Çarodey
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.