Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lockheed Corporation
Lockheed Corporation, əvvəlcə Loughead Aircraft Manufacturing Company (Loughead Təyyarə İstehsalı Şirkəti) olaraq yaradılmış olan ABŞ aviasiya şirkətidir. Lockheed 1912-ci ildə yaradılmış olub sonradan Martin Marietta ilə birləşərək 1995-ci ildə Lockheed Martin yaranmışdır.
Lockheed Martin
Lockheed Martin öz sahəsində lider, çoxmillətli, 1995-ci ildə Lockheed Corporation və Martin Marietta şirkətlərinin iştirakı ilə yaradılmış olan texnologiya və aviasiya şirkətidir. Hal-hazırda idarə heyətinin rəhbəri və şirkətin prezidenti Merlin Hevsondur.. Şirkət ABŞ Silahlı Qüvvələrinın onurğa sütunudur və son olaraq beşinci nəsil təyyarə olan F-35 hərbi təyyarəsi ilə diqqət mərkəzindədir. Lockheed Martin müdafiə sənayesinin dünya miqyasında gəlir nisbətində ən böyük payına sahibdir.. 2005-ci ilə olan məlumata görə, gəlirinin 95%-ini ABŞ Müdafiə Nazirliyi, ABŞ Federal Hökumət Büroları və xarici hərbi təşkilatlardan əldə edir. Əsas konstruktorlarının Lockheed Martin olduğu bir qrup 2006-cı ildə F-22 Raptor qırıcısı ilə aviasiya sahəsində mühüm mükafat hesab edilən Collier Trophy mükafatını əldə etmişdir. Lockheed Martin mərkəzi ABŞ-nin Vaşinqton bölgəsinə məxsus Merilend əyalətində olan aviasiya, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar əsaslı və beynəlxalq işçiləri olan ABŞ şirkətidir. Lockheed Martinin qurulması 1995-ci ildə iki uğurlu şirkətin birləşməsi ilə baş vermişdir. Bunlardan birincisi 1912-ci ildə yaradılmış və aviasiya sahəsində fəaliyyət göstərən Lockheed, ikincisi isə 1961-ci ildə yaradılmış olan elektronika, kimya, aviasiya sahələrində məhsul istehsal edən Martin Marietta şirkəti olmuşdur. 1994-cü ilin mart ayında Lockheed və Martin Marietta şirkətləri arasında birləşmə görüşləri ilə başlamışdır.
Lockheed AC-130
AC-130 Gunship, Lockheed C-130 Hercules nəqliyyat təyyarəsinin xüsusi təyinatlı qüvvələrə qaynar müharibə bölgələrində yaxın hava dəstəyini təmin edə bilmək üçün modifikasiya edilmiş versiyasıdır. Standart bir Lockheed C-130 Hercules nəqliyyat təyyarəsindən daha artıq mühərrik gücü, dırmaşma sürəti və döyüş mənzilinə malikdir. Aşağı hündürlükdə olan uçuşlarda olduqca uğurlu olan, yerləşdiyi bölgələri çöl yerlərindəki hədəflərə qarşı dəqiq atəş aça bilən, təsir gücü yüksək olan hücum təyyarəsidir. Dəqiqə ərzində 610 metr hündürlüyə qalxa bilən təyyarə hər cür eniş-qalxış zolağından istifadə edə bilər. Təyyarədə dörd ədəd hər biri 4.910 at gücündə olan Allison T56-A15 turbopərvanə mühərrikləri vardır. Xilasetmə əməliyyatlarında da istifadə edilə bilən təyyarələrdən ABŞ Silahlı Qüvvələrində 8 ədədi H və 13 ədədi U modelli AC-130 vardır. == İnkişaf etdirilməsi == AC-130 modellərinin meydana çıxması Vyetnam müharibəsi dövrünə aiddir. Koreya müharibəsi dövründən etibarən ABŞ Hərbi Hava Qüvvələri (USAF) qurudakı qoşunlara kömək məqsədilə xüsusi olaraq təchiz edilmiş olan hərbi təyyarələrdən istifadə etməyə başladı. Vyetnam müharibəsində C-47 başda olmaqla müxtəlif nəqliyyat təyyarələri dəyişkən kalibrli və çaplı toplar ilə təchiz edilərək düşmən atəşi altında qalmış ABŞ hərbi birliklərinə aşağı hündürlükdən hava dəstəyini təmin etmək üçün modifikasiya edilmişdilər. Ehtiyaclar nəticəsində Lockheed C-130 Hercules nəqliyyat təyyarələrindən bir qismi də 105, 40, 20 mm-lik toplarla təchiz edilmişdir.
