Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolonial orqanizmlər
== Kolonial orqanizmlər == Kolonial orqanizmlər-su heyvanlarıdır. Qeyri cinsi çoxalma zamanı əmələ gələn yeni fərd ana fərddən ayrılmayaraq koloniya əmələ gətirir. Kolonial bitkilərə müxtəlif birhüceyrəli yaşıl, göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena yosunları daxildir. Onlar zoospor və avtosporla çoxalır. Kolonial heyvanlara bəzi qamçılılar, şüalılar, infuzorlar, süngərlər və bağırsaqboşluqlar aiddir. İbtidai xordalılardan sinassidilər, slaplar, və nəsli kəsilmiş qraptolitlər kolonial orqanizmlərdir.Salam == Koloniya == Koloniya-(lat. colonia -köçmə) orqanizmlərin (növ və fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşma. Orqanizmlərin (növ və fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşmalardır. Koloniyaları əsasən oturaq heyvanlar əmələ gətirir. Onlar uzun müddət, yaxud yalnız çoxalma dövründə mövcud ola bilər (məs.
Kolonial mentalitet
Kolonial mentalitet və ya müstəmləkə zehniyyəti — insanların müstəmləkəçilik nəticəsində hiss etdikləri etnik və ya mədəni aşağılığın, yəni başqa bir qrup tərəfindən müstəmləkə edilməsinin daxililəşmiş münasibətidir. Bu, müstəmləkəçinin mədəni dəyərlərinin mahiyyət etibarı ilə özününkindən daha üstün olduğu inamına uyğun gəlir. Termin postkolonial alimlər tərəfindən dekolonizasiyadan sonra keçmiş koloniyalarda mövcud olan müstəmləkəçiliyin nəsillərarası təsirlərini müzakirə etmək üçün istifadə edilmişdir. Tarixi müstəmləkə təcrübələrində ideoloji hökmranlığı formalaşdırmaq üçün əməliyyat konsepsiyası kimi istifadə olunur. Psixologiyada müstəmləkəçilik zehniyyəti müstəmləkəçiliklə üzləşmiş populyasiyalarda kollektiv depressiya, narahatlıq və digər geniş yayılmış psixi sağlamlıq problemləri hallarını izah etmək üçün istifadə edilmişdir.
Afrikanın kolonial bölünməsi
Afrikanın bölünməsi və ya Afrika uğrunda mübarizə, Afrika çarpışması (ing. Scramble for Africa, fr. Partage de l'Afrique, port. Partilha de África) — Birinci Dünya Müharibəsindən əvvəlki dövrdə Avropanın bir sıra imperialist dövlətlərinin tədqiqi və hərbi əməliyyatlar aparmaq üçün son dərəcə Afrikada yeni ərazilərin ələ keçirilməsinə yönəlmiş güclü rəqabət dövrü. Avropalı müstəmləkəçilərin bir çox məqsədləri var idi: qitənin hər yerində mövcud olan dəyərli mənbələrə sahib olmaq istəyi, milli nüfuz istəyi, Avropa gücləri arasındakı gərginlik, dini missioner canfəşanlığı və Afrika ölkələrinin daxili siyasəti. XIX əsrin son rübündə Avropa imperiyaları arasındakı siyasi və iqtisadi rəqabət səbəbindən Afrikanın bölünməsinin köməyi ilə avropalılar öz aralarında müharibənin qarşısını aldılar. XIX əsrin sonrakı illərdə hərbi təsir və iqtisadi hökmranlığın köməyi ilə "qeyri-rəsmi imperializm" dən müstəmləkə imperializminə səbəb olan birbaşa idarəçiliyə keçid baş verdi. == Afrika koloniyaları metropoliyalar üzrə == === Belçika === Azad Konqo dövləti === Fransa === Əlcəzair Tunis Mərakeş ==== Fransız Qərbi Afrikası ==== Mavritaniya, Seneqal, Fransa Sudanı, Qvineya, Kot-d'İvuar, Niger, Dahomeya ==== Fransız Ekvatorial Afrikası ==== Qabon, Orta Konqo, Ubanqi-Şari, Çad === Almaniya (1919-cu ilə qədər) === ==== Almaniya Şərqi Afrikası ==== Tanqanika, Almaniya Kamerunu, Toqolend === İtaliya === ==== İtaliya Şimali Afrikası ==== Tripolitaniya, Kirenaika, Fəzzan, Eritreya, İtaliya Somalisi === Portuqaliya === Anqola Kabinda Portuqaliya Şərqi Afrikası Portuqaliya Qvineyası Kabo-Verde San-Tome və Prinsipi === İspaniya === İspaniya Saxarası (indiki Qərbi Saxara) İspaniya Mərakeşi Ekvatorial Qvineya === Böyük Britaniya === Misir ==== Britaniya Şərqi Afrikası ==== Keniya Uqanda Zənzibar Britaniya Somalisi Cənubi Rodeziya Şimali Rodeziya ==== Britaniya Cənubi Afrikası ==== Keyp koloniyası Natal koloniyası Azad Oranj Dövləti Basutolend Svazilend Qambiya Seyşel adaları Syerra-Leone Mavriki Nigeriya Qızıl sahil === Müstəqil dövlətlər === Liberiya Efiopiya imperiyası == Həmçinin bax == İngilis-bur müharibələri Herero və Namaka soyqırımı Sesil Rods == Ədəbiyyat == Aldrich, Robert. Greater France: A History of French Overseas Expansion (1996) Atkinson, David. "Constructing Italian Africa: Geography and Geopolitics." Italian colonialism (2005): 15–26.
