Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Virtual Azerbaijan Group of Companies
Virtual Azerbaijan Group of Companies — 2014-cü ildən fəaliyyətə başlayan "Virtual Azərbaycan" şirkəti hazırda Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. == Haqqında == Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işlərin avtomatlaşdırılaraq məhsuldarlığının və effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya və Kommunikasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir. Şirkət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” lisenziyasına sahibdir. Virtual Azerbaijan Group of Companies “İnformasiya-kommunikasiya texnolgiyaları ” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) üzv təşkilatlardan biridir.Şirkətdə 60-a yaxın xarici ölkələrdə İKT sahəsində qabaqcıl şirkətlərdə təcrübə qazanmış, beynəlxalq sertifikatlara sahib əcnəbi və yerli mütəxəssislər çalışmaqdadır. == Fəaliyyəti == İT - infrastrukturunun planlanması İT - layihələndirmə Ödəmə sistemlərinin yaradılması Portal - Proqram təminatının yazılması və tətbiqi İnformasiya texnologiyaları üzrə konsaltinq xidmətləri Gis - Coğrafi informasiya sistemlərinin yaradılması İstehsalat - Müxtəlif yeni texnologiyaların mühəndislik və istehsalatı SCADA - Yazılımların ağıllı avadanlıqlarla inteqrasiya edilməsi və avtomatlaşdırılması:Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə "Mərkəzləşdirilmiş elektron uçot sistemi", Elektron Sənəd Dövriyyəsi, İnsan resuslarının idarə edilməsi və Koorperativ İnformasiya Sisteminin Yaradılması (Elektron Su Kadastr Sistemi) adlı layihələri həyata keçirib. Azərbaycanda respublika üzrə suvarma sularının ödənişlərinin yığılması məqsədilə Sudan İstifadəedənlər birliklərinin ödəmə sistemi üçün “SİB Payment System” adlı layihəni həyata keçirməkdədir. Türkiyənin “SU YAPI” şirkətinin layihələndirdiyi “Yuxarı Şirvan kanalının yenidən layihələndirilməsi” layihəsi cərcəvəsində Yuxarı Şirvan kanalında en kəsiklərin alınması, plankotların hazırlanması, ortofoto və DEM-in alınmasında birgə fəaliyyət göstərməkdədir. “Subartezianların Uzaqdan İdarə Edilməsi” layihəsi çərçivəsində respublika üzrə subartezianların uzaqdan idarəedilməsi məqsədilə artezianlara uzaqdan idarəedilməsini həyata keçirir. "Virtual Azərbaycan Qrup of Kompani" şirkətinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə əməkdaşlığı çərçivəsində şirkət tərəfindən yaradılan bir sıra MultiMedia məhsulları hazırda da XDMX-nın rəsmi saytında yer almaqdadır.