Lockheed U-2
== Ümumi == Lockheed U-2 ABŞ Hərbi Hava Qüvvələri və keçmişdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən istifadə olunan ultra yüksək hündürlükdə uça bilən kəşfiyyat təyyarəsidir. İstənilən hava şəraitində, gecə-gündüz 21.000 metr hündürlükdən kəşfiyyat məlumatları götürə bilir. U-2 həmçinin elektronik sensor axtarışı, peyklərin kalibrlənməsi və kommunikasiya məqsədilə də istifadə olunur. U-2-nin ilkin versiyaları soyuq müharibə dövründə bir neçə dəfə SSRİ, Çin, Vyetnam və Kubanın üzərində kəşfiyyat apardıqlarına görə kəskin qlobal insidentlərə səbəb olmuşdurlar. 1960-cı ildə MKİ-ə aid olan bir U-2 SSRİ ərazisində olarkən S-75 Dvina ZRK-sı vasitəsilə vurulmuşdur. Pilot Qeri Powers (Gary Powers) sağ yerə ensə də kəşfiyyat ittihamları ilə SSRİ Ali Sovetinin Məhkəməsi qarşısına çıxarılmışdır. Daha bir U-2 isə 1962-ci ildə Kuba Raket Krizisi ərzində Kuba üzərində kəşfiyyat apararkən SSRİ-nin silahları ilə Kuba ərazisindən vuruldu. Pilot Rudolf Anderson həlak oldu. Həmin pilot üçüncü dünya müharibəsini başlada biləcək Kuba raket krizisində yeganə itki kimi tarixə düşdü U-2 çox azsaylı təyyarələrdəndir ki 50 ildən artıq orduda xidmət edirlər. 1980-ci illərdə təkmilləşdirilmiş versiyaları — TR-1, U-2R, U-2S orduya qəbul edildi.
Lockheed X-7
Lockheed X-7 ramjet mühərrikləri və raket idarəetmə texnologiyası sınaqları üçün istehsal edilmiş pilotsuz sınaq vasitəsidir. B-29 və ya B-50 Superfortress bombardmançısının qanadı altından atılaraq istifadə edilirdi. Atıcı buraxılmayan sonra işə düşür və vasitəni 1625 km/saat (1000 mil/saat) sürətə çatdırırdı. Daha sonra, atəşləyici aparatı tərk edir və gövdə altındakı ramjet mühərriki işə düşürdü. X-7-nin yerə enişi bir paraşüt tərəfindən həyata keçirilirdi. Texnika əldə edilmiş maksimum sürət 4640 km/saat / Mach 4.31 (2.881 mil/saat) ilə öz dövrünün ən sürətli hava nəqliyyatı vasitəsi olmağı bacarmışdır. 1951-ci il aprel ayından və 1960-cı ilin iyul ayına kimi ümumi olaraq 130 X-7 uçuş həyata keçirilmişdir.
Lockheed C-130 Hercules
Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsi.
Lockheed F-104 Starfighter
F-104 Starfighter (Ulduz döyüşçüsü ), ABŞ Lockheed Martin şirkəti tərəfindən yaradılmış olan bombardmançı hərbi təyyarə növüdür. SSRİ-dəki rəqibi Mikoyan-Gurevich MiG-21 supersonik hərbi təyyarəsi olmuşdur. Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, İtaliya, Yaponiya, Pakistan və Türkiyə tərəfindən istifadə edilmişdir. Türk Hava Qüvvələri tərəfindən 1964-cü ildən etibarən istifadə edilməyə başlanılmış 1993-cü ildə xidmətdən çıxardılmışdırlar. Qısa qanadlarına görə hər hansı bir mühərrik problemi yarandıqda və ya güc itkisi baş verəndə havada qalması çox az olduğundan planer uçuşu etməyi bacarmayan və tez-tez buna görə qəza etmiş təyyarələrdən olmuşdurlar. Almaniya Hərbi Hava Qüvvələrindəki çoxsaylı qəza səbəblərinə görə onlara "uçan tabut" deyilmişdir. Almaniya Hərbi Hava Qüvvələrindəki 100-dən artıq F-104 G modelinin istifadə edildiyi müddət ərzində qəzaya uğradığı bildirilir. Türk Hava Qüvvələrində F-104G, TF-104G, F-104S, CF-104A və CF-104D modelləri istifadə edilmişdir. Türkiyə Kipr Sülh Hərəkatından sonra öz hərbi hava qüvvələrini təmin etmək məqsədi ilə ABŞ tərəfindən tətbiq edilmiş olan silah embarqosuna görə İtaliyadan arsenalda olan F-104G modellərindən olduqca fərqli olan F-104 S tipli 40 ədəd təyyarə almışdır. Kanada istehsalı olan CF-104A və CF-104D modelləri Kanada tərəfindən 1983-cü ildə Türkiyəyə hədiyyə edilmişdir.