Kolonial intibah memarlığı
Kolonial intibah memarlıq üslubu Amerika müstəmləkə memarlığının elementlərini canlandırmağa çalışır. Kolonial intibah memarlığı üslubunun başlanğıcları tez-tez amerikalıları öz müstəmləkə keçmişlərinin memarlıq ənənələri ilə tanış edən 1876-cı ilin yüzillik sərgisi ilə əlaqələndirirdi. 1880–1910-cu illərdə ABŞ-də Kraliça Anne tipli memarlığın üstünlük təşkil etdiyi bir dövrdə olduqca az sayda Kolonial intibah evləri tikilmişdir. 1910-1930-cu illərdə Kolonial intibah memarlığı hərəkatı yüksəldi. Bu dövrdə ABŞ-də evlərin təxminən 40%-i intibah memarlığı üslubunda inşa edilməyə başlamışdır. Müharibədən sonrakı dövrdə (1950-1960-cı illərin əvvəlləri), Kolonial intibah evləri daha sadələşdirilmiş formada tikilməyə davam etmişdir. İndiki dövrdə də bir çox yeni ənənəvi evlər Kolonial intibah memarlığı üslubundan istifadə edilərək tikilir. Kolonial intibah memarlığı üslubunda dominant təsirlər Gürcüstan və federal memarlığı olsa da, Kolonial intibah evləri də, Hollandiya müstəmləkə üslubundan və orta əsrlərdən sonrakı ingilis üslublarını da az dərəcədə cəlb edir. Kolonial intibah evləri tez-tez bu prototiplərin bəzilərinin cəhətlərini sərbəst birləşdirən eklektik bir tərzə sahibdirlər. Memarlıq hərəkatı ilə əlaqəli olsa da, "Kolonial intibah" tarixi qorunma, landşaft memarlığı, bağ dizaynı və müstəmləkə formalarından ilham alan və ya ilham verən dekorativ sənət növlərinə də aiddir.
Almaniya kolonial imperiyası
Alman Müstəmləkə imperiyası (alm. Deutsches Kolonialreich‎), Almaniya İmperiyasının ölkə xaricindəki koloniyaları, ondan asılı aid olan ərazilərin və torpaqların cəmi idi. Birinci dünya müharibəsindən sonra bağlanılmış Versal sülh müqaviləsi ilə Almaniya İmperiyası bütün koloniyalarını itirmişdir. 1884-1918-ci illərdə mövcud olmuşdur.
Colonius
Colonius - dəmir-beton televiziya və radio yayım qülləsi Köln ( Federal Dövlət - Vestfaliya Şimali Reyn )şəhərində yerləşən. 266.1 m hündürlüyündə, Şimali Reyn - Vestfaliyada ən yüksək və Almaniyada yeddinci ən yüksək tikilidir. Analoq televiziya antenaları, DVB-T antenaları, VHF radio xidmətləri üçün istifadə olunur. Qüllə, Köln- Bonn bölgəsində yayımı təmin edir. Qüllə həmçinin turistlərin ziyarəti üçündə nəzərdə tutulub == Yerləşmə == == Tarixi == 1978-ci ildə memar Erwin max hainle ilə ( de: Erwin Heinle of ) və mühəndis Fritz Leonhardt ( de: Fritz Leonhardt ) tərəfindən qüllənin tikintisinə başlanmışdır . Qüllə 3 iyun 1981-ci ildə istifadəyə verildi. Tikili tamamlandıqdan sonra, antenna ilə qüllənin hündürlüyü 252,9 m idi. Qalanın "səbətində" 166 m yüksəklikdə bir müşahidə salonu quraşdırılıb. "Səbət" də iki mərtəbəli fırlanan restoranda yerləşir 1990-cı illərin əvvəllərində qüllə antenası yenisi ilə əvəzlənmiş, nəticədə qüllə hündürlüyü 266,1 m-ə çatmışdır 1994-cü ilin əvvəlində restorandai sarsıntı baş verib, panika yaranmışdır. Bu səbəblə restoranı bağlamaq qərarına gəldi.