Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neoseiulus collegae
Neoseiulus collegae (lat. Neoseiulus collegae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Kollegial Transfiqurasiya Kilsəsi (Qarvolin)
Kollegial Transfiqurasiya Kilsəsi (pol. Kolegiata Przemienienia Pańskiego) – Polşanın Qarvolin şəhərində yerləşən katolik kilsəsi. Neobarokko üslubunda tikilmişdir. 7 may 1962-ci ildə mədəni mülk statusu almışdır. == Tarixi == 1825-ci ilə qədər kilsənin yerində taxtadan tikilmiş başqa bir kilsə fəaliyyət göstərmişdir. 12 mart 1825-ci ildə baş vermiş yanğın nəticəsində taxta kilsə məhv olmuş və yeni kilsənin tikintisinə başlanmışdır. Tikinti işləri 1839-cu ilə kimi davam etmiş və prixodun tarixində ilk kərpic kilsə tikilmişdir. 20 oktyabr 1839-cu ildə kilsə ilk Müqəddəs Messa tədbiri keçirilmişdir. 29 noyabr 1840-cı ildə kilsəyə indiki adı – Transfiqurasiya kilsəsi adı verilmişdir. Tikinti işlərindəki nöqsanlara görə kilsə binası tez-tez təmir işlərinə məruz qalmışdır.
Quru çöllərin torpaqları
Quru çöllərin torpaqları — quru və ekstrakontinental şəraitdə quru çöllərdə formalaşan şabalıdı və qonur səhra-çöl torpaqları. Bu torpaqlar ən çox Asiya qitəsində yayılmışdır. Bu torpaqlar ensiz zolaq şəklində Qara və Azov dənizləri sahillərində, Şərqi Avropanın cənub-şərqində-Aşağı Volqaboyu, Xəzər sahilində formalaşmışdır. Lakin, Qazaxıstan respublikası ərazisində bu torpaqlar geniş sahə tutur. Şabalıdı torpaqlar yayıldığı arealın ən şərq sahilləri Baykala qədər gedib çıxır. Bu torpaqlar daha məhdud sahədə Qazaxıstanda yarımsəhralarında yayılmışdır. Quru çöllərin iqlimi kəskin kontinentaldır. Avrasiya materikinin Avropa hissəsində +5-9°C, Asiyada +3-4°C təşkil edir. Qərbdə orta aylıq temperatur 32-36°C-yə yaxın, şərqdə isə -35-40°C-yə çatır. Orta illik yağıntıların miqdarı şimaldan cənuba doğru 300-350 mm-dən 200 mm-ə qədər azalır.