Lockheed F-117 Nighthawk
Lokhid F-117 "Nayt hauk" (ingil. Lockheed F-117 Night Hawk) — Lockheed Martin şirkətinin istehsalı, rəqibin Havadan Müdafiə (HM) sistemindən gizli keçmək və hərbi infrastrukturun strateji vacib yerüstü obyektlərinə(raket bazaları, aerodromlar, idarəetmə və rabitə mərkəzləri və s.) hucum etmək üçün nəzərdə tutulan, amerikan səsdən-asta təkyerli taktiki azgörünən zərbə təyyarəsi. İlk uçuşunu 18 iyun 1981-ci ildə edib. 64 ədəd istehsal edilib, sonuncu seriyalı nüsxəsi ABŞ Hərbi Hava Qüvvələrinə(HHQ) 1990-cı ildə təhvil verilib. Bir sıra hərbi münaqişələrdə F-117 yetərincə uğurlu tətbiq olunmuşdur. 2008-ci ilin ortasında bu tip təyyarələr silahlanmadan tamamilə çıxarılmışdır.
Lockheed SR-71 Blackbird
Max 3,2 sürətlə uçmaq qabiliyyətinə malik SR-71 “Blackbird” istifadədə olduğu dövrün ən sürətli təyyarəsi idi. O, Soyuq müharibənin sonlarına yaxın istifadədən çıxarılan zaman belə onun sürətinə çata bilən ikinci bir təyyarə yox idi. “Blackbird” ilkin olaraq 1990-ci ildə, Sovet İttifaqının dağılmasından az öncə təqaüdə çıxdı. Nəhayət Konqresin təkidi ilə ABŞ HHQ bu təyyarələrin üçünü qısa müddətliyinə, 1995-1998-ci illərdə yenidən istifadəyə verdi. 1999-cu ildə NASA təyyarə ilə tədqiqat missiyası həyata keçirdi və sonda o, başqa bir təyyarə ilə əvəzlənmədən istifadədən təmamilə çıxarıldı. SR-71 analoqsuz imkanlar təmin etsə də, ən böyük problemi çox yüksək xərcləri idi. Üstəlik ABŞ HHQ təyyarənin yeni nəsil Sovet HHM sistemlərinə qarşı mübarizədə sağ qala biləcəyindən şübhəli idi. Əslində struktur bu səbəblərdən dolayı Konqresin təkidinə qarşı xeyli etiraz da etmişdi. Bu təyyarələrin istifadəsinin dayandırılması qərarı bir neçə faktora əsaslanırdı. Dövrün HHQ komandanı Larri Uelç bildirirdi ki, kəşfiyyat peyklərinin imkanlarının artması ilə SR-71-lər Sovetlərin SAM-5 yer-hava raketləri qarşısında aciz qala bilər.
Lockheed Martin F-22 Raptor
"F-22 Raptor" – Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. == Tarixi == 1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi.
Lockheed Martin RQ-170 Sentinel
Lockheed Martin RQ-170 Sentinel, Lockheed Martin şirkəti tərəfindən istehsal olunan ABŞ mənşəli və Amerika Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan PUA. 5 dekabr 2011-ci ildə İran üzərində kəşfiyyat aparmağa çalışan zaman bir ədədi İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən xüsusi üsul ilə ələ keçirilmiş və sonralar İran tərəfi bu texnikanın xüsusiyyətləri əsasında Shahed 171 Simorgh adı verdiyi kopyasını istehsal etmişdir.
Lockheed Martin F-35 Lightning II
F-35 Joint Strike Fighter (JSF)- Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı. 31 iyul 2015-də ilk F-35 eskadrilyası ABŞ-də keçirilən intensiv test və yoxlamadan sonra xidmət üçün hazır elan edildi. F-35 Müştərək Qırıcı Təyyarə proqramının tenderində qalib olan X-35-dən törəyib. Lokhid Martin aerokosmik şirkətinin mütəxəssisləri tərəfindən dizayn olunaraq hazırlanıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib. 2020-ci ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir. 2019-cu ildə F